Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə14/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

 Baba ocağı 
 
57
Kətil-kətil süd verər
Tamı da xöşca inək.  
Doğrudan  da  Qaşqanın  südü  çox  tamlı  olardı, 
hətta bir az da şirin olardı.  
Novruz  kişi  Qaşqanın  südünü  şəkərsiz  içərdi. 
Ömrü boyu mal-heyvan saxlamışdı, ancaq belə tamlı 
südü  olan  inəyə  rast  gəlməmişdi.  Bu  qara,  qonur 
inəyin alnının ortasında böyük, ağ qaşqası vardı, ona 
görə  də  Güllübəyim  onun  adını  Qaşqa  qoymuşdu. 
Qaşqa çox sakitdi, sağılanda heç təpik atmazdı. İndi 
bütün  bunlar  Novruz  kişinin  xəyalına  gəldikcə  onu 
qəribə bir hiss bürüdü. Qaşqanın boynunu qucaqla-
dı,  üz-gözünü  tumarladı,  hönkür-hönkür  ağlamaq-
dan özünü zorla saxlayaraq qeyri-ixtiyari dilləndi: 
-Qarnına şiş batsın, a dünya, bir inək qədər də 
vəfan olmadı.  
Novruz  kişi  şam  kim  əriyirdi,  Güllübəyimdən 
sonra  beş  il  də  Rövşənin  yolunu  gözlədi.  Beş  il  ta-
mam olan gün Novruz kişi də dünya ilə vidalaşdı.  
Həmən  gün  Novruz  kişi  keçiləri  tövlədən 
çıxarıb  küçəyə  ötürdü,  sonra  Xallıını  səslədi,  lakin 
Xallı yerindən tərpənmədi. Novruz kişi daha keçiləri 
aparıb Əlbaba qayasının aşağısına ötürmürdü, eləcə 
tövlədən  küçəyə  açan  kimi  keçilər  öz  işlərini 
bilirdilər,  baş  alıb  gedirdilər,  Xallı  da  onlara  həm 
yoldaşlıq edir, həm də qurddan qoruyurdu. Lakin bu 
gün  Xallının  keçilərə  yoldaşlıq  etməyə  həvəsi 
qalmamışdı. Novruz kişi bir-iki dəfə yenə də Xallını 


Nizami Muradoğlu 
 
58
səsləyib  təkid  etdi.  Xallı  oturduğu  yerdən  qalxıb 
Novruz  kişinin  yanına  gəldi,  çarıqlarını  yaladı, 
qıçlarına sürtündü, sonra oturub kişinin üzünə bax-
dı,  ancaq  keçilərin  arxasınca  getmədi.  Novruz  kişi 
həyətə keçdi,  Xallı da  onun arxasınca  gəlib  yanında 
durdu. Novruz kişi yorulmuşdu, çöməlib pilləkanda 
oturdu, kürəyini divara söykədi. Çuxasının cibindən 
bir  torba  çıxardı.  Torbanın  ağzını  açıb  içindəki 
tütünü iylədi, sonra bir eşmə düzəldib yandırdı, bir 
dərin qüllab vurub tüstüsünü bayıra üflədi.  
Xallı  başını  Novruz  kişinin  ayaqlarının  üstünə 
qoyub  uzanmışdı.  Novruz  kişi  sağ  əliylə  Xallının 
başını tumarlayırdı. Sinəsindən bir sancı keçdi, əlləri 
boşaldı,  sol  əlində  tutduğu  çoxdan  sönmüş  eşməsi 
yerə  düşdü.  Xallı  Novruz  kişinin  halını  hiss  edib 
ayağa qalxdı, uzun-uzun uladı. Qonşular belə ulartı 
görməmişdilər,  eşitməmişdilər,  sanki  Xallı  kimisə 
çağırırdı.  Xallının  ulartısını  eşidən  kimi  Alxan  kişi 
özünü  Novruz  kişinin  həyətinə  yetirdi,  Novruz  kişi 
pilləkanın  qırağında  oturub  divara  söykənmişdi, 
gözləri açıqdı, amma hərəkəti yoxdu.  
Xallı  Alxan  kişinin  qabağına  yüyürdü,  sonra 
kənara çəkilib yenə də bir-iki ağız uladı. Novruz kişi 
oturduğu yerdə keçinmişdi.  
Novruz kişinin ölüm xəbəri bir an içində kəndə 
yayıldı.  Qonşular  yığışıb  gəldilər.  Hacı  Nəcəf,  Hacı 
Qurbanəli,  Bığ  Abbas,  Kəblə  Əhməd,  Aslan  baba, 
Uzun  Nəcəf,  Dağ  İbrahim,  Bəyməmməd,  Qafar  kişi 


 Baba ocağı 
 
59
divar  boyunca  ayaq  üstə  durmuşdular.  Molla 
Nurməmmədin  dalınca  uşaq  göndərdilər.  Meyidi 
yumaq  üçün  yer  hazırladılar,  sonra  iri  qazanları  su 
ilə doldurub ocağın üstünə qoydular. Meyidi Alxan 
kişi özü yudu, Molla Nurməmməd qüsl verdi, kəfən 
biçdi, kəfənləyib götürdülər.  
Qəbirstanlığa  gedən  yol  Şah  Abbas  məscidinin 
qarşısından  keçirdi.  Məscidin  qarşısı  böyük  mey-
dandı, adətən ölmüş adamı son mənzilə yola salanda 
bu  meydanda  dayanardılar.  Yenə  də  dayandılar. 
Novruz  kişinin  tabutunu  aparan  cavanlar  son 
borclarını layiqincə ödəyirdilər. Molla Nurməmməd 
bir dua oxudu, hamı “Allah rəhmət eləsin”,- dedi.  
Qəbirstanlıqda  namazgah  deyilən  bir  yer 
düzəltmişdilər.  Cavanlar  tabutu  astaca  namazgahın 
kənarında  yerə  qoydular.  Camaat  Molla  Nur-
məmmədin arxasında düzləndi və ölü namazı qılın-
dı.  Novruz  kişini  dəfn  etdilər.  Dəfn  mərasimi  başa 
çatdıqdan  sonra  Molla  Nurməmməd  üzünü 
adamlara tutub dedi: 
-Ay camaat, mərhuma çəkdiyiniz zəhməti halal 
edin. 
Hamı bir ağızdan cavab verdi: 
-Halal olsun. 
Molla Nurməmməd yenə də ucadan dedi: 
-Ay  camaat,  ola  bilər  ki,  mərhumun  kiməsə 
borcu olsun, varsa deyin. 
-Yoxdur. 


Nizami Muradoğlu 
 
60
Alxan kişi Molla Nurməmmədin qulağına nəsə 
pıçıldadı.  Molla  Nurməmməd  yenə  də  ucadan  səs-
ləndi: 
-Mərhumun  yas  mərasimi  məsciddə  tutulacaq-
dır. 
 Molla  Nurməmməd  qabaqda,  arxasında  ca-
maat geriyə qayıdırdı. Kimsənin səsi çıxmasa da ha-
mı  ürəyində  danışırdı.  Hamı  bilirdi  ki,  Novruz 
kişinin  tifaqının  dağılmasının  baiskarı  Arakeldir. 
Adamlar sanki ən yaxın əzizlərini itirmiş kimi üzücü 
və  pərişan  bir  görkəmdə  hərəkət  edirdilər.  Hamı 
bilirdi  ki,  Novruz  kişinin  oğlu  Rövşənin  didərgin 
düşməsi  bu  ailənin  faciəsi  oldu.  Hamı  bilirdi  ki, 
Rövşən bir daha bu kəndə gələ bilməyəcəkdi, ancaq 
yenə  də  belə  bir  gündə  hamının  gözü  Rövşəni 
axtarırdı. Bu nisgil adamları əzir, incidirdi.  
Qəbir  düzəldənlər  qəbirin  üstünə  su  axıdıb 
getdilər.  Bütün  mərasim  boyu  Xallı  bir  kənarda 
dayanıb  baxırdı.  Adamlar  dağılışandan  sonra  Xallı 
başını Novruz kişinin qəbrinin üstünə qoyub uzandı, 
gözlərindən yaş axdı. Xallı uzandığı yerdən bir daha 
qalxmadı. 
Dəfndən qayıdarkən adətə görə camaat yenə də 
Şah  Abbas  Məscidinin  qarşısındakı  meydanda 
dayandı.  Vacib  işi  olanlar  burada  mərhumun 
yaxınlarına  baş  sağlığı  verib  ayrılırdılar.  Novruz 
kişinin  elə  bir  yaxın  qohumu  olmadığından  Molla 
Nurməmmədin yaxınlığında dayanmış Alxan kişiyə 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə