Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   32   33   34   35   36   37   38   39   ...   102

 
106 
 
Xarici  siyasət  bir  subyektin  digər  subyektlə  münasibət 
yaratmaq  və  əlaqə  qurmaq  üçün  həyata  keçirdiyi  fəaliyyətdir. 
Münasibət isə fəaliyyətin tərkibində olmaqla  yanaşı, fəaliyyət-
dən əldə olunandır. Xarici siyasət dedikdə, əsasən dövlətin aktı 
nəzərdə  tutulur,  beynəlxalq  münasibət  dedikdə  isə,  aktın 
məhsulu  (aktın  nəticəsi,  aktın  meydana  gətirdiyi  məfhum-
varlıq  nəzərdə  tutulur).  Hər  ikisinin  obyekti  əsasən  insanların 
maraq  kəsb  etdiyi  sahələrdir.  Hər  iki  anlayışın  subyekti 
dövlətlər  və  təşkilatlardır.  Xarici  siyasət  zamanı  ayrı-ayrı 
sahələr  üzrə  dövləti  təmsil  edən  siyasət  qurumları  aralarında 
münasibətlər formalaşır, əlaqələr qurulur.  
Beynəlxalq münasibətlər (ümumi iki və ya daha çox dövlət 
arasında  və  yaxud  təşkilatlar,  şəhər  dövlətlər  aralarında  olan 
münasibətlər)  -  bəzən  buna  xalqlararası  münasibətlər  də 
deyilir-  coğrafi  və  tərkib  məzmunu,  əhəmiyyəti  və  miqyası, 
təsir  dairəsi  və  obyekti  baxımından  regional  və  qlobal 
xassələrə  malikdir.  Xarici  siyasət  anlayışına  nisbətən 
beynəlxalq  münasibətlər  anlayışına  daha  geniş  aspektdən 
yanaşmaq  lazımdır.  Belə  ki,  beynəlxalq  münasibətlər  dövlət-
lərin  xarici  siyasətlərini  birləşdirdikləri  üçün  mütləq  qaydada 
iki və ya çoxlu sayda dövlətlər burada tərəf kimi iştiark edirlər. 
Beynəlxalq  münasibətlər  xarici  siyasətlərin  (xarici  siyasət 
aktlarının)  birləşmələrindən  ortaya  çıxan  və  uzanan,  birləşmiş 
və  uzlaşmış  qaydada  sahələrə  ayrılan  bir  birləşmədir. 
Beynəlxalq  münasibətlər  xarici  siyasətlərin  sahələri  arasında 
bağlılıq yaradan, onun alt və üst qatlarını bir-birinə birləşdirən 
fəaliyyət sahəsidir.  
Təbii 
ki, 
beynəlxalq 
münasibətlər 
dövlətlərin 
və 
təşkilatların (törəmə subyektlərin) fəaliyyətinin məhsulu olaraq 
üst  qat  mənasını  verir.  Münasibətlərin  məzmunu  subyektlərin 
hərəkət  istiqamətlərinə  də  təsir  edir.  Xarici  siyasət  fəaliyyəti 
münasibətlərin  məzmununu  yaradırsa,  münasibətlər  də  hərə-
kətin  müəyyən  olunmasına  təsir  edir,  münasibətlər  hərəkəti 
müəyyənləşdirir.  Məsələn,  Azərbaycanla  Ermənistan  arasında 


 
107 
 
baş  vermiş  və  hələ  də  həllini  tapmamış  münaqişə  iki  subyekt 
arasında  siyasi  münasibətin  məzmununu  və  vəziyyətinin 
formalaşmasının əsaslarını təşkil edir və subyektlərin regionda 
və  regiondan  kənardakı  beynəlxalq  münasibətlərdə  hərəkət 
fəaliyyətlərinin  məzmun  və  istiqamətlərinə təsir  edir. Eləcə də 
ABŞ-la  İran  arasında  düşmənçilik  münasibətləri  iki  subyektin 
beynəlxalq  aləmdə  (ikitərəfli  və  çoxtərəfli  formatda)  qarşılıqlı 
hərəkətlərinin  məzmununu  müəyyən  edir.  Bir  məsələni 
unutmaq  olmaz:  -münasibətlərin  mahiyyət  və  məzmununa 
subyektlərin  hərəkətinin  məqsədi  və  tərzi,  məzmunu  təsir 
göstərir.  Düzdür,  hərəkət  münasibəti  yaradır,  münasibətin 
davamlılığı,  tərzinin  ardıcıllığı  hərəkətlərin  sonrakı  məzmu-
nuna  təsir  edir.  İstər  xarici  siyasət,  istərsə  də  xarici  siyasətin 
“məhsulu”  olan  beynəlxalq  münasibətlər  beynəlxalq  hüquq 
normaları  adlanan  normalarla  və  qaydalarla  tənzimlənir. 
Hüquq  normaları  xarici  siyasət  və  beynəlxalq  münasibətlər 
subyektlərinin  hərəkət  istiqamətlərini  və  hərəkətlərinin  hədlə-
rini  müəyyən  edir.  Dövlət  varsa  və  beynəlxalq  münasibətlər 
sferasına  daxil  olursa,  onun  hüququ  yaranır.  Dövlətin 
beynəlxalq  münasibətlərdə  hüququ  onun  öz  imkanları  və 
potensialı  çərçivəsində,  eləcə  də  beynəlxalq  sistemin  real 
gerçəkliyi hədlərində hərəkət etməsinin əsaslarını yaratmış olur. 
Bu  hüququn  yaranması  və  əks  olunması,  reallıqda  ifadə 
olunması  hüquq  normaları  vasitəsilə  mümkündür.  Hüquq 
normaları  hərəkətlərin  çərçivələrini,  hədlərini,  məzmun  və 
mahiyyətini  müəyyən  edir.  Bu  normalar  dövlətlərin  və 
təşkilatların  subyektlər  kimi  hüquqlarının  müxtəlif  tərəflərini 
və  hüquqlarının  yarandığı  sahələri  müəyyən  edir.  Hüquq 
normaları  hərəkətlərin  istiqamətlənməsi  üçün  vasitələr  kimi 
əhəmiyyət  kəsb  edir.  Dövlətin  beynəlxalq  münasibətlərdə 
fəaliyyəti  siyasi  və  mülki  mənalarda  və  formalarda  mövcud 
olur. Bu iki forma da demək olar ki, şərti xarakteri kəsb edir və 
əslində dövlətin vahid siyasətinin tərkibinə çevrilir.  


 
108 
 
Beynəlxalq  münasibətlərin  formalaşmasının  nəzəri  əsas-
larını  dövlətlərarası  müqavilələr  və  hökumətlərarası  sazişlər 
təşkil  edirlər.  Qeyri-hökumət  təşkilatları  (məsələn,  ayrı-yarı 
birlikləri  təmsil  edən  iqtisadi,  maliyyə  və  ticari  təşkilatlar) 
arasında  imzalanan  sənədlər  də  beynəlxalq  münasibətlərin 
tərkib  hissələridir.  Burada  da  dövlətlər  və  hökumətlər 
şəraityaradıcı  funksiyanı  yerinə  yetirirlər.  Dövlətlərarası 
müqavilələr  daha  böyük  əhəmiyyət  kəsb  edir,  hökumətlərarası 
sazişlər isə icra qurumları (nazirlər kabinetləri və hökumətə aid 
olan  digər  qurumlar)  arasında  olan  əlaqələri  tənzim  edir. 
Hökumətlərarası sazişlər daha çox iqtisadi əhəmiyyət kəsb edir, 
dövlətlərarası  müqavilələr  isə  siyasi  mənaya  malik  olur  və 
xalqlar  arasında  əlaqələrin  geniş  məzmununu  əks  etdirir. 
Beynəlxalq  münasibətlərin  əsas  predmeti  isə  dövlətlərarası 
əlaqələrdir.  Elə  hökumətlərarası  sazişlər  də  geniş  mənada 
dövlətlərararası sazişlərdir.  
Beynəlxalq  münasibətlərdə  dövlətlərin  hüquqlarını  əks 
etdirən  və  dövlətlərə  hərəkətlər  üçün  səlahiyyətlər  verən 
beynəlxalq  hüquq  anlayışına  elmi  ədəbiyyatda  belə  bir 
yanaşma  var:  “...Ümumi  hüquq  nəzəriyyəsindən  bizə 
məlumdur  ki,  hər  bir  cəmiyyətin  normal  fəaliyyəti  üçün 
hüququn, hüquqi nizamasalmanın mövcudluğu obyektiv, zəruri 
bir  haldır,  başqa  sözlə  desək,  cəmiyyət  olan  yerdə  hüquq  da 
olmalıdır. Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, əgər 
belə  demək  mümkünsə,  dünya  dövlətlərinin  ailəsi  kimi 
təsəvvür  etsək,  onda  belə  bir  məntiqi  nəticəyə  gələ  bilərik  ki, 
bu  cəmiyyətin  özündə  də  hüquqa  obyektiv  ehtiyac  vardır.  Bu 
hüquq  beynəlxalq  hüquq  adlanır.  Beynəlxalq  hüquq  ayrı-ayrı 
dövlətlərin  milli  hüquq  sistemlərindən  fərqli  olan  və  onlardan 
asılı  olmayaraq  mövcud  olan  hüquqi  normalar  sistemidir.  O, 
məhz  dövlətlər  arasındakı  müxtəlif  xarakterli  münasibətləri 
hüquqi çərçivəyə  salmaq üçün  yaranmışdır. Beynəlxalq hüquq 
normaları dövlətlərarası münasibətlər sisteminin, demək olar ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə