Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

 Baba ocağı 
 
41
toxumunu görən olmamışdı. Özü yerin qarnını yarıb 
çıxırdı,  ona  görə  də  adına  dombalan  deyirdilər.  İt 
laləsi  ilə  dombalanın  arasında  bir  bağlılıq,  təbii  ki, 
yoxdu.  Lakin  yağmurlu  illərdə  bunların  birdən-birə 
həddindən  çox  bitməsi,  yenə  də  təbiətin  möcü-
zəsiydi. İt laləsi sevilməsə də, dombalanı hamı yığıb 
yemək istəyirdi. Əylis düzlərində göbələk bitməzdi, 
dombalan  da  nadir  hallarda  olurdu.  Dombalan, 
bəlkə  də,  göbələyin  kartofa  bənzər  növlərindən 
biriydi.  
Amma  Əylis  dağlarında  həm  çox  dadlı,  iri 
göbələklər  bitərdi,  həm  də  qızıl  lalələr.  Əylislilərin 
sevdiyi bu lalələrə dağ laləsi deyilirdi. Dağ laləsinin 
qırmızının müxtəlif çalarlı, sarı rəngli növləri burada 
çox  yayılmışdı.  Bir  də  bənövşəyi  rəngli  əbişi  lalələr 
vardı.  Bu  lalələr  Əylis  dağlarında  bitirdi.  Onların 
hələ  indiyə  qədər  düzənlikdə  bitdiyini  görən 
olmamışdı.  Cavanlar  bu  lalələrdən  yığmaq  üçün 
dağı-daşı ayaqdan salardılar. Rövşən özü də vaxtıyla 
dağlarda  gəzib  dolaşıb  o  lalərdən  toplayıb  dəmət 
düzəldər, Selcana aparardı. Eyni zamanda dağlardan 
nanə, turşinni,  dağ soğanı, dağ kəvəri, kəkotu yığıb 
pendir  dürməyi,  ya  bir  ərzuman  küftəsi,  ya  da  maş 
şorbası  ilə  yeyərdilər,  ləzzətindən  doymaq  olmazdı. 
Dağ  göbələyindən  də  keçiləsi  deyildi.  Gözəl  günlər 
vardı.  Bir  anlığa  ona  elə  gəldi  ki,  bu  lalələrin 
əsrarəngiz gözəl iyilərini, anası bişirdiyi dadlı-duzlu 
xörəklərin tamını hələ də hiss edir. Aman, Allah, bu 


Nizami Muradoğlu 
 
42
əsrarəngiz diyarda o,  yenidən gəncliyinəmi  qayıdır-
dı,  uşaqlığınamı  qayıdırdı?!  Özündən  asılı  olmaya-
raq dodaqları pıçıldayırdı: 
-Bağışla, məni Allahım, bağışla məni...  
Fayton  gedir,  Ordubad  düzü  arxada  qalırdı. 
Ordubad şəhərinin mərkəzi daş küçəsiylə üzü yuxarı 
dırmaşdıqca  faytonun  təkərlərinin  səsi  dəyişməyə 
başladı. Ordubad şəhərinin hüsnündə ayrı bir gözəl-
lik  vardı.  Səkilərin  kənarlarında  əkilmiş  rəngbərəng 
güllər  qönçələmişdi.  Yol  boyunca  bir-birinə  qısılıb 
uzanan balaca baqqal dükanlarının qabağında lumu 
ağacları  düzülmüşdü.  Saralmış  lumular  adamı 
uzaqdan  çağırır,  “gəl-gəl”  deyirdi.  Ordubad 
lumuları  çox  məşhurdu.  Ordubadın  təbiəti  sərt  olsa 
da, bu yurdun əməksevər insanları lumuları dibçək-
lərdə  əkib  becərir,  şaxtadan  qoruyur,  dünyanın  ən 
lətif, ətirli lumularını yetişdirirdilər. 
Şəhərin  mərkəzində  Cümə  məscidi  bütün 
əzəməti  ilə  sanki  dünyaya  meydan  oxuyurdu.  Cümə 
məscidi  ilə  Ordubadçayın  aralığında  yerləşən 
Qeysəriyyənin  qabağında  adamlar  gəzişirdi,  çərçilər 
çayxanaların  ətrafında  matahlarını  düzüb  müştəri 
gözləyirdilər.  Rövşən  bütün  bunlara  bir  yuxu  kimi 
baxırdı. Yaddaşında Məşədi Qasımın cızbızxanası kimi 
qalan tikilinin önünə çatanda –“burada saxla”-dedi.  
-Bu Məşədi Qasımın cızbızxanasıdır? 
-Məşədi  Qasım  çoxdan  ölüb,  indi  oğlu  işlədir, 
Dəli Vəliş deyərlər adına. 


 Baba ocağı 
 
43
-Olsun. 
-Pulunu al. 
-Qonaq ol, ağa. 
-Sağ ol. 
-Bu  çoxdu,  ağa,  beşlik  qızıl.  Məndə  bunu 
xırdalamağa  o  qədər  pul  hardandı?  Xırda  pulun 
yoxmudur? 
-Mən  səndən  xırda  istəmirəm  ki...  Axşama  ya-
xın gəlib məni Əylisə apararsan. 
-Bu  oldu,  amma,  ağa,  mən  yenə  də  borclu 
qalaram. 
-Mən halal edirəm. Qoy qalsın.  
Rövşən  faytondan  əl  bağlamasını  götürüb 
cızbızxanaya  girdi.  İyirmi  il  bundan  öncə  gördüyü 
salon  yenə  də  köhnə  qaydada  müştərilərə  xidmət 
göstərirdi.  Bucaqdakı  boş  masalardan  birinin 
arxasında oturdu.  
Dəli  Vəliş  içəri  girəndən  Rövşəni  gözaltı 
eləmişdi,  onun  hər  bir  hərəkətini  izləyir,  ancaq  bu 
ətrafın adamlarından heç kəsə oxşada bilmirdi. Dəli 
Vəlişin təbirincə desək, qonaq yeməkdən çox, elə bil, 
bura  vaxt  keçirməyə  gəlmişdi,  aramla  yeyir,  nə 
haqdasa  fikirləşirdi.  Xeyli  vaxt  keçəndən  sonra  çay 
istədi. Çayı da aramla içirdi. İkinci bardaq qarşısında 
eləcə  soyuyub  buza  dönmüşdü.  Qonaq  gözlərini 
bardağa  zilləyib  düşünürdü.  Beləcə  iki  saata  qədər 
vaxt  keçdi.  Bu  müddətdə  Dəli  Vəliş  bir  neçə  dəfə 
öskürdü,  bir  neçə  dəfə  öz-özünə  zəmanədən 


Nizami Muradoğlu 
 
44
şikayətləndi,  gah  da  tənbəki  eşib  tüstülətdi,  ancaq 
qonağın  fikrini  yayındıra  bilmədi.  Qonaq  öz 
aləmində,  öz  dünyasında  idi.  Bu  qəribə  qonağın 
kimliyi Dəli Vəlişi çox maraqlandırırdı.  
Nəhayət  Rövşən  yerindən  qalxdı,əlini  cibinə 
salıb bir qızıl beşlik çıxartdı, masanın üstünə qoydu. 
Dəli Vəliş dedi: 
-Bizdə qonaqdan pul almazlar, dadaş. 
-Bizdə də qonaq pulsuz yeməz, dadaş.  
Rövşən  cızbızxanadan  bayıra  çıxdı.  Dəli  Vəliş 
onun ardınca boylandı, Qonağın uzaqlaşdığına əmin 
olandan sonra masadakı qızıl beşliyi götürüb o yan – 
bu yanına çevirdi, bir xeyli baxıb cibinə qoydu. Dəli 
Vəlişin  gözləri  gülürdü.  Qonaq  onu  xeyli  qabağa 
salmışdı.  Bayaqdan  bu  mənzərəni  izləyənlər  də 
təəccüb içərisində idilər. Salondakılardan biri dedi: 
-Vəliş, bu gün bazarın gətirib. 
-Balam,  niyə  də  olmasın,  hər  gün  azar,  bu  gün 
bazar. Qonaq da olanda beləsindən ola, qadasın alaram 
o qonağın. Amma zodlu adama oxşuyur.  
Az  bir  müddətdən  sonra  Ordubad  camaatı  bu 
“zodlu  adam”  haqqında  əfsanələr  danışırdı.  Bir  çox 
adam da faytonçunu əhatəyə almışdı, ona suallar verir, 
gətirdiyi  müsafirin  kimliyi  ilə  maraqlanırdılar. 
Faytonçu da, Dəli Vəliş də hər ikisinə qonağın verdiyi 
qızıl  beşlikləri  göstərib  qonağın  səxavətindən 
ağızdolusu danışır, ünvanına təriflər deyirdilər.  


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə