Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə30/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

 Baba ocağı 
 
123
hovuzu  çay  suyu  ilə  doldurulduğundan  həmişə  isti 
olurdu. Çeşmə suları ilə doldurulan hovuzların suyu 
isə sərin olurdu.  
 Rövşən  Aşıq  Məsum  Tağının  dediyi  məbədə 
çatmışdı,  ancaq  məbəddə  kimsə  görünmürdü.  Ağ 
Dədə  çox  güman  ki,  daimi  məskəni  olan  uzun 
dərənin  dibindəki  mağarada  olacaqdı.  Mağaranın 
yolu cığırlardan keçirdi. Cığırların ətrafında böyürt-
kən  kolları  bitmişdi.  Bu  cığırlar  ilə  gediş-gəliş  az 
olduğundan cığırı tamamilə ağzına almış böyürtkən 
kolları Rövşənin paltarına yapışır, tikanları əl-qolunu 
cızırdı.  
Nəhayət,  Rövşən  böyürtkən  kollarının  uzanan 
rişələrini 
özündən 
kənarlaşdıra-kənarlaşdıra 
mağaranın  qarşısına  gəlib  çıxdı.  Mağaranın  girişin-
dən  süzülən  işıq  zolağı  mağaranın  içində  toz  kimi 
yayılırdı. Mağaranın yuxarı başında Ağ Dədə bir dəri 
üzərində  bardaş  qurub  oturmuşdu.  Qarşısında 
yanan  ocağın  közlərinin  işartısı  Ağ  Dədənin  nurlu 
sifətini bir az da işıqlandırmışdı. Ağ Dədə həddindən 
artıq  arıq  və  yaşlı  bir  adamdı.  Çiyninə  tökülmüş 
saçları,  sinəsinin  ortasına  qədər  sallanmış  saqqalı 
ağappaqdı.  Ağ  Dədənin  qaşları  da  ağarmışdı.  Ağ 
Dədə  balaca  qara  gözlərini  qıyaraq  mağaranın 
girişindən  düşən  işığın  qarşısını  kəsən  kölgəyə 
baxdı.  Kölgənin  bir  adam  olduğunu  hiss  edincə 
nazik, zəif əlini qaldırıb işarə ilə adamı içəriyə dəvət 
etdi. Rövşən bir addım içəri keçib dayandı. Ağ Dədə 


Nizami Muradoğlu 
 
124
yanına qoyduğu çubuğu götürüb qarşısındakı ocağın 
közlərini  qarışdırdı,  sonra  çubuğu  yerə  qoyub 
əllərini ocağa tərəf uzatdı, isidib bir-birinə sürtdü. 
 Gördüyü  mənzərəni  heyranlıqla  izləyən  Röv-
şən nə deyəcəyini, nə edəcəyini kəsdirə bilmirdi. Ağ 
Dədə zəif xırıltılı səslə dilləndi: 
-Yaxın gəl, oğlum. 
 Rövşən gəlib Ağ Dədənin qarşısında dayandı: 
-Salam olsun, Ağ Dədə. 
-Tanrı yar olsun, oğlum. 
Ağ Dədə başını qaldırıb Rövşənə baxdı. 
 Rövşən  Ağ  Dədənin  baxışlarının  nüfuzundan 
gözlərini  yayındırmağa  çalışdı.  Nə  deyəcəyini,  necə 
edəcəyini heç cür kəsdirə bilməyən, ani düşüncələrin 
məngənəsində bütün varlığı ilə sıxılıb qalan Rövşən 
bir başa mətləbə keçməyi üstün tutdu: 
 - Dədə, mən tövbə etmək istəyirəm. 
 Ağ  Dədə  yerində  vurnuxub  bir  qədər  dikələn 
kimi  oldu.  İndiyə  qədər  kimsə  ona  tövbə  etmək 
haqqında  müraciət  etməmişdi.  Ağ  Dədənin  yanına 
əsasən  mərəzli,  sağalmaz  dərdlərə  düçar  olanlar 
gələrdi. Ağ Dədə də onların dərdinə çarə edər, şəfalı 
otlardan  hazırladığı  dərmanlar  verərdi.  Bu  qəribə 
adamın müraciəti Ağ Dədəni heyrətləndirmişdi.  
 -  Oğlum,  bu  nə  tövbəsidir?  Sənin  günahın 
nədir? 
 -  Dədə,  mənim  günahım  çoxdur,  saymaqla 
qurtarası deyil. 


 Baba ocağı 
 
125
 -  Uca  Yaradan  rəhimlidir,  oğlum,  nə  qədər 
günahın olsa, yenə də bağışlar, yetər ki, bəd işlərdən 
uzaq olasan.  
 - Dədə, mən tövbə etmək istəyirəm, amma həm 
də  istəyirəm  ki,  tövbəmin  qəbul  olunduğunu  bu 
dünyada  görüm,  bu, mümkünmüdür?  Mənə  bir  yol 
göstərin, Dədə... 
 Ağ  Dədə  fikrə  getdi,  gözlərini  yumub, 
dodaqaltı,  pıçıltıyla  öz-özünə  xeyli  danışdı.  Rövşən 
nə  qədər  diqqət  verdisə,  bir  şey  anlaya  bilmədi, Ağ 
Dədə  nə  danışırdı,  kimiylə  danışırdı  başa  düşmədi. 
Ağ  Dədənin  halında  da  bir  dəyişiklik  vardı,  sifəti 
daha  da  nurlanmışdı.  Rövşənin  gözləri  ağrıyır,  göz 
qapaqları yumulurdu, Ağ Dədəyə baxa bilmirdi, yerə 
baxırdı.  Bir  qədər  keçdikdən  sonra  Ağ  Dədənin 
səsini eşitdi: 
-Mümkündü, oğul. 
Rövşən  başını  qaldırıb  yenidən  Ağ  Dədəyə 
baxdı.  Ağ  Dədə  əvvəlki  halına  qayıtmışdı.  Rövşən 
dilləndi: 
-Dədə, mənə bir yol göstərin. 
-Oğul,  o  ocaqdan  bir  kösəv  götürərsən,-  deyib 
Ağ Dədə ocağa işarə etdi,- buradan aşağıda bir dərə 
var,  o  dərəyə  gedərsən.  Dərənin  kənarında  bir 
düzənlik  var,  ordan  yolçular  keçib  gedər.  Dərənin 
baş  tərəfini  qazıb  ordan  su  çıxararsan,  kösəvi  dü-
zənlikdə əkərsən. Bil ki, kösəv göyərəndə Uca Tanrı 
sənin tövbəni qəbul edibdi. 


Nizami Muradoğlu 
 
126
-Dədə, məgər kösəv göyərərmi? 
-Göyərər, oğlum. Əgər sən sidqiylə tövbə edib, 
onu becərsən, kösəv mütləq göyərəcəkdir. 
-Dədə, sizə söz verirəm. And olsun Uca Tanrıya, 
mən sidqiylə tövbə edirəm, bütün pisliklərdən uzaq 
olacağam. 
 - Uca Tanrı yar olsun, oğul. 
 Rövşən ocaqdan bir kösəv götürüb mağaradan 
ayrıldı.  Ağ  Dədə  Rövşən  gözdən  itənə  qədər  onun 
arxasınca baxdı.  
Rövşən Ağ Dədənin nişan verdiyi yerə gəldi. Bu 
yer Ağ Dədənin mağarasından şərq tərəfdə geniş bir 
ərazi  idi.  Ərazinin  baş  tərəfi  dərəyə  söykənirdi, 
ətrafda kol-kos bitmişdi. Rövşən qollarını çırmalayıb 
işə başladı. Əvvəlcə sahənin dərəyə bitişik yerindəki 
kol-kosu təmizləyib su axtardı. İki-üç gün qazıntı işi 
aparıb dərədən suyun gözünü tapdı, sonra arx çəkib 
suyu  sahəyə  çıxartdı.  Bir  dərin  çala  qazıb  kösəvi 
basdırdı. Su arxını uzadıb kösəvin yanına gətirdi və 
kösəvi suvardı.  
 Kösəvin  ətrafında  güllər,  çiçəklər  əkdi.  Tədri-
cən kösəvin ətrafında əkdiyi güllər, çiçəklər boy atıb 
yaşıllandı, gözoxşayan bir guşəyə çevrildi. Gördüyü 
işdən zövq alan Rövşən burada böyük bir su hovuzu 
da  tikdi.  Gecə-gündüz  yorulmadan  çalışan  Rövşən 
burada  yaranan  gözəlliyə  məftun  olub  bütün 
gününü  burada  keçirirdi.  Yaşıl  alan  genişləndikcə 
yoldan  ötənlərin  diqqətini  cəlb  edirdi.  Yaşıllığın 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə