Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

 Baba ocağı 
 
65
Məşədi  Nacinin  və  digərlərinin  də  yerlərini  alıb  öz 
yerinə  qatsın,  sonra  da  Xan  bağını  ələ  keçirsin. 
Ancaq  hələ  ki,  Allah-təala  dəvəyə  qanad  vermə-
diyindən dəvə uca bilmir, yortmaqda davam edirdi. 
Zaman  öz  axarında  gedir,  nəsillər  dəyişirdi. 
Baba  Arakel  də,  nənə  Sonya  da  dünyasını  dəyiş-
mişdi.  İndi  yeni  nəsillər  doğulurdu.  Arakelin  Vanik 
adında  bir  oğlu,  Sonyanın  da  Selcan  adında  qızı 
dünyaya  gəlmişdi.  Bunlardan  bir  qədər  əvvəl  isə 
Novruz  kişinin  də  ailəsində  bir  oğlan  doğulmuşdu, 
adını Rövşən qoymuşdular.  
Rövşən  doğulanda  axşamın  toranlığıydı,  Nov-
ruz kişi həyətdə gəzinir, intizar çəkir, özünə yer tapa 
bilmirdi.  Elə  ki,  uşaq  ana  bətnindən  Nisə  qarının 
əllərinə  düşdü,  Nisə  qarı  sevincindən  qışqırdı. 
Novruz  kişinin  bir  an  içində  gözləri  pəncərəyə 
dikildi, elə bildi, ev işıqlandı. O işıq bu işıq oldu ki, 
Novruz kişi oğlunun adını Rövşən, işıqlı qoydu.  
Selcan ayınan-günüynən böyüyüb, qızlar bulağından 
su  içəndə  Rövşənə  rast  oldu.  Rövşən  bir  könüldən 
min  könülə  Selcana  vuruldu.  Şam  çeşməsinin  başı 
onların görüş yerinə çevrildi.      
         Aykanın  oğlu  Telman  Rövşənin  uşaqlıq  dos-
tuydu. Telman həm də Rövşən ilə Selcanın arasında 
əlaqələndiriciydi.  Bunu  Arakelin  oğlu  Vanik  də 
bilirdi.  Vanik  Selcana  nə  qədər  yaxınlıq  etməyə 
çalışsa da, qız dayısı oğlunu yaxına buraxmırdı.  


Nizami Muradoğlu 
 
66
          Rövşən  ilə  Selcanın  əhvalatı  Arakelin də  qula-
ğına  çatmışdı.  Arakel  iş  böyüməmiş  nəyin  bahasına 
olursa  olsun,  Selcanı  Vanikə  almaq  haqqında  fikir-
ləşirdi,  amma  bilirdi  ki,  ürəyindəki  mətləbi  açıb 
bacısna deyərsə, sözü yerə düşəcəkdi. Əvvəla Selca-
nın babası Qurd Ağamirin Arakeldən xoşu gəlməzdi
həmişə  də  onun  əleyhinə  hərəkət  edirdi.  İkincisi, 
bacısı Sonya da uşaqlıqdan Arakellə düz-əməlli yola 
getmirdi.  Təbii  ki,  Zəkəriyyə  də  atasının,  Sonyanın, 
başlıcası  qızının  əleyhinə  getməyəcəkdi.  Belə  olan 
təqdirdə  Arakel  hiyləyə  əl  atdı.  Vanikin  ad  gününü 
xüsusi  bir  təmtəraqla  qeyd  etməyi  planlaşdırıb  ən 
yaxın  adamlarını  axşam  yeməyinə  çağırdı,  bacısıgil 
də ailəliklə bu tədbirə dəvət olundular.  
Tədbirin  bir  hissəsi  olaraq  Vanik  səhər-səhər 
Telmana yaxınlaşıb həyətdən təndirə odun daşımağa 
kömək  etməsini  xahiş  etdi.  Vanikin  hiyləsindən 
xəbərsiz olan Telman öz ayağı ilə gəlib tələyə düşdü. 
Vanik  Telmanı  təndirdə  həbs  edib  qapısını  eşikdən 
kilidlədi.  
Təndir həyətin arxa tərəfindəydi. Telman bura-
da  nə  qədər  çığırıb  bağırsa  da,  səsini  eşidən  olma-
yacaqdı,  taleyinə  boyun  əyib  gözləməkdən  savayı 
əlacı  qalmırdı,  Vanikə  aldandığına  görə  özünü 
danlayırdı.  Başa  düşürdü  ki,  Rövşən  ilə  Selcanın 
yaxın  dostu  olduğuna  görə,  onun  bura  düşməsinin 
də  səbəbi  bu  ola  bilərdi.  Amma  yenə  də  inana 
bilmirdi, Arakelin əclaflıqlarından xəbərdar olsa da, 


 Baba ocağı 
 
67
onun  bu  qədər  alçalacağını  güman  etmirdi.  Yaxşı 
bilirdi  ki,  sadə  zəhmətkeş  ermənilərin  hamısı 
Arakelə  nifrət  edir,  hətta  Selcanın  da  nəinki  təkcə 
dayısından, elə Vanikdən də xoşu gəlməzdi. Telman 
fikirləşdi ki, onun buraya salınmasının çox güman ki
daha böyük səbəbi olacaqdı. 
Arakelin  evində  səsli-küylü  qonaqlıq  davam 
edirdi.  Vanik  əvvəldən  hazırlatdığı  bihuşedici 
dərman damcılarını Selcanın yeməyinə qatmışdı. Bir 
qədər  keçmiş  Selcanı  xoş  duyğular  ağuşuna  aldı, 
oturduğu  yerdə  göz  qapaqları  bağlanır,  mürgülə-
məkdən  özünü  zorla  saxlayırdı,  havaya  çıxmaq 
bəhanəsi  ilə  salonu  tərk  etdi.  Əvvəldən  hazırlanmış 
planın tərkib hissəsi olaraq Vanik də Selcanın arxasınca 
çıxdı.  
        Sonya qızının halından narahat olsa da, qonaqları 
tərk  etməyə  cəsarət  edə  bilmirdi.  Qonaqlar  Sonyanın 
məclisi  tərk  etməsini  yaxşı  qiymətləndirməz,  bu  da, 
hər  nə  də  olsa,  qardaşı  Arakelin  nüfuzuna  xələl 
gətirərdi.  Digər  tərəfdən  Vanikin  ad  gününə  qardaşı 
hədiyyə  hazırlamışdı,  onun  təqdimatını  gözləmək 
məcburiyyətindəydi.  Sonyanın  ağlına  da  gəlməzdi 
ki,  Vanikə  hazırlanan  ən  böyük  hədiyyə  Selcandı.        
Vanik  Selcanı  bəy  otağı  kimi  bəzədilmiş  ayrı  bir 
otağa  keçirmişdi.  Selcan  qeyri-ixtiyari  yumşaq 
yataqda  uyuyur,  Vanik  onun  saçlarını  sığallayır, 
yanaqlarından öpürdü.  


Nizami Muradoğlu 
 
68
         Gecədən xeyli keçməsinə baxmayaraq, qonaqlıq 
davam  edirdi.  Hərtün  tarda  çalır,  içib  sərxoş  olmuş 
Arakel  oynayır,  qonaqları  da  oynadırdı.  Qonaqlar 
dağılışandan sonra Sonya qızı Selcanı da alıb getmək 
istədi,  amma  Selcanı  yuxudan  oyada  bilmədi. 
Arakelin  arvadı  Maya  Sonyanı  danladı:  -  Uşağı 
narahat etmə, yəqin çaxır onu tutubdu, qoy bu gecə 
bizdə qalsın, səhər özüm yola salaram gələr. Arakel 
də arvadı Mayanın sözünə qüvvət verdi: 
-Səni  tanıya  bilmirəm,  Sonya!  Selcan  balam  bu 
gecə  dayısının  evində  qalacaqdır.  Siz  də  bu  gecə 
bizdə qalın, yerimiz genişdir. 
-Yox, yox. 
Nəhayət Zəkəriyyə dilləndi: 
-Gəl biz gedək, Selcan da səhər oyanıb gələr. 
O  gecə  Arakel  bacısı  Sonyanı  qaynı  Zəkəriyyə 
ilə  evlərinə  Selcansız  yola  saldı.  Amma  Sonyanın 
ayaqları getsə də, ürəyi getmirdi, Selcanı burada tək 
buraxmaq  onu  qurdun  ağzına  atmaq  kimi  görünür-
dü.  Hey  fikirləşirdi  ki,  qardaşı  Arakel  öz  doğmaca 
bacısı  qızına  qarşı  alçaqlıq  edərmi?  İnana  bilmirdi, 
amma  canında  bir  qorxu  hissi  vardı  ki,  onu  tərk 
etmirdi.  O  gecə  ilan  vuran  yatdı,  amma  Sonya  yata 
bilmədi, səhəri dirigözlü açdı. 
Selcanı  huş  aparmışdı,  Vanikin  nə  vaxt  onu 
soyundurub yatağına saldığından xəbəri olmamışdı. 
Səhər Selcanı Vanikin anası Maya yerindən qaldırdı, 
onu  öpüb  boynuna  qızıl  boyunbağı  bağladı.  Heç 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə