Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   20   21   22   23   24   25   26   27   ...   102

 
70 
 
milli  maraqların  müdafiəsinə  və  inkişafına  əsaslanır.  Dövlətin 
xarici  siyasəti  ideallığın  qorunması  məqsədini  güdür,  eləcə  də 
real maraqların ödənilməsinə söykənir.  
 
Xarici siyasətdə dövlətin məqsədi 
 
Bir  daha  vurğulamaq  məqsədəuyğundur  ki,  siyasət 
münasibətləri  və  əlaqələri  tənzim  edən  fəaliyyətdir  və 
münasibətlərlə,  eləcə  də  əlaqələrlə  meydana  gələn  aktdır. 
Siyasət  tərəflər  arasında  əlaqələrdə  və  münasibətlərdə 
təzahür  edir  və  tərəflərin  maraq  və  mənafeləri  uğrunda 
hərəkətləri  istiqamətləndirir.  Siyasət  anlayışı  ümumilikdə 
təsəvvürlərdə  mücərrəd  olsa da, əslində  konkret hərəkətlərdə 
təzahür  edəndir.  Münasibət,  əlaqə-fəaliyyət  və  siyasət 
anlayışları  qarşılıqlı  olaraq  bir-birini  şərtləndirir.  Bu 
anlayışlar və vəziyyətlər bir-birinin içərisindən meydana gəlir 
və  biri  digərini  şərtləndirir.  Münasibət,  əlaqə  və  bunlardan 
irəli  gələn,  eləcə  də  münasibətləri  və  əlaqələri  təşkil  edən 
fəaliyyət-  siyasət-  müəyyən  məqsədlər  uğrunda təşkil olunur. 
Dövlətin daxili siyasəti və xarici siyasəti onun daxili və xarici 
ə
laqələrini  meydana  gətirir,  komponentlərini  bir-birinə 
bağlayır.  Xarici  siyasət  fəaliyyəti  iki  və  çoxlu  sayda  dövlət 
arasında  beynəlxalq  münasibətləri  və  əlaqələri  meydana 
gətirir.  Dövlətin  daxili  və  xarici  məqsədləri  arasında 
təsnifatlanma  vardır  və  bu  təsnif  oluma  təbii  ki,  müəyyən 
sahələr üzrə qruplaşmanı üzərə çıxarır.  
Məqsəd  hər  bir  şəxsdə,  şəxslər  qrupunda  (sosial-siyasi  və 
mədəni  birliklərdə,  hərbi  birliklərdə,  təşkilatlarda  və  s.) 
mövcuddur  və  bu  immanentdir  (daxildən  gələndir)  və  xarici 
təsirlərdən  də  formalaşandır,  bioloji  və  mənəvi  xüsusiyyət  və 
keyfiyyətdir. Məqsəd daxili və xarici istiqamətli olmaqla, baza 
etibarilə daxilə xidmət etməklə kompleks əhəmiyyət kəsb edir. 
Məqsəd  tərkib  baxımından  maraqlarla,  ehtiyaclarla  və 
bunlardan  irəli  gələn  tələbatlarla  üst-üstə  düşür.  Məqsəd 


 
71 
 
insanlarda,  təşkilatlarda  müəyyən  gələcək  hədəfləri  müəyyən 
edən  başlıca  hədəfdir.  Məqsədlərin  yerinə  yetirilməsi 
(məqsədlərə  çatmaq)  hərəkətlərlə  müəyyən  olunur.  Hərəkətlər 
məqsədlərə  çatmaq  yollarını  və  istiqamətlərini  müəyyən  edir. 
Hərəkət  istəklərdən,  arzulardan  və  məqsədlərdən  başlayır. 
Məqsəd  hərəkət  və  fəaliyyət  istiqamətlərinin  əsas  stimulverici 
xüsusiyyətidir. Hərəkətlərin düzgün istiqamətlərə yönəldilməsi 
məhz  qarşıya  qoyulan  məqsədlərlə  bağlıdır.  Məlumdur  ki, 
dövlət  də  öz  daxilində  müxtəlif  sahələri  əhatə  edən  siyasət 
istiqamətlərini  əks  etdirən  bir  qurum  və  siyasi  təsisat  olaraq 
şəxslərdən və fərdlərdən təşkil olunubdur. Dövlətin məqsədi də 
məhz  şəxslərin  (fərdlərin)  məqsədlər  toplusundan  ibarətdir. 
Dövlət  şəxslərin  məqsədlərinin  stimullaşdırılmasını,  sistem-
ləşdirilməsini təmin edir. Dövlətin məqsədi bu baxımdan, yəni 
onun  üzvlərinin  məqsədlərini  təmin  etmək  baxımından, 
universal  əhəmiyyət  kəsb  edir,  vahid  formaya  malik  olur. 
Dövlət fərdi məqsədləri, sadə və mürəkkəb məqsədləri özündə 
əks  etdirir,  cəmləşdirir  və  bundan  da  ümumi  (universal) 
məqsədlər  meydana  gəlir.  Dövlət  həm  fərdi  əsaslarla,  həm  də 
cəm  şəkilində  məqsədlərin  qruplaşmasını  və  sistemləşməsini 
(rəsmi-hüquqi  formalara  salınmasını)  yerinə  yetirir.  Dövlər 
daxili  siyasətdə  və  xarici  siyasətdə  ayrı-ayrı  sahələri  tənzim 
etmək üçün müvafiq normalar qəbul edir və normaların icrasını 
təmin  edir.  Buradan  da  dövlətin  nizamasalma  funksiyası 
meydana  gəlir.  Sakinlərn  (əhalinin,  vətəndaşların)  məqsədləri 
birləşir  və  vahid  dövlət  məqsədlərini  yaradır.  (Qeyd:  siyasi  və 
ictimai  məqsədlər  dövlətlər  üçün  hüquqları  meydana  gətirir. 
Dövlət  ona  məxsus  olan  hüquqlardan  istifadə  edərək 
səlahiyyətlərini  və  vəzifələrini  müəyyən  edir.  İnsanların 
məqsədlərinin qorunması təbii ki, dövlətin vəzifəsinə çevrilir. 
Dövlət  bu  məqsədlərin  yerinə  yetirilməsində  məsuliyyət 
daşıyıcı  tərəfə  çevrilir.  Bu  məsuliyyət  daşıyıcılıq  dövlətlərdə 
müəyyən  proteksionizm  siyasətini  reallaşdırmağa  imkan 
verir. İnsanların maraqlarının ödənilməsi təminatının həyata 


 
72 
 
keçirilməsinin zəruri kriteriyaları dövlətlərə hüquqlar qazan-
dırır.  Dövlətlər  proteksionizm  siyasətini  həyata  keçirərkən, 
şə
rait  tələb  etdikdə,  zəruri  müdafiə  məqsədilə  zor  tətbiq 
etmək, qüvvə nümayiş etdirmək məcburiyyətində qalırlar. Bu, 
onların təbii hüquqlarıdır. Hər bir dövlətin hüququndan irəli 
gələrək,  özünümüdafiə  vəzifəsi  və  səlahiyyəti  vardır. 
Özünümüdafiə  vəzifəsi  də  xalqın-vətəndaşların  hüquqla-
rından  irəli  gəlir.  Dövlətin  vəzifəsi  əhalisinin  hüquqlarını 
təmin etməkdirsə, onda bu vəzifəni yerinə yetirmək iqtidarını 
–qabiliyyətini itirməməlidir. Dövlət bu vəzifəsinə və funksiya-
sına  xələl  gətirən  ünsürləri  zərərsizləşdirmək  hüququna 
malikdir. Buradan da belə bir məntiqi fikir bildirmək olar ki, 
xalqın  iradəsi  naminə,  xalqın  mövcudluğu  və  daima  inkişaf 
şə
raitində  yaşamsı  naminə  dövlətin  mövcudluğu  və  güclü 
fəaliyyəti  labüddür).  Kənardan  yanaşdıqda  (müşahidə  qənaəti 
ilə)  belə  bir  nəticəyə  gələ  bilərik  ki,  dövlət  tərkib  hissələri 
özündə toplamaqla vahid bir qurum kimi vahid və ümumi bir 
marağa  sahib  olur.  Ümumi  marağın  tərkibi  də  olduqca 
zəngindir və ayrı-ayrı elementlərdən təşkil olunubdur. Təbii ki, 
bu  vahid  məqsədin  tərkibində  çoxlu  sayda  sadə  və  mürəkkəb 
məqsədlər  vardır.  Məqsədlərin  də  təsnifatı  (dərəcələnməsi) 
proseslərinin  mövcudluğu  onun  ünsürlərinin  imkanlarına  və 
potensialına bağlı olur. Dövlətin məqsədi onun fəaliyyətinin və 
mövcudluğunun  əsaslarını  təşkil  edir.  Məqsədləri təmin etmək 
hərəkətləri  dövlətin  fəaliyyətini  meydana  gətirir  və  dövlət 
xarici  və  daxili  siyasət  sferalarında  kompleks  əhəmiyyət  kəsb 
edən  sistem  yaradır.  Dövlət  daxili  və  kənar  hərəkətlərin  əsas 
subyektlərinə  çevrilir.  Məhz  məqsədlər  sayəsində  dövlətin 
maraqları  inkişaf  edir  və  hərəkətlərin  sferası  böyüyür.  İnkişaf 
özü də məqsədlərin genişlənməsinə xidmət edir.  
Dövlət  xarici  siyasətini  öz  məqsədinə  görə  təşkil  edir. 
Dövlətin  məqsədlərinin  çoxtərəfliliyi  təbii  ki,  onun  hərəkət-
lərinin də çoxtərəfliliyini meydana gətirir. Eyni zamanda xarici 
siyasətin  həyata  keçirilməsi  proseslərinin  müəyyən  mərhələ-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə