Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə22/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

 Baba ocağı 
 
89
heyvan  çox  sədaqətli  olmuşdu.  Onun  əfsanəsi 
dillərdə  dolaşırdı.  Rövşən  ürəyində  özünü  qınadı: 
“Allah  sənə  rəhmət  eləsin,  Xallı!  Sən  də  məndən 
sədaqətli oldun! Mən çox vəfasız oldum.” 
Molla  Nurməmməd  ucadan-  “fatihə”-  deyib 
ayağa durdu. Üç kişi dodaqlarının altında xəfif səslə 
“fatihə”  surəsini  oxudular,  “Allah  rəhmət  eləsin” 
deyib  qəbirstanlığı  tərk  etdilər.  Yolda  Rövşən  Molla 
Nurməmmədin ovcuna bir qızıl beşlik qoydu, molla 
arif  adam  idi,  gözucu  pula  baxdı,  “Allah  əvəzin 
versin”-dedi.  Molla  Nurməmməd  yenidən  məscidə 
qayıtdı.  Alxan  kişi  evə  üz  tutdu,  Rövşəni  də  dəvət 
etdi,  lakin  Rövşən  dəvəti  qəbul  etməyib  daha  vacib 
işləri olduğunu bəhanə gətirdi. 
Rövşən  oradan  Əylisçayın  qərb  tərəfindəki, 
dərədibi  qəbirstanlığına  gəldi.  Telmanın  qəbrinin 
önündə  dayanıb  onun  da  ruhuna  dua  oxudu, 
Allahdan rəhmət dilədi. Şam yandırdı, qəbir daşının 
üzərinə  şamın  əriyən  yağından  damızdırıb  şamı 
bərkitdi.  Sonra  da  Telmanın  anasına,  bacısına  baş 
çəkməyi  özünə  borc  bildi.  Heç  kəs  də  bilməsə,  özü 
bilirdi  ki,  Telman  onun  yolunda  qurban  getdi. 
Telman sədaqətli, təmiz qəlbli, mərd dost idi. 
Ayka  arvadın  gözləri  tutulmuşdu,  beli  əyil-
mişdi.  Qızı  Tamara  olmasaydı,  çoxdan  dünyasını 
dəyişmiş  olardı.  Oğlu  Telmandan  sonra  yaşamaq 
anaya  qəbir  əzabı  qədər  ağır  gəlirdi.  Sadəcə  olaraq 
qızı  Tamaranın  xətrinə  həyatın  bütün  işgəncələrinə 


Nizami Muradoğlu 
 
90
dözməyə  özündə  qüvvə  tapırdı.  Axı  Tamaranı 
tapşıracaq  bir  adam  yoxdu.  Bəlkə  də  hansısa  bir 
erməni dığasının könlündən Tamaranı xoşbəxt etmək 
arzuları  keçirdi.  Ancaq  Arakeldən  qorxaraq  ehtiyat 
edib  kimsə  bu  ailəyə  yaxınlaşmaq  istəmirdi.  Kimsə 
öz isti aşına soyuq su qatmağı arzulamırdı. Xüsusilə 
bu dönəmdə türklər ilə mehriban münasibətdə olan 
ermənilərə qarşı gizli bir kampaniya başladılmışdı və 
bu  kampaniyanın  başında  Arakel  dururdu.  Bütün 
ermənilər  bunu  bilirdilər.  Belə  bir  həssas  vaxtda 
ermənilər  də  suyu  üfürə-üfürə  içirdilər.  Hətta 
ermənilər  qorxularından  nə  Aykanı,  nə  də  qızı 
Tamaranı  yaxına  qoyurdular.  İşsiz  qalan,  ehtiyac 
içində olan ana-bala türklərin yanında çalışır, ən ağır 
zəhmətə qatlaşmaq məcburiyyətində qalırdılar. Ana-
bala daş daşıyır, kərpic kəsir, ot biçir, odun yarırdılar, 
təki bir tikə çörək olsun. 
Rövşən  Telmangilin  darvazasının  taqqulbabını 
taqqıldatdı.  Uzun  illər  idi  bu  taqqulbab  taq-
qıldamamışdı. Aykanın  qulaqları  ağır  eşidirdi,  odur 
ki,  qapının  döyülməsini  eşitmədi.  Tamara  həyətə 
çıxıb  darvazanı  açdı.  Qarşısındakı  adamı  görüb 
çaşdı. Xatırlamağa çalışdı: 
-Özüdür, Rövşəndir, Rövşən... 
 Sözünü ardını gətirə bilmədi, özü də bilmədən 
özünü Rövşənin qucağına atdı, boynunu qucaqlayıb 
ağladı: 
-Ana, Telman gəlib...  


 Baba ocağı 
 
91
 Ayka arvad hiss edirdi ki, nəsə qeyri-adi bir ha-
disə  baş  veribdi,  lakin  anlamaqda  çətinlik  çəkirdi. 
Tamara  ağladı,  güldü,  yenə  ağladı,  Rövşənin  əlini 
buraxmadı,  çəkib  anasının  yanına  apardı,  anasının 
qulağına  Rövşənin  gəldiyini  dedi.  Ayka  arvad 
oturduğu yerdən bir təhər dikəlib Rövşəni qucaqladı 
və  o  da  ağladı.  Ayka  arvad  Rövşəni  iyləyirdi,  iylə-
yirdi,  doymurdu,  -  Telmanın  iyi  gəlir  səndən,-  de-
yirdi və yenə ağlayırdı.  
  Tamara  əl-ayağa  düşdü,  samovarı  qaynatdı, 
çay dəmlədi, keçmiş günləri yada saldılar, kövrək an-
lar yaşandı. Ayka Rövşənə,- bundan sonra rahat ölə 
bilərəm,  sən  gəldin  elə  bildim  Telmanım  gəldi, 
Tamara sənə əmanət, ay oğul,- dedi və ağladı. 
  Rövşən bu evdən ayrıla bilmirdi, dərdli ananı, 
gözüyaşlı  bacını  dilə  tutmağa  çalışır,  bundan  sonra 
onlara  tez-tez  baş  çəkəcəyini  deyir,  ümidləri  hər 
yerdən  üzülmüş  ailəyə  təskinlik  verirdi.  Ayağa 
duranda  mizin  üstünə  2  onluq  qızıl  qoydu.  Bu, 
ailənin heç vədə qazana bilmədiyi böyük sərvət idi.  
Tamara,  yox,  elə  şey  olmaz,-  deyib  qızılları 
qaytarmağa  çalışırdı.  Rövşən,  qardaş  payıdır,  məni 
qırmayın, nə olar? - dedi.  
- Onda bir şartnən... 
- Hansı şərtinən? 
- Borc kimi qabul edarık... 
- Olsun... 


Nizami Muradoğlu 
 
92
Rövşən  xudahafizləşib  ayrıldı,  içindən  qara 
qanlar axırdı, bu ailənin başına öz qövmü tərəfindən 
açılan  müsibətlər  insanlıq  adına  yaraşmırdı.  Ancaq 
burada  da  çox  qala  bilməzdi,  əvvəla,  ailənin  kədəri 
həddindən  artıq  üzücü  idi.  İkincisi  də  Rövşənin 
ümumi  məqsədində  yeni  həyata  qayıdış  problemi 
dururdu.  
Xəyal  Tamaranı  keçmiş  günlərə  apardı.  Ötən 
zaman Rövşənin saçlarını ağartmış, üzünə və alnına 
vaxtından əvvəl dərin qırışlar salmışdı. İlk sevgisinə 
sadiq  qalaraq  evlənməmişdi.  Görünür  Rövşən  hələ 
də  Selcanı  sevirdi.  Elə  Selcan  da  Rövşəni  unuda 
bilmirdi. Tamara yaxşı bilirdi bunu.  
Tamara  onu  da  bilirdi  ki,  Selcan  hələ  Vanikin 
sağlığında  neçə  dəfə  canına  qəsd  etmək  istəmişdi. 
Hətta,  bir  dəfə  onu  zirzəmidə  özünü  asdığı 
kəndirdən  son  anda  qurtara  bilmişdilər.  Vanikin 
ölümündən sonra isə yığışıb buraları tərk etdi. Selcan 
Rövşəni  sevirdi,  bu  sevgisi  daşa  dəyəndən  sonra 
sanki  həyatdan  küsmüşdü.  Tamaraya  bu  haqda 
Selcan özü danışmışdı. 
Dünyada  qismət  deyilən  bir  ölçü  var.  Deyirlər, 
“qismətdən  artıq  yemək  olmaz”.  Bu,  bəlkə  də 
belədir.  Amma  Selcan  buna  inanmırdı,  onun  qis-
mətini əlindən almışdılar.  
İnsan  həyatında  ən  ağır  cəza  onu  sevdiyi 
insandan  ayırmaqdı.  Selcanı  sevdiyi  insandan 
ayırmışdılar.  Ondan  da  ağır  cəza  sevmədiyin,  nifrət 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə