Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

 Baba ocağı 
 
81
Selcan  Rövşənin  ağuşundan  çıxıb  armud 
ağacının  ətrafında  qaçır,  Rövşən  də  onu  qovur, 
tutmağa çalışırdı. Bir neçə dövrə vurandan sonra Sel-
can  yorulur,  özünü  təslim  edirdi.  Rövşənin  geniş 
açılmış  qolları  arasında  ömrünün  bəxtiyarlığını 
yaşayırdı. Rövşən, bəlkə gündə yüz dəfə “səni sevi-
rəm”-  deyirdi.  Selcan  “  mən  də  səni  sevirəm” 
deyirdi.  
Hər  axşam  çağı  yaxınlaşanda  mütləq  Selcanın 
balaca  vedrəsini  böyütkən  ilə  doldurmaq  da 
Rövşənin  işiydi.  Əylisçayın  hər  bir  dəhnəsində 
kifayət  qədər  böyürtkən  kolu  vardı.  Qaralmış, 
şirələnmiş  böyürtkənləri  toplamaq  asan  olmasa  da, 
Rövşən bu işi sevə-sevə görürdü. Böyürtkən tikanları 
əl-qolunu cızsa da, Selcanın üzündəki xoş təbəssüm 
ağrı-acısını tez unutdururdu.  
Selçan  qaralmış  böyürtkənlərdən  bir  neçəsini 
elə  yeyirdi  ki,  böyürtkənin  qıpqırmızı  qan  rəngi 
dodaqlarının  ətrafına  yayılır,  öpülməkdən  göyərmiş 
yerlərini  görünməz  edirdi.  Anası  Sonya  Selcanın 
Rövşəni  sevdiyini  bilirdi  və  ürəyində  buna  çox 
sevinirdi,  qızının  dodaqlarının  göyərməsini  də 
hamıdan yaxşı hiss edirdi.  
Sonya  qızının  qəlbinə  dəyməzdi,  qızının 
düzgün  seçimini  ürəyində  alqışlayır,  Rövşənə  - 
gələcək  kürəkəninə  mehriban  münasibət  bəsləyirdi. 
Rövşən  Sonyanın  bu  kənddə  dəyər  verdiyi  mərd, 
qoçaq  və  təmiz  bir  ailənin  yeganə  övladıydı.  Selcan 


Nizami Muradoğlu 
 
82
da  təkiydi,  iki  təklərin  cütlüyünü  gözləyirdi  Sonya. 
Sonya  bu  iki  gəncin  xöşbəxt  ailə  quracaqları  günü 
gözləyirdi... 
 
 
 
Günəş  Ələngəzin  arxasından  dikəlirdi.  Adama 
elə  gəlirdi  ki,  gedib  Ələngəzin  zirvəsinə  çıxsan,  əl 
atıb  günəşdən  yapışmaq  olar.  Uşaqlıqda  Günəşə 
baxarkən  min  dəfə  bu  hissləri  yaşamışdı.  Bilirdi  ki, 
Günəş  çox  uzaqdadı,  ancaq  yenə  də  uşaq  vaxtı 
duyduğu, yaşadığı anları yaşayırdı. Günəşə baxdıqca 
uşaq  vaxtı  eşitdiyi  Günəş  ilə Ayın  əfsanəsi  bir  daha 
yaddaşında canlanırdı. 
 Deyirdilər ki, Günəş gözəl bir qız, Ay da cavan 
və  yaraşıqlı  bir  oğlan  idi.  Onlar  həmişə  bir  yerdə 
oynayardılar.  Ay  Günəşə  vurulmuşdu,  dəlicəsinə 
sevirdi.  Ay  bir  dəfə  Günəşin  gözəlliyindən  o  qədər 
təsirlənir  ki,  qeyri-ixtiyari  olaraq  Günəşin  üzündən 
öpür.  Günəş  Ayın  cəsarətindən  əsəbiləşərək  onun 
üzünə  bir  sillə  vurur.  O  vaxtdan  Ayın  üzündə 
Günəşin vurduğu sillənin ləkəsi qalır və Ay küsərək 
Günəşdən  ayrılır.  Günəş  sonradan  vurduğu  sillənin 
peşimançılığını  çəkərək  bütün  günü  Ayın  arxasınca 
getsə  də,  Ay  bir  daha  Günəşə  dönmür,  Gecənin 
qoynuna  girir.  O  vaxtdan  da  iki  sevgili  kiçik  bir 
səhvin  ucbatından  qovuşa  bilmir,  bir-birinin  həsrəti 
ilə alışıb yanırlar. 


 Baba ocağı 
 
83
  Günəşlə Ayın  əfsanəsi  nə  qədər  şirin  olsa  da, 
pəncərələrdən  süzülən  işıq  istər-istəməz  Rövşəni 
yerindən  qaldırdı,  evin  qapısını  açıb  həyətə  çıxdı. 
Həyətdə  təzəcə  açılmış  qızılgüllərin  ətri  aləmə 
yayılmışdı,  sinədolusu  qızılgül  ətirli  təmiz  havanı 
ciyərlərinə  çəkib  “oxqay”  dedi.  Şah  Abbas  çeş-
məsinin  həyətlərindən  keçən  quyusunun  başına 
gəldi.  İpə  bağlanmış  mis  kuzəni  quyuya  endirdi. 
Kuzə  quyunun  dibinə  çatanda  ipi  tərpədib  kuzəni 
əydi,  su  kuzənin  boğazından  xorultu  ilə  içərisinə 
doldu,  hiss  etdi  ki,  kuzə  ağırlaşdı.  Rövşən  ipi  yığa-
yığa  kuzəni  çəkib  çıxartdı,  buz  kimi  sərin  su  ilə 
üzünü yuyub, ovuc dolusu içdi. 
 
 
 
Molla  Nurməmməd  məscidin  mehrabına  söy-
kəli oturmuşdu. Qarşısında Quran cüzləri yığılmışdı. 
Cüzlərdəm  birini  əlinə  götürüb  sakit  avaz  ilə 
oxuyurdu. Molla Nurməmməd bütün gününü beləcə 
məsciddə  Quran  oxumaq  ilə  keçirir,  namaz  vaxtı 
camaat  ilə  namazını  qılır  və  dualarını  edirdi.  Hər 
dəfə  də  dua  edəndə  mütləq  bu  məscidi  tikdirənə, 
tikənlərə Allahdan rəhmət diləyirdi.  
Məscid  Şah  Abbas  məscidi  adlanırdı.  Əylisdə 
məscid  çox  idi,  amma  nəinki  Əylisdə,  hətta  bütün 
ətraf kəndlərdə Şah Abbas adına olan yeganə məscid 
bu  idi.  Həm  də  Şah  Abbasın  adına  tək  bu  məscid 


Nizami Muradoğlu 
 
84
deyil, məscidə  bitişik tikilən üç günbəzli  hamam  və 
bu  hamamın  altından  keçərək  məscidin  qarşısında 
çıxan, Əylisdə ən sulu çeşmə də Şah Abbasın adı ilə 
bağlıydı.  Digər  yerlərdə  belə  bir  abidə  kompleksinə 
rast  gəlinməmişdi.  Əylisdə  Şah  Abbasın  xeyirxah 
işləriylə  bağlı  əfsanələr  dolaşırdı.  Belə  deyirdilər  ki, 
Şah Abbas bir gün vəzirini yanına çağırıb deyir: 
 -Vəzir, xəzinənin qapısını açın, məmləkətin hər 
yerində  min  məscid,  min  hamam,    min  çeşmə 
tikdirin. 
 Vəzir  ölkənin  hər  yerindən  memarları  çağırıb 
Şah  Abbasın  fərmanını  onlara  çatdırır.  Məscid, 
hamam, çeşmə tikiləcək yerlər müəyyənləşdirilir. Şah 
Abbasın tapşırığı ilə Əylis kəndi də bu siyahıya daxil 
edilir.  Şah  Abbasdan  çox-çox  əvvəl  xanədan 
mənsublarının istirahət yerlərindən biri olan bu kənd 
şahlığın  həmişə  diqqət  mərkəzində  olmuşdu.  Şah 
Abbas özü də dəfələrlə Əylisə gəlib dincəlmişdi.  
Şah Abbasın fərmanına əsasən məmləkətdə 999 
məscid,  999  hamam,  999  çeşmə  tikilir.  Şah  Abbas 
vəzirindən  nə  üçün  mindən  bir  əksik  tikildiyini 
soruşduqda,  vəzir  999-un  səslənməsində  bir  əzəmət 
olduğunu  söyləyir.  Şah  Abbas  sözün  deyilişini 
bəyənib, ağıllı vəzirini mükafatlandırır. 
Şah Abbas məscidi Əylisdə ən böyük məsciddir. 
Məscidin divarlarının qalınlığı iki metrədən artıqdır. 
Məscidin  meydana  tərəf  dörd  taxçası  vardı. 
Bunlardan biri böyük taxça şərq tərəfə , o cümlədən 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə