Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   22   23   24   25   26   27   28   29   ...   102

 
76 
 
strukturlarını  təşkil  edir.  Dövlətin  özünü  qorumaq  və  inkişaf 
etdirmək,  daxili  ehtiyaclarını  ödəmək  məqsədi  xarici  siyasətin 
sahələrini  formalaşıdırır.  Xarici  siyasətin  hərəkət  sahələri  də 
məqsədlərin  sahələrini  və  onu  təmin  etmək  istiqamətlərini 
əlaqəli və şaxəli qaydada meydana gətirir. Dövlət xarici siyasət 
istiqamətləri  üzrə  məqsəd  formalaşdırmaqla  öz  siyasət 
(fəaliyyət)  sahələrini  də  müəyyən  edir.  Dövlətin  məqsədi 
çoxşaxəli  məzmun  və  forma  kəsb  edir.  Dövlətlər  öz  məqsəd-
lərinə  görə  hədəf  müəyyən  edirlər  və  bu  hədəfə  çatmaq  üçün 
yollar və istiqamətlər formalaşdırırlar. Dövlətin məqsədi onun 
siyasətinin  məqsədini  ortaya  çıxarır.  Buradan  da  belə  bir 
məntiqi  fikir  meydana  gəlir  ki,  dövlət  öz  hakimiyyəti 
vasitəsilə  (hakimiyyət  ali  siyasi  qurum  kimi  dövləti  təmsil 
edən  tərəfdir.  Lakin  geniş  anlamda  götürdükdə  dövlət- 
hakimiyyət  və  vətəndaş  tərəflərindən  ibarət  olmaqla,  iki 
mühüm  baza  sahəsinə  ayrılır)  hərəkət  etmirsə,  deməli 
siyasəti də yoxdur. Siyasəti yoxdursa, məqsəd də yoxdur və 
bu  da  yoxdursa,  dövlətin  özü  də  yoxdur.  Dövlət  öz 
məqsədlərinə  nail  olmaq  üçün mərhələli  siyasət formalaşdırır. 
Bu  mərhələli  siyasət  də  imkanlara,  zaman  və  şəraitə  bağlı 
olur.  Mərhələli  siyasət  ardıcıllığı  dövlətin  baza  məqsədlərinə 
çatmasını  ortaya  çıxarır.  Dövlət  baza  məqsədlərinə  (burada 
gələcəyə  yönəlmiş  və  gələcək  strategiyanın  tərkibi  olan 
məqəsdlər  nəzərdə  tutulur)  mərhələli  məqsədlərin  yerinə 
yetirilməsi  sayəsində  çatır.  Dövlətin  əsas  məqsədi  həm 
vətəndaşlarının  daxili  tələbatlarını  ödəməkdən,  həm  də  öz 
mövcudluğunu  qorumaqdan  ibarətdir.  Dövlət  genişləndikcə 
(burada  daxilən  inkişaf  edərək  böyüdükcə  və  beynəlxalq 
arenada  geosiyasi  fəaliyyəti  baxımından  gücləndikcə)  öz 
gücünü  də  artırır  və  beynəlxalq  münasibətlərdə  siyasi  çəkisini 
də böyüdür. Buradan da dövlətin siyasi təsir metodlarının gücü 
artır.  Dövlətin  resurslarının  sayı  çoxaldıqca,  potensialları 
genişləndikcə  təsir  imkanları  da  artır  və  məqəsdləri  də  buna 


 
77 
 
müvafiq olaraq  böyüyür. Dövlətin  ali  məqsədlərinin böyüməsi 
onun müdafiə siyasətinin də həcmini böyüdür.  
Dövlət  xarici  siyasətdə  müəyyən  məqsədlərə  çatmaq  üçün 
müxtəlif  strateji  və  taktiki  üsullardan,  gediş  variantlarından 
istifadə  edir.  Dövlət  öz  məqsədlərinə  çatmaq  istiqamətində, 
istəklərini  yerinə  yetirmək  baxımından,  digər  dövlətlərlə 
ikitərəfli  və  çoxtərəfli  sənədlərə  qoşulur.  Bu  sənədlərdə 
dövlətlərin  məqsədləri  və  onların  sahələri,  obyektləri, 
predmetləri,  eləcə  də  məqsədlərin  mərhələli  şəkildə  yerinə 
yetirilməsinin  zaman  amili  öz  əksini  tapır.  Sənədlər  dövlət 
siyasətinin mərhələli və sahəli əsaslarını yaratmış olur.  
Dövlətin  xarici  siyasətdə  məqsədi  də  təsnif  olunur.  Bu 
baxımdan  da  qlobal  (böyük)  məqsədlər,  orta  və  kiçik 
məqsədlər  müəyyən  olunur.  Bu  məqsədlərin  hər  biri  digəri  ilə 
bağlı olur və şaxəli maraqlar meydana gəlir. Şaxəli maraqlar da 
maraqlar  sistemində  güc  tərəflərinin  əsaslarını  yaradır. 
Dövlətin  təbii  ki,  ayrı-ayrı  sahələr  üzrə  fərdi  və  konkret 
məqsədləri  öz  məzmunu  baxımından  kiçik  olur.  Dövlətin 
universal  məqsədi  isə  həm  məkan  (üfiqi  qaydada),  həm  də 
sahələr  (şaquli  qaydada)  baxımından  qlobal  əhəmiyyət  kəsb 
edir.  Dövlət  özünün  xarici  siyasət  məqsədi  ilə  daxili  siyasət 
məqsədləri  arasında  uzlaşmanı  təşkil  edir.  Daxili  və  xarici 
siyasət  məqsədləri  birləşir  və  dövlətin  vahid  məqsədini 
meydana  gətirir.  Dövlətin  də  əsas  məqsədi  əhalisinin  bütün 
aidiyyatı  sahələrdə  maraqlarını  təmin  etməkdən  ibarət  olur. 
Dövlətin  öz  məqsədi  uğrunda  hərəkəti  dövlətin  gücünün 
artmasına  gətirib  çıxarır.  Dövlətlər  məqsədlərinə  çatmaq  üçün 
münasibətlərə  qoşulurlar  və  burada  maraqlar  həm  üst-üstə 
düşür,  üst-üstə  düşməkdən  də qovuşma  və toqquşma meydana 
gəlir.  Dövlətlər  arasında  müharibə,  böhran  və  münaqişə 
vəziyyətləri  ortaya  çxır.  Məqsədlərə  rəvan  şəkildə  çatmaq  isə 
sülhün qorunub saxlanmasına yönəlir.  
Dövlət xarici siyasət sahəsində öz məqsədinə çatmaq üçün 
müəyyən  struktur  birləşmələri  təşkil  edir.  Bu  struktur  da  öz 


 
78 
 
növbəsində  siyasət  fəaliyyətinin  komplektlilik  xaraketini 
meydana  gətirir.  Dövlətin  ayrı-ayrı  sahələr  üzrə  məqsədlərini 
aidiyyatı struktur vahidlikləri yerinə yetirir. Bundan da dövlətin 
vahid  və  birləşdirici  bir  qurum  kimi  forma  və  məzmunu 
ortaya  çıxır.  Dövlətin  sistem  əhəmiyyəti  kəsb  edən  siyasəti 
onun  məqsədləri  uğunda  qurulur.  Dövlətin  xarici  siyasət 
məqsədləri  onun  bütün  fəaliyyətində  öz  əksini  tapır.  Bu 
baxımdan  da  xarici  siyasət  sahələri  üzrə  məqsədlər  də 
şaxələnir.  Dövlətin  müharibə  törətmək  məqsədi  (bu, 
kasıbçılıqdan  da  irəli  gələ  bilər),  sülh  yaratmaq  məqsədi, 
münaqişələr  yaratmaq  məqsədi  və  niyyəti,  geosiyasi 
maraqlarını  (dövlət  böyük  olanda  daxili  geosiyasətini  və 
xarici  geosiyasətini)  formalaşdırmaq  məqsədi,  miqrasiya 
məqsədi,  mədəniyyətini  inkişaf  etdirmək  məqsədi,  xalqının 
mənsub  olduğu  dilini  yaymaq  məqsədi,  iqtisadiyyatını 
genişləndirmək  məqsədi,  hərbi  siyasətini  böyütmək  kimi 
məqsəd  istiqamətləri  meydana  gəlir.  Dövlətlər  xarici  siyasət 
sahəsində  baza  məqsədlərinə  nail  olmaq  üçün  təşkilati 
funksiyaları  həyata  keçirirlər:  danışıqları  təşkil  etmək, 
diplomatiyadan  istifadə  etmək,  dialoqları  təşkil  etmək, 
konfranslar,  sammitlər,  konqresslər,  forumlar  və  digər  iclaslar 
və  yığıncaqlar  təşkil  etmək,  rəsmi  səfərləri  təşkil  etmək, 
sənədlərə  qoşulmaq,  təşkilatlarda  iştirak  etmək,  təşkilatlar 
yaratmaq  və  s.  bu  kimi  təşkilati  istiqamətlər  təşkilati 
məqsədləri və funksiyaları ortaya çıxarır. (Qeyd: bir məqsədin 
yerinə  yetirilməsi  də  digər  məqsədlərin  tətbiqi  zərurətini 
ortaya  çıxarır.  Məqsədlər  başqa  məqsədlərdən  –ardıcıl 
məqsədlərdən  meydana  gəlir).  Bu  təşkilati  məqsədlər  də  öz 
növbəsində  ümumi  məqsədlərin  icra  olunması  üçün  şəraitin 
meydana gəlməsinə xidmət edir. Bu da ondan irəli gəlir ki, hər 
bir məqsəd hərəkəti üzərə çıxarır və hərəkətdən meydana gəlir. 
Məqsədlərə  çatmaq  istiqamətində  bir  çox  strateji  və  taktiki 
məsələlər  müəyyən  edilir.  Taktiki  və  strateji  məsələlər  baza 
etibarilə  şəraitlə  və  zamanla  bağlı  olur  və  adətən  gələcəyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə