Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   28   29   30   31   32   33   34   35   ...   102

 
94 
 
meydana  gəlir.  Beynəlxalq  sənədlərə  qoşulmalar  və  imple-
mentasiya  məsələləri  dünya  siyasətinin  vahid  məzmununu 
ortaya çıxarır və dünyada bütün insanlar arasında vahid xidmət 
amilini ortaya çıxarır.  
Hüquqi sənədlər (bu sənədlər hüquq subyektinin vəzifə və 
səlahiyyətləini,  onların  statuslarını  müəyyn  edir)  əsasən  daxili 
siyasətlə  xarici  siyasət  arasında  koordinasiyaedici  funksiya 
daşıyır. Bu sənədlər daxili siyasəti xarici siyasətlə tarazlaşdırıcı 
əhəmiyyət  kəsb  edir.    Dövlət  özünün  həm  vahid  məzmunlu 
siyasətini  beynəlxalq  siyasətlə  uyğunlaşdırır,  həm  də  ayrı-ayrı 
sahələrini  uyğunlaşdırma  obyektinə  çevirir.  Burada  onu  da 
nəzərə  almaq  lazımdır  ki,  uyğunlaşdırma  zamanı  baza 
problemlər  ortaya  çıxmamalıdır  və  dövlət  beynəlxalq 
sənədlərlə  ziddiyyət  təşkil  edən  sənədləri  qəbul  etməməlidir. 
Lakin  dövlətin  imkanlarından  irəli  gələrək  pozitiv  istiqamətdə 
çoxlu  sayda  tədbirləri  həyata  keçirə  və  xidmət  imkanlarını 
genişləndirə bilər.  
Daxili  sənədlərin  beynəlxalq  sənədlərlə  uyğunlaşdırılması 
prosesində  beynəlxalq  sənədlərə  qoşulmaqla  dövlət  daxilində 
yeni  qanunvericilik  sənədləri  və  istiqamətləri  meydana  gəlir. 
Daxili  siyasətin  beynəlxalq  sənədlərə  uyğunlaşdırılması  ilə 
dövlət  özünü  beynəlxalq  siyasətin  inamlı  tərəfdaşına  çevirir. 
Burada  dövlət  özünü  hamı  tərəfindən  qəbul  olunmuş 
beynəlxalq qaydalara tabe etdirmiş olur. 
Uyğunlaşdırma  (tətbiq,  yəni    implementasiya  zamanı) 
zamanı,  dövlət  beynəlxalq  konvensiyaya  qoşularkən  və  öhdə-
liklər  qəbul  edərkən,  götürülmüş  öhdəliklər  istiqamətində 
hüquqi  sənədlərlə  sahələr  üzrə  aşağıdakı  məsələlər  uyğun-
laşdırılır:  
-beynəlxalq  münasibətlərin  və  daxili  siyasətin  obyektləri, 
konvensiyada əksini tapmış məsələlər; 
-anlayışlar; 
-məqsəd və vəzifələr
-ödəlikdən  irəli  gələrək,  obyektlər  və  subyektlər-bu,  həm 
də anlayışlarla və əhatə dairəsi ilə bağlıdır; 


 
95 
 
-öhdəliklərin əsasları və məzmunu, əsas istiqamətləri;  
-baza prinsiplər; 
-vəzifələr; 
-dövlətin görəcəyi tədbirlərin əsasları və s.  
Öhdəlik  qəbul  edilərkən  qoşulma  predmetləri  arasında 
anlayışlar  arasında  olan  qəti  uyğunsuzluqların  əksəriyyəti  
aradan qaldırılır.  
Lakin  dövlət  beynəlxalq  normalara  zidd  olmayan  və 
özünün  daxili  səlahiyyətinə  aid  olan  çoxlu  sayda  tədbirləri 
həyata  keçirə  bilər.  Beynəlxalq  hüquq  normasından  ona  zidd 
olmayan  çoxlu  sayda  daxili  qanunvericilik  normaları  qəbul 
edilə bilər.  İmplementasiya daha çox daxili qanunvericiliyn və 
beynəlxalq  münasibətlərin  şaxələnməsinə  gətirib  çıxara  bilir. 
İmplementasiyanın  məqsədi  dövlətləri  daxili  siyasətlərində 
məhdudlaşdırmaq  yox, onu daha da genişləndirmək məqsədini 
daşımalıdır.  Bir  faktı  misal  çəkək:  22  iyun  2010-cu  ildə 
“Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan 
Respublikasının  qanunu”  qəbul  edilibdir.  2011-ci  ilin  11  may 
tarixli  “Qadınlara  qarşı  zorakılığın  və  məişət  zorakılığının 
qarşısının  alınması  və  onlarla  mübarizə  haqqında  Avropa 
Şurasının  Konvensiyası”  mövcuddur.  Burada  qanunun  əhatə 
dairəsi (şamil edildiyi şəxslər) yaxın qohum olan ailə üzvləridir 
(ər,  arvad,  valideynlər,  uşaqlar,  nənələr,  babalar,  nəvələr, 
doğma  və  ögey  qardaşlar  və  bacılar,  övladlığa  götürmüş  və 
övladlığa  götürülmüş  şəxslər)  və  birgə  yaşadığı  hallarda  digər 
qohumlardır.
1
 Konvensiyada  isə  qadınlardır  və  18  yaşından 
aşağı kiçik qızlardır.
2
  
                                                 
1
 “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan 
Respublikasının qanunu” I Fəsil. Maddə 4.  
2
 “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və 
onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyası” I Fəsil, Maddə 
3-Anlayışlar bölməsi. “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsi. 
Parlament üzvləri üçün stolüstü kitab. “Qadınlara qarşı zorakılığın və məişət 
zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa 
Şurasının Konvensiyası” (İstanbul Konvensiyası).  


 
96 
 
Daxili  siyasətin  beynəlxalq  siyasətlə  uyğunlaşdırılması 
sayəsində  unifikasiya  prosesləri  yaşanır.  Bu  anda  daxili 
siyasətlə  xarici  siyasət  vahid  dövlət  siyasətinin  əsaslarını 
təşkil  edir.  Unifikasiya  təbii  ki,  vəhdətliyi  meydana  gətirir 
və  uyğunlaşmadan  da  uzlaşmalar  meydana  gəlir.  Uzlaş-
malar  da  öz  növbəsində  paralellikləri  ortaya  çıxarır.  Bu 
uzlaşmalardan meydana gələn ziddiyyətlər də mövcud olur 
ki,  bu  ziddiyyətlər  sayəsində  tərəflər  arasında  çəkişmələr 
prinsipi  ilə  inkişaf  halları  yaşanır.  Unifikasiya  özü 
tərkiblərdən  bütövləşmənin  meydana  gəlməsinin  əsaslarını 
təşkikl  edir.  Vahidləşmə  sayəsində  enerji  mənbələri 
meydana  gəlir  və  enerji  mənbələri  həm  bütövün  özünü 
təmin  edir,  həm  də  ayrı-ayrı  tərkib  hissələri  təmin  edir. 
Xarici  siyasətin  özü  də  bütövləşir.  Bu  zaman  xarici 
siyasətin  istiqamətləri  arasında  əlaqlilik  və  zəncirlilik 
meydana  gəlir.  Xarici  siyasətin  istiqamətləri  arasında 
meydana  gələn  təbii  və  zəruri  bağlılıq  təbii  ki,  unifikasiya 
proseslərinin  əsasını  təşkil  edir.  Xarici  siyasətin  unifi-
kasiyası  onun  gücünü  artırmaqla  bərabər,  təsirlərini  də 
genişləndirir və xarici siyasəti həm də bütövləşdirir.  
 
Beynəlxalq münasibətlər anlayışı  
  
Münasibət-  (burada  siyasi  mənada),  siyasətdən,  siyasi 
hərəkətlərdən irəli gələn, formalaşan bir anlayışdır. Bu, həm də 
hərəkətlərə  bağlıdır.  Münasibət  həmçinin  reaksiyadır.  Siyasi 
məzmunlu  hərəkətlər  də  siyasi  münasibətlərin  əsaslarını  təşkil 
edir.  Dövlət  siyasətinin  dövlətin  öz  daxilində  və  xaricində 
həyata  keçirilməsini  nəzərə  alaraq,  hesab  etmək  olar  ki, 
münasibətlərin  də  iki  məkan  sahəsi  mövcuddur:  siyasi 
münasibətlərin  daxili  məkanı  əhatə  edən  və  daxili  resurslar 
üzərində  qurulan  forması;  siyasi  münasibətlərin  dövlətin 
sərhədlərindən  kənar  maraqlarını  təmin  etmək istiqamətində 
olan  forması.  Münasibət  anlayışının  özünə  də  fəlsəfi-nöqteyi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə