Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə7/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   2   3   4   5   6   7   8   9   10   ...   57

 Baba ocağı 
 
29
əlindəki  çay  bardaqlarından  birini  mizin  üzərinə 
qoydu: 
-Çay içarsan?-dedi. 
-Qalsın içərəm,- dedi Rövşən. 
Bələdçi  orta  yaşlı,  dolu  əndamlı  erməni 
qadınıydı.  Rövşən  fikirləşdi  ki,  haqq  üçün  bu  er-
mənilər  xidmət  sahələrində  yaxşı  çalışırlar.  Bir  türk 
kişisi  heç  vədə  bir  türk  qadınını  qatarda  bələdçi 
işləməyə qoymaz. Nədən ki, bunu şərəf-şanlarına bir 
əskiklik  kimi  qəbul  edərlər.  Amma  bu  ermənilərdə 
elə  bir  şey  yoxdur,  kişiləri  də  heç  qısqanmazlar. 
Erməni qadınlar hər yerdə işləyərlər. 
Bələdçi  qadın  mənalı-mənalı  Rövşəni  gözaltı 
süzüb əndamını oynatdı:   
-Tek  darıxmırsınız  ki?  Balkə  başka  bir  şey 
istarsız?  
Rövşən bələdçi qadına baxa-baxa özündən asılı 
olmadan  qollarını  yana  açıb  çiyinlərini  çəkdi,  gər-
nəşən  kimi  oldu.  Bələdçi  qadın  fürsəti  buraxmadan 
daha da məhrəm olmaq istədi: 
-  Deyasən  soyuğa  vermisız,  istarsınız  kürek-
larızı ovum. 
Rövşən  çox  erməni  qadını  görmüşdü,  çoxuyla 
da  yaxınlıq  etmişdi.  Amma  Selcandan  sonra  kimsə 
onu  həqiqi  anlamda  maraqlandırmamışdı,  sadəcə 
olaraq  vaxt  keçirməyə  çalışmışdı.  Erməni  qadın-
larından  qəribə  bir  qoxu  gəlirdi.  O  qoxunu  təkcə 
Selcanda  hiss  etməmişdi.  Bələdçi  qadından  gələn 


Nizami Muradoğlu 
 
30
tanış  qoxu  çox  şeyləri  xatırlatsa  da,  Rövşən  -  yox- 
dedi.  Bələdçi  qadın  çıxdı.  Rövşənin  xəyalında  yenə 
də  o  intiligent  canlandı.  Bu  dəfə  də  intiligent 
ermənilər  haqqında  danışırdı.  Hətta  hərdən  bəda-
hətən  şeir  parçaları  da  deyirdi.  Son  günlərdə  ha-
mının  ağzında  əzbər  olan  bir  parça  Rövşənin 
qulaqlarında səslənirdi: 
 
Zopa görcək erməni
Atdı, qaçdı xərməni. 
Bu satqınlıq ki onda var
Alçaqlıqdır nədəni.  
 
Amma bu intiligent də dərin adammış. Rövşən 
ömründə  kimsəyə  bu  qədər  diqqətlə  qulaq 
asmamışdı.  İntiligent  danışırdı:  “Ermənilərin  tarixi 
vətəni  Balkan  tərəflərdə  olubdur.  Oradan  dünyaya 
yayılıblar, çayır kimi düşdükləri yerdə bitirlər. Çayırı 
hamı tanımır, ona görə də bir az bu haqda məlumat 
versək  yaxşı  olar.  Çayır  toxumsuz  otdur,  buğum-
buğum  olur.  Bir  çayır  çöpü  yüz  il  quru  bir  yerdə 
qalsa belə, ona heç nə olmaz, çürüməz, rütubət görən 
kimi  göyərib  artar,  hər  tərəfi  tutar.  Eynən  bu 
ermənilər  də  çayır  kimidir.  Dünyanın  məşhur 
adamları  onların  haqqında  ağlasığmayan  ifadələr 
işlədib, cahanda tanıtmaq istəmişlər. Ermənilər 1828-
ci  ilin  mart  ayının  21-nə  qədər  yer  üzündə  rəsmən 
qul  kimi  tanınmışlar.  Həmin  tarixdə  Rusiya  çarı  I 


 Baba ocağı 
 
31
Nikolay  fərman  verib  ermənilərin  üzərindən  “qul” 
adını  götürmüş,  Naxçıvan  və  İrəvan  xanlıqlarının 
yerində erməni vilayəti yaratmışdı. 
İntiligent  bu  yerdə  çar  I  Nikolaya  bir  lənət  də 
yağdırdı: 
 -Tümbətün oğlu tümbətün, Allah ona lənət elə-
sin,  necə  ki,  elədi  də,  erməniləri  azad  etməklə 
bəşəriyyətə bəla gətirdi. 
Rövşənin  göz  qapaqları  ağırlaşırdı,  arxası  üstə 
yatağa  uzandı.  Qatarın  təkərlərindən  qopan 
ahəngdar  səs  qulaqlarında  taqqıldasa  da,  yavaş-ya-
vaş  eşidilməz  olurdu.  Qatar  onu  yırğaladıqca  rəh-
mətlik  anası  Güllübəyimin  beşiyi  xəyalına  gəlirdi. 
Yuxu görürdü, yoxsa nə idi belə keçmiş günləri ona 
xatırladan-  ayırd  edə  bilmirdi.  Hər  nə  idisə,  onun 
şirinliyi Rövşəni məst eləmişdi. Ara-sıra bu səs-küyü 
keçib  gələn  həzin  bir  layla  səsi  ana  südü  qədər 
şirindi: 
Laylay, beşiyim, laylay. 
Evim, eşiyim laylay. 
Sən get şirin yuxuya,  
Çəkim keşiyin, laylay.  
 
Güllübəyim ana kəndin sayılıb seçilən qadınla-
rındandı.  Kimsə  onu  ucadan  danışan  görməmişdi, 
asta danışardı, dodaqlarından sözlər sanki inci kimi 
düzülərək  axardı.  Novruz  kişi  bir  qədər  dəli-dolu 
olsa da, xanımının davranış tərzinə uymağa çalışırdı. 


Nizami Muradoğlu 
 
32
Amma  bu,  həmişə  alınmırdı.  Novruz  kişi  bütün 
günü  çöldə-bayırda  ot  biçər,  odun  tədarük  edərdi. 
Axşam  yorğun-arğın  evə  gələndə  də,  hövsələsi  bir 
tikə  olardı.  Xüsusən  də  heyvanlar  axşam  otlaqdan 
qayıdanda,  çər  dəymiş  ovlaqlar  yolunu  dəyişib 
qonşunun  qapısına  gedəndə  Novruz  kişi  ağzından 
söyüş qaçırardı: 
-Sənin yiyənin... 
Ərinin küçədən əsəbi səsini eşidən kimi Güllü-
bəyim ana tez özünü qapının ağzına yetirirdi: 
-Kişi, sən keç içəri, bir dincini al, səhərdən ayaq 
üstəsən,  yorulmusan,  mən  bunları  yerbəyer  eləyim, 
bu saat gəlirəm.  
Güllübəyimin  bu  sayaq  davranışı  Novruz  kişi-
nin könlünə yatardı, həyətə keçib pilləkəndə oturar, 
Gülübəyimin gəlişini həsrətlə gözləyərdi.  
Novruz  kişi  mal  -  heyvanın  pəyəsini  həyətdən 
aralı,  küçənin  o  biri  tərəfində  tikdirmişdi.  Gündəlik 
olaraq  Məmi  gəlib  mal-heyvanın  altını  təmizləyir, 
peyini daşıyıb çayın kənarında topalayır, oradan da 
sahələrə  aparılırdı.  Məmi  Novruz  kişinin  təsərrüfat 
işlərinə  kömək  edər,  evinin  də  yavanlığını  buradan 
çıxarardı.  Novruz  kişi  üstəlik  hər  il  Məmiyə  iki 
qovurmalıq  öyəc  də  verərdi.  Yaz-yay  aylarında 
təsərrüfat  fəaliyyəti  çoxaldığından  bəzən  Rövşən  də 
çöl  işlərinə  cəlb  edilirdi.  Quzulara  göy  ot  biçib 
gətirmək,  yaxud  südəmər  quzuları  süddən  kəsilənə 
kimi  otarmaq  hər  ailənin  öz  işiydi.  Elə  ki  quzular 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə