Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

 Baba ocağı 
 
101
qaçan  bir  adama  oxşamırdı,  belə  olsaydı,  bazara 
çıxmağa cəsarət edə bilməzdi, həm də Arakel bu ötən 
müddətdə  onu  dəfələrlə  Bakıda  məhv  etdirməyə 
cəhd etsə də, müvəffəq ola bilməmişdi. Həm də belə 
məqamda daha mühim bir işlə məşğuldu, bu iş başa 
çatsa,  canı  nəinki  Rövşəndən,  buradakı  türklərdən 
birdəfəlik  qurtaracaqdı,  indi  isə  yanındakı  dığanı 
danlasa  da,  özü  də  səbrlə  başlanılmış  işin  başa 
çatmasını gözləyirdi.  
 Bazarda  ermənilərin  və  türklərin  dükanları 
yan-yanaydı  və  şərqdən  qərbə  tərəf  uzanırdı. 
Dükanların  arasındakı  20-25  metrlik  ara  məsafədə 
digər  kəndlərdən  gələnlər  öz  matahlarını  qoyub 
satırdılar.  Kənardan  gələn  atlılar  və  piyadaların 
əksəriyyəti bazarın o başında yerləşən karvansaranın 
həyətinə  daxil  olur,  yerbəyer  olandan  sonra  bazara 
çıxırdılar.  
Bazarın  ortasında  böyük  çinar  ağacının  qar-
şısında  Pirverdinin  çayxanası  yerləşirdi.  Pirverdinin 
zarafatları  çayından  ləzzətliydi.  Çay  içənlərin  çoxu 
çay  içməkdən  daha  çox  bura  Pirverdinin  söhbət-
lərinə, zarafatlarına qulaq asmağa yığışırdı. Pirverdi 
hərdən  dükanın  qapısını  açıb  başını  bayıra  çıxarır, 
qışqırırdı: 
 
Ay çay içən, gəl bəri, 
Pürrəyi çay-məxməri. 
 


Nizami Muradoğlu 
 
102
Əhvalın xoş-hal olar,  
Unudarsan dərdləri.  
 
Pirverdi  bu  dəfə  də  qapını  açıb  başını  qapının 
arasından bayıra tərəf uzadıb, -“Ay çay içən”- deyib 
qışqırmaq  istəyirdi  ki,  Rövşən  gözlərinə  sataşdı. 
Gündəlik  bazara  gələnlərin  nəsil  şəcərəsini  əzbər 
bilən Pirverdi gözlərini qıyıb uzun zaman görmədiyi 
adama  baxdı,  əlindəki  qabları  masanın  üstünə 
buraxıb  tələsə-tələsə  bayıra  çıxdı,  gəlib  Rövşənin 
boynunu qucaqlayıb alnından öpdü: 
-Baba ocağına xoş gəlmisən, Rövşən!..  
Pirverdi  Rövşənin  uşaqlıq  yoldaşlarından  idi. 
Çayçı  dükanı  ona  babasından  qalmışdı,  çayçını 
işlədir, ailəsinə bir tikə çörək pulu qazanırdı, özü də 
zarafatından, məzəsindən qalmazdı.  
Pirverdini  o  biri  çayçılardan  fərqləndirən  bir 
özəl  cəhəti  də  vardı.  Babasından  sonra  çayçının  bir 
küngünə  pərdə  çəkib  özəl  bir  guşə  düzəltmişdi. 
Həmən  guşəyə  də  bir  neçə  kətil  və  bir  masa 
qoymuşdu.  Burada  Pirverdinin  özəl  qonaqları 
ağırlanırdı.  Yəni  pərdənin  arxasına  keçənlər  çay 
içməyə gələnlər deyil, bir tikə çörək yemək istəyənlər 
olurdu. Burada həm də çaydan fərqli olaraq, erməni 
Anuşun  yerli  istehsalından  –  tut  arağı  içilirdi. 
Pirverdi  Anuşun  yerli  istehsalını  “ağ  aslan”  ad-
landırırdı.  


 Baba ocağı 
 
103
Pərdənin  arxası  həmişə  dolu  olardı.  Bu  gün 
nədənsə pərdə arxasının müştərisi olmamışdı. Səhər-
dən  qəssab  Yaqubdan  aldığı  yağlı  erkək  ətindən 
bişirdiyi  bir  qazan  taskabab  da  ocağın  qırağında 
dızıldaya-dızıldaya  dururdu.  Görünür  bu  Rövşənin 
qisməti  imiş.  Necə  deyərlər,  qonağın  qisməti 
özündən əvvəl gələr.  
Pirverdi Rövşənin qoluna girib dedi: 
-Bu  gün  mənim  qonağımsız,  sizi  heç  yerə 
buraxan deyiləm, Anuşun “ağ aslanı” da yanında. 
 Dostlar  pərdənin  arxasında  xeyli  oturdular. 
Anuşun  istehsalından  olan  bir  litirlik  şüşə  içilib 
qurtardı.  Pirverdi  yeni  “şüşə”  arxasınca  getmək 
istəyirdi ki, Hayrik yerindən qalxdı, dedi: 
-Bu dafa man gatıracam. 
Hayrikin  dükandan  çıxmağı  ilə  qayıtmağı  bir 
oldu,  əlindəki  bir  litrlik  şüşəni  masanın  üstünə 
qoydu.  Pirverdi  masanın  üstünü  yenidən  quru 
meyvələr, səbzələrlə doldurdu. 
 Məclis  davam  edirdi.  Gecə  yarıdan  keçmişdi, 
çayxanada  bu  dəstədən  savayı  kimsə  qalmamışdı. 
Hayrik son bardağı da qaldırıb dedi:  
-Rövşan, ela akpercan, halal olsun sana. 
Beləliklə  Hayrikin  gətirdiyi  şüşəni  də  boşaldıb 
ayağa durdular. 
Pirverdi  dükanın  qapısını  arxadan  bağlayıb, 
mizləri  qoşalaşdırıb  yatdı.  Musa  ilə  Səlim  ayrılıb 
evlərinə  getdilər.  İçki  Hayriki  ağıllı-başlı  tutmuşdu, 


Nizami Muradoğlu 
 
104
Rövşən  onu  evlərinə  qədər  ötürmək  istədi.  Hayrik 
çinarın yanından keçəndə birdən-birə başını qaldırıb 
göy  üzünə  baxdı.  Ay  çıxmışdı,  hər  tərəfi  işıqlan-
dırırdı. Hayrik Aya baxıb,- Günaş çıxıb,-dedi. 
Rövşən,- Günəş deyil, Aydır,- dedi. 
Hayrik; 
- Yok, akpercan, Günaşdir. 
Rövşən: 
-Aydır. 
-Gəl soruşaq. 
Daş  səkinin  üstündə  kənardan  gəlmiş  məzlum 
bir  nəfər  oturmuşdu,  səhərin  açılmasını  gözləyirdi. 
Ona yaxınlaşıb Hayrik soruşdu
-Ara  kirvə,  onu  görürsən,- deyib Ayı  göstərdi,- 
man  deyirəm  o  Günaşdi,  manım  arkadaşım  deyir 
Aydır. Ara kirvə, o nədir, ha, san düzünü deyna. 
Rövşən dinləndi: 
-Mən deyirəm o Aydır, bu deyir yox Günəşdir, 
sən düzünü deginən... 
Kişi öz-özünə,- “qərib yerdə axşamladıq”- dedi. 
Hayrik; 
-Nə dedin, kirva... 
Kişi  qorxuya  düşdü,  iki  sərxoş  adam  ilə 
üzləşmək  o  qədər  asan  iş  deyildi.  Fikirləşdi  ki,  nə 
desin,  necə  desin  ki,  bu  adamlardan  qurtulsun. 
“Kirva”  deməyindən  başa  düşdü  ki,  Hayrik  er-
mənidir.  Ürəyində  özünü  danladı  ki,  nə  olub,  nə 
xəbərdi ki, gecə qaranlıqdan durub bazara qaçmısan. 


 Baba ocağı 
 
105
İndi  mən  başıma  nə  çarə  qılım,  nə  deyim  bu  gecə 
vaxtı?! Desəm Aydı, qorxuram, bu daşnak köpəyoğlu 
məni  vurub  öldürə,  yox,  onun  tərəfini  saxlayıb  de-
səm Günəşdi, axı, necə deyim, Günəş deyil. Həm də 
o  biri  bizimkilərə  oxşayır,  deməzmi,  sən  müsəl-
mansan, amma yalan danışırsan. İndi mən neyləyim? 
- Ha, noldu, kirva?.. 
 Kəndli  dil-dodağı  əsə-əsə,-vallah,  mən  bu 
kənddən deyiləm,- deyib qaçmağa başladı.  
Hayrik onun arxasınca gülürdü; 
-Ha, ha, ha...qaçdı, ha... 
Rövşən  Hayrikin  qoluna  girib,-gedək,-  dedi. 
Hayriki  evlərinə  ötürüb  öz  evlərinə  tərəf  getməyə 
başladı.  Aşağı  körpüdən  keçib  böyük  ala-qapının 
önündə  dayandı.  Darvazalar  bağlanmışdı.  Kənddə 
haylar  ilə  türklərin  yaşayış  məhəllərinin  ayrıldığı 
yerlərdə  ala  qapılar  tikilmişdi.  Ağsaqqallar  deyər-
dilər  ki,  əvvəllər  bu  kənddə  ala  qapılar  olmazdı. 
Haylar bu yerlərə köçürülüb məskən salandan sonra 
bir müddət kəndin rahatlığı pozuldu, qarma-qarışıq-
lıq yarandı, oğurluq halları baş verməyə başladı. Bu 
səbəblərdən  də  kəndin  ağsaqqalları  yığışıb  ala 
qapılar  tikdirməyi  qərarlaşdırdılar.  İndi  qapılar 
gecədən  bağlanırdı.  Ala  qapıların  yanında  gözətçi 
bütün gecəni keşikdə  dayanırdı. Rövşən darvazanın 
taqqulbabını  taqqıldatdı,  gözətçi  yaxınlaşıb  qapını 
açdı,  Rövşəni  içəri  buraxdı.  Bu  gecə  gözətçilik  edən 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə