Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   15   16   17   18   19   20   21   22   ...   102

 
55 
 
artmasına  bərabər  olur.  Yəni,  maraq  özündə  gücü  əks etdirən 
bir  mücərrəd  vasitəyə  çevrilir.  (Qeyd:  dövlət  inkişaf  etdikcə, 
cəmiyyət  böyüdükcə  vətəndaşların  da  maraqları  böyüyür. 
Vətəndaşların  maraqları  artan  resurslar  hesabına  artır. 
Artan  resurslar  vətəndaşların  maraqlarını  da  artırır.  Vətən-
daşların  maraqlarının  artması  həmin  maraqların  müdafiəsi 
zərurətini  ortaya  çıxarır.  Dövlət  vətəndaşlarının  həm  artan, 
həm  də  müdafiəyə  ehtiyacı  olan  maraqlarını  tələbat 
meyralarını  özündə  əks  etdirən,  tələbat  normalarını  təsbit 
edən hüquq normaları vasitəsilə yerinə yetirir). Burada inkişaf 
özü  yeni  istəkləri  meydana  gətirir.  Xarici  siyasətin  genişlən-
məsi  vətəndaşların  da  tələbatlarını  genişləndirir.  Genişlənmiş 
xarici  siyasət  hesabına  yeni-yeni  nəsil  vasitələrin  məkanlara 
daxil  olması  dövlətin  vətəndaşlarında  yeni  tələbatları  və 
istəkləri  yaradır.  Vətəndaşlar  dövlətlərindən  daha  çox  şeyləri 
tələb  etməyə  başlayırlar.  Dövlətin  vətəndaşları,  xidmət  və 
fəaliyyət  məzmunu  baxımından,  şərti  olaraq  iki  tərəfə  ayrılır: 
təmin edən tərəf və təmin olunan tərəf. Bu bölgünün özü də 
şərti  xarakter  kəsb  edir.  Hər  iki  tərəfin  fəaliyyətinin  nəticəsi 
təminatdır,  daxilə  və  özünə    xidmətdir.  Tərəflərə  ayrılma 
resursların  əldə  olunması  və  istifadəsi  qaydalarını  özündə 
cəmləşdirən  idarəetmə  zərurətindən,  təkmilləşdirmə  zərurə-
tindən  ortaya  çıxır.  İki  istiqamətdə-əldə  etmək  və  idarə  etmək 
istiqamətində  siyasət  reallaşdırılır.  Təmin  edən  tərəf  də  təmin 
olunmaq  məqsədini  güdür.  Təmin  edən  tərəf  də  təmin  olunan 
tərəfin enerjisi olmadan öz fəaliyyətini təşkil etmək iqtidarında 
deyil.  Hər  şəxs  təmin  olunan  obyektdir.  Bu  baxımdan  da 
təmin  edən  tərəfin  özü  də  təmin  olunandır.  Hər  iki  tərəf  bir-
birinə  xidmət  edir  və  xidmət  olunan  tərəf  digər  tərəf  üçün 
mənbə rolunu oynayır.  
Dövlətin  xarici  siyasəti  onun  kənarlarından  ətrafa  yayılan 
və  istiqamətləri  birləşdirən,  istiqamətlər  arasında  uyğunluq 
yaradan hərəkətləridir. Dövlət xarici siyasəti ilə öz məkanından 
kənarda obyektlər və predmetlər üzrə təsir imkanları qazanır və 


 
56 
 
bundan  da  əlavə  şeylər  əldə  edir.  Dövlətin  beynəlxalq 
münasibətləri  isə  regionda  və  regiondan  kənarda  yerləşən 
məkanlar  üzrə  (bu  məkanlarda  dövlətlər  mövcuddur.  Dünya, 
ə
sasən,  dövlətlərin  yerləşmələri  və  “sıralanmaları”  baxımın-
dan siyasi cəhətdən tərkibə ayrılıbdır) formalaşır.  
Xarici  siyasət  fəaliyyətdirsə,  beynəlxalq  münasibətlər 
üst  qatdır,  fəaliyyətdən  əldə  olunandır,  mühit  və  sferadır, 
hərəkət müstəvisidir.
1
 Beynəlxalq münasibətlər sahəsinə daxil 
olmaq dövləti xarici siyasətini müəyyən anlarda (lazım olanda), 
müəyyən  şəraitlərdə  gücləndirməyə  vadar  edir  və  şərait  tələb 
edəndə  xarici  siyasətin  müəyyən  istiqamətlərini  dayandırmağa 
(ləngitməyə),  hərəkətin sürət  tempini  aşağı salmağa sövq  edir. 
Bu nöqteyi- nəzərdən də dövlət öz hərəkətlərini idarə edən bir 
orqanizmdir. Bu orqanizm də dövləti daxili və xarici qıcıqlarla 
idarə  edir.  Dövlət  siyasəti  daxildən  və  kənardan  gələn 
impulslardan,  dalğalardan  asılı  olan  bir  məfhumdur,  prosesli 
mənzərədir.  
Dövlət  maraq  (burada  vətəndaşlarının  fərdi  qaydada 
mövcud  olan  və  qrup  şəklində  olan  maraqları  nəzərdə 
tutulmalıdır) əsasında öz siyasətini təşkil edir. Dövlətin özünün 
də  marağı  vətəndaşının  maraq  tərkibini  genişləndirməkdən 
ibarətdir.  Vətəndaşın  maraqlarının  böyüməsi  dövlətin  özünün 
maraqlarının  böyüməsinə  gətirib  çıxarır.  Bu  anda  daha  çox 
resurs  hərəkət  vəzyyətində  olur  və  inkişaf  meydana  gəlir. 
Maraq şəraitdən irəli gəlir və ehtiyaclara və tələbata bağlı olur. 
Bu məsələlərdə kəmiyyət artdıqca dövlət siyasəti də dəyişikliyə 
məruz qalır. Burada siyasətin həyata keçirilməsində intensivlik 
artır  və  yaxud  da  effektivlik  aşağı  düşür.  Dövlət  vətən-
daşlarının  təbii  hüquqlarını  (anadangəlmə  hüquqlarını)  təmin 
edir,  eləcə  də  zaman-zaman qazanılmış  olan  əlavə hüquqlarını 
təbii  hüquqlara  çevirir.  (Qeyd:  əslində  hüquq  təbiidir  və 
                                                 
1
 Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, təhlillər, ideyalar, 
təkliflər,  proqnozlar)  elmi  və  elmi-publisistik  məqalələr  toplusu.  II  CİLD, 
Bakı, “Elm və təhsil”, 2010, 600 s., səh. 404.  


 
57 
 
insanlarla  birlikdə  doğulur  və  tərkibini  genişləndirir. 
İ
nsanların yaşları, mövqeləri və fəaliyyəti ilə əlaqədar olaraq 
öz tərkibini genişləndirir. Bu genişlənmədən də pozitiv hüquq 
ş
axəsi  əmələ  gəlir.  İnsanların  təbii  hüquqlarının  tərkib 
zənginliyini  doğulduqları  şərait  və  zaman  da  ortaya  çıxarır. 
Məsələn,  inkişaf  etmiş  cəmiyyətlərdə,  zəngin  resurslar 
məkanında  dünyaya  gəlmiş  insanların  bu  resurslardan 
istifadə etmək haqqı vardır. İnsanların təbii hüquqları burada 
zamanla  müəyyən  olunur.  Hər  bir  insanın  təbii  hüququ  öz 
zamanına  bağlıdır.  Həmçinin  belə  bir  prinsipdən  də  çıxış 
etmək  olar  ki,  kasıb  cəmiyyətlərdə,  resursların  kifayət  qədər 
çatışmadığı  məkanlarda  dünyaya  gələn  şəxslərin  də  digər 
məkanlarda  (zəngin  məkanlarda)  olan  resurslardan  istifadə 
etmək  hüquqları  vardır.  Dünyada  resurslar  və  istiqamətlər 
varsa,  hamısı  bütün  insanlar  üçündür-prinsipi  insan 
hüquqlarının təmin olunması amilinin gələcək zamanla bağlı 
olmasını  şərtləndirir.  Yəni,  cəmiyyətlər  digər  cəmiyyətlərdə 
olan  resurslardan).  Dövlət  vətəndaşlarının  maraqlarını 
ödəmək  məqsədilə  həm  istiqamətverici,  həm  müşahidəedici 
və  nəzarətedici  (müşahidə  nəzarətin  tərkibindədir)  funksiya 
yerinə yetirir və özünün bütün imkanlarını səfərbər edir. Dövlət 
öz  imkanlarını  səfərbər  edərək  sistemli  qaydada  mexanizmi 
formalaşdırır  və  hər  bir  resursu  idarəetmə  trayektoriyalarına 
cəlb  edir.  Dövlət  xarici  siyasəti  ona  görə  həyata  keçirir  ki,  bir 
tərəfdən beynəlxalq siyasətin aktoruna çevrilsin, digər tərəfdən 
də  özünü  beynəlxalq  səviyyədə  olan  təhlükələrdən  qorusun. 
Həm  də  bu  təhlükələrin  ölkənin  daxilinə  keçməsinin  qarşısını 
alsın.  Təhlükələrin  qarşısını  almaq  üçün  digər  dövlətlərlə  həm 
ikitərəfli və çoxtərəfli sənədlər hazırlayırlar və icra edirlər, həm 
də təşkilatlar yaradırlar ki, xarici siyasət sahəsində hüquqlarını 
cəmləşdirə və qruplaşdıra, eləcə də ixtisaslaşdıra bilsinlər.  
Xarici  siyasət  geniş  anlayışdır  və  daxili  siyasətin  davamı 
olaraq dövlətin sərhədlərindən kənarda olan hərəkətlərini ifadə 
edir.  Xarici  siyasət  dövləti  bir  struktur  vahidi  olaraq  öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə