Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

 Baba ocağı 
 
49
 -Şeyx ağa, mənim günahım çoxdur, lap çoxdur. 
İçki  içmişəm,  qumar  oynamışam,  oğurluq  etmişəm. 
Ən  dəhşətlisi,  iyirmi  il  valideynlərimdən  ayrı 
düşmüşəm, heç onların yasına da gələ bilməmişəm. 
Çox peşimanam, Şeyx ağa. 
-  Tövbə  qapısı  həmişə  açıqdır,  oğlum.  Tövbə 
edərsən, namaz qılıb oruc tutarsan,  ibadətlə  məşğul 
olub  pis  əməllərdən  çəkinərsən,  inşallah  Allah-təala 
sənin tövbələrini qəbul edər. 
-Şeyx  ağa,  mən  sizin  dediklərinizin  hamısını 
qəbul  edirəm.  Amma  bir  arzum  var  ki,  mən  töv-
bəmin  qəbul  edildiyini  bu  dünyada  görmək 
istəyirəm. Şeyx ağa, bu necə olacaqdır? 
Şeyxül-islam  xeyli  fikrə  getdi.  Ömründə  ilk 
dəfəydi  ki,  belə  nataraz  sualla  qarşılaşırdı.  Şeyxül-
islam Rövşənin sualına sualla cavab verdi: 
-Oğlum, sən Əylisdə Mirzə Tahir Əfəndini tanı-
yırmısan? 
-Bəli, şeyx ağa, tanımaz olurmuyum? 
-Xeyli-xub.  O  zaman,  oğlum,  sənə  məsləhətim 
budur  ki,  Mirzə  Tahir  Əfəndiyə  müraciət  edəsən. 
İnşallah, Mirzə Tahir Əfəndi sənə bir yol göstərər.  
Rövşən  Şeyxül-islam  ilə  sağollaşıb  məsciddən 
çıxdı.  Tək  qalan  Şeyxül-islamı  fikir  apardı,  öz 
aləmində  nə  qədər  götür-qoy  elədisə,  oxuduğu 
kitabları  bir-bir  xəyalından  keçirdisə,  Rövşənin 
tövbənin qəbul edilməsi ilə bağlı sualına cavab tapa 


Nizami Muradoğlu 
 
50
bilmədi,  yalnız  bu  qəribə  adamın  arxasınca  “Allah 
günahlarından keçsin”- deyə bildi.  
Rövşən  də  öz  aləmində  Şeyxül-İslamın  onu 
ləyaqətlə qarşılayıb yola salmasından məmnun oldu, 
amma sualına cavab ala bilmədiyinin fərqində idi. 
 Mirzə Tahir Əfəndini uşaqlıqdan tanıyırdı, indi 
onun  80-a  yaxın  yaşı  olardı.  Görək  Mirzə  Tahir 
Əfəndi  nə  deyəcək?!  Daha  vaxt  itirmək  olmazdı. 
Rövşən  məsciddən  çıxanda  faytonçu  da  məscidin 
qabağında  dayanıb  onu  gözləyirdi.  Ordubad 
şəhərinin mərkəzindən keçib Əylisə tərəf qalxan dağ 
yolu  ilə  hərəkət  etməyə  başladılar.  Ordubadçayın 
sağ  sahili  boyunca  uzanan  dağ  yolu  onu  Əylisə 
aparırdı.  Uşaqlıqda  bu  yollarla  çox  gedib  gəlmişdi. 
Əylisə  gündüz  vaxtı  girmək  istəmirdi.  İstəmirdi 
adamlar  onun  döndüyünü  görsünlər,  içərisində  bir 
peşimançılıqmı,  bir  utancmı,  nəsə  bir  hiss  baş 
qaldırmışdı.  
 Yol dağların döşüylə uzanıb gedirdi. Bir azdan 
toranlıq  düşəcəkdi.  Hər  tərəf  çöllük  idi,  hava  yol 
boyunca  daşların  dibindən  baş  qaldıran  zərif 
çiçəklərin və otların  ətriylə  dolmuşdu. Uzun  zaman 
bu  ətri  duya  bilməmişdi,  kəndin  iyinə  həsrət  qal-
mışdı.  Yol  köhnə  türk  qəbirstanlığının  yanından 
keçirdi.  Bura  çatanda  Rövşən  faytonu  saxlatdırdı, 
faytonçu ilə xudahafizləşib ayrıldı.  
 Rövşənin  əqrabaları  -  babaları,  nənələri,  ata-
anası bu qəbirstanlıqda dəfn olunmuşdu. Ürəyindən 


 Baba ocağı 
 
51
ata-anasının qəbirlərini ziyarət etmək hissi keçsə də, 
qəbirləri  tanımadığından  bu  fikrindən  daşındı. 
Düşündü, yaxşısı bu olar ki, Molla Nurməmməd ilə 
gəlib  valideynlərinə  quran  oxutsun,  fatihə  versin, 
nəzir paylasın. Amma yolun kənarındakı Seyid qızının 
qəbrinin  yanından  elə  belə  ötüb  getmək  olmazdı. 
Uşaqlıqdan  yadıında  qalmışdı  ki,  böyük-kiçik,  hamı 
“Seyid qızının” qəbrinin yanında dayanıb ona rəhmət 
diləyirdi.  Rövşən  də  dayanıb  Seyid  qızının  ruhuna 
fatihə oxudu, salavat çevirib, rəhmət dilədi.  
Seyid qızının  kim  olduğunu bilən  yoxdu,  ancaq 
hamı onun adına nəzir deyir, inam bəsləyirdi. İtdən, 
pişikdən,  cin-şəyatindən  qorxan  uşaqların  qorxulu-
ğunu  “Seyid  qızının”  qəbrinin  önündə  alardılar.  Bu 
ritiual (mərasim) qadınlar tərəfindən icra edilirdi.  
Rövşən  qorxuluq  çıxartmağın  dəfələrlə  şahidi 
olmuşdu.  Qorxan  uşağın  başına  bir  böyük  yaylıq 
salar,  ətrafında  dövrə  vurardılar.  Qadınlar  dua 
oxuyar, “Xəta, bəla bu uşaqdan uzaq ol!”-deyərdilər. 
Sonra  qəbir  üstə  gələnlərə,  küçədən  keçənlərə  əv-
vəldən  bişirilib  hazırlanmış  halva  paylayardılar. 
Seyid qızının qəbrinin üstünə də halva payı qoyular-
dı.  Bu  halva  payı  quşlar,  qarışqa  və  cücülər  üçün 
nəzərdə  tutulurdu.  Az  keçmiş  quşlar  halvanın  iyini 
almış  kimi  gələr,  qəbirstanlığın  üzərində  dövrə 
vurardılar.  Rövşən  dəqiq  bilmirdi,  quşların  dövrə 
vurması  ilə  qorxan  uşağın  ətrafında  vurulan  dövrə-
nin arasında bağlılıq vardı, yoxsa yoxdu. Amma hər 


Nizami Muradoğlu 
 
52
halda  bir  əlamət,  bir  səbəb  vardı  ki,  qorxan  uşaq 
sağalar, əvvəlki halına qayıdardı. 
Artıq  hava  qaralmış,  toran  düşmüşdü.  Rövşən 
bir  də  qəbirstnlığın  çıxışında  dayandı,  geri  döndü, 
üzünü  qəbirstanlığa  tutub  fatihə  oxudu.  Bu  da 
uşaqlıqdan  bu  kənddə  gördüyü  adətlərdən  idi. 
Qəbirstanlığın  yanından  keçəndə,  qəbirstanlığa  girən-
də  və  çıxanda  mütləq  dayanıb  fatihə  oxuyardılar. 
Uşaq, böyük – bu, hamıya aiddi. Dualar cəmi qəbirstan 
əhlinə ünvanlanır, sonra “Allah cəmi qəbirstan əhlinə 
rəhmət eləsin” alqışıyla bitirdi.  
Rövşən  uşaqlıqdan  gördüyü  bütün  bu  ritiualları 
yerinə  yetirdikdən  sonra  evlərinə  tərəf  getməyə 
başladı.  Köhnə  iki  mərtəbəli  ev  qaranlıq  içərisində 
məhzun  bir  görkəmdə  dayanmışdı.  Qapının 
həlqəsinə bir çubuq taxılmışdı.  
Bu  kənddə  qapıları  bağlamazdılar,  çünki 
kənddə oğurluq olmazdı. Həlqəyə çubuq taxmaq ev 
sahibinin  evdə  olmadığını  bildirmək  məqsədiylə 
edilirdi.  Rövşən  çubuğu  çıxarıb  qapını  açdı.  Çubuq 
iyirmi  il  bundan  əvvəl  qapılarına  taxdıqları  həmən 
çubuqdu. Qapı da həmən qapıydı, ev də həmən evdi, 
heç nə dəyişilməmişdi. Ancaq iyirmi il öncə burada 
atasının  səsi  gələrdi,  anasının  bişirdiyi  ləzzətli 
xörəklərin  iyi  bütün  evə  yayılardı.  Bu  gecə  bu  evin 
nə  qədər  də  qərib  görkəmi  vardı.  Qapıya  iyirmi  il 
öncəki  çubuğun  taxılması  o  deməkdi,  bu  ev  hələ 
kimsəsiz deyil, bu ev hələ kiminsə yolunu gözləyir, o 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə