Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   21   22   23   24   25   26   27   28   ...   102

 
73 
 
lərində  özünün  yeni  ortaya  çıxan  məqsədlərini  güdür. 
Məqsədlərin  dərəcələnməsi  və  onu  daşıyan  subyektlərin 
dərəcələnməsi  (burada  sinifləşməsi,  təsnifatı)  təbii  olaraq 
inkişaf  edən  məqsədlər  anlayışını  meydana  gətirir.  Məqsəd 
daima  şəraitdən,  ortaya  çıxan  gerçəkliklərdən  və  yeni 
elementlərdən  və  elementlərə  təsir  etmək  istəklərindən  və 
zərurətdən  meydana  gəlir.  Dövlətin  xarici  siyasət  fəaliyyəti 
sayəsində  müəyyən  etdiyi  baza  məqsədi- öz maraqlarını təmin 
etməkdən  ibarətdir.  Maraqların  təmin  edilməsi  siyasəti  də 
müxtəlif  sahələr  üzrə  həyata  keçirilir  və  maraqlar  müxtəlif 
sahələr  üzrə  təmin  edilir.  Dövlətin  məqsədləri  zaman  etibarilə 
yaxın, orta və uzaq müddətli ola bilir. Bu da dövlətin məqsəd-
lərinin  təmin  edilməsi  yolunda  taktika  və  strategiyalarını 
formalaşdırır. Dövlətin baza məqsədi onun baza strategiyasında 
öz  əksini  tapır,  strateji  məqsədlər  də  öz  növbəsində  taktiki 
hərəkətləri özündə cəmləşdirir. Dövlət öz məqsədlərinin nəzəri 
istiqamətlərini  strateji  (məsələn,  konstitusiya)  və  taktiki 
sənədlərdə (konstitusiyadan sonra gələn qanunvericilik aktları) 
qanun  müəyyən  edir.  Dövlətin  məqsədindən  irəli  gələrək  baza 
təminatı  onun  daxili  və  xarici  potensialına,  resurslarına  və 
resurslarının zənginləşməsinə əsaslanır. (Qeyd: dövlət müvafiq 
aktlar  həyata  keçirməklə  digər  subyektlərlə  birlikdə  müna-
sibətlər  sferasına  daxil  olur.  İstər  regional,  istərsə  də  qlobal 
miqyasda  beynəlxalq  münasibətlər  dövlətlərin  hərəkət-
lərindən  formalaşır.  Münasibət  (əlaqə)  hərəkətin  üst  qatı, 
məhsulu  hesab  olunmalıdır.  Eyni  zamanda  hərəkətlər  də 
münasibətlərin  bazasında  həyata  keçirilir.  Buradan  da  artıq 
ə
laqə  meydana  gəlir.  Münasibət,  mövqe  məzmunu  kəsb 
etdikdə,  ilkin  hərəkətə  təkan  vermiş  olur.  Hərəkətlərsiz 
münasibət  (burada  daha  çox  əlaqə,  yəni  kontakt)  mümkün 
deyil.  Hətta  mövqe  məzmunlu  münasibət  də  hərəkətin  bir 
növüdür).  
Dövlətlər  beynəlxalq  münasibətlərdə  tanınmanı  da 
başlıca  məqsəd  kimi  görürlər.  Xarici  siyasətin  məqsədi  rəsmi 


 
74 
 
tanınmaqdan da ibarətdir. Dövlətin tanınması onun beynəlxalq 
aləmə  assosiasiyasına  gətirib  çıxara  bilir.  Dövlət  tanındıqdan 
sonra  beynəlxalq  sistemin  strukturlarına  daxil  olur  və  bütün 
imkanları  ilə  bu  strukturlarda  təmsil  olunur  və  iştirak  edir. 
Beynəlxalq  münasibətlərdə  dövlət  vahid  bir  anlayış,  eləcə  də 
vahid bir tərəf kimi çıxış edir, eləcə də öz tərkib strukturları ilə 
qoşulur.  İştirak  sayəsində  dövlət  beynəlxalq  münasibətlərin 
enerjisindən  (burada  beynəlxalq  münasibətlər  sahəsinin 
gücündən) faydalanmaq imkanı əldə edir. Həmçinin yeni enerji 
mənbəyinə  və  vasitəsinə  çevrilir.  Eyni  zamanda  beynəlxalq 
normalara  müvafiq  olaraq  müdafiə  olunmaq  imkanları 
qazanır.  (Qeyd:  müdafiə  olunmaq  hər  bir  sistem  üçün 
xarakterikdir.  Sistemlərin  funksiyası  mexanizmləri  işə 
salmaqdan  və  müəyyən  təyinatlı  işləri  görməkdən  ibarətdir. 
Sistemin  hərəkətləri  varsa,-təbii  ki,  burada  ictimai-siyasi 
sistemlər  nəzərdə  tutulur,-onun  müdafiəsi  də  mövcuddur. 
Müdafiə özü hərəkətləri qorumaq məqsədlərindən irəli gəlir). 
Dövlətin  beynəlxalq  münasibətlərə  daxil  olmaq  məqsədinin 
əsasında  da  məhz  müdadifə  olunmaq,  güclənmək,  potensialını 
artırmaq,  daxili  resurslarının  həcmini  (kəmiyyətini)  geniş-
ləndirmək,  bununla  da  artan  tələbatı  zaman  və  şərait  etibarilə 
ödəməkdən  ibarətdir.  Dövlət  tələbatların  zaman  və  şərait 
nisbətinə uyğun olaraq ödənilməsinin həyata keçirdikcə inkişaf 
da  öz-özünə  (burada  immanent  şəkildə,  lakin  gerçəklikdə-
təzahürdə 
əksini  tapmaqla)  meydana  gəlir.  Dövlətlər 
beynəlxalq  münasibətlər  sferasına  daxil  olarkən,  özlərinə  də 
digər  dövlətlərin  məqsədlərini  və  maraqlarını  cəlb  etmiş 
olurlar.  Bu  anda  beynəlxalq  məqsədlər  və  maraqlar  forma-
laşır.  Beynəlxalq  məqsədlər  və  maraqlar  dövlətin  daxili 
siyasətinə  də  təsir  göstərir  və  daxili  və  xarici  siyasət  arasında 
üzvi bağlılıq meydana gətirir. Beynəlxalq münasibətlərə yenicə 
daxil  olmuş  dövlətlər  tanındıqdan  sonra  digər  dövlətlər 
tanınmış yeni dövlətdə öz maraqlarını formalaşdırırlar, eləcə də 
həmin  dövlətin  məqsəd  və  maraqlarını  şəbəkəyə,  beynəlxalq 


 
75 
 
sistemə daxil etmiş olurlar. Bu zaman dövlətlərin maraqlarının 
uzlaşması,  uzanması,  genişlənməsi  prosesləri  baş  verir  və 
dövlətlər  fərdi  və  kollektiv  qaydada  beynəlxalq  sistemin 
məqsədləri sferalarını yaratmış olurlar.  
Dövlət  canlı  bir  orqanizmdir.  Onun  üzvləri,  elementləri 
olan  vətəndaşları  (əhalisi,  sakinləri,  xalqı)  bu  orqanizmi  ona 
görə  təşkil  edirlər  ki,  ümumi  və  fərdi  qaydada  maraqlarını 
təmin  edə  bilsinlər  və  bunun  üçün  birləşmiş  gücdən  ibarət 
enerji mənbələri yaratsınlar. Dövlətin təşkil olunmasının özü də 
bir  məqsədə  çevrilir.  Dövləti  təşkil  etməklə  sakinlər,  insanlar 
özlərini  müdafiə  etmək  üçün  üst  bir  qurum  yaradırlar. 
Dövlətlər  də  vətəndaşlarını və onun ərazisində olan digər ölkə 
vətəndaşlarını  müdafiə  etmək  üçün  məsuliyyətli  tərəflərə 
çevrilirlər. Məhz beynəlxalq münasibətlər dövlətləri bir-birinin 
vətəndaşlarını  qoruyan  məsuliyyətli  tərəfə  çevirir.  Dövlət-
lərarası  münasibətlərdə  “qonağa  hörmət,  qonağı  qorumaq, 
qonağın  maraqlarını  müdafiə  etmək”  kimi  düşüncələr 
əsasında  davranış  və  əxlaq  qaydaları  öz  əksini  tapır.  Təbii  ki, 
maraqlar  da  ehtiyaclardan  və  tələbatdan  formalaşır.  Qeyd 
olunuduğu kimi, hər bir dövlət xarici siyasəti həyata keçirərkən 
müəyyən  məqsədlər  güdür.  Bu  məqsədlər  iqtisadi  sahələrdən 
tutmuş,  insanların  həyat  fəaliyyətini əks etdirən bütün sahələri 
əhatə  edir.  İnsan  fəaliyyətinin  təsnifatı  və  dərəcələnməsi 
dövlətin  məqsədlərini  də  dərəcələndirir.  Ümumiyyətlə,  dövlət-
lər  öz  hərəkətlərini  hərətərəfli  sahədə  məqsədlərin  təmin 
edilməsi  istiqamətində  müəyyən  edirlər.  Məqsədlərə  çatmaq 
üçün müəyyən proqram və layihələrfəaliyyət planları təşkil 
edirlər.  Məqsədlərə  çatmaq  istiqamətində  müxtəlif  fəaliyyət 
trayektoriyaları  (gələcək  hərəkətlər  üçün  fəaliyyət  planları) 
müəyyən  edirlər.  Trayektoriyalar  dövlətin  xarici  siyasətinin 
istiqamətlərini müəyyən edir və şaxələndirməni yaradır. Xarici 
siyasətin  istiqamətləri  xarici  siyasətin  və  beynəlxalq  münasi-
bətlərin  məqsəd  istiqamətlərini  meydana  gətirir.  Xarici 
siyasətin şaxəli forması dövlətin xarici siyasət sahələrinin fiziki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə