Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə19/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

 Baba ocağı 
 
77
bir  yataqda  yaxalasa  da,  bir  iş  görə  bilmədi,  Səməd 
Petrosun qulağını kəsib qaçaq düşdü. Marqo Səmədə 
şər  atıb,  zorla  evə  soxulduğu  haqqında  ifadə  verdi, 
sudan quru çıxdı, əvvəlki peşəsini davam etdirmək-
dədir. Rus jandarması Qaçaq Səmədi hələ də axtarır, 
Səmədin  də  səsi  gah  İrandan,  gah  da  dağlardan, 
yaylaqlardan gəlir. Deyilənlərə görə hərdən gəlib öz 
evində də qalır. 
Hərtün  ilə  Hidayətin  sazandalığı  davam  edir. 
Son zamanlar Farizi də özlərinə qoşublar. Axşamları 
Hərtüngilə yığışıb çalıb, oxuyur, oynayırlar. Bu üçlük 
kəndin məşhur toy çalanlarıdır.  
Ması  arvadın  keyfi  gələndə  yenə  də  Mustafa 
onu  yanına  salıb  Hərtüngilə  aparır.  Ması  arvadın 
məzəsi  buralar  işi  deyil,  oynamaqdan  doymayınca 
ortalıqdan  çıxmaz.  Oynamaq  həvəsi  də  əksər  vaxt 
axşamlar gəlir.  
Hərtün  də  Ması  arvadın  məzələrinə  öyrəncək-
lidir.  Bu  oynamağınan  yaşmağı  da  həmişə  ağzının 
üstündə  olur.  Hərtünün  yorulduğunu  görəndə  hər-
dən məzəli bir söz deyib çalğını yenidən canlandırır. 
Görürsən  ki,  birdən  Ması  arvad  yaşmağı  ağzından 
aralayıb  deyir:-  Hərtün  qardaş,  bağışla.  Gənclərin 
könlünü  almaq  üçün  hərdən,-  Fariz  qardaş,  sən  də 
bağışla,- deyir.  
Ması  arvadın  oynağan  olduğunu  bu  kənddə 
bilməyən yoxdur. Mustafa kişi də neyləsin, bu yaşda 
durub Masının talağını qoltuğuna verib dədəsi evinə 


Nizami Muradoğlu 
 
78
göndərəsi deyil ki. Amma zalım qızı Ması arvad da 
ay oynayandı ha, elə sındırır ki, baxanın  gözü dörd 
olur.  Onu  deyim  ki,  Hərtünün  arvadı  Haykanuş  da 
ayrı  bir  arvaddı,  nəcib  adamdı,  yaxşı  adamdı.  Hər 
gecə evlərində toplanan şənlik məclislərini yola verir, 
hələ  gələnləri  çaya,  meyvəyə  qonaq  da  edirdi.  Ması 
arvad  da  oynayıb  yorulandan  sonra  Hykanuşun 
dəmlədiyi  pürreyi  çaydan  bir  bardaq  içib  özünə 
gələndən  sonra  görərdin  əlini  qoydu  qulağının 
dibinə bir bayatı çağırdı: 
 
Dağlar duman oldu, gəl, 
Halım yaman oldu, gəl. 
Yollarına baxmaqdan
Gözlərim qan oldu, gəl.  
 
Deyirlər ki, Ması arvad cavanlığında bir başqasını 
sevmişdi.  Taleləri  onları  ayırmış,  Masının  qarşısına 
sonralar Mustafanı çıxartmışdı. Ması arvad yaşlaşsa da 
sevdiyini  unuda  bilmirdi,  hərdən  həsrətli-həsrətli 
oxuyardı. Bəlkə oynamağı da, o həsrətini unutdurmaq 
məqsədi daşıyırdı. Nə bilmək olar... 
Bayatı Rövşənin lap ürəyini ovxaladı. Sanki Ması 
arvad  onun  üçün  oxuyurmuş.  Alxan  kişi  yerindən 
dikəldi: 
-Gecə yarıdan keçir, oğul, sən də yol gəlib yorul-
musan,  uzan  dincini  al,  sabah  qəbirüstünə  gedərik. 


 Baba ocağı 
 
79
Danışılası  o  qədər  əhvalat  var  ki,  bir-bir  hamısını 
eşidəcəksən. 
Alxan  kişi  getdi.  Rövşən  evə  keçib  yük  yerində 
səliqə  ilə  yığılmış  yorğan-döşəyin  üzərindəki  örtüyü 
qaldırdı, bir dəst yataq götürüb köhnə taxtın üstünə 
saldı. Üst paltarlarını soyunub mizin qırağına qoydu, 
yatağa uzandı.  
Yorğan-döşəkdən  anasının  İyirmi  il  bundan 
qabaq  hiss  etdiyi,  heç  nə  ilə  əvəz  olunmayacaq 
doğma  ətri  gəlirdi.  Qəribədir,  uşaqlıqdan  burnunda 
qalan o ətir iyi nələri xatırlatmırdı.  
Yatmağa  çalışdı,  gözlərini  yumdu.  Gözlərini 
yuman  kimi  reallıq  ilə  yuxu  arasında  qaldı.Yuxuda 
bağlarını  gördü.  İlin  yaz  fəsliydi,  güllər,  çiçəklər 
açmışdı.  Atası  Novruz  kişi  bağı  suvarırdı.  Belin 
sapının  qurtaracağından  iki  əlli  yapışaraq  çənəsinə 
söykənəcək verən Novruz kişi kərəviz kərdisinin su 
ilə  dolmasını  gözləyirdi.  Anası  Güllübəyim 
qızılgülləri yığırdı, Rövşənin hər şeydən çox sevdiyi 
qızılgül  mürəbbəsi  bişirəcəkdi.  Sonra  qızılgül  talası 
genişlənib bütün bağı əhatəyə aldı. Güllübəyim ana 
qızılgülləri yığdıqca qurtarmaq bilmirdi, ananın üzü 
gülürdü, Rövşənin də üzü gülürdü.  
Bu  yerlərdə  qızıllgül  ən  qiymətli  bitkilərdən 
sayılırdı.  Qızılgül  mürəbbəsi  əvəzedilməz  nemətdi. 
İkiillik  gül  mürəbbəsi  deyirdilər  ki,  baldan 
hökmlüdür.  Elə  belə  də  müştərisi  başının  üstün-
dəydi,  tez  əmələ  gəlir,  tez  məhsul  verir,  tez  satılır, 


Nizami Muradoğlu 
 
80
qazanc  verirdi.  Yer-göy  qızılgül  ətri  ilə  dolmuşdu, 
Rövşən  sanki  qızılgül  dənizində  üzürdü,  qulaq-
larında anasının dediyi bayatı əks-səda verirdi: 
 
Laylay dedim yatasan
Qızılgülə batasan. 
Qızılgülün içində, 
Şirin yuxu tapasan.  
 
Həyatında bəlkə də ən gözəl gecələrdən biriydi. 
Xatirələr  bir-birini  əvəz  edirdi.  Şirin  xəyalların  ağu-
şunda  sanki  məst  olmuşdu.  Yenə  də  Camışboğanın 
üst  tərəfindəki  atasının  xüsusi  səliqə-sahmanı  ilə 
cənnət guşəsinə çevrilmiş balaca bağlarında Selcanlı 
günləri xatırlayırdı. İlin yaz fəslindən başlayaraq gah 
göy-göyərti,  gah  böyürtkən  yığmaq,  yaxud  dərman 
bitkiləri toplamaq adıyla evdən çıxan Selcanla bağda 
keçirdikləri xoşbəxt anları yada düşürdü. Göy otların 
qoynunda  qol-boyun  olub  uzanardılar.  Selcanın 
qəribə arzuları olardı. İlk dəfə Selcanı öpdüyü anı, o 
öpüşün  dadını  xatırlayırdı.  Selcanın  nazik  ipək 
paltarı ona nə qədər də yaraşırdı. Nazik ipək paltarın 
altında  titrəyən  yumşaq,  yumru  balaca  döşlərini 
unuda bilmirdi. İlk öpüşün həyəcanı sifətini qırmızı 
almaya döndərmişdi. Rövşənin özü də həyəcanlıydı. 
Saf,  təmiz,  ülvi  məhəbbətin  ilk  vüsalı  yaşıllıqlar 
qoynunda  təbiətin  canlandığı  bir  dövrdə,  sanki 
təbiətin özü ilə həmahənglik təşkil edirdi.  


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə