38
MÖVZU 7. BANKLARIN NVEST S YA Ə
MƏ
L YYATLARI
nvestisiya dedikdə mənfəət əldə etmək məqsədi ilə ölkə daxilində və xaricində
sənaye, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinə uzun müddətli vəsait
qoyuluşu başa düşülür. Kommersiya bankları sərbəst pul vəsaitinə malik olnalarla bu
vəsaitə ehtiyacı olanlar arasında əlaqə yaradır. Kommersiya bankları ilə yanaşı bu
prosesdə investisiya, pensiya fondları, sığorta kompanyalarında iştirak edirlər.
Bankların investisiya əməliyyatları dedikdə isə bank resurslarının qiymətli
kağızlara, daşınmaz əmlaka, müəssisələrin nizamnamə fonduna, qiymətli materiallara
və digər obyektlərə yerləşdirilməsi (investisiyalaşdırılması) prosesi başa düşülür.
Ssudalar adətən nisbətən qısa müddətdə onların qaytarılması şərti ilə verilməsi
mənasını daşıyırsa, investisiyalar nisbətən uzun bir zaman kəsiyində vəsaitlərin axınını
təmin etmək məqsədi ilə pul vəsaiti qoyuluşu mənasını verir.
Bankların investisiya obyektlərinə müəssisələrin, təşkilatların və vətəndaşların
tikinti, istehsalın və sosial – məişət təyinatlı obyektlərin yenidən qurulməsi və yeni
texnika ilə silahlanması, texniki avadanlıq və nəqliyyat vasitələri, bina və qurğuların
alınmasına və habelə birgə müəssisələrin, elmi texniki məhsulların, intellektual
dəyərlərin və digər mülkiyyət obyektlərinin yaradılması üzrə məsrəflər və s. daxildir.
Banklar borc alanların ərizələrinə əsasən ilin bu və ya digər dövrlərində kreditə
olan tələbatı müəyyət edir və mövcud resurslərın məbləğini müəyyənləşdirir.
Müəssisələr uzun müddətə olan ehtiyaclarını cari mənfət və ya qiymətli kağızların
buraxılışı yolu ilə təmin edə bilmədikdə uzun müddətli borclardan istifadə etməli
olurlar.
Borc alan uzun müddətli ssudadan istiqrazların reallaşdırılmasından daxil olmalar
hesabına ödəməyi planlaşdırmaqla istifadə edə bilər. Uzun müddətli ssuda alınması
istiqrazların buraxılmasına nisbətən daha əlverişlidir. Çünki borc alan qiymətli
nvestisiya əməliyyatlarının aparılmasında məqsəd
Bankının gəlir
bazasını
möhkəmləndirmək
Maliyyə
möhkəmliyini
yüksəldib bankın
ümumi riskini aşağı
salmaq
Müştəriyə göstərilən
xidmət növünü
genişləndirmək
Müştərilərin qiymətli
kağızlarına nəzarət
yolu ilə onlara təsiri
genişləndirmək
39
kağızların qeydiyyatı, yerləşdirilməsinin təminatı və onların bazarda satışına heç bir
xərc çəkmir.
Uzun müddətli kreditləşmə kredit müqaviləsi ilə rəsmiləşdirilir. Müqavilə
bağlanmazdan əvvəl kreditləşən obyekt üzrə texniki iqtisadi əsaslandırma təqdim
edilməlidir. Bu sənəddə kreditin məqsədi kredit hesabına ödənilməsi nəzərdə tutulan
məsrəflərin hesablamaları (smetası) əlavə edilir.
Müəssisdnin kreditləşdirilən tədbirlərin reallaşdırlmasından və ya bütün fəaliyyət
növündən
gözlənilən
gəlirlərin
hesablanması
nəticələri
texniki
iqtisadi
əsaslandırmanın ayrıca bölməsində əks olunur.
Bir qayda olaraq bank ziyanla işləyən, aşağı rentabelli qeyri kommersiya və ya
müəyyən sosial yönümü olmayan layihələri kreditləşməyə qəbul etmir.
Kredit hesabına həyata keçirilən iri investisiya proqramı ilə əlaqədar layihələr
əvvəlcədən ekspertiziyaya verilə bilər.
Uzun müddətli kreitdən istifadəyə görə faiz dərəcəsi, komission mükafatı və
digər ödəmələr müqaviləyə əsasən müəyyən edilir.
Kreditdən istifadəyə görə faizlərin məbləği ssudanın verilməsi zamanı bir də
dəfəlik və yaxud hissə-hissə tutula bilər və habelə ssuda alan tərəfindən kredit
müqaviləsi ilə müəyyən edilmiş müddətdə onlar hesablandıqca ödənilə bilər.
Uzun müddətli ssudaların verilməsi bir dəfəlik və mərhələlər üzrə tikinti-
quraşdırma işləri yerinə yetirildikcə, maddi-material dəyərləri alındıqca, mal
göndərənlərin və ya podratçıların hesablarının ödənilməsi və yaxud borc alanın cari
hesabına vəsaitin köçürülməsi yolu ilə həyat keçirilir.
nvestisiyanın kapital qoyuluşundan fərqləndirmək lazımdır.
Kapital qoyuluşu
istehsal və qeyri-istehsal xarakterli əsas fondların təkrar
istehsalı üçün cəmiyyət tərəfindən ÜDM-dan ayrılmış vəsaitdir. Məzmun etibarı ilə bu
xərclər yeni fontdların yaradılması, mövcud obyektlərin yenidən qurulması,
genişləndirilməsi və moderləşdirilməsi ilə əlaqədardır. Kapital qoyuluşu mülkiyyətin
Uzun müddətli kreditə görə faizlər müəyyən edilərkən nəzərə alınan amillər
Cəlb edilən
vəsaitlər
üzrə xərclər
Risk
dərəcəsi
Ssudanın
müddə
ti
Ssudanın
rə
smiləş
dirilmə
xə
rclə
ri
stiqraz
bazarı
də
rə
cə
lə
ri
Bank ilə
borc
alan arasındakı
münasibə
tlə
r