Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

 Baba ocağı 
 
45
Rövşən isə cızbızxanadan çıxandan sonra Cümə 
məscidinin şərq tərəfdəki  pillələri ilə yuxarı qalxırdı. 
Cümə  məscidi  Ordubad  şəhərinin  mərkəzində 
hündür  bir  təpənin  üzərində  tikilmişdi.  Məscid 
Yaxın  Şərqin  ən  mükəmməl  memarlıq  nümunə-
lərindən  hesab  edilirdi.  Ordubad  şəhərində  70-ə 
qədər irili-xırdalı məscid vardı. Lakin Cümə məscidi 
bunların  içərisində  ən  böyük  və  əzəmətlisi  idi. 
Ordubad məscidlərinin Yaxın Şərqin məscidlərindən 
seçilən fərqli özəl bir əlaməti də vardı. Ümumiyyətlə, 
bütün  Ordubad  bölgəsində  tikilən  məscidlərin  heç 
birinin  önündə  minarə  tikilməmişdi.  Müəzzinlər  bu 
məscidlərdə  azanı  məscidin  çöl  tərəfdən  taxçalarına 
çıxaraq  oxuyardılar.  Bu  məscidlərin  önündə  minarə 
tikilməməsini iki səbəblə əlaqələndirirdilər. Birincisi 
buydu  ki,  Ordubadın  təbii  relyefi  pilləvari 
olduğundan burada bir evin dam hissəsi o biri evin 
həyəti rolunda çıxış edirdi. Bu səbəbin özü də iki şərt 
daxilində  uyğunsuzdu.  Birincisi  burada  minarə 
tikilməsi  müsəlmançılığa  caiz  deyildi,  çünki 
minarədən  bütün  həyətlər  ovuc  içi  kimi  görünə 
bilərdi.  İkincisi  də  oydu  ki,  burada  binaların, 
həyətlərin  trayektorik  yerləşməsi  səsin  normal 
yayılmasını  təmin  edir,  minarə  tikintisinin  lüzumunu 
aradan  qaldırırdı.  Digər  əsas  səbəbsə  Ordubad 
camaatının  dəqiqliyi  ilə  bağlıdır.  Belə  ki,  burada  hər 
kəs  namazın  dəqiq  vaxtını  azan  verilsə  də,  verilməsə 
də bilir, yaxınlıqdakı məscidə ibadətə gəlirdi.  


Nizami Muradoğlu 
 
46
Cümə  məscidinin  əsas  giriş  hissəsi  şərq 
tərəfdəndir. Küçədən balaca həyətə iki taylı qapı açılır. 
Həyətdə  çox  nəfis  şəkildə  tikilmiş  balaca  çeşmə  və 
onun  qarşısında  balaca  hovuz  dəstəmaz  almaq  üçün 
nəzərdə  tutulmuşdu.  Həyətdən  təqribən  iki  metr 
hündürlükdə  daş  pillələrlə  qalxıb  məscidin  giriş 
qapısına yaxınlaşmaq olur. İki taylı cəviz ağacından 
hazırlanmış  ağır  darvaza  qapısının  yuxarı  tərəfində 
daş kitabənin üzərində hicri tarixi ilə 1012-cı, miladi 
1604-cü  ildə  I  Şah  Abbas  tərəfindən  verilmiş  fərman 
həkk edilmişdi. Fərmanın ümumi məzmunu beləydi: 
 "Ordubad  qəsəbəsinin  bütün  əhalisinin  ...Şah 
Abbas  sülaləsinə  etimadını,  onların  şiə  məzhəbli  ol-
duqlarını  nəzərə  alaraq  sənətkarlardan,  əsnaflardan, 
bağlardan,  əkin  yerlərindən,  dəyirmanlardan  topla-
nan  ixracal,  itlaqat,  nüzul,  əvariz  (biyar),  qonalqa 
(qonaqla, sonralar künəlgə - yəni əyanların kəndlilə-
rin evində qalmaq hüququ) vergilərindən ibarət olan 
malcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, 
onları  Azərbaycan  boniçesindən  çıxsınlar  və  divan 
itlaqatından xaric etsinlər".  
Rövşən  qapının  önündə  dayanıb  xeyli  baxdı, 
fikirləşdi,  sonra  içəri  keçdi.  İçəridən  qapının  qabağı 
balaca  dəhliz  rolunu  oynayırdı.  Məscidin  döşəməsi 
bu  dəhlizdən  iki  pillə  yuxarıdaydı.  Döşəməyə  xalı-
xalça düzülmüşdü. Məscidin mehrabı cənub tərəfdən 
üzü şimala doğru tikilmişdi.  


 Baba ocağı 
 
47
Mehrabın  önündə  ağsaqqallı,  nurani  bir  qoca 
əyləşmişdi. Bu, Ordubad mahalının şeyxül-islamı idi. 
Mehrabın  gümbəzi  mavi  səmada  ulduzların  təsviri 
ilə  bəzədilmişdi.  Gümbəzin  üfiqi  çıxıntısı  boyunca 
Quran  ayələri  yazılmışdı.  Ortada  çox  maraq 
doğuran,  çərxi-fələyə  bənzər  şəkilli,  naxışlı  yazı 
vardı.  Rövşənin  gözləri  həmən  naxış  –  yazıya  ilişib 
qalmışdı.  Rövşən  şəkil-yazını  oxumağa  çalışırdı. 
Nəhayət  ki,  şəkil-yazının  sirrinə  vaqif  oldu.  Şəkil-
yazıda Əli adı dörd dəfə tərsinə yazılaraq qəribə bir 
məntiq  ilə  çərxi-fələk  yaradılmışdı.  Rəssam  yazarın 
dərin  təxəyyülünün  məhsulu  olan  bu  ifadə  Həzrət 
Əli Əleyhissəlamın kəramətindən xəbər verirdi.  
Rövşən  bilirdi  ki,  bəşəriyyətin  sonuncu  pey-
ğəmbəri  Həzrəti  Məhəmməd  Əleyhisəlam  Həzrət 
Əlini  “İslamın  aslanı”  adlandırmışdı.  Ordubad 
camaatı Həzrəti Əliyə xüsusi inam bəsləyirdi. Görü-
nür ki, burada da ordubadlı nəqqaş Həzrət Əli sev-
gisini  belə  nümayiş  etdirməyə  çalışmışdı.  Rövşənin 
təsəvvüründə  nəqqaş-rəssam  demək  istəyirdi  ki, 
qiyamət  gününə  qədər,  çərxi-fələk  dönüb  tərsinə 
hərəkət  edənə  qədər  Həzrət  Əlinin  sevgisi  insanları 
tərk  etməyəcək,  onun  islam  yolunda  apardığı 
mübarizənin  ardıcılları  onun  nurlu  ideyalarının 
daşıyıcıları  olacaqlar.  Nə  qədər  də  uzaqgörənliklə 
işlənmişdi. 
Şeyx  qarşısındakı  mizin  üzərinə  qoyub  oxu-
duğu Quranı qatlayıb Rövşənin üzünə baxdı: 


Nizami Muradoğlu 
 
48
-Xoş gəlibsən, oğlum. 
Rövşən sanki yuxudan ayıldı: 
-Salaməleyküm, Şeyx ağa. 
-Və  əssalaməleyküm,və  bərəkatu...  buyur 
öğlum. 
-Ağa,  bağışla,  bu  şəkil  yazı  ağlımı  apardı,  onu 
oxumağa  çalışdım.  Belə  başa  düşdüm  ki,  bu  yazı 
Həzrət Əli Əleyhissəlam haqqındadır. 
-Bəli, oğlum, düzgün anlayıbsan. Mərhəmətli və 
rəhim  olan  Allahın  adıyla  orada  Həzrət  Əlinin  adı 
dörd  dəfə  tərsinə  yazılıbdır.  Bu,  Həzrət  Əli  Əley-
hissəlamın  fəzilətlərinə  dəlalət  edən  bir  işarədir. 
Mənası  da  budur  ki,  Həzrət  Əli  Əleyhissəlama  iman 
gətirənlər  qiyamət  gününə  qədər  onun  fəzilətlərinin 
şahidi olacaqlar. Dəxi nə mətləbin var, oğlum. 
-Şeyx  ağa,  mən  tövbə  etmək  diləyi  ilə  buraya 
gəlmişəm. 
-  Xeyli  xub.  Haradan  gəlmisən,  nə  günahın 
sahibisən, oğlum? 
-Bakıdan gəlirəm, Şeyx ağa. 
-Bəyəm Bakıda üləmalar yoxmu? 
-Var  Şeyx  ağa,  amma  mən  sizə  daha  çox 
inanıram.  Həm  də  bura  mənim  Vətənimdir.  İyirmi 
ildir  buranı  tərk  edib  getmişdim.  Fikirləşdim  ki, 
qayıtmaq lazımdır. 
- Barakallah, oğlum, kimlərdənsən? 
-Əylisdənəm. 
- Xub. Günahlarını deyə bilərsənmi? 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə