Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   17   18   19   20   21   22   23   24   ...   102

 
61 
 
daxildə  ehtiyatla  hərəkət  etməyə  vadar  edir.  Dövlət  öz  xarici 
siyasəti  sayəsində,  beynəlxalq  münasibətlərə  qoşulması  ilə  bir 
növ  “tərbiyə”  olunur.  Beynəlxalq  münasibətlər  sferası  bir 
tərəfdən  dövləti  zənginləşdirir,  digər  tərəfdən  də  onu  “himayə 
edir”.  Dövlət  çoxtərəfli  aspketlərdə  ətraf  güclərlə  əhatələnmiş 
olur.  Beynəlxalq  münasibətlərə  qoşulma  dövlətin  daxili 
siyasətinə  nəzarət  tərəflərinin  meydana  gəlməsinin  əsaslarını 
yaradır.  Dövlət  beynəlxalq  ictimaiyyətin  münasibətlərinə  görə 
özünü  daxildən  tənzimləmək,  islah  etmək  məcburiyyətində 
qalır. O dövlətlər daha da güclənə bilirlər ki, onların daxili 
siyasətləri  ilə  xarici  siyasətləri  arasında  tarazlıq  meydana 
gəlmiş  olur.  Hər  iki  istiqamətdə  eyni  məzmunlar  ortaya 
çıxmış olur. Dövlət daxildən gücləndikcə öz resurslarının hərəkət 
məkanlarını  böyütmək  və  genişləndirmək  məcburiyyətində  qalır. 
Beynəlxalq sabitlik və ümumdünya sülhü də dövlətlərin daxili 
siyasətləri  arasında  həm  uzlaşmanı  və  uyğunlaşmanı,  həm  də 
əlaqəni  təmin  edən  xarici  siyasətin  tərəflər  arasında  tarazlaş-
dırılmasından  asılıdır.  Dövlətlər  resurslarını  tarazlı  qaydada 
istifadə  edərlərsə-burada  “hər  bir  dövlətin  imkanlarına 
müvafiq”  prinsiplərlə  istifadə  nəzərdə  tutulur  -  o  zaman  öz 
aralarında  sabit  hərəkət  axınlarını-sabit  siyasət  cərəyanlarını 
yaratmış  olarlar.  Resursların  tarazlı  inkişafı  isə  dövlətlər 
arasında davamlı sülhə gətirib çıxara bilər.  
Əslində,  əvvəlcə  də  qeyd  olunduğu  kimi,  xarici  siyasət 
vahiddən  (bütöv  olan  dövlətdən)  kənara  çıxan  daxili  siyasətin 
davamıdır.  Xarici  siyasət  bir  tərəfdən  dövlətlər  arasında  sıx 
yaxınlığı  yaradırsa,  digər  tərəfdən  də  onları  bir-birindən 
“uzaqda” saxlayır və ehtiyatlı davranma məsələləri ortaya çıxır.  
Xarici  siyasət  bir  formadır  və  xarici  məkanı  əhatə  etdiyi 
üçün  həm  də  özünəməxsus  olan  bir  məzmundur.  Dövlətin 
xarici siyasəti onun daxili resurslarının tənzimlənmiş formada, 
qaydalarla  sərhədlərindən  kənara  çıxmasıdır.  Bu  çıxma 
sayəsində  vasitələr  digər  məkanlarda  başqa  vasitələrlə  birləşir 
və  qovuşma  meydana  gəlir.  Beynəlxalq  münasibətlər  ayrı-ayrı 


 
62 
 
dövlətlərin qarşılaşaraq qovuşan (üst-üstə düşən) xarici siyasət 
fəaliyyətlərindən  formalaşır.  Bu  qarşılaşmadan  həm  qovuş-
malar yaranır, qovuşmalar sayəsində siyasət cərəyanları uzanır, 
məkanları  birləşdirir,  həm  də  toqquşmalar  üzə  çıxır.  Bu  anda 
kəsişmələr  meydana  gəlir  və  münaqişə,  mübahisə,  hətta 
müharibə  ilə  nəticələnə  biləcək  gərginliklər  ortaya  çıxır. 
Dövlətlərarası  yaranan  bütün  gərginliklər  onların  maraqları 
arasında  olan  fərqliliklərdən  meydana  gəlir.  Fərqli  güc  fərqli 
hərəkətləri  yaradır,  fərqli  hərəkətlər  də  qarşılaşdıqda  bir  çox 
hallarda  qovuşmalar  yaranır  (maraqlar  qruplaşır,  ittifaqlar 
meydana  gəlir),  əksər  hallarda  isə  üst-üst  düşmələr  (burada 
paralelliklər)  baş  vermir  və  gərginliklər  və  böhranlar  ortaya 
çıxır.  Beynəlxalq  gərginliklər-böhranlar  əksər  hallarda  bir  və 
ya  bir  neçə  regionu  əhatə  edir.  Bu  da  hər  şeydən  öncə 
əlaqələrin  sistemli  xarakterindən  irəli  gəlir  və  sistemin  özünə 
olan daxili və kənar bağlılıqdan ortaya çıxır. Beynəlxalq sistem 
bu  baxımdan  öz  kövrəkliyi  ilə  xarakterizə  olunur.  Dünya 
dövlətləri  bu  kövrəkliyin  qarşısını  almaq  və  davamlılığı 
yaratmaq  üçün  qarşılıqlı  dialoqlar  yolu  ilə  güzəştlərə  getmək 
variantlarına  əl  atırlar  ki, beynəlxalq  aləmdə sülhü və sabitliyi 
qorusunlar.  
 
Dövlətin  xarici  siyasətini  həyata  keçirməyə  vadar  edən 
ümumi  amilləri,  istiqamətləri  və  kriteriyaları  aşağıdakı 
şə
kildə qeyd etmək olar: 
 
İlk  növbədə  nəzərə  almaq  lazımdır  ki,  dövlətin  xarici 
siyasətini  zəruri  edən  baza  amillərin  iki  mühüm  əsası  vardır: 
birincisi,  özünün  mövcudluğunu  təmin  etmək,  qorumaq  və 
inkişaf  edərək  güclənmək;  ikincisi,  beynəlxalq münasibətlərin, 
dünya  siyasəti  sisteminin  üzvünə  çevrilmək.  Dövlət  hər  iki 
baza  istiqaməti  üzrə  parçalanmış,  bölünmüş  (burada  hissələrə 
ayrılmış) siyasəti icra edir. Burada vəzifələr kimi hərəkətlər və 
hərəkət  istiqamətləri  əsas  götürülür.  Vəzifələr  hüquqları 


 
63 
 
meydana  gətirir.  Məqsədlər  isə  qarşıya  qoyulur,  təmin 
olunmanın  müəyyən  hədəfləri,  səviyyəsi  məqsədlərə  çatmağı 
əsas  götürür.  Vəzifələrə  dövlətin  xarici  siyasətinin  bütün 
istiqamətlərini təşkil etmək öhdəliyi və məsuliyyəti aid olur. 
Xarici siyasətin həyata keçirilməsini zəruri edən amillər: 
Maddi  tələbat  amili.  Məlumdur  ki,  müasir  zamanda 
insanların tələbatını ödəyən dünyanın maddi və təbii sərvətləri 
bütün  məkanlar  üzrə  bərabər  paylanılmamışdır.  Dövlətlər 
həmin tələbatları tarazlı qaydada ödəmək məqsədilə bir-biriləri 
ilə  iqtisadi-ticarət  əlaqələri  qurmaq  məcburiyyətindədirlər.  Bu 
addımın  atılması  resurslardan  nisbi  bərabərlik  əsasında  təmin 
olunmağa əsaslanır. Bütün dünya siyasətinin mərkəzində insan 
amili  dayandığından  insanların  tələbatlarının  tarazlıq  qaydada 
təmin olunması dünya siyasətinin başlıca məqsədinə çevrilir.  
Vətəndaşlarının  xarici  ölkələrə  miqrasiyasının  təmin 
olunması-dövlətlər  çalışırlar  ki,  öz  vətəndaşlarının  xarici 
ölkələrə  əmək,  elm  və  təhsil,  mədəniyyət  miqrasiyası  yüksək 
səviyyədə  təmin  olunsun.  Bu,  dövlətlərarası  inteqrasiya 
siyasətinin  tərkib  hissəsidir.  Bu  yollarla  dövlətlər  öz 
vətəndaşları  üçün  lazım  olan  resursları  həm  də  digər  ölkələr 
hesabına  təmin  edirlər.  Miqrasiya  eyni  zamanda  insanların 
dünya  vətəndaşlığı  ideyalarının  formalaşmasını  zəruri  edir. 
İnsanların  dünya  üzrə  vahid  maraqlarını  formalaşdırır. 
Miqrasiya və xarici ölkələrdə məskunlaşma və xarici ölkələrin 
iqtisadiyyat-təsərrüfat  sahələrində  çalışmaq  dövlətlərarası 
münasibətlərin  də  bütövləməsinə  və  vəhdət  təşkil  etməsinə 
xidmət edir. Bu istiqamət həm də vətəndaşların maddi tələbat-
larının  təmin  olunması  istiqamətinin  tərkibidir.  İnsanların 
dünya  turuna  çıxmaq,  dünyanın  gəzmək  hüqüqlarının  təmin 
olunması da xarici siyasəti şərtləndirən başlıca istiqamətlərdən 
biridir.  İndiki  zamanda  insanların  iştirak  etmək  istədikləri 
(bütün  vətəndaşlar  üçün  açıq  olmayan,  yalnız  bəzi  kateqo-
riyadan olan şəxslər üçün giriş və iştirak imkanlarının mümkün 
olduğu  sahələr  istisna  olmaqla)  bütün  sahələr  üzrə  hüquqları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə