Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
39
ərazisində məskunlaşması, həmçinin sakların və kutilərin
hökmdarı (Tuqdammi və onun oğlu Sandakşatrunun – e.ə. VII
əsrin ortaları) xatırlanır. Qarabağ düzündə e.ə. VII əsrə aid at
dəfn edilən ağac konstruksiyalı kurqanların (251, s.15)
yayılması bir daha təsdiq edir ki, iskit-saklar Cənubi Qafqazda
özlərinə qohum olan və onlardan əvvəl burada yaşayan etnik
qurupların ərazilərində məskunlaşmağa səy göstərirdilər. Bunu
həmin ərazidə aşkar edilmiş iskit silah nümunələri və digər ar-
xeoloji materiallar də təsdiq edir (277, s. 23; 251, s.15).
E.ə. IV əsrdə tarix səhnəsinə albanlar çıxmış, bununla da,
Qarabağın etno-mədəni inkişafının alban mərhələsi
başlanmışdır. Bir sıra mühüm dəlillər alban mərhələsinin etno-
genez nöqteyi-nəzərindən iskit mərhələsi ilə varislik əlaqələrinə
malik olduğunu göstərir (369, s.14). Qədim yunan müəlliflərinin
məlumatlarında albanların iskitlərlə və ya massagetlərlə qohum
olduğu bildirilir. Məsələn, Strabon yazır ki, şimal köçəriləri al-
banlara və İberiya əhalisinin bir hissəsinə «eyni səbəblərə görə»
hərbi yardım göstərirlər (354, k.11, 3, § 5). Bu qohumluq və
qonşuluqdan ibarət səbəblərin olmasından xəbər verir (354,
k.11, 3, § 3; 369, s.14-17). Beləliklə, aydın olur ki, saklar alban-
larla qohum və qonşu olduqları üçün onlara müharibə zamanı
kömək edirdilər. Digər müəllif Dion Kassi (II-III əsrlər)
albanların iskitlərə qohum olan massagetlərdən törəndiklərini
göstərir (254, 49, 15; 369, s.14-17). «Albaniya tarixi»ndə
albanların şimal xalqlar ilə qohumluğu qeyd edilir (136, k.1;
126, s.67).
Strabon yalnız albanların deyil, sonralar – ilk orta əsrlərdə
– onlara hökmdarlıq etmiş Arşakilər (Ərsakilər) sülaləsinin də
iskit mənşəli olduğunu göstərir. O öz zamanında mövcud olmuş
belə bir fikri önə çəkir ki, Böyük Arşakilər
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
40
sülaləsinin banisi Arşak iskit-sak mənşəli idi (354, 11, 3, § 2-3;
369, s.14-17).
V əsrdə Cənubi Qafqazda siyasi-inzibati cəhətdən fərqli
vəziyyət mövcud idi. Albaniyanın Bizans dövlətindən uzaqda
yerləşməsi və coğrafi şəraitinin əlverişli olması Sasaniləri
mühüm strateji əhəmiyyətə malik olan Dərbəndi və Böyük
Qafqazın digər dar keçidlərini əldə saxlamağa sövq edirdi. Bu,
Sasaniləri də, müəyyən mənada Albaniyanı da təmin edirdi.
Çünki hər iki dövlət ilk növbədə öz sərhədlərinin
təhlükəsizliyini təmin edir, ikincisi, göstərilən keçidləri əlində
saxlamaqla ölkənin daxili və xarici məsələlərində özlərinə
fəaliyyət meydanı qazanırdı (126, s.67).
Alban Arsakiləri sülaləsindən olan Asuagenin oğlu (Asua-
genin arvadı Sasani şahı II Yezdəgirdin bacısı idi) II Vaçe 444-
cü ildə Albaniyada hakimiyyət başına gəldi (136, k.1; 296, s.42).
Azərbaycan alimləri tədqiqatlarında faktlara əsaslanaraq
göstərirlər ki, Arsaki və Sasani sülalələrinin bir-birinə yaxın və
qohumluq sülalə nigahları ilə möhkəmləndirilən münasibətləri
var idi. Bu, onların hakimiyyətdə birinin digərinə təsir göstərə
bilməsi üçün mühüm rol oynayan amillərdən idi.
Sasani şahı Firuzun dövründə Albaniya çarı II Vaçe
Bərdəni ölkənin paytaxtına çevirdi. Paytaxtın Qəbələdən
Bərdəyə köçürülməsi daxili siyasətdəki dəyişikliklərlə bağlı idi.
Şimali Qafqaz xalqlarının yürüşləri ilə əlaqədar olaraq ölkənin
siyasi mərkəzi Kür çayının sol sahilindən sağ sahilinə keçirildi
(136, k.1; 126, s.151).
V əsrin ortalarında Şimali Qafqaz xalqlarının tez-tez baş
verən yürüşləri ilə əlaqədar, eləcə də Bizansın Atilla ilə
müharibəyə və kilsə çəkişmələrinə başının qarışmasından
istifadə edən Sasanilər Albaniyanın və İberiyanın müstəqilliyinə
son qoymaq, onları öz əyalətinə çevirmək məqsədilə
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
41
açıq-aşkar qəti tədbirlərə əl atdılar. II Yezdəgird (438-457) hər
şeydən əvvəl Cənubi Qafqaz ölkələrinin silahlı qüvvələrini
səfərbərliyə aldı, onları öz dövlətinin şimali-şərqində hunlarla
müharibəyə cəlb etdi və bununla onların müqavimətini zəiflətdi
(136).
Hələ V əsrin əvvəllərində Albaniya feodallarının və
ruhanilərinin xüsusi imtiyazları, müstəqil daxili, bəzən isə xarici
siyasət yürüdən alban Arsakilərinin simasında dövlət quruluşu
saxlanmışdı. Alban hökmdarlarının separatçılıq meylləri
Sasanilərin mərkəzi hökumətini narahat edirdi (136; 126). II
Yezdəgird yalnız kəndlilərdən yox, şəhər əhalisindən, habelə
əvvəllər azatlarla bərabər tutulan və ancaq torpaq vergisi verən
ruhanilərdən də ağır vergi alırdı. Becərilən bütün torpaqlardan
vergi tutulmağa başlanmışdı (136; 295, s.99).
M.Kalankatlı yazırdı: Sasani «şahları Qafqaz sıra dağları
ilə nəhəng şərq dənizi arasında ucalan bu möhtəşəm qala
divarlarını (söhbət Albaniyanın şimal müdafiə sədlərindən gedir
– Q.H.) tikmək üçün memarlar yığmaq, müxtəlif inşaat
materialları toplamaqla ölkəmizi əldən salmışdılar» (136, k.2,
f.11;126, s.126).
Sasanilər albanları, gürcüləri və digərlərini zorla məzdəki
məzhəbinə boyun əyməyə məcbur etməklə onların mədəni-
ideoloci assimiliyasiyasına çalışırdılar. Məzhəb məsələləri sırf
dini məsələ deyildi. O, həm də mühüm siyasi mahiyyət
daşıyırdı. Dini assimiliyasiyanın məqsədi mərkəzi siyasi
hakimiyyəti möhkəmləndirmək, əyilməz xalqları tam itaətə
məcbur etmək, milli azadlıq mübarizələrində Bizansın köməyinə
arxalanmalarının qarşısını almaq üçün onları Bizans dövlətindən
ayrı salmaq idi. Cənubi Qafqaz xalqları həmin vaxtdan dini
müttəfiq oldular (136, k.1, f.10; 126, s.188-189; 317, s.43).
Dostları ilə paylaş: |