Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə24/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

 Baba ocağı 
 
97
Doqquzxatun  xanımın  ağrılarını  canından  çıxarır. 
Burada onu narahat edən xəstəlikdən şəfa tapan baş 
hərəm  bu  kəlisanı  tikdirmək  qərarına  gəlir.  Üstəlik 
İsfahandan  bura  dini  alimlər  gətirir,  özü  də  sıx-sıx 
gəlib burada yaşayır, həmin kəlisada ibadət edərmiş.  
 Həmən  kəlisada  Mikayıl  adında,  o  vaxt  gələn 
alimlərin  nəslindən  olan  bir  abid  var,  nəsranidir, 
türkdür,  ərmən  tayfasındandır,  haylardan  deyil, 
amma  indi  haylar  onu  özlərindən  sayırlar.  O  abid 
çox  dünyagörmüş  adamdır.  Həftədə  bir  dəfə 
adamlarla  görüşüb  dərdlərinə  qulaq  asar,  qalan 
günləri ibadətlə məşğul olar, qədim dualar oxuyar, o 
dualar  da həpsi qədim türk lisanındadır.  İstəsən  bir 
onunla da məsləhətləşə bilərsən.  
Rövşən məsciddən ayrılıb kilsəyə tərəf yol aldı. 
Yol  boyu  dindarlarla  görüşünü  analiz  edir,  başında 
dolanan  qarışıq  fikirlərin  dalğaları  ilə  çarpışırdı. 
Dindarlar  bir-birini  əvəz  edir,  Rövşən  onu  narahat 
edən  suallara  cavab  tapa  bilmirdi.  Amma  Mirzə 
Tahir Əfəndinin dedikləri ilə intiligentin söylədikləri 
tamamilə bir-birinə bənzəyir, üst-üstə düşürdü.  
Mirzə  Tahir  Əfəndi  dünyagörmüş  adamdı, 
görkəmli  bir  nəslin  nümayəndəsiydi,  nəsil  şəcərəsi 
çox  qədimlərə  gedib  çıxırdı,  dədə-babadan  bu 
kənddə  yaşamışdılar.  Deyilənlərə  görə  Vırağırd 
məscidini  də  onun  ulu  babaları  tikdirmişdi.  Allah 
Mirzə  Tahir  Əfəndinin  babalarına  da  rəhmət  etsin. 
Yaxşı  kişilər  bu  dünyada  yaxşı  ad  qoyub  getmişlər. 


Nizami Muradoğlu 
 
98
Hələ Əylisin küçələri; kişilər nə qədər də bu küçələrə 
xərc  qoyublar,  daş  döşəməli  bu  yollarda  səliqə, 
sahman  böyük  bir  şəhər  mədəniyyətini  xatırladır. 
Divarların  dibində  düzəldilən  səkilər  təbii  relyefə 
uyğun  olaraq  yağan  yağışın,  qarın  suyundan 
divarların  aşınmasının  qabağını  almaq  məqsədi  ilə 
inşa edilibdi.  
Rövşən  gəlib  Cəvizlidə  Əyridağın  dibindən 
çıxan  Daş  çeşməyə  çatdı.  Daş  kilsənin  həyət  qapısı 
Daş  çeşmənin  üstündə  şimal  tərəfdən  idi.  Rövşən 
əvvəlcə Daş çeşmədə əl-üzünü yudu, buz kimi sərin 
suyundan  ovuclayaraq  içdi,  qamətini  düzəldib 
“oxqay” dedi.  
Çeşmədə  sakitlik  idi.  Adətən  qızlar  çeşmə 
başına  gündə  iki  dəfə  -  səhər  və  axşam  çağları 
gələrdilər. Daş çeşmə Şam çeşmədən fərqlənirdi. Şam 
çeşmə həmişə yığınaqlı olardı. Qızlar Şam çeşmənin 
başında  dəstə  ilə  dayanıb  səf  bağlayanda  durna 
qatarına  bənzəyirdi.  Çeşmə  başında  qızları  görəndə 
o  vaxtlar  çox  məşhur  olan,  dildən-dilə  dolaşan  bir 
qoşma yadına düşürdü: 
 
Çərşənbə günündə çeşmə başında, 
Gözüm bir alagöz xanıma düşdü. 
Atdı müjgan oxun, keçdi sinəmdən
Cadu-qəmzələri qanıma düşdü.  
 
 


 Baba ocağı 
 
99
Deyirdilər  ki,  bu  Göyçəli  Aşıq  Ələsgərin  qoş-
masıdı,  necə  də  düzüb  qoşubdu,  elə  bil  Rövşənin 
sevgi  macərasını  görüb  yazıbdı.  Axı,  Selcan  da  elə 
Rövşəni  çeşmə  başında  yaralamışdı.  Rövşən  Selcanı 
sevirdi, lap çox sevirdi. Amma indi ondan heç xəbəri 
də yoxdur. 
Rövşən  çeşmə  başında  xəyala  getmişdi,  bura 
niyə gəldiyi, nə edəcəyi yadına da düşmürdü. Əylisə 
gələndən  dalğınlığı  artmışdı,  özündən  asılı 
olmayaraq, hər an ötən günləri xatırlayır, hər dəfə də 
özünü vəfasızlıqda qınayırdı. Burada da bir müddət 
beləcə  xəyala  dalaraq  qaldı.  Xeyli  sonra  özünə 
gələndə  xatırladı  ki,  kilsəyə  gedib  keşiş  Mikayılı 
soruşmalıdır.  
Kilsənin həyətinə girdi, keşiş Mikayılı soruşdu, 
dedilər  ibadətlə  məşğuldu,  həftənin  şənbə  günü 
onunla görüşə bilər. Kilsənin həyətindən çıxıb bazara 
tərəf  getdi.  Yol  boyu  rastlaşdığı  gənclər,  uşaqlar 
dayanıb  salam  verirdilər.  Nə  qədər  də  gözəldi,  bu 
kənddə  tanıdı-tanımadı  özündən  böyüyün  ayağına 
durmaq,  salam  vermək,  yer  göstərmək  ən  yaxşı 
adətlərdən idi. 
Bazarda uşaqlıq yoldaşları Musa, Səlim və Hayrik 
ilə rastlaşdı. Bir tərəfə çəkilib söhbət edirdilər. Bazarda 
səs-səsə  qarışmışdı,  həmişəki  kimi  qələbəlik  idi. 
Nugədihdən  gələnlər  yağ,  pendir  satırdılar.  Qəssab 
Yaqubun dükanının qabağında bir cöngə, iki qoç bağlı 
olaraq  kəsilməsi  zamanını  gözləyirdi.  Qənarədən 


Nizami Muradoğlu 
 
100
asılmış  ət  parçalarının  ətrafında  it  arıları  uçuşurdu, 
yüzlərlə arı qənarənin kənarında asılmış bir parça ağ 
ciyərin  sonuna  çıxmaqdaydı.  İt  arısı  nə  qədər  də 
artmışdı.  
Bakı  kəndlərində  it  arılarına  qarşı  aparılan 
mübarizə  üsulları  yadına  düşdü.  Bakı  kəndlərində 
üzümə  daraşan  it  arılarından  qurtulmaq  üçün 
bakılılar  qəribə  bir  üsul  tapmışdılar.  Ağzı  dar  şüşə 
qablara  şirəli  su  doldurub  üzüm  tənəklərindən 
asırdılar.  İt  arıları  şirəli  suyun  iyinə  qabın  içərisinə 
doluşur,  çıxa  bilməyib  orada  boğulurdular.  Çar 
höküməti də insanları beləcə şüşə qablara doldurub 
ağzını  bağlamışdı.  Hayları  da  belə  şirin  vədlər  ilə 
aldadıb gətirib bu kəndlərə doldurmuşdular. 
Qəssab  Yaqubun  dükanının  yanında  Arakelin 
dükanıydı,  gözucu  oranı  da  nəzərdən  keçirdi. 
Arakelin dükanında işləyən dığanın sifəti satdığı şilə 
kimi  qızarmışdı.  Arakel  cin  gözlərini  qıyaraq  baxır, 
Rövşənin  belə  cəsarət  ilə  gəlib  bazara  çıxmasını 
sindirə bilmirdi. Acığını dığanın üstünə yıxır, erməni 
gənclərinin fərsiz olduğunu, türklərdən qorxduğunu 
acıqlı-acıqlı  ifadə  edir,  dığanı  danlayırdı.  Rövşənin 
gələn  gündən  xəbərini  almışdı,  dükanın  açıq 
qapısından  Rövşənin  hər  bir  hərəkətini  izləyirdi. 
İmkanı  olsaydı  elə  bu  dəqiqə  onu  qanına  qəltan 
etdirərdi.  Amma  təbii  ki,  günün  günortasında, 
bazarın ortasında bu cəsarətdən məhrumdu, Rövşən 
də iyirmi il bundan əvvəlki təcrübəsiz, gənc, qorxub 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə