Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

 Baba ocağı 
 
69
nədən  xəbəri  olmayan  Selcan  yerindən  qalxmaq 
istərkən  çılpaq  bədənini  görüb  qıpqırmızı  lalə  kimi 
qızardı, huşdan ayılan kimi oldu, bədənindəki ağrını 
hiss  edib  üzünü  tutub  ağladı,  saçlarını  yoldu,  bitab 
düşüb qaldı. 
Vanik  axşamdan  ona  yançılıq  edən  Karapetlə 
təndirin  qapısını  açıb  Telmanın  yanına  gəldilər. 
Telman  təndirin  bir  küngünə  qısılaraq  büzüşüb 
oturmuşdu.  Karapet  Telmana  bir-iki  təpik  vurub 
ayağa  qalxmağa  məcbur  etdi.  Əlindəki  yarısından 
çoxu  içilmiş  çaxır  şüşəsini  ona  uzadıb-“iç-dedi,- 
Axşam  Vaniklə  Selcanın  toyu  oldu,  səninsə  heç 
nədən xəbərin yox. İç, iç, Vanikin sağlığına. Sana da, 
o türk köpekoğluna da yazıq oldu, ha”...  
Telman  çaxır  şüşəsini  əliylə  kənara  itələdi, 
üzünü  yana  döndərdi.  Elə  o  anda  da  Vanikin 
boynunun  arxasından  ağacla  vurduğu  zərbəyə  tuş 
oldu,  müavizinətini  saxlaya  bilməyib  üzüqoyulu 
yerə  yıxıldı.  Sərxoşlar  Telmanı  ara  vermədən 
təpikləyir,  döyürdülər.  Telmanın  ağzından  qan 
gəlirdi.  Sərxoş  əyləncədən  sonra  qapını  bağlayıb 
getdilər.  
Telman iki günlük döyülmədən taqətsiz bir hala 
düşmüşdü,  yerindən  qalxa  bilmirdi,  bir  təhər 
sürünüb  divarın  dibində  dikəlməyə  çalışdı,  lakin 
qalxa  bilmədi,  kürəyini  divara  söykəyib  fikrə  getdi. 
Telman bilirdi ki, Arakel daşnakların sağ əlidir, onun 
sözü erməni icmasında iki ola bilməzdi, kəsdiyi başa 


Nizami Muradoğlu 
 
70
sorğu-sual yoxuydu, onu da buraya salıblarsa, bura-
dan  qurtulması  qeyri-mümkündür.  Susub  aqibətini 
gözləməkdən savayı çarəsi qalmamışdı. 
Rövşən  özünə  gələ  bilmirdi,  Selcandan  iki 
gündü  ki,  heç  bir  məlumat  yoxuydu.  Selcandan  bir 
xəbər öyrənmək məqsədi ilə Şam çeşməsinin başına 
gəldi,  bir  xeyli  adam  yığılmışdı.  Ayka  ana  ağlayır, 
saçlarını  yolurdu,  Telman  itgin  düşmüşdü,  Telmanı 
iki gündü gördüm deyən yoxdu. Ümid etdikləri hər 
yerə baxmışdılar, Telman bir parça əppək olub göyə 
çəkilmişdi.  
Kənd  cavanları  dəstələrə  bölünüb  axtarışa 
başladılar. Biri dedi, Telman dağları gəzməyi sevər-
di,  bəlkə  dağlara  çıxıb,  qurda-quşa  rast  gəlib.  Biri 
dedi,  bəlkə  qonşu  kəndə  gəzməyə  gedib,  gec  olub 
qayıdanmayıb.  Biri  dedi,  bəlkə  içib  sərxoş  olub 
bağlardan  birində  yatıb  qalıbdı.  Nə  isə  uzun 
məsləhət-məşvərətdən  sonra  üç  dəstəyə  bölünüb 
Telmanı  axtarmağa  başladılar.  Dəstənin  birinə 
Rövşən başçılıq edirdi. Kənddə-kəsəkdə yer qalmadı 
axtardılar, açıq su quyularına adam endirib baxdılar, 
dağları-daşları  ayaqdan  saldılar,  Telmandan  xəbər 
çıxmadı. 
 Beləcə  üç  gün,  üç  gecə  keçdi.  Dördüncü  gün 
sübh tezdən Telman ayaqları bir-birinə dolaşa-dolaşa 
evlərinə  gəlib  çıxdı.  Anası  Ayka,  bacısı  Tamara 
Telmanı görüb sevindilərsə də, pəjmürdə halı onları 
pərişan etdi. Xəbər yayıldı ki, Telman tapılıb, ancaq 


 Baba ocağı 
 
71
dinib  danışmır.  Anası,  bacısı  yalvarıb  yaxardı,  Tel-
manı  dilə  tutub  danışdırmaq  istədilər,  amma  o, 
ağzına  su  alıb  durdu,  bir  kəlmə  də  danışmadı.  Üz-
gözü  döyülməkdən  qaralmışdı,  paltarları  cırıq-cırıq 
olmuşdu, anası, bacısı başa düşürdü ki, Telmanı bərk 
döyüb qorxutmuşdular.  
Telman  bir  həftə  yatdı,  heç  nə  yemədi,  heç  nə 
demədi,  ən  yaxın  dostu  Rövşənin  üzünə  belə 
baxmadı.Yeddinci  günü  onu  huş  aparmışdı, 
gözlərini açıb Rövşəni yenə başının üstündə görəndə 
iki  damla  göz  yaşı  yanaqlarından  aşağı  axdı:- 
Arakel...  –  dedi,  sözünün  dalını  gətirə  bilmədi,  başı 
yastıqdan yana düşdü. Rövşən özünü itirdi, özündən 
asılı olmayaraq qışqırdı: 
-Telmann...  
Səsə Ayka, Tamara içəri girdi, Telman ölmüşdü. 
 
 
 
Sonyanın  yatağına  elə  bil  qor  doldurmuşdular. 
Səhərin  gözü  açılar-açılmaz  özünü  qardaşı  Arakelin 
evinə  yetirib  qapını  döymək  istədi.  Qapı  açıq  idi, 
içəri  keçdi.  Qulluqçular  həyətdə  hazırlıq  işləriylə 
məşğuldu,  ocaqlar  yandırılıb,  qazanlar  asılmışdı, 
dünənki  məclisinin  davamı  olacaqmış  kimi  bir 
görüntü  vardı.  Sonyanın  ürəyi  şiddətlə  vurmağa 
başladı,  səhər-səhər  xeyir  ola,  bu,  nə  hazırlıqdı 


Nizami Muradoğlu 
 
72
görəsən?  Maya  Sonyanı  dəhlizdə  qarşılayıb  yan 
otağa aparmaq istədi. Sonya səbirsizləndi: 
-Selcan, hanı Selcan? 
-Narahat olma, indi gələr. 
-Necə, yəni indi gələr. 
 Sonya var səsi ilə qışqırdı: 
-Selcann... 
Anasının  səsini  eşidən  Selcanın  qonaq  otağın-
dan eşidilən hıçqırıqları elə şiddətli hal aldı ki, Son-
yanın  qulaqlarını  yandırdı.  Sonya  dəli  kimi  qonaq 
otağının  qapısını  itələyib  taybatay  açdı.  Zavallı 
Selcanı  yataqda  görüncə  anladı  ki,  ağlına  gələn 
qızının  başına  gəlmişdir,  ana-bala  qucaqlaşıb 
ağladılar. 
 Telmanı  dərədibi  deyilən  yerdə  balaca  bir 
köhnə  qəbirstanlıqda  dəfn  etdilər.  Dəfndə  erməni 
icmasından cəmi-cümlətanı 3 nəfər kişi və keşiş işti-
rak  edirdi.  Ermənilərdən  Telmanın,  eyni  zamanda 
Rövşənin  dostu  Hayrik,  iki  nəfər  də  yaxın 
qonşularıydı.  Rövşən,  Pirverdi,  Alxan  kişi,  Novruz 
kişi və digər türklər də dəfndəydilər.  
Arakel  dəfnə  gəlməmişdi,  Telmanı  günahkar 
bəndə  adlandırmışdı.  Heç  kəs  danışmasa  da,  hamı 
bilirdi  ki,  Telmanın  ölümünün  baiskarı  Arakeldir. 
Kimsə  də  cürət  edib  Arakelin  qabağında  bu  ailəyə 
yaxınlıq  edə  bilməzdi.  Keşiş  dua  oxuyur,  günahkar 
bəndənin  Allahın  dərgahında  bağışlanmasını 
diləyirdi.  Ayka  ana  ağlayır,  mənim  oğlum  günah-


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə