Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

 Baba ocağı 
 
93
etdiyin  adamla  bir  yerdə  yaşamaq  məcburyyətinə 
məhkum  edilməyindi.  Selcanı  buna  da  məhkum 
etmişdilər.  Şükür  edirdi,  yaxşı  ki,  Uca  Yaradan  onu 
bu cəzadan tez xilas etdi. 
Selcan bir də onu demişdi ki, hər addımbaşında 
Rövşənin  nəfəsini  kürəklərində  hiss  edirdi.  Sanki 
Rövşən gözəgörünməz bir varlığa çevrilib hər yerdə 
onu  izləyirdi.  Selcan  bundan  xoşlanırdı.  Saatlarla 
oturub  sevdiyin  insanı  yanında  hiss  edərək,  qiyabi 
də olsa, onunla danışmaq, onun xoşuna gələ biləcək 
işlər görmək Selcana yaşamaq üçün ümid verirdi.  
Dəfələrlə  hər  şeyi  atıb  getmək,  Rövşəninə 
qovuşmaq istəyi ürəyindən keçmişdi. Həmişə də od 
ilə su arasında qalmışdı. Amma Rövşənin saf, təmiz 
dünyasına  çirlənmiş,  palçığa  atılmış  bir  əmanətlə 
qayıtmağı  vicdanı  qəbul  etməmişdi.  Hərçənd  Selca-
nın vicdanı təmiz, qəlbi saf, alnı açıq idi, amma yenə 
də müəyyən mənada özünü təqsirli bilirdi. O, gərək 
özünü  qorumağı  bacaraydı.  Əfsus  ki,  ox  yayından 
çıxmış,  güllə  atılmış,  məhəbbət  bağında  soyuq 
küləklər  əsmişdi.  Nə  solan  güllərin  əvvəlki  lətafəti 
qalmışdı, nə bağın bağbanında həvəs. 
Bu  acı  qisməti  ömrüboyu  tək  yaşamağa  məh-
kum edilmiş, sevdiyi insanı da öz duyğuları ilə baş-
başa  buraxmışdı.  Sevdiyi  insanın  işığını  yeganə 
təsəllisi  qızına  verdiyi  adın  anlamında  yaşatmaqla 
tapırdı. Lusik Rövşən kimi işıqlı anlamında Selcanın 
arzusu, ümidi, təsəllisiydi. 


Nizami Muradoğlu 
 
94
Selcan  Rövşəni  sevirdi,  ölənə  qədər  də 
sevəcəkdi.  Kimsə  bu sevgini onun ürəyindən  söküb 
çıxarda bilməzdi. İnanırdı  ki,  bu dünyada  ayrılsalar 
da,  ruhlar  aləmində  mütləq  birləşəcəklər.  İndi  isə 
ağrılı, acılı taleyini yaşayırdı.     
Rövşən  isə  tövbə  etmək,  yenidən  düz  yola 
qayıtmaq,  xalqına,  yurduna  xeyirli  insan  olmaq 
istəyirdi.  Tövbənin  də  özünəxas  cəhətləri  vardı  ki, 
mütləq  din  xadimləri  ilə  məsləhətləşməli,  düzgün 
qərar qəbul edilməliydi. Bu gün mütləq Mirzə Tahir 
Əfəndi  ilə  görüşmək  lazımdı.  Bir  an  ləngimədən 
əfəndini görmək istəyirdi.  
Mirzə  Tahir  Əfəndi  Nəcəfdə  ali  ruhani  təhsil 
almış,  uzun  zaman  İstanbulda  müftülük  etmişdi. 
Vətənə  qayıtdıqdan  sonra  Şah  Abbas  məscidində 
otururdu.  Son  vaxtlar  yaşlaşdığından  evlərinin 
yaxınlığındakı 
Vırağırd 
məscidində 
məskən 
eyləmişdi.  Mirzə  Tahir  Əfəndi  özü  də  Vırağırd 
qəryəsində  (məhəllə)  yaşayırdı.  Bu  qəryə  ilə  Şah 
Abbas  məscidinin  arasında  üç  km-ə  qədər  məsafə 
vardı. Bu səbəbdən də Mirzə Tahir Əfəndiyə Əylisin 
Şah Abbas məscidinə gəlib getmək zorluq yaradırdı. 
 Rövşən  köhnə  tanışların  gözünə  görünmədən 
Mirzə  Tahir  Əfəndinin  yanına  gedib  çatmağı 
arzulayırdı,  ona  görə  də  daş  döşəməli,  səliqəli 
küçələrlə yox, çayın kənarı ilə getməyi məqbul saydı. 
Budur  artıq  Vırağırd  qəryəsində  Mirzə  Tahir 
Əfəndinin evinin önündən keçib məscidə yaxınlaşdı.  


 Baba ocağı 
 
95
Məscidin  yuxarı  başında  Mirzə  Tahir  Əfəndi 
tək-tənha  oturub  Quran  oxuyurdu.  Məscidin 
qapısının cırıltısına gözlərini Qurandan ayırıb gələn 
adama  baxdı,  tanıya  bilmədi.  Rövşən  gəncliyində 
Vırağırd  məscidinin  ətrafından dəfələrlə  keçib  getsə 
də, məscidin içərisinə girməmişdi. İlk dəfə gördüyü 
məscidin  içərisini  nəzərdən  keçirdi.  Mirzə  Tahir 
Əfəndi dilləndi: 
  -Yaxın gəl, oğlum. 
Rövşən yaxınlaşıb salam verdi: 
-Salam-əleykum, Mirzə Əfəndi. 
-Əleykum-salam, və rəhmətullahu və bərəkatu. 
Xoş gəldin, oğlum, məramın nədir? 
-Əfəndim, tövbə etmək istəyirəm. 
-İyi,  hayırlı  olsun.  Pəki  sənin  günahın  nə,  oğ-
lum? 
-Əfəndim,  mənim  işləmədiyim  günah  yoxdur. 
Çox günahkaram, görəsən günahlarım bağışlanarmı? 
-Rabbim  adildir,  ucadır,  bağışlayandır.  Tövbə 
edərsən,  oruc  tutub,  namaz  qılıb  zəkat  verərsən, 
ziyarətlərə gedərsən, inşallah  günahların  bağışlanar, 
axirət dünyan işıqlı olar. 
-Əfəndim,  sizin  dediklərinizin  hamısını  yerinə 
yetirməyə  hazıram.  Ancaq  mənim  bir  arzum  var, 
tövbəmin  bu  dünyada  qəbul  olunduğunu  bilmək 
istəyirəm.  Siz  mənim  tövbəmin  qəbul  olunduğuna 
zəmanət  verə  bilərsinizmi?  Mən  tövbəmin  qəbul 
olunduğunu necə görə bilərəm? 


Nizami Muradoğlu 
 
96
 Mirzə  Tahir  Əfəndi  fikrə  getdi,  bir  xeyli  dü-
şündü: 
-Pəki, oğlum. Mənim dediklərimdə fayda vardı. 
Amma, sən ki, bu anlamda israrlısan, mən ona cavab 
verməkdə acizəm. Çünki bu günə qədər böylə bir şey 
nə  eşidildi,  nə  də  görüldü.  Bizdən  də  yaşlı, 
dünyagörmüş  adamlar,  bəlkə  də  böylə  bir  şeylər 
eşitmiş olalar. Bəlkə onlar bir yol göstərə bilələr. 
-Əfəndim,  böylə  bir  adam  varmı,  siz  tanı-
yırmısınız? 
-Böylə  bir  yaşlı  adam  mən  tanıyıram,  sənə  bir 
yol  göstərəcəyəm,  qəbul  etsən  də,  etməsən  də  öz 
işindir. 
-Buyurun əfəndim, sizi dinləyirəm. 
-Oğlum,  bu  qəryədən  aşağı  gedəndə,  çuxur 
məhəllənin sonunda,  Cəvizli  tərəfdə  dağın  döşündə 
bir kəlisa var, görmüş olarsan. 
-Bəli, görmüşəm, əfəndim. 
-  Mən  babamdan  eşitmişdim  ki,  o  kəlisanı 
Elxanilərin  zamanında  Hülaki  xanın  baş  hərəmi 
Doqquzxatun xanım tikdiribdi. Doqquzxatun xanım 
nəsrani  dininə  mənsub  türklərdən  -  ərmən  tayfa-
larındandı,  xeyriyyəçiliklə  məşğul  olur,  kəlisalar 
tikdirirdi.  Bizim  bu  kəndə  də  hər  yayda  xanədan 
mənsubları  dincəlməyə  gələrdilər.  Bir  yay  Doqquz-
xatun xanımın özü də, burada istirahət etməyi qərara 
alır.  Doqquzxatun  xanımın  son  zamanlarda  canında 
ağrılar artmışdı. Bu kəndin səfalı havası, şəfalı suları 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə