Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   12   13   14   15   16   17   18   19   ...   102

 
46 
 
sərbəst  şəkildə  təmin  etmək,  ümumiyyətlə  isə  daxili  və  xarici 
siyasəti  birləşmiş  formada  mühafziə  etməkdən  ibarətdir. 
Beynəlxalq  təhlükəsizliyi  təmin  etmək  siyasəti  dövləti  nüvə 
mərkəzi  kimi  forma  olaraq  qorumaq  məqsədini  də  güdür. 
Buradan da bir daha belə bir məntiqi fikirə rast gəlmək olur ki, 
dövlətin xarici siyasəti onun daxilən mövcudluğuna və xaricən 
(yəni  beynəlxalq  münasibətlərin  subyekti  kimi)  mövcud 
olmasına xidmət edir.  
Dövlətin  daxili  və  xarici  siyasətini  təmin  edən  strukturlar 
öz  imkanlarına  görə,  siyasəti  icra  etmələrinə  görə  (burada 
səlahiyyət  və  vəzifə  sahələrinə  və  gördükləri  işlərin  həcminə 
görə)  təsnif  olunurlar.  Təsnifat  dövlət  siyasətinin  iyerarxiya-
sını  ortaya  çıxarır  və  piramidal  əsaslar  meydana  gəlir.
1
 
Təsnifat  sayəsində  vəzifə  bölgüləri  arasında  səlahiyyət 
baxımından  vəzifə  funksiyalarının  tərkibi  müəyyən  olunur. 
Böyük  məsuliyyətə  malik  olan  vəzifələrdən  tutmuş  aşağı 
məsuliyyətə qədər olan vəzifələr yaranmış olur. Dövlət özünün 
şaxəli  strukturlar  fəaliyyətində  öz  məkanı  üzrə  özünü 
təsdiq  etmiş  olur.  Məkan  üzrə  idarə  olmadan,  eləcə  də 
xarici  məkanlar  (beynəlxalq  münasibətlər  sahələri)  üzrə 
idarəçilik  olmadan,  dövlətin  varlığından  söhbət  gedə 
bilməz.  Dövlət,  məhz  siyasət  həyata  keçirərkən  özünün 
məzmununu üzərə çıxarır. Hərəkətsiz və fəaliyyətsiz dövlət 
hakimiyyətinin  mövcudluğundan  söhbət  gedə  bilməz. 
Dövlət  həm  idarəedən,  həm  də  öz  məkanında  və 
məkanından kənarda idarəolunandır. İdarə etmək və idarə 
olunmaq dövlətin daxilindən gələn cərəyanlarda, təsirlərdə 
öz  əksini  tapır.  Dövlətin  məkanı  idarəetmənin  məkanıdır. 
Dövlət-müəyyən  məkan  üzərində  ünsürlərin,  elementlərin, 
vasitələrin  qarşılıqlı  təsir  vəziyyətini  əks  etdirən  bir 
kompleksdir  və  kompozisiyadır.  Burada  kompozisiya 
                                                 
1
 Nəsibov E.M. “Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-
“Elm və Təhsil”-2010. 116 s., ss.11-13. 


 
47 
 
hərəkətdə  olan  şəxslərin  (insanların)  mənəvi-ruhi  xüsu-
siyyətlərindən ortaya çıxır. Dövlət cəmiyyətə təsir göstərən, 
həm  də  cəmiyyətdən  təsirlənən,  cəmiyyətə  enerji  verən, 
cəmiyyətdən  enerji  alan,  bu  baxımdan  üzvlərinin  sosial-
siyasi münasibətlərini tənzim edən bir strukturdur.  
Məlumdur  ki,  dövlət  müəyyən  komponentlərdən  təşkil 
olunur:  ərazi,  əhali;  hakimiyyət  aparatı-idarəetmə  aparatı 
(bürokratik  aparat)  və  s.  Bu  komponentlər  dövlətin  yaranma 
mənşəyindən  hal-hazıra  qədər  mövcudluğunu  və  mahiyyətini 
saxlamaqdadır.  Sadalanan  komponentlərin  vəhdəti  dövlətin 
siyasi bir  qurum  kimi formasını  təşkil edir. Tarixən dövlət öz 
formalarını  saxlamışdır,  lakin  məzmununu  genişləndirmişdir. 
İnkişafa  və  yeni  tələblərə  müvafiq  olaraq  dövlət  aparatının 
fəaliyyətinin  məzmunu  böyümüşdür.  Cəmiyyətdə  ünsürlərin 
sayı artdıqca dövlət aparatının da fəaliyyəti genişlənmişdir.  
Hakimiyyət tarixən bütün sahələrdə maraq nümayiş etdirib. 
Onun  maraqları  həm  birbaşa  müdaxilə  ilə  (birbaş  idarəetmə), 
həm  də  dolayı  müdaxilə  ilə  (kənardan  müşahidə  ilə)  təmin 
edilıb.  Dövlətin  tənzimləmə  funksiyasında  həm  birbaşa 
müdaxilə,  həm də kənardan müşahidə ilə xarakterizə olunan 
iki mühüm baza istiqaməti vardır. Dövlət bu iki baza istiqaməti 
ilə  bütün  məsələlərin  birbaşa  və  dolayı  yollarla  tənzim-
lənməsi  funksiyasnı  yerinə  yetirir.  Dövlət  idarəetmə  ilə  öz 
funksiyasını,  bu  baxımdan  da  vəzifə  və  öhdəliyini,  məsuliy-
yətini müəyyən edir. Ali hakimiyyət qanunvericilik sənədlərini 
hazırlamaqla  və  icra  etməklə  öz  mövcudluğunu  əks  etdirir. 
Dövlət  daha  çox  özünün  hakimiyyətinin  mövcudluğunun  və 
hakimiyyətinin  fəaliyyətinin  simasında  büruzə  olunur.  Dövlət, 
bu  baxımdan  əks  effekt  yaradan  (təzahür  edən)  idarəetmə 
təşkilatıdır. İdarəetmə sahəsində iki-idarəedən və idarəolunan, 
tərəf olur. Bu tərəflərin hər ikisi vahid normalara tabe olur. Hər 
iki  tərəf  çalışır  ki,  ortaq  mövqelərin  meydana  gəlməsi  üçün 
vahid  qaydalar  yaradılsın.  Bu  anda  dövlətin  hüquqi  təbiəti 
(münasibətlərin  hüquq  normaları  ilə  tənzimlənməsi)  ortaya 


 
48 
 
çıxır.  Dövlətçilik  və  hüquqi  dövlət  anlayışları  da  məhz  hüquq 
normaları  ilə  tənzimlənmə  proseslərini  özüsndə  əks  etdirən 
anlayışlardır.  Dövlət  hüquq  normalarını  insanların  bioloji  və 
sosial  varlıqlar  kimi  müəyyən  məkanlarda olan  tələbatlarından 
irəli gələrək müəyyən  meyarlarla qəbul  edir. Hüquq normaları 
tələbatların  riyazi  əsaslarla  ölçülməsindən  ortaya  çıxır.  Dövlət 
özünün  hakimiyyətinin  idarəçiliyini  aparatı  vasitəsilə  yerinə 
yetirir,  aparat  burada  tənzimedici  (elementlərin  hərəkətlərini 
mərkəzlərə  toplayıcı  və  mərkəzlərdən  paylayıcı)  subyekt 
rolunu oynayır. Dövlət hakimiyyəti özünü qorumaq və eləcə də 
ərazisini,  vətəndaşlarını  müxtəlif  təsirlərdən  və  təzyiq 
elementlərindən  (daxildən  meydana  gələn  və  xaricdən  gələn) 
qorumaq  üçün  müəyyən  birləşmələr-güc  strukturları,  hüquq 
mühafizə orqanları və hərbi-silahlı qurumlar təşkil edir. Bu güc 
qurumları  siyasətin  həyata  keçməsini  təmin  edən  tərəflər-
subyektlər hesab olunurlar. Dövlət ümumilikdə təsirlər zamanı 
müəyyən  olunan  siyasi  bir  quruma  çevrilir.  Dövlətin 
vəzifələrindən  biri  də  onun  tənzimləmə  funksiyasını  yerinə 
yetirməsi  zamanı  insanların  maraqları  arasında  koordinasiyanı 
müəyyən  etmək,  bağlılığı  üzə  çıxarmaq  və  maraqların 
istiqamətləndriliməsi  üçün  koordinasiyanı  təmin  etməkdən 
ibarətdir.  Dövlət  cəmiyyətlə  öz  əlaqələrini  çağırışlar, 
sifarişlər-cavablar  və  yerinə  yetirmələr  prinsipləri  əsasında 
qurur.  Dövlətin  norma  yaratmaq  funksiysının  tərkibində  həm 
də  araşdırmaq  və  tələbləri  yerinə  yetirmək  kimi  mühüm 
istiqamətlər  mövcud  olur.  Təbii  ki,  dövlət  insan  hüquqlarının 
ardıcıl  şəkildə  müdafiəsini  həm  də  insan  hüquqlarını  müdafiə 
etməklə  təmin  edir. Burada  icra,  icraya  nəzərat  və  müdafiə 
funksiyaları vəhdət şəklində həyata keçirilir.  
Siyasət  məfhumu,  xüsusilə  yuxarı  maraq  sferalarında, 
ümumiyyətlə, dövlətə bağlı olan, dövlət fəaliyyətini ifadə edən 
bir  anlayışdır.  Dövlət  siyasəti  sakinlərinin  maraq  daşıyıcısı 
cərəyanlarından, bu cərəyanları meydana gətirən hərəkətlərdən, 
aktlar  cəmindən,  zəncirvari  hadisələr  toplusundan  ibarətdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə