Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə21/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

 Baba ocağı 
 
85
hamamın  qapısına  və  çeşməyə,  iki  böyük  taxça 
cənuba, bir balaca taxça cənub-qərbə baxır. Üç böyük 
taxçaya  açılan  pəncərələr  məscidin  şərq  və  cənub 
tərəfdən  işıqlanmasına  xidmət  edir.  Cənub-qərbə 
baxan  balaca  taxçanın  yanında  məscidin  həyətinə 
giriş  darvazası  tikilmişdi.  Məscidin  qərb  tərəfində 
həyəti  yerləşir.  Qərb  divarında  yenə  də  böyük  bir 
taxça, şimal-qərbində məscidin içərisinə açılan qapısı 
tikilibdir.  Qapının  yanında  şimal  tərəfdən  iki 
mərtəbəli mədrəsə binası ucalır.  
Mədrəsənin  girişindəki  dəhlizdən  sağ  tərəfə 
məscidin  içərisinə  qadınların  ibadət  etməsi  üçün 
qapı  açılır.  Mədrəsənin  pillələri  ilə  ikinci  mərtəbyə 
qalxdıqda  daha  bir  qapının  sağ  tərəfə  məscidin 
içərisinə  açıldığını  görmək  olur.  Bu  da  məscidin 
qadınlara  xas  olan  hissəsinin  ikinci  mərtəbəsinə 
keçmək  üçün  nəzərdə  tutulubdu.  Məscidin  tavanını 
saxlamaq  məqsədi  ilə  ortalıqda  daş  oturacaqların 
üzərində  8  sütun  quraşdırılmışdır.  Məscidin 
hündürlüyü  8  m,  eni  15  m,  uzunluğu  20  metrdir. 
Cənub tərəfdən minbər göy kaşılarla bəzədilmişdir. 
 Məscidin  şimal-şərq  tərəfində  üç  günbəzli 
hamam  tikilmişdir.  Hamamın  giriş  hissəsindəki 
gümbəz  digər  gümbəzlərə  nisbətən  kiçikdir.  Bu 
günbəz  hamamın  dərinliyinə  gedən  pillələrini 
işıqlandırmaq  məqsədi  daşıyır.  Pillələrin  qurtara-
cağında  soyunub  geyinmə  salonu  yerləşir.  Salon 
dairəvi  şəkildə  qurulubdur.  Hər  tərəfdə  böyük  şərq 


Nizami Muradoğlu 
 
86
memarlığı  üslubunda  tikilmiş  taxçalar  yerləş-
dirilibdir.  Salonun  ortasında  8-10  kvadratmetrlik 
sahəsi olan balaca hovuz soyuq su ilə doldurulur. Bu 
balaca  hovuzun  ortasındakı  fontandan  fışqıran  su 
hovuzun  səviyyəsinin  sabit  saxlanılmasına  xidmət 
edir. Hamamda yuyunub çıxanlar ayaqlarını yaxala-
maq  məqsədi  ilə  bu  hovuzun  soyuq  suyundan 
istifadə  edirlər.  Bu  məqsədlə  də  hovuzun  ətrafına 
kiçik parçlar və ləyənlər qoyulur.  
Çimmək salonuna çox da enli olmayan dəhliz ilə 
keçilir. Bu salon daha böyük olub, divarlarının dibində 
tikilmiş  oturacaqlar  ilə  əhatələnmişdir.  Divarlara 
bərkidilmiş  kranlardan  isti  və  soyuq  su  gəlir.  Kisə 
çəkmək üçün uzanılacaq yerlər düzəldilmişdir.  
Salonun  şimali-şərq  hissəsində  daha  bir  neçə 
vacib əməllər üçün otaqlar ayrılmışdı. Hamamın hər 
iki salonu böyük gümbəzlərdən düşən günəş şüaları 
ilə  işıqlanırdı.  Hamamın  ocaqxanası  şimali-qərb 
tərəfdə  idi.  Hamam  yerin  səthindən  dörd  metr 
dərinlikdə tikilmişdi, bu da hamamın tez isinməsinə 
səbəb  olurdu.  Hamam  suyu  cəndova,  oradan  da 
yeraltı  kanalizasiya  xətti  ilə  axıdılırdı.  Məscidin  və 
bütün  ətraf  evlərin  çirkli  suları  ümumi  kanalizasiya 
xəttinə qoşulmuşdu.  
Şah  Abbas  çeşməsi  hamamın  içərisindən 
keçərək  məscidin  qarşısındakı  meydanın  səthindən 
təqribən 1,5 metr dərinlikdə üzə çıxırdı. Hamam bu 
çeşmənin  suyu  ilə  işlədilirdi.  Hamamın  içində  suyu 


 Baba ocağı 
 
87
ayırmaq  və  tənzimləmək  üçün  qurğu  tikilmişdi. 
Çeşmənin  qurtaracağında  dəstəmaz  almaq  yeri 
ayrıca  üç  tərəfdən  bağlı  olaraq  inşa  edilmişdi. 
Çeşmədə  qab,  paltar yumaq  qadağan  idi.  Çeşmənin 
suyu  bol  olduğundan  bir  neçə  qola  ayrılmışdı. 
Qollara bölünmüş su, demək olar ki, ətraf həyətlərin 
hamısından  keçərək  əhalinin  suya  olan  tələbatını 
ödəyirdi. 
Meydan  mərkəz  rolunu  oynayırdı.  Buradan  üç 
istiqamətə yol, bir istiqamətə döngə ayrılırdı. Döngə 
Bəyməmmədin döngəsi, şərqə gedən məhəllə Xanlar 
məhəlləsi,  məhəllənin  sağ  tərəfində  birinci 
darvazanın  açıldığı  həyət  Xanlar  həyəti  adlanırdı. 
Həyət  dörd  tərəfdən  böyük,  hündür,  iki  mərtəbəli 
binalar  ilə  əhatə  olunmuşdu.  Ümumi,  böyük 
darvazanın yanında balaca bir qapı da ümumi həyətə 
açılırdı.  Xanlar  həyətinin  cənub  tərəfdən  sərhəddi 
Xan  bağına  söykənirdi.  Xan  bağı  Əylisdə  ən  böyük, 
ən  gözəl  bağ  idi.  Bu  bağda  çoxlu  meyvə  ağacları 
vardı. Alma, armud, ərik, alça, albuxara, əncir, üzüm, 
gilənar,  gilas,  cəviz,  badam,  fındıq,  zoğal,  innab, 
sumax  ağacları  zəngin  çeşidləri  ilə  dillər  əzbəriydi. 
Xan  bağının  şöhrəti  Əylisdən  çox-çox  uzaqlarda  da 
məşhurdu. 
Meydandan  şimal  istiqamətində  ayrılan  küçə 
Xoşkeşinə  gedir  və  ortada  bir  neçə  istiqamətə 
ayrılırdı. Qərbə gedən məhəllə məsciddən bir qədər 
aralandıqdan  sonra  iki  qola  ayrılır,  hər  iki  küçənin 


Nizami Muradoğlu 
 
88
sonu  Əylisçayda  bitirdi.  Cənubi-qərb  tərəfdə 
Əylisçayın  üzərində  taxta  körpü  tikilmişdi.  Şimali-
qərb tərəfdə küçənin sonunda Əylisçaya düşən yerdə 
böyük  darvaza  axşamlar  bağlanır,  gözətçi  damında 
gözətçilər  keşik  çəkirdilər.  Bu  məhəllə  başdan-başa 
daş döşəməli, geniş və səliqəli idi.  
Meydanda  divarlara  bərkidilmiş  neft  çıraqları 
axşam  olunca  yandırılır,  Şah  Abbas  məscidinin 
əzəmətini  qabarıq  şəkildə  nəzərə  çarpdırırdı.  Bütün 
məhəllələrdə 
çıraqlar 
xidmətçilər 
tərəfindən 
yandırılıb  söndürülürdü.  Əylisin  giriş  yollarında 
olan  darvazalar  da  axşamlar  bağlanırdı.  Evlər, 
həyətlər  hündür  hasarlarla  əhatələnmişdi,  Əylis  bir 
qalaya bənzəyirdi. 
 
 
 
Səhər-səhər  qəbirstanlıqda  üç  kişi  vardı.  Molla 
Nurməmməd  çöməlib  iki  yan-yana  qəbrin  önündə 
dua oxuyurdu. Alxan kişi də yanını yerə qoymuşdu. 
Rövşən  ayaq  üstə  dayanıb  ata-anasının  qəbirlərinə 
baxırdı.  
Xallı da qəbirlərin səmtində, kənar tərəfdə eni-
nə  basdırılmışdı.  Molla  Nurməmməd  bu  heyvanın 
vəfasına görə şəriətin əksinə getmişdi, onun burada 
basdırılmasına  icazə  vermişdi.  Bu  hərəkətinə  görə 
Molla  Nurməmmədə  giley-güzar  edənlər  də  az 
deyildi.  Amma  ortalıqda  bir  həqiqət  vardı  ki,  bu 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə