Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə18/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

 Baba ocağı 
 
73
sızdır,-  deyib  fəryad  edirdi.  Lakin  Ayka  ananı 
dinləmirdilər, Arakel qərarını vermişdi, kimsənin bu 
qərarı pozmağa gücü çatmazdı.  
Telmanın  ölümündən  sonra  ermənilərin  ailəyə 
münasibəti tamamilə dəyişdi. Sanki Allah tərəfindən 
bu  ailə  lənətlənmişdi  və  ermənilərdən  kimsənin  bu 
ailə ilə əlaqə yaratması mümkün deyildi. Aykanı və 
qızı Tamaranı küçədə, bazarda görən ermənilər min 
bir  bəhanə  ilə  onlardan  uzaqlaşır,  ağrımaz  başlarını 
ağrıtmaq istəmirdilər.  
 
 
 
Arakel  Vaniklə  Selcanın  toyunu  etdi.  Lakin 
Selcanın  başına  gələn  hadisə  ağızlara  düşdü.  Bir 
dayının  öz  bacısı  qızına  qarşı  həyata  keçirdiyi  bu 
rəzilliyi  əylislilər  o  vaxta  qədər  nə  görmüşdülər,  nə 
də eşitmişdilər. Ermənilər də öz aralarında bu rəzil-
liyi müzakirə edir, bir nəticəyə gələ bilmirdilər. 
Alxan  kişi  eşmə  düzəldib  yandırdı,  dərin  bir 
qüllab  vurdu,  nəfəsini  ötürəndə  sifəti  tüstünün 
içində  görünməz  oldu.  Araya  sakitlik  çökdü.  Ötən 
günlər ildırım sürəti ilə Rövşənin xəyalından keçdi. 
Rövşən  Telmanın  ölümündən  sonra  özünə  yer 
tapa  bilmirdi.  Bir  tərəfdən  Telmanın  öldürülməsi, 
digər tərəfdən də sevdiyi qızın dayısı oğlu tərəfindən 
zorlanaraq  gərdəyə  salınması,  istəmədiyi  halda 
evləndirilməsi qəzəbini aşırıb-daşırırdı. Uzun zaman 


Nizami Muradoğlu 
 
74
izləmələrdən  sonra  bir  gecə  Vaniki  evlərinin 
yaxınlığında,  daş  körpüdə  yaxaladı.  Telmanın  və 
Selcanın qisasını almağın vaxtı çatmışdı. 
 Vanik  də  Rövşənlə  hesabı  çürütməyi  çoxdan 
arzulayırdı.  Hər  gecə  Selcanın  yatağına  girəndə 
gözlərinin  önünə  Rövşən  gəlir,  xəyalında  onun 
Selcanla  birlikdə  olduğu  günlər  canlanırdı.  Rövşən 
sağ qaldıqca Vanikin günləri qara gələcəkdi, odur ki, 
nə olur olsun bu işə bir əncam çəkilməliydi. Sonralar 
anlamışdı  ki,  Telmandan  qabaq  Rövşəni  həyatdan 
silmək gərəkirmiş. 
Rövşənin vurduğu zərbələr elə bil daşa dəyirdi. 
Vanikin  bədəni  Rövşənin  zənn  etdiyindən  də 
möhkəm idi. Rövşən də Vanikin zərbələrinə tuş olur, 
özünü güc-bəla qoruyurdu. Ciddi bir döyüş gedirdi. 
Rövşənin  həm  də,  narahatçılığı  vardı.  Daş  körpü 
Arakelin evinin lap yaxınlığındaydı. Vanik bircə dəfə 
qışqırıb  çağırsa,  ona  köməyə  gələcəkdilər,  lakin 
Vanik  döyüşürdü,  Rövşəni  enəcəyinə  arxayındı. 
İkinci tərəfdən Vanik Selcanın bu döyüşü görməsini 
istəmirdi.  Hər  halda  Selcan  özünü  ortaya  atıb 
Rövşəni  xilas  edə  bilərdi.  Vanikin  məqsədi  isə 
Rövşəni öldürməkdi.  
Bir-birlərini 
körpünün 
məhəccər-divarına 
çırpırdılar,  Vanik  sol  əliylə  Rövşənin  boğazından 
yapışmışdı, sıxışdırdığı məhəccərdən aşağıya atmağa 
çalışırdı,  son  anda  Rövşənin  güclü  yumruq  zərbəsi 
Vanikin  sol  gözündə  partladı.  Gözünə  dəyən  qüv-


 Baba ocağı 
 
75
vətli zərbədən bir anlığa Vanik özünü itirdi və əlləri 
boşaldı.  Rövşən  Vaniki  körpüdən  aşağıya  atdı, 
dəhşətli  bir  qışqırıq  eşidildi  və  səs  kəsildi.  Vanikin 
öldüyünü zənn edən Rövşən o gecə kənddən çıxdı. 
 
 
 
Göy  üzündə  ulduzlar  sayrışırdı,  sakit  bir 
gecəydi. Rövşən Alxan kişinin anlatdıqlarını dinləyir, 
düşünür-düşünürdü.  İyirmi  il  bundan  öncə  məhəb-
bəti  daşa  dəymişdi.  İyirmi  il  bundan  öncəki  Selcan 
gözlərinin  önündə  canlanırdı.  İndi  hər  şeydən  çox 
onu  Selcanın  sonrakı  taleyi  düşündürürdü.  Alxan 
kişidən soruşmağı ar eləyir, nə zaman sözün Selcanın 
üzərinə gəlib çıxacağını səbirsizliklə gözləyirdi.  
Alxan  kişi  bir  eşmə  də  yandırdı,  yenə  də  bir 
dərin qullab vurdu: 
-Hə, oğul, Vanik o vaxt ölmədi, çayın suyu onu 
kənara atmışdı. Körpüdən keçənlər zarımasını eşidib 
onu  çaydan  çıxarıb  evlərinə  aparırlar.  Deyirdilər  ki, 
bir ayağı sınmışdı, bir xeyli müddət yataqdan qalxa 
bilmədi, sonralar da sağ ayağını dartırdı.  
Bu  hadisə  Arakeli  bərk  qəzəbləndirdi.  O,  artıq 
hər  yerdə  türklərin  əleyhinə  hərəkət  edir,  yeri 
düşdükcə  türklərdən qisas  almağa  çalışırdı.  Bir  gün 
də  bazarda  türklərin  əleyhinə  danışanda  xoşkeşinli 
İsmayılın oğlu Yasin eşidir və ona qarşı çıxır. Yasini 
hiylə  ilə  bazarın  arxasına  çəkib  öldürürlər. 


Nizami Muradoğlu 
 
76
Öldürməkləri  bəs  deyilmiş  kimi,  üstəlik Arakel  “bu 
lənətlənmiş  türkü  daş-qalaq  edin”-  deyə  orada  olan 
erməniləri  bu  işə  təhrik  edir.  Sabahı  Yasinin  meyidi 
bazarın  arxasında  tapıldı.  Sadə  və  vicdanlı 
ermənilərdən  biri  bu  çirkin  işi  Arakelin  törətdiyini 
rəhmətlik  Yasinin  qardaşı  Fərhada  çatdırır.  Ondan 
sonra  Arakel  və  ailəsi  çox  tədbirli  davranırdı, 
xüsusilə  Vaniki  təklikdə  bir  yerə  buraxmırdılar. 
Fərhad da günlərlə girəvə axtarır, qisas alacağı günü 
gözləyirdi. Günlərin birində o fürsət yarandı, Fərhad 
günün  günorta  çağı  Vaniki  güllələdi.  Bu,  Əylisdə 
açılan  ilk  güllə  oldu.  O  gündən  bu  kəndin  hüzuru 
pozulubdur.  
Selcanın  bir  qızı  olmuşdu,  adına  lusik  deyir-
dilər.  Vanikin  ölümündən  sonra  qızını  da  götürüb 
Selcan  İrəvana  əmisinin  yanına  köçüb  getdi.  Sonya 
qardaşı Arakelin bu yaramazlıqlarını sindirə bilmədi. 
Qızı  Selcanın  uğursuz  taleyi  ona  dərd  olmuşdu, 
yorğan-döşəyə düşdü və bir müddətdən sonra vəfat 
etdi. 
Fərhadı  tuta  bilmədilər,  Arazı  adlayıb  İrana 
qaçdı. Arakel  neçə  dəfə  onu  İranda  öldürtmək  istə-
disə,  müvəffəq  ola  bilmədi. Amma  bu  hadisələrdən 
sonra  Arakel  daha  da  əzazil  olubdur,  quyruğu 
tapdanmış  ilana  bənzəyir.  Səni  də  unutmuş  deyil, 
indi ki, gəlmisən, gərək özünü qoruyasan. 
Petros yenə də Arakelin dalınca sürünür, arvadı 
Marqonu  da  saxlayırdı.  Qaçaq  Səməd  ilə  Marqonu 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə