Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

 Baba ocağı 
 
61
və  bacanağı  Məşədi  Kazıma  baş  sağlığı  verirdilər. 
Dəfndə  iştirak  edən  erməni  qonşulardan  Hərtün, 
Sərkis, Qurd Ağamir və digərləri Alxan kişiyə yaxın-
laşıb,”Kirvə,  Allax  raxmat  elasın”-  deyib  ayrıldılar. 
Arakel  dəfnə  gəlməmişdi.  Türklər  mərasimi  davam 
etdirmək məqsədi ilə məscidin həyətinə keçdilər. 
Kənddə  dədə-babadan  bir  qayda  vardı.  Ermə-
nilər  türklərin,  türklər  də  ermənilərin  dəfnində  işt-
irak edərdilər. Bu, ancaq dəfn günü olurdu. Bəzən er-
mənilər mərasim evdə və ya həyətdə olanda ehsana 
da oturardılar, məsciddəki mərasimə qatılmazdılar. 
Axşam  düşürdü.  Heyvanın  gələn  vaxtıydı, 
amma  keçilərdən  ikicə  küvər  qayıdıb  tövlənin 
qapısında  Novruz  kişini  gözləyirdi.  Novruz  kişi 
gəlmədiyindən  küvərlər  mələşirdilər.  Alxan  kişi 
uşaq  göndərib  küvərləri  tövləyə  qatdırdı.  Sabahısı 
gün  məlum  oldu  ki,  Novruz  kişinin  çöldə  qalan 
keçilərini qurd  dağıdıbdı. Qalan  iki  küvəri  də  kəsib 
Novruz  kişiyə  ehsan  verdilər.  Bir  də  o  məlum  oldu 
ki,  Xallı  Novruz  kişinin  qəbri  üstə  uzandığı  yerdə 
ölmüşdü.  Xəbəri  Molla  Nurməmmədə  çatdırdılar. 
Molla Nurməmməd çox fikrləşdi, çox çək-çevir elədi, 
sonra  bir  qərara  gəldi.  Novruz  kişinin  səmtində, 
qəbirstanlığın  kənarında  bir  quyu  qazıb  Xallını 
basdırdılar. 
 
 
 


Nizami Muradoğlu 
 
62
 
 
Arakel Əylisin ən varlı ermənilərindəndi, 1828-
ci  ildə  İran-Rusiya  müharibəsi  zamanı  Əylisə  köçü-
rülən  37  ailədən  biri  də  Arakelin  ailəsiydi.  Babası 
Arakel  Təbrizdə  olan  mülkünü  satmadı.  Arakel 
dövlətə yaxınlığıyla digər ermənilərdən seçilirdi, ona 
edilən  güzəştlər  də  fərqliydi,  rus  hökumətindən 
aldığı  çervonları  ticarətə  sərf  elədi.  Əylisdən  ipək, 
bal,  cəviz,  badam,  ərik  qurusu  alıb  aparıb  Təbrizdə 
satdı, Təbrizdən də Əylisə kişmiş, çay, halva və digər 
şirniyyatlar gətirdi, alveri xeyli genişləndi.  
Rus  hökumətinin  Əylisdə  dövlət  fondundan 
Arakelə  verdiyi  torpaq  sahəsi  müsəlman  qəbirs-
tanlığına  yaxın  bir  ərazidə  balaca  bir  yer  idi.  Baba 
Arakel, arvadı Sonya, oğlu Mıkırtıç ilə əl-ələ verib bu 
yeri  abadlaşdırdılar.  Ticarətləri  daha  da  genişləndi. 
Mıkırtıçın  toyu  oldu.  Qoca  Arakelin  sağlığında  bir 
oğlan  nəvəsi  oldu.  Arakel  öz  adını  nəvəsinə  verdi. 
Daha sonra bir qız nəvəsi də oldu. Bu dəfə də arvadı 
Sonya  öz  adını  nəvəsinə  verdi.  Bir  evdə  iki  Arakel, 
iki  Sonya  yaşayırdılar.  Balaca  Arakel  baba  Arakelə, 
Nəvə Sonya da nənə Sonyaya çox bənzəyirdi.  
Arakel,  Əylislilərin  təbirincə  desək,  qəliz 
adamıydı,  həm  də  çox  çirkiniydi.  Yekə  başı,  yekə 
burnu,  sallaq  dodaqları  onu  adamdan  başqa  hər 
nəyə desən oxşadırdı. Sonya isə əksinə çox mülayim, 
xöş qılıqlı, gözəl və saf bir qadındı.  


 Baba ocağı 
 
63
Baba-nəvə  Arakellər  tez-tez  bağa  gedərdilər, 
baba  işlədikcə  nəvə  də  ona  ya  kömək  edər,  ya  da 
çoxlu  sualları  ilə  babasını  bezdirərdi.  Amma  bəzən 
nəvəsinin suallarından bezsə də, dözərdi, çünki baba 
Arakel  nəvə  Arakeli  çox  sevirdi.  Bəlkə  də  ona  görə 
çox  sevirdi  ki,  nəvəsi  eynilə  özünə  oxşayırdı,  yəni 
Arakel kimi kifiriydi.  
 Baba  Arakel  yaşlaşdıqca  ticarət  işlərini  büs-
bütün Mıkırtıçın üzərinə buraxmışdı. Mıkırtıç da öz 
növbəsində  dükanların  sayını  artırmış,  həm 
Təbrizdə,  həm  də  Əylisdə  olan  dükanlarında  etibar 
etdiyi erməniləri yerləşdirmişdi. Ancaq yenə də baba 
Arakel  nəvə  Arakeli  Təbrizdən  belə  gəzdirir,  sərvət 
toplamağın  yollarını  öyrədirdi.  Nəvə  Arakel 
böyüdükcə  içində  bir  xudpəsəndlik  də  böyüyürdü. 
Vaxt gəldi yetişdi, Arakel evləndi. Onun da ardınca 
Qurd  Ağamirin  oğlu  Zəkəriyyədən  Sonyaya  da  elçi 
gəldi.  Amma  Mıkırtıç  qızını  Zəkəriyyəyə  vermək 
istəmirdi, xüsusilə də qardaş Arakel bu işə maneçilik 
törədirdi.  Onlar  bu  tayfanı  haylardan  saymırdılar, 
Sonya  isə  Zəkəriyyə  ilə  ailə  qurmaqda  israrlıydı. 
Arakellər  ailəsi  məcbur  olub  Zəkəriyyəni  kilsəyə 
aparıb erməniləşdirdilər. Keşiş dua oxuyub Arakelin 
üzərinə cimcim suyu çilədi, sonra cimcim suyundan 
Zəkəriyyəyə  içirdilər.  Bütün  bu  mərasimlərin 
yekununda  Mıkırtıç  Zəkəriyyənin  atası  Ağamirdən 
xeyli başlıq alıb gənclərin ailə qurmasına icazə verdi. 
Zəkəriyyə  Sonya  ilə  ailə  qurdu,  lakin  Ağamir  toy 


Nizami Muradoğlu 
 
64
günündən sonra bir dəfə də qudası Mıkırtıçın evinə 
ayaq qoymadı. Hətta, küçədə rastlaşanda da yolunu 
dəyişməyə  çalışardı.  Zəkəriyyənin  özü  də  qaynı 
Arakeli xoşlamazdı. 
 Baba  Arakelin  nəsli  Əylisdə  artıb  törəməyə 
başladı.  Gənc,  qüvvətli,  lakin  varlandıqca  gözü 
doymayan  Arakel  bütün  ticarət  işlərini  ələ  keçirdi. 
Ətrafdakı  türklərin  bağlarını  azacıq  şərait  yaranan 
kimi  min  hoqqa  çıxardaraq  ucuz  qiymətə  satın  alıb 
bağını genişləndirdi. Bağın girişində böyük su tutarı 
tikdirdi.  
       Əylisdə  yay  aylarında  su  problemi  yaşan-
dığından  böyük  su  tutarlarından  istifadə  etmək 
ənənəvi bir qaydaya çevrilmişdi. Arakel də meydan 
çeşməsinin  üç  günlük  suyunu  yeni  tikdirdiyi  tutara 
yığdırıb bağını suvartdırardı. Beləliklə Arakelin yeri 
böyüyüb məşhur Xan bağı qədər böyük, yaxşı, içində 
hər növ meyvə ağacları olan bir bağa çevrildi.  
         Arakelin  bağına  gedən  yol  Şah  Abbas 
məscidinin  qarşısındakı  meydandan  keçirdi.  Arakel 
bağına  getmək  üçün  mütləq  meydandan  keçib 
Xanlar  məhəlləsi  ilə  üzü  aşağı  getməliydi.  Xanlar 
məhəlləsinin sonunda yol iki istiqamətə ayrılırdı. Bu 
küçələrdən biri Xan  bağı ilə  Cücə  Məhəmmədəlinin 
yerini,  digəri  isə  Cücə  Məhəmmədəlinin  yeri  ilə 
Arakelin yerini ayırırdı.  
Var-dövlət hərisliyi Arakelin gözünü tutmuşdu. 
Çalışırdı ki, Cücə Məhəmmədəlinin, Kəblə Əhmədin, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə