Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   24   25   26   27   28   29   30   31   ...   102

 
82 
 
mərkəzlərini  yaradır.  Güc  məkanı  genişləndirir.  Məkanın 
böyüməsi  də  öz  növbəsində  dünya  hakimiyyəti  məsələsini 
ortaya  çıxarır.  Dünya  siyasətinin  təmin  olunmasında,  həyata 
keçirilməsində  məkan  subyektləri  və  obyektləri  böyük  bir 
dayaq, istinadgah rolunu oynayır. Böyük dövlətlər üçün orta və 
kiçik  gücə  malik  olan  dövlətlər,  eləcə  də  orta  və  kiçik  gücə 
malik  olan  dövlətlər  üçün  böyük  dövlətlər  maraqların  təmin 
olunması baxımından dayaq elementi rolunu oynayırlar. Böyük 
dövlətlərə kiçik və orta gücə malik olan dövlətlər böyük enerji 
mənbəyi  vasitəsi  kimi  baxırlar  və  dövlətlərin  qruplaşmasında 
bu  kimi  yanaşmalar  əhəmiyyət  kəsb  edir.  Məsələn,  keçmiş 
SSRİ  respublikalarının  çoxlu  sayda  vətəndaşları  Rusiyada 
qazanclar  əldə  etmək  üçün  işləyirlər  və  yaşayırlar.  Rusiya 
keçmiş  SSRİ  məkanı  üçün  bir  enerji  mənbəyi  kimi  əhəmiyyət 
daşıyır.   
Məkanlarda  dövlətlər  öz  hərbi  bazalarını  yerləşdirirlər. 
Eləcə  də  iqtisadi  maraqları  meydana  gəlir.  Məsələn,  Rusiya, 
Çin,  Braziliya,  Hindistan,  Cənubi  Afrika  birləşərək,  özlərinin 
maraq  sferalarını  böyüdürlər.  (Qeyd:  bu  birləşmə  də 
Avraatlantik  birləşməsinin  mövcudluğundan  və  ərazi 
baxımından  genişlənməsindən  ortaya  çıxır.  Onu  da  nəzərə 
almaq  lazımdır  ki,  siyasi  təsiretmədə  əks  təsirlər  meydana 
gələ bilir.  Bu  anda  müəyyən  qədər  güc və potensiala sahib 
olan  ölkələr  yğışırlar  və  müdafiə  olunmaq  və  güclənmək 
strategiyasını  qəbul  edirlər).    Burada  bir  dövlət  digər  böyük 
dövlət  hesabına  öz  maraq  sferasını  genişləndirməyə  can  atır. 
NATO  daha  çox  onun  tərkibində  olan  üzvlər  hesabına 
böyümək  strategiyasını  yerinə  yetirir. NATO-nun Şərqə doğru 
genişlənməsi  bu  təşkilatı  həm  üfiqi  istiqamətdə  (yəni  məkanı, 
dövlətləri əhatə etmək baxımından), həm də şaquli olaraq (yəni 
daxildən  fəaliyyət  obyektlərinin  genişlənməsi  baxımından) 
böyüdür. Məkanın böyüməsi sistemin fəaliyyət istiqamətlərinin 
sayını  da  çoxaldır.  Eyni  zamanda  yeni  inkişaf  prosesləri  və 
buna müvafiq olaraq meydana gələn zərurət yeni istiqamətlərin 
obyekt  kimi  cəlb  olunmasının  əsaslarını  təşkil  edir.  ABŞ-ın 


 
83 
 
dünya hakimiyyətinin təmin edilməsində məkan və məkandakı 
subyektlər böyük rol oynayırlar. Belə ki, ABŞ-ın okean dövləti 
olması  ona  digər  məkanlarda  (məsələn,  Avrasiyada)  dayaq 
elementlərinin  olmasının  vacibliyi  amilini  ortaya  çıxarır. 
Məkanlar  quruda  və  suda  ola  bilir.  Qurudakı  məkanlar  böyük 
əhəmiyyət  kəsb  edir  və  özündə  insan  potensialını  da  aid 
etməklə  böyük  potensialı  cəmləşdirir.  Materik  siyasəti  (baza 
olaraq  kontinental  siyasət  də  demək  olar)  su  siyasətindən 
(dəniz  siyasətindən)  daha  vacib  əhəmiyyət  kəsb  edir.  Sudakı 
məkanları  isə  əsasən  hərbi  (suüstü  və  sualtı) və  mülki gəmilər 
təşkil  edirlər.  Bu  baxımdan  da  dövlətlər  dənizdə  güclənmək 
üçün güclü hərbi donanma yaratmaq marağında olurlar. Onu da 
nəzərə  almaq  lazımdır  ki,  dəniz  məkanları  başlıca  olaraq  quru 
məkanlarına  nəzarət  və  qurudakı  güc  mərkəzlərinin  güclərinin 
dənizlər  üzrə  böyüməsinin  qarşısını  almaq  məqsədilə  təşkil 
edilir.  Başlıca  hədəf  quruya  yönəlir.  Dəniz  obyektləri  isə 
quruya  hücüm  və  qurunun  müdafiəsi  üçün  nəzərdə  tutulur. 
Bu  baxımdan  dünya  siyasəti  (beynəlxalq  münasibətlərin 
geosiyasəti)  qlobal  məzmunda  quru  və  dəniz  arasında 
hakimiyyət  uğrunda  (burada  daha  çox  nüfuz  dairələrinə 
sahib  olmaq  nəzərdə  tutlmalıdır)  baş  verən  müdafiə  və 
hücum  xarakterli  siyasətdir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 
məkan  məsələsində  məkanın  böyüdən  elementlər,  məsələn, 
eynikökənli  xalqların  və  oxşar  mədəniyyətə  malik  olan 
xalqların  dünyaları  da  mühüm  əhəmiyyət  kəsb  edir.  Bir  çox 
hallarda  eynikökənli  xalqların  (türklər,  slavyanlar)  və  çoxlu 
sayda  dövlətlərə  sahib  olan  xalqın  (millətin)  (ərəblərin) 
müəyyən  coğrafi  məkanlarda  birləşmiş  trayektoriyanı  yaradan 
geosiyasi  və  geomədəni  qurşaqları  meydana  gəlir.  Burada 
mədəni komponent də bu qurşaqda  yerləşən dövlətlər arasında 
sıx  əlaqələrin  yaranmasının  əsaslarını  təşkil  edir.  Geosiyasət 
dünya  düzənini  meydana  gətirir.  Bununla  yanaşı,  dövlətlərin 
güclərinə  görə  təsnif  olunmasını  da  şərtləndirir.  Dövlətlərin 
güclərinə  görə  təsnif  olunmaları  məqsəd  və  maraqların 
güclərinə görə təsnif olunmaları amilini ortaya çıxarır.   


 
84 
 
Xarici siyasətin vəzifəsi 
  
Xarici siyasəti təşkil etməyin, müəyyənləşdirmənin özü bir 
vəzifədir,  dövlətin  qarşısına  qoyduğu  ümumi  və  konkret 
məzmun  kəsb  edən  bir  vəzifədir.  Xarici  siyasəti  təşkil  etmək 
dövlətin öz vəzifəsidir. Buradan isə xarici siyasətin öz vəzifəsi 
meydana gəlir. Təbii ki, bu da dövlətin özünün vəzifəsi demək 
olur.  Xarici  siyasətin  vəzifəsi  dövlətin  bir  subyekt  kimi 
mövcud  olan  hüququndan  ortaya  çıxır.  (Qeyd:  dövlət,  həm 
daxildə,  həm  də  xaricdə  müəyyən  vəzifələri  yerinə  yetirmək 
hüquqlarına  malik  olur.  Dövlətə  də  hüquqları  onun  xalqlı 
verir.  Xalq  dövlətə  hüquq  və  səlahiyyət  verməklə,  öz 
hüquqlarının  təmin  olunmasında  tənzimedici  tərəf  kimi 
dövlətə  müəyyən  işlərin  görülməsi  üçün  səlahiyyət  verir. 
Buradan  da  dövlətin  vəzifələri  müəyyən  olunaraq  ortaya 
çıxır).  Xarici  siyasət  bir  hərəkət  mənzərəsi  olduğundan  və 
müəyyən 
məqsədlərə 
çatmağı 
qarşısına 
hədəf 
kimi 
qoyduğundan,  burada  vəzifələr  müəyyən  olunur.  Vəzifələr  də 
maraqların tərkibindən asılı olaraq müəyyən hədlərlə müəyyən 
olunur.  Xarici  siyasətin  vəzifəsini  dövlətin  xarici  siyasəti  ilə 
məşğul  olan  qurumları  (bu  istiqamətdə  icra  orqanları  olaraq-
nazirliklər,  idarələr  və  diplomatik  nümayəndəliklər)  yerinə 
yetirir. 
Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi 
haqqında  Əsasnamədə  Nazirliyin  vəzifələri  bu  kimi  şəkildə 
müəyyən olunur:  
 -Azərbaycan  Respublikasının  xarici  siyasətinin  konsepsiyası  və 
əsas  istiqamətləri  üzrə  təkliflərin  hazırlanması  və  Azərbaycan 
Respublikasının Prezidentinə təqdim edilməsi
 -Azərbaycan  Respublikasının  xarici  siyasətinin  həyata  keçiril-
məsinin təmin edilməsi
-xarici  siyasət  sahəsində  dövlət  orqanlarının  razılaşdırılmış 
qarşılıqlı  fəaliyyətinin  təmin  olunması  barədə  təkliflərin  hazırlan-
ması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;  
-beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunmasına  diplomatik 
üsul və vasitələrlə kömək göstərilməsi; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə