Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə27/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

Nizami Muradoğlu 
 
110
halaldır.  Mənim  işim  hacılarla,  ağalarla,  neft 
milyonçularıyla olubdur. Sağ olsun Qoçu Nəcəfqulu 
da  həmişə  mənə  arxa,  dayaq  olubdu.  Kaş  ki, 
Nəcəfqulu kimi adamlarımız çox olaydı.  
Tövbənin  də  şərtləri  ağırdı,  amma  mən  tövbə 
edəcəyəm.  Şeyxülislam,  Mirzə  Tahir  Əfəndi  kimi 
alimlər  bir  yol  göstərə  bilmədilər,  görək  keşiş  necə, 
mənim dərdimə bir çarə bulacaqmı?.. 
Həyət qapısı şaqqıltı ilə açıldı. Fatmabəyim qızı 
Gülnaz  ilə  həyətə  girdi.  Fatmabəyim  əllərini 
dizlərinə  çırpıb,  yazıq  Güllübəyim,  yazıq  bacım,- 
deyib ağladı. Fatmabəyim pillələri qalxmağa başladı, 
Gülnaz da onun ardınca gəlirdi.  
-Xalan öləydi, oğul... 
Rövşən  pillələrin  başında  qarşıladı  xalasını. 
Fatmabəyim  Rövşənin  boynunu  qucaqlayıb  ağ-
layırdı.  Fatma  bəyim  bir  az  özünə  gəlib  Rövşənin 
boynunu  buraxan  kimi,  bu  dəfə  də,  Gülnaz  onun 
boynunu qucaqladı, o da, Rövşən,- deyib ağladı.  
Ağlaşma  sona  yetməmiş  Fatmabəyimin  əri 
Məşədi  Kazım  gəldi,  qonşudan  Alxan  kişi  gəldi. 
Qonum-qonşu,  eşidən,  bilən  Rövşəni  görməyə 
gəlirdi,  ona  təskinlik  verir,  səbir  diləyirdilər.  Elə  bil 
Rövşənin  ata-anası  bu gün  ölmüşdü,  camaat  da  baş 
sağlığına  gəlirdi.  Fatmabəyim  qollarını  çırmalayıb 
qızı  Gülnaz  ilə  evdə  səliqə-sahman  yaratmağa 
çalışdılar,  həyəti  süpürüb,  qab-qaşığı  yuyub  təmiz-
lədilər.  Yük  yerindəki  yorğan-döşəyi  bayıra  çıxarıb 


 Baba ocağı 
 
111
havaya  verdilər.  Kişilər  də  həyətin  bir  küngünə  çə-
kilib gündəlik hadisələri müzakirə etməyə başladılar. 
Söhbət fırlanıb-fırlanıb yenə də ermənilərdən düşür-
dü. Aslan baba dedi: 
-Vallahi, son günlər bu başı batmışların içinə bir 
pıçhapıç  düşüb.  Dünənə  qədər  bizim  çörəyimizi 
yeyib adam olanlar bu gün bizi görəndə, elə bil ilan-
qurbağa görürlər. 
 Məşədi Bağır söhbətə qarışdı: 
 -Vallahi bunların əcəli gəlibdi. Özləri deyər ki, 
erməninin çıxacağı olanda hal qarışdırar. 
 -  Keçinin  əcəli  gələndə  buynuzunu  çobanın 
çomağına sürtər. Bunlar da belədir. - Bunu da Məmi 
dedi. 
 -  Ay  kişilər,  mən  deyirəm  ki,  biz  bu  Arakelin 
dərsini verməliyik, o bir zəhərli ilandır. Bu yazıqları 
da qızışdırıb fitnə-fəsad düzəltmək istəyir,- dedi Bığ 
Abbas.  
 Aslan  baba  bu  dəfə  də  üzünü  Rövşənə  tutub 
soruşdu: 
 -  Ay  oğul,  Rövşən,  buraların  halı  bəllidi, 
danışmaqla  qurtarası  deyil,  de  görək  o  nöyüt  şəhə-
rində nə var, nə yox? 
 - Elə orda da hərdən şuluqluq olur, Aslan baba. 
Əslində  qara  camaatın  başını  qatırlar.  Oyunlar 
hamısı  varlı  və  həris  adamlardan  törəyir.  Sadə 
camaat;  istər  türk  olsun,  istər  erməni  hər  kəs  öz 
hayındadı. Bir tikə çörək üçün gecə-gündüz çalışır. 


Nizami Muradoğlu 
 
112
 Fatmabəyim  əri  Məşədi  Kazım  ilə  samavarı 
qaynadıb  çay  süfrəsi  düzəltdi.  Ayaq  üstə  duranlar 
çay süfrəsinə dəvət edildilər. Çaylar içilib, dünyanın 
gəliş-gedişindən  söhbətlər  edildi.  Sonra  da  kişilər 
bir-bir yerlərindən qalxıb getdilər: 
-Başın sağ olsun. 
-Həmişə evində-eşiyində. 
-Allah atana, anana rəhmət eləsin. 
-Bu evin işığını sönməyə qoyma, ay oğul.  
 Gələnlər  bir-bir  dağılıb  getdi.  Axırda  xalası 
Fatmabəyim  və  qızı  Gülnaz  da  getdi.  Amma  xalası 
getməmişdən  möhkəm-möhkəm  tapşırdı  ki,  özünə 
korluq  vermə, yeməyə  bizə gəl, xalanın dadlı-duzlu 
xörəklərinin  dadına  bax.  Xalan  qurban,  sənin  də 
kimin var bizdən başqa.  
Rövşən  də  xalasına  tez-tez  baş  çəkəcəyinə  söz 
verdi,  amma  bilirdi  ki,  bir  tikə  çörək  üçün  heç  yerə 
gedəsi deyil. Bilirdi ki, verdiyi söz xalasını qırmamaq 
üçündür.  Xalası  da  başa  düşürdü  ki,  Rövşən 
uşaqlıqdan  da  orda-burda  yeməyi  sevməzdi.  Hələ 
rəhmətlik  Güllübəyimin  sağlığında  da  görərdin 
Rövşən özü üçün ayrıca yemək hazırlayırdı.  
Evə tam bir sakitlik çökmüşdü. Milçək uçsaydı 
səsi  gələrdi.  Evin  səssizliyinə  öyrənmişdi,  çünki 
Bakıda  da,  demək  olar  ki,  bu  ötən  illəri  tək-tənha 
yaşamışdı.  Əvvəllər  Bakı  mühitinə  uyğunlaşa 
bilmirdi,  anasını,  atasını  gözüyaşlı  qoyub  gəlmişdi. 
Özü də daha çox anasının xiffətini çəkmişdi, axı necə 


 Baba ocağı 
 
113
ola  bilərdi  ki,  birdən-birə  ən  əziz  adamlarından 
ayrılıb  tənha  yaşamağa  məhkum  olasan.  Misal  var, 
deyərlər  ki,  mərdiməzarı  axtarmağınan  deyil,  özü 
gəlib  adamı  tapır.  Rövşəni  də  belə  bir  mərdiməzar 
tapdı,  neçə  ocağın  yanar  közlərini  söndürdülər.  Bir 
tərəfdə  gözüyaşlı  atası,  anası,  digər  tərəfdə  dərd 
içində  qıvrılan,  ömürlük  mənəvi  əziyyətlərə, 
təhqirlərə  məhkum  edilmiş,  bulaq  suyu  kimi  saf  və 
təmiz olan Selcan və onun anası Sonya dayanırdı. Nə 
Rövşənin anası, nə də Sonya bu ağır dərdin altından 
qalxa bilmədilər. Hər iki ana bu dünyadan gözüyaşlı, 
nisgilli getdilər.  
Qonşu  həyətdən  uşaq  səsi  gəlirdi.  Kəblə  Na-
cinin  nəvələrinin  səsi  yenə  bir-birinə  qarışmışdı. 
Uşaq  səsindən  gözəl  bir  nəğmə  varmı  görəsən? 
Yaşlılardan çox eşitmişdi ki, dağılsın o ev ki, oradan 
uşaq  səsi  gəlməyəcək.  Görünür,  bu  yurdun  da 
qismətinə bu acı həqiqətləri yaşamaq yazılmışdı. Axı, 
niyə,  nəyə  görə?  Ax,  Selcan,  mən  səni  çox  sevirəm, 
çox sevirəm, lap çox sevirəm. Eşidirsənmi məni? 
 Rövşən  özü  ilə  Selcanın  balaca  şəklini  də 
gəzdirirdi. Yataq otağının baş tərəfində divardan isə 
Selcanın  böyük  portretini  asmışdı.  O  vaxtdan  da 
kimsə  bu  portretə  toxunmamışdı.  Anası  rəhmətlik 
Güllübəyim ara-sıra portretin tozunu almış, həsrətli-
həsrətli  gəlini  olmalıykən  bədbəxtliyə  uğrayan 
nakam taleli bu qıza baxmışdı.  


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə