Microsoft Word Baburname doc



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə45/189
tarix15.03.2018
ölçüsü3,34 Mb.
#31659
1   ...   41   42   43   44   45   46   47   48   ...   189

BABURNAMƏ 

 

101



də qovuldu. 

Beşincisi, bir dəfə  Səmərqənd üzərinə  gəlmişdik və düşmən bundan 

xəbərdar olmuşdu, ikinci dəfə  gələndə Allah rast gətirdi və Səmərqənd zəbt 

edildi. 


Bunları söyləməkdən məqsədim başqalarına daş atmaq deyil, (86 a) 

yuxarıda bəhs edildiyi kimi, gerçəkləşən hadisəni anlatmaqdır. Bunları yaz-

maqdan məqsədim isə özümü yüksəltmək deyildir. Yuxarıda yazıldığı kimi, 

doğrusu bu idi. 

Bu fəth haqqında  şairlər tarixlər söyləmişlər. Onların arasından bir 

beyt xatirimdə qalmışdır:  

Baz gofte xirəd ki tarixəş  

Fəthi-Babur bahadur əst bedan. 



Ağıl tarixini yenidən söylədi; bil ki  

Onun tarixi budur: «Fəthi-Babur bahadur».

1

  

Səmərqənd alındıqdan sonra Şavdar, Soğd və yaxın tümənlərin kur-

qanları bir-bir gəlib mənə qatılmağa başladılar. Bəzi kurqanların özbək dar-

ğaları qorxudan qaçıb getdilər, bəzi kurqanlar özbəkləri qovub bizim idarə-

mizə girdilər, bəziləri isə darğaları yaxalayıb kurqanları qapatdılar. 

Bu zaman Şeybani xanla özbəklərin köç və ailələri Türküstandan gəldi. 

Şeybani xan özü Xoca-Didar və  Əliabad civarında olurdu. Kurqanların bu 

şəkildə bizə keçdiyini və əhalinin bizi dəstəklədiyini görüncə olduğu yerdən 

qalxıb Buxara tərəfinə getdi. 

Allahın inayəti ilə Soğd və Miyanqal kurqanlarının çoxu üç-dörd ay 

ərzində təkrar bizə keçdi. Baqi Tarxan da fürsət taparaq Karşi kurqanına gir-

di. Hüzar və Karşi da özbəklərin əlindən çıxdı. Qaragölü isə Mərvdən Əbül-

möhsün (86 b) Mirzənin adamları gəlib aldılar. İşimiz çox yaxşı gedirdi. 

Anam, köçüm və uruğlarım mən Əndicandan çıxdıqdan sonra min bir 

çətinlik və  sıxıntı ilə Ura-Təpəyə  gəlmişdilər. Adam göndərərək onları da 

Səmərqəndə gətirtdik. 

Həmin günlərdə Sultan Əhməd Mirzənin mənimlə evli olan qızı, ilk 

nigahlı arvadım Ayşə Sultan bəyimin bir qızı dünyaya gəldi. Fəxrünnisa adı 

verildi. Bu mənim ilk uşağım idi və  mən o vaxt on doqquz yaşındaydım. 

Uşaq bir ay və ya qırx gün içində Allahın rəhmətinə qovuşdu. 

Səmərqəndin fəthindən sonra dəfələrlə  civardakı xanlara, sultanlara, 

əmirlərə  və  sərhəd boyunda yaşayanlara kömək və  dəstək tələbi ilə arxa-

arxaya elçilər və xəbərçilər gedib gəldi. Bu gələn elçilərin bəziləri təcrübəli 

olmalarına baxmayaraq diləklərimi ağılsızcasına rədd edirdilər. Bəziləri də 

bizə qarşı vaxtilə ədəbsizlik və pis hərəkətlər etmişdilər, ona görə qorxduq-

ları üçün cavab vermirdilər. Bəziləri yardım göndərsələr də buna yardım de-

mək olmazdı. Bunların hamısından növbə ilə bəhs ediləcəkdir. 

                                                           

1

 «Fəthi-Babur bahadur» sözlərinin əbcəd hesabı ilə cəmi 906 (=1500) deməkdir. 




Zəhirəddin Məhəmməd BABUR  

 

 



102

Səmərqəndi ikinci dəfə alanda Əli Şir [Nəvai] bəy (87 a) hələ həyatda 

idı. Bir dəfə mənə bir məktubu da gəlmişdi. Mən də arxasına türkcə beyt ya-

zıb bir məktub göndərmişdim. Cavab gəlincəyə qədər ayrılıq və qovğa çıxdı.  

Şeybani xan Səmərqəndi alanda Molla Bənnaini öz xidmətinə  qəbul 

etmişdi, öz yanında saxlayırdı. Səmərqəndin fəthindən bir neçə gün sonra 

buraya gəldi. Qasım bəy ondan şübhələndiyi üçün Şəhrisəbz tərəfinə getmə-

sinə izin verdi. Çox fəzilətli bir adam olduğu və heç bir günahı görülmədiyi 

üçün təkrar Səmərqəndə gətirtdik. Daim qəsidə və qəzəl yazırdı. Nəva fəs-

lində bəstələnmiş bir qəzəli mənə ithaf etdi. 

Yenə o zamanlarda bir rübai söylədi. Həmin rübai budur: 

Nə ğəllə məra k-əzi təvanəm nuşid, 

Nə möhmali ğəllə təvanəm puşid, 

Anra ki, nə xordənəstü nə puşidan, 

Dər elmü hünər koca təvanəd kəşid.  

 

Nə bir bəslənəcək yeyəcəyim var



Nə də örtünəcək geyəcəyim var.  

Yeməyi, paltarı olmayan adam  

Elm, hünər üçün necə çalışar?  

O zamanlar mən də bir və ya iki beyt söyləyirdim, lakin qəzəl tamam-

lamırdım. Yalnız türkcə bir rübai söylədim: 

İşlər varı könlündəki tək bolğusudur, 

Ənamü vəzifə barı buyrulğusudur, 

Ol ğəlleyü-mühməl ki, deb ərdin, berdim, 

Mühməlgə buyu ğəllədən öy dolğusudur.  

 

İşlərinin hamısı könlünə görə olacaqdır, 



Ənam və vəzifə, hamısı gələcəkdir, 

O söylədiyin qailə və mühməli sənə verdim, 

Mühmələ girəcək evin qailə ilə dolacaqdır. 

Molla Bənnai bu rübainin (87 b) sonuncu misrasının qafiyəsini rədif 

edərək başqa bir qafiyə ilə təkrar bir rübai söylədi:  

Mirzəm ki şahi-bərhi-bər bolğusudur,  

Aləmdə hünər birlə sər bolğusudur,  

Bir mühməl üçün bunca inayət boldu,  

Müstəməl əgər desəm nələr bolğusudur.  

 

Mirzəm qurunun və dənizin şahı olacaqdır,  



Aləmdə hünəri ilə başı ucalacaqdır,   

Bir mühməl üçün bunca inayət olsa,  

Müstəməldir, əgər  desəm  nələr olacaqdır. 


BABURNAMƏ 

 

103



O zaman Xoca Əbülbərəkə Firaqi Şəhrisəbzdən Səmərqəndə gəlmişdi. 

O da «bu qafiyə və rədifdə söyləmək lazımdır» dedi və bu rübaini söylədi: 

Bu cövr ki gəldi dövr sorulğusudur, 

Sultani-kərəm bu üzrnü qulğusudur, 

Tökülgən əgərçı dolmaz, ey saqi, 

Tökülgənimiz bu dövrdə dolğusudur. 



 

Dövrün etdiyi cəza ondan sorulacaqdır, 

Kərəmli sultan bu üzrü bağışlayacaqdır.  

Tökülən əgərçi dolmaz, ey saqi,  

Tökülənimiz bu dövrdə dolacaqdır. 

Bu qış bizim işimiz çox tərəqqidə, Şeybani xanınkı isə tənəzzüldə idi. 

Amma bu arada gerçəkləşən bir-iki hadisə  işimizi bir az pozdu. Mərvdən 

gələrək Qaragölü alanlar orada dayana bilmədilər və Qaragöl təkrar özbək-

lərin  əlinə keçdi. Dəbusi qalasında  İbrahim Tarxanın kiçık qardaşı  Əhməd 

Tarxan dururdu. Şeybani xan gəlib oranı mühasirəyə aldı. Biz əsgər toplayıb 

hazırlıq görənə qədər zorla alıb əhalisini tamamilə qılıncdan keçirdi.  

 

SƏRPÜL MEYDAN MÜHARİBƏSİ 

 

Mənim Səmərqəndi aldığım zaman yanımda iki yüz qırx təcrübəli 

adamım (88 a) vardı. Beş-altı ay içində böyük Allahın yardımıyla sayıları o 

qədər artdı ki, Şeybani xan kimi bir adamla, bir az sonra bəhs edəcəyim ki-

mi, Sərpüldə bir meydan müharibəsi elədik. 

Ətrafdakılardan və xandan [Baburun dayısı Sultan Mahmud xan] dörd 

və ya beş yüzə qədər adamla birlikdə Əyyub Bəycik, Qaşqa Mahmud və ba-

rinlər köməyə gəlmişdi. Cahangir Mirzədən yüz və ya iki yüz adamla birlik-

də Tənbəlin kiçık qardaşı Xəlil də köməyə gəlmişdi. 

Şeybani xanın etdiklərini və davranışlarını ən yaxşı bilən Sultan Hü-

seyn Mirzə kimi təcrübə sahibi bir padşahdan köməyimə heç kim gəlmədi. 

Bədiüzzaman Mirzədən də heç kim gəlmədi. Xosrov şah isə qorxudan adam 

göndərmədi, çünki yuxarıda bəhs edildiyi kimi, o, bu ailəyə çox pisliklər 

eləmişdi və bizdən möhkəmcə qorxurdu. 

Şəvval ayında [=1501 aprel-may] Şeybani xan ilə savaşmaq niyyətilə 

hərəkət edərək Baği-nova çıxdım. Əsgər toplamaq və hazırlıq üçün burada 

beş-altı gün qaldım. Oradan hərəkət edib bir neçə  dəfə dincəldikdən sonra 

Sərpüldən keçərək ordugah qurduq. Ordugahın çevrəsini başdan-başa paya 



(88 b) və xəndəklər vasitəsilə qorunaqlı bir hala gətirdik. 

Şeybani xan da digər tərəfdən gəlib Xoca-Kardzən ətrafına endi. Ara-

mız təxminən bir ağacdı. Dörd-beş gün burada oturduq. Bizim adamlarımız 

və düşmənin adamları hər gün qarşı-qarşıya gəlib oxla vuruşurlardı. Bir gün 




Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə