BABURNAMƏ
99
canın önünə, deyəsən, bir az diqqətsiz bir şəkildə dəstərxan sərmişdilər və
bu üzdən həzrətin könlü bir az incimişdi. Molla Baba mənim tərəfimə baxıb
işarət edirdi. Mən də ona işarətlə: «Mən neyləyim, qüsur dəstərxanı sərəndə-
dir» dedim. Xoca anladı və bu üzrümü qəbul etdi. Sonra ayağa qalxdı, mən
də onu uğurlamağa çıxdım. O, evin dalanında sağ və ya sol qolumdan tutub
məni elə yuxarı qaldırdı ki, bir ayağım yerdən üzüldü. Mənə türkcə «Şeyx
məsləhət verdi» dedi. Bir neçə gün içində Səmərqəndi aldım.
Bir-iki gün sonra Əsfidək kurqanından qalxıb Vəsmənd kurqanına gəl-
dik. Bir dəfə Səmərqənd civarına gedib varlığımızı göstərərək geri qayıtdı-
ğımız halda (84 a) təkrar Allaha təvəkkül edib eyni niyyətlə günorta nama-
zından sonra Vəsmənddən qalxıb Səmərqənd üzərinə sürətlə hərəkət etdik.
Xoca Əbülməkarim də mənimlə bərabərdi.
Gecə yarısı xiyaban üzərindən Məğək körpüsünə gəlib yaxşı igidlər-
dən yetmiş-səksən nəfərlik bir dəstəni irəli göndərdik. Bunlar Qari-aşiqan
qarşısından nərdivanla yuxarı çıxıb Firuzə darvazasındakıların üstünə cümə-
raq darvazanı ələ keçirəcək və bizə adam göndərəcəkdilər.
Bu igidlər gedib Qari-aşiqan qarşısından nərdivanla yuxarı çımışlar və
heç kim xəbər tutmamışdır. Oradan da Firuzə darvazasına qədər gəlib Fazil
Tarxanın üstünə cummuşlar. Fazil Tarxan bəy tarxanlardan olmayıb Türküs-
tanın tüccar tarxanlarından idi. Türküstanda Şeybani xana xidmət edərək
etibar görmüşdü. İgidlər Fazil Tarxanı bir neçə adamıyla birlikdə öldürüb
qapının kilidini balta ilə qıraraq darvazanı açdılar.
O əsnada mən yetişərək dərhal Firuzə darvazasından içəri girdim.
Əbülqasım Kuhbər özü gəlməmiş, kiçık qardaşı Əhməd Qasımı otuz-qırx
qədər adamıyla göndərmişdi. İbrahim Tarxanın adamlarından isə heç biri
yox idi. Mən şəhərə girib xanəgahda oturanda yalnızca Əhməd Tarxan adlı
kiçık qardaşı (84 b) bir neçə adamı ilə birlikdə gəldi.
Şəhər əhalisi hələ yuxuda idi. Dükan sahibləri dükanlarından baxıb
tanıyaraq mənə dua edirdilər. Qısa bir müddət sonra şəhər əhalisi vəziyyət-
dən xəbərdar oldu. Bizim adamları və şəhər əhalisini qəribə bir sevinc sar-
mışdı. Özbəkləri quduz köpəklər kimi küçələrdə daş və zopalarla öldürdülər.
Bəlkə də dörd-beş yüzə qədər özbək bu şəkildə öldürüldü.
Şəhərin darğası Can Vəfa Xoca Yəhyanın evlərindən birində otururdu.
Oradan çıxıb qaçaraq Şeybani xanın yanına getdi.
Qapıdan girincə birbaşa mədrəsə və xanəgah tərəfə yürüdüm və xanə-
gahın tağı üstündə oturdum. Sabaha qədər hər tərəfdə qovğa və gurultu da-
vam etdi. Xəbərdar olan bəzi əsnaf və dükan sahibləri sevinc və nəşəylə gəl-
dilər, əllərində nə varsa gətirib dua etdilər.
Sabah özbəklərin Ahənin darvazasında iki qapı arasını gücləndirərək
vuruşmaqda olduqları xəbəri gəldi. Dərhal ata minib Ahənin darvazasına
doğru getdim. Mənimlə birlikdə on-on beş və ya iyirmi qədər adam vardı.
Zəhirəddin Məhəmməd BABUR
100
Şəhər yeni ələ keçmişdi. Alt təbəqədən hər kəs bir şey tapmaq ümidi ilə sa-
ğı-solu eşələməklə (85 a) məşğul idi. Mən yetişincəyə qədər özbəkləri Ahə-
nin darvazasından çıxarmışdılar.
Şeybani xan bunu eşidib fövqəladə təlaşlı bir şəkildə, günəş doğarkən
yüz-yüz əlli qədər adamıyla Ahənin darvazasına gəlib yetişdi. Fürsət qapıya
gəlmişdi. Lakin söylədiyim kimi, yanımda çox az adam vardı. Şeybani xan isə
heç nə edə bilməyəcəyini görüncə orada durmadı və dərhal geri qayıdıb getdi.
Oradan dönüb ərkdə Bostan Saraya endim. Ağsaqqallar, əşrəf və şə-
hərin böyükləri gələrək məni görüb təbrik etdilər.
Yüz qırx ilə yaxın bir müddətdir paytaxt Səmərqənd bizim ailədəydi.
Yad və düşmən özbəyin biri gəlib onu ələ keçirmişdi. Amma əldən çıxan
mülkü Allah təkrar verdi. Yağmaya uğrayan vilayət təkrar əlimizə keçdi.
SULTAN HÜSEYN MİRZƏNİN HERATI ALMASI
İLƏ BABURUN SƏMƏRQƏNDİ ALMASININ
MÜQAYİSƏ EDİLMƏSİ
Sultan Hüseyn [Bayqara] Mirzə də Heratı bu şəkildə basqınla almışdı.
Lakin iş bilənlər gözündə, anlayan və tərəfsiz kimsələrin önündə o işlə bu
fəth arasında böyük bir fərq olduğu aşikardır.
Birincisi, Sultan Hüseyn Mirzə çox işlər görmüş, çox təcrübə qazan-
mış yaşlı bir padşah idi.
İkincisi, onun düşməni on yeddi-on səkkiz yaşında və təcrübəsiz bir
uşaq olan Yadigar Məhəmməd Nasir Mirzə idı. (85 b)
Üçüncüsü, [Sultan Hüseyn Mirzənin əmirlərindən] düşmənin içində
olan və vəziyyəti bilən Mir Əli Miraxur Mirzəyə adamlar göndərib onu düş-
mənin üstünə qafil olduğu bir anda gətirmişdi.
Dördüncüsü, düşmən kurqanda deyil, Baği-Zağanda idi və Sultan Hü-
seyn Mirzə şəhəri alanda Yadigar Məhəmməd Mirzə ilə adamları özlərini
içkiyə elə vermişdilər ki, o gecə Yadigar Məhəmməd Mirzənin qapısında
duran üç adamın üçü də sərxoş imiş.
Beşincisi, Yadigar Məhəmməd Mirzənin bu dərəcə qafil olduğu bir
anda Sultan Hüseyn Mirzə gəldi və şəhəri zəbt etdi.
Mən isə Səmərqəndi alanda on doqquz yaşındaydım. Nə çox işlər gör-
müş, nə də təcrübə qazanmışdım.
İkincisi, mənim düşmənim Şeybani xan kimi çox təcrübə sahibi və
çox işlər görmüş, yaşlı bir adamdı.
Üçüncüsü, bizə Səmərqənddən heç kimsə gəlməmişdi. Şəhər əhalisi
mənə nə qədər meylli olsa da, Şeybani xanın qorxusundan heç kim bir şey
edə bilməzdi.
Dördüncüsü, mənim düşmənim kurqanda idi, kurqan alındı, düşmən