Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə8/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

 Baba ocağı 
 
33
quyruqlanmağa  başlayardı,  quzuçu  tutulardı, 
Rövşənin  də  canı  quzu  otarmaqdan  qurtarardı.  Çöl 
işləri  Rövşən  üçün  bəzən  maraqlı  gəlir,  bəzən  də 
bezdirir,  həvəsdən  salırdı.  Xüsusən  də  hər  yay  bu 
kəndə  istirahətə  gələn  şəhərli  əylisliləri  görəndə 
mütləq  şəhərə  gedəcəyi  qənaətinə  gəlirdi.  Şəhərli 
qızlar daha çox incəlik nümayiş etdirirdi. Danışıqları 
da  bir  qədər  fərqliydi,  əzilib-büzülüb  danışırdılar. 
Çeşmə  başına  gələn  şəhərli  qızlar  saatlarla  orada 
vaxt  keçirər,  kənd  oğlanlarının  kənardan  onları 
izləmələrindən  zövq  alardılar.  Oğlanlar  da  şəhərli 
qızları gözaltı  edər,  öz  sevgilərini çatdırmağa  fürsət 
axtarardılar.  
Amma Rövşənin gözünün ovu Qurd Ağamirin 
nəvəsi Selcan idi. Selcan Əylisdə tərifi dillərdə əzbər 
olan tək gözəldi. Bu qara gözlü, qara qaşlı, qara saçlı, 
uzun  hörüklü  qız  Rövşənin  qəlbini  çalmışdı.  Hətta 
şəhərli  qızların  özləri  də  Selcana  həsədlə  baxar,  hər 
zaman onunla birlikdə olmağa çalışardılar.  
Qatarın əyləcinin şaqqıltı ilə səs çıxarıb dayan-
ması Rövşəni silkələyib yuxudan oyatdı. Pəncərədən 
boylanıb ətrafı nəzərdən keçirdi, yarımqaranlıqda bir 
şey seçə bilməyib yenidən yerinə uzandı.  
Yenidən  anası  Güllübəyimi  gördü  yuxusunda. 
Novruz  kişi  hələ  də  pilləkəndə  oturmuşdu.  Gül-
lübəyim  bir  əlində  ləyən,  bir  əlində  də  su  vedrəsi 
ərinə yaxınlaşdı, ləyəni onun qarşısında yerə qoyub 
içinə  su  tökdü,  çevrilib  ocaqda  pırtapırt  qaynayan 


Nizami Muradoğlu 
 
34
çaydanı götürdü, ləyəndəki soyuq suyun üzərinə bir 
qədər  isti  su  əlavə  edib  ilıq  hala  gətirdi.  Çaydanı 
yenidən ocağın üstünə qoyub üzünü Novruza tutub 
dedi: 
-Kişi, ayaqlarını bəri uzat görüm. 
Novruz  əvvəlcə  sağ  ayağını,  sonra  da  sol 
ayağını  qaldırıb  ləyənin  içinə  qoydu.  Güllübəyim 
çömbətmə oturub ərinin ayaqlarını yumağa başladı. 
Güllübəyimin  nazik  barmaqları,  ipək  əlləri 
Novruzun  ayaqlarını  sığalladıqca  kişinin  canına  bir 
istilik, rahatlıq gəlirdi. O anda Novruz kişi dünyanın 
ən  xoşbəxt  kişisiydi.  Novruz  Güllübəyimi  çox 
istəyirdi,  heç  vaxt  onu  incidəcək  bir  hərəkət 
etməmişdi.  Hərdən  hirslənib  özündən  çıxması  da  iş 
tərsinə  düşəndə  olurdu.  Yəni  bu  halı  da  özündən 
asılı deyildi, təbii ki, insan yaşlaşdıqca gücü-qüvvəsi 
də  zəifləyir,  hərdən  əsəblərini  də  cilovlamaqda 
çətinlik  çəkir.  Bütün  cəmiyyətdə,  təbiətdə  gedən  bu 
proseslərin  oxşarlıq  nöqtələri  mövcuddur.  Novruz 
kişi  də  fərd  olaraq  cəmiyyətin  içərisində  idi,  həyat 
təlqinləri ilə barışaraq yaşamaqdaydı. 
Kənd yerində iş sübh tezdən başlayar, qaranlıq 
düşüb  göz  gözü  görməyənə  qədər  davam  edərdi. 
Kəndli  təsərrüfatının  ağırlığı  adamları  nə  qədər 
sıxırdısa, tab gətirə bilənlərdə bir mətinlik, əzmkarlıq 
da  yaradırdı.  Çoxları  da  kəndli  əməyinin  ağırlığına 
dözə  bilməyib  dədə-baba  peşəsini  dəyişir,  daha  çox 
qazanc  verən  digər  sahələr  ilə  məşğul  olur,  bəziləri 


 Baba ocağı 
 
35
də  şəhərə  neft  iyinə  axışırdı.  Əylisdən  də  son 
zamanlar şəhərə gedənlərin sayı artmışdı.  
Qatar silkələndi, əvvəlcə geri dartındı, sonra ya-
vaş-yavaş  sürətini  artıraraq  irəliyə  doğru  hərəkətə 
başladı. Rövşən qatarın dayanmasını hiss etməmişdi. 
Yenidən hərəkətə başlarkən gözlərini bir anlığa açdı, 
amma  hansı  dayanacaq  olduğunu  araşdıra  bilmədi. 
Heç  ona  ehtiyac  da  duymurdu.  Son  iyirmi  ildə  ilk 
dəfəydi  ki,  belə  rahat  yatırdı.  İlk  dəfəydi  ki,  qəlbi 
ülvü  duyğularla  dolurdu,  rəhmətlik  anasını,  atasını 
xatırlayırdı.  İlk  dəfəydi  ki,  içinə  dolan  bir  işığın 
şəfəqləri  altında  öz  doğma  yurduna,  baba  ocağına 
gedirdi.  Bütün  pisliklər  arxada  qalmışdı,  hər  şeyi 
yenidən başlamaq, yeni bir həyata qədəm qoymağın 
zərurətini  bütün  varlığı  ilə  hiss  edirdi.  Köhnə 
əməllərinə  son  qoymaq,  tövbə  etmək,  düz  olan  nə 
varsa  ona  doğru  getmək  haqqında  qəti  qərar  qəbul 
etmişdi.  Rövşəni  bu  yoldan  daha  kimsə  saxlaya 
bilməzdi.  İyirmi  ildə  Əylisin  havası,  suyu  üçün 
burnunun ucu göynəmişdi, amma dişini dişinə sıxıb 
dözmüşdü. Artıq Arakeldən də qorxmağa dəyməzdi. 
Rövşən  iyirmi  il  bundan  öncəki  Rövşən  deyildi, 
lazım  gələrsə  Arakelin  qarşısında  dimdik  dayanıb 
ona  öz  yerini  göstərəcəkdi.  Nakam  sevgisinin 
yaralarını  sarımaq  mümkün  olmasa  da,  bu,  onun 
taleyiydi,  dözüb  yaşamalıydı.  Min  illərin  sirrini, 
sorağını  dərin  qatlarında  gizləyib  saxlayan  Əylis 
onun  da  sirdaşı  olacaq,  dərdinin  həmdərdinə 


Nizami Muradoğlu 
 
36
çevriləcəkdi.  Bu  minvalla  iki  gün  yol  getdi.  Arada 
qatar Tiflisdə dayananda vaxtı çox idi, ona görə Tiflis 
vağzalında düşüb qəlyanaltılardan birində sup-xarço 
yedi,  gürcü  çaxırı  içdi,  sonra  da  bir  şaşlık  sifariş 
verdi.  Şaşlık  daha  çox  xoşuna  gəldi.  Tiflisdə  özünü 
Bakıdakı  kimi  hiss  etdi,  çünki  hara  baxırdı  Azər-
baycan  türklərinə  rast  gəlirdi.  Bu  şəhərin  əhalisinin 
demək olar ki, yarısı türklərdi.  
 İki  gün  qatarda  yol  getməyin  də  ayrı  ləzzəti 
vardı.  Tiflisdə  bir  neçə  türk  də  qatara  mindi,  bəzisi 
İrəvana, bəzisi də Naxçıvana gedirdi. Axşam düşənə 
qədər  deyib  gülüb  zarafatlaşdılar.  Bir  nehrəmli  də 
vardı,  çoxdandı  Tiflisdə  yaşayırdı,  Tiflis  həyatından 
ağız  dolusu  danışırdı.  Şeytanbazarın  yanında 
mənzili  varmış,  Mirzə  Cəlili  də  tanıyırdı.  Mirzə 
Cəlilin personajlarının əksəriyyətinin öz kəndlərində 
oxşarı  olduğunu  deyir,  onları  öz  ləhcələrində  təqlid 
edir, qulaq asanları güldürürdü, çox baməzə adamdı.  
 
 
 
Qatar Cümrüdə dayananda gün yerindən xeyli 
qalxmışdı.  Qatardan  enən  sərnişinlər  bağlamalarını 
sürüyüb  bir  tərəfə  qoyur,  dərindən  nəfəs  alıb  sanki 
yolun  yorğunluğunu  bir  an  içərisində  canlarından 
çıxarmağa çalışırdılar.  
Rövşən  nehrəmli  ilə  bir  fayton  kiralayıb 
Naxçıvana yola düşdü.  


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə