Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   19   20   21   22   23   24   25   26   ...   102

 
67 
 
Bunun  üçün  insan  hüquqlarının  mahiyyəti  öyrənilir,  tədris 
olunur,  cəmiyyyətlər  maarifləndirilir.  Hər  bir  kəsin  öz 
hüququnu  bilməsi  amili  əhəmiyyət  kəsb  edir.  Dövlətlər 
beynəlxalq  tədbirlərdə  insan  hüquqları  məsələsini  müzakirə 
edirlər  və  öz  siyasətlərinin  mərkəzində  də  insan  hüquqlarını 
görürlər. İnsanlıq bəşəri siyasətin qayəsini təşkil edir.  
Bəşəri  problemlərin  həllinə  birgə  yanaşmaq,  gücləri 
birləşdirmək naminə xarici siyasət reallaşdırılır. 
Dünya  xalqlarını  bir-birinə  yaxınlaşdırmaq  və  bəşəri 
dəyərlərə  birgə  sahib  olmaq  və  bəşəri  dəyərləri  birgə  şəkildə 
qorumaq  istəklərindən  və  zərurətdən  də  dövlətlər  arasında 
xarici siyasət həyata keçirilir.  
Xarici  siyasətin  həyata  keçirilməsində  zəruri  addımlardan 
biri  də  qanunvericilik  və  islahatlar  sahəsində,  strukturlaşmada 
dünya  təcrübəsinin  öyrənilməsini  və  təcrübə mübadilələrinin 
həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bu siyasət, yəni 
təcrübə  mübadiələlərini  birləşdirmək  də  dünya  siyasətinin 
vahid  məzmununu  formalaşdırmaq  məqsədini  güdür.  Xarici 
siyasətin məqsədi beynəlxalq sistemin tərkibi kimi digər sistem 
strukturlarından  inkişaf  baxımından  çox  geri  qalmamaqdan 
ibarətdir.  Bu  baxımdan  da  vahid  dünya  insanı  ideologiyası 
baza  olaraq  xarici  siyasətin  qayəsinə  çevrilir.  Xarici  siyasət- 
insan  hüquqlarının  təmin  olunması  baxımından  iki  mühüm 
istiqamətdə  həyata  keçirilir:  birincisi,  beynəlxalq  hüquq 
normalarının  öyrənilməsi,  beynəlxalq  sənədlərin  daxili 
sənədlərlə  uyğunlaşdırılması;  ikincisi  isə  beynəlxalq  təcrü-
bənin  öyrənilməsi  və  onun  daxili  hüquqla  əlaqələndirilməsi 
və  nümunəvi  modellər  şəkilində  tətbiq  olunması.  Xarici 
siyasəti  icra  edən  strukturların  başlıca  funksiyası  bu 
istiqamətləri  birləşdirmək  və  onlar  arasında  sıx  əlaqəni 
yaratmaqdan ibarətdir.  
Ümumiyyətlə,  xarici  siyasətin  zəruriliyini  şərtləndirən 
çoxlu sayda  istiqamətlər  vardır və  bu istiqamətlərin çoxalması 
və  daima  genişlənməsi  prosesləri  həyata  keçirilir.  Dünya 


 
68 
 
dövlətləri inkişaf etdikcə, daxili resurslar artdıqca xarici siyasət 
də  genişlənir.  Bu  genişlənmə  proseslərinin  şərtləndirici  tərkibi 
də genişlənir. Hər bir istiqamət müəyyən zərurətdən formalaşır. 
Bu baxımdan da baza münasibətlərə və əlaqələrə xidmət edən 
üst  istiqamətlər  meydana  gəlir.  Məsələn,  beynəlxalq  yığın-
caqların,  o  cümlədən  elmi  konfransların,  simpoziumların, 
beynəlxalq  səviyyəli  yığıncaqların-konqreslərin,  forunmların, 
sammitlərin  keçirilməsi  məhz  baza  beynəlxalq  münasibətlərin 
inkişafına  və  möhkəmlənməsinə  xidmət  edir.  Dövlətlər 
arasında  rabitə,  nəqliyyat,  mədəniyyət,  informasiya  müba-
dilələri sahəsində çoxlu sayda münasibət və əlaqə istiqamətləri 
formalaşır.  Bu  istiqamətlər  təbii  ki,  beynəlxalq  münasi-
bətlərin  komplekslilyini  ortaya  çıxarır.  Üst  qatı  əhatə  edən 
tədbirlər baza münasibətlərin qorunmasına və inkişafına xidmət 
edir.  
Xarici  siyasətin  təkmilləşdirilməsi  prosesləri  həm  də  ona 
görə  həyata  keçirilir  ki,  əlaqələr  və  münasibətlər  də 
sadələşdirilsin.  Xarici  siyasəti  həyata  keçirən  qurumlar  kimi 
dövlətlər  və  təşkilatlar  çıxış  edirlər.  Bunlar  xarici  siyasətin 
birbaşa  və  vasitəli  əsaslarını  meydana  gətirir.  Xarici  siyasət 
dövlətə  aid  olduğundan  baza  etibarilə  dövlətin  iştirakı  və 
köməkliyi  ilə  həyata  keçirilir.  Dövlətlərin  yaratdıqları şəraitlər 
sayəsində  müasir  dövrdə  xalqlar  və  dünya  sakinləri  arasında 
birbaşa  əlaqələr  qurulur,  münasibətlər  formalaşır.  Beynəlxalq 
rəyin  formalaşmasında  artıq  insanların  özləri  də fərdi  qaydada 
iştirak  edirlər.  Dövlətlər  xarici  siyasət  həyata  keçirməklə 
vətəndaşlşarının dünya sakini kimi maraqlarını da qoruyurlar. 
“Dünya  hər  bir  sakinindir.  Sakin  və  onun  fəaliyyəti  də 
dünya  üçündür”.  Yəni,  komponent  bütövə,  bütöv  də 
tərkibə xidmət edir. Bu yanaşmadan irəli gələrək hesab etmək 
olar  ki,  sakinlərin  ümumdünya  maraqlarının  qorunmasında  və 
maraqların  təmin  olunmasında  dövlətlər  maraq  göstərirlər  və 
bu,  onların  birbaşa  maraq  və  mənafelərinə  xidmət  edir. 
Dövlətlər özlərindən yuxarıda vətəndaşlarını, əhalisini görürlər. 


 
69 
 
Xarici  siyasətin  bu  mahiyyətindən  onun  qlobal  əhəmiyyət 
kəsb etməsi zərurəti də ortaya çıxır. Dövlət, bu baxımdan, ona 
görə beynəlxalq münasibətlərə qoşulur ki, dünyanın inkişafında 
və bəşəri dəyərlərin qorunmasında iştirak etsin və öz töhfələrini 
versin. Dünyanın hər bir məkanı hər bir vətəndaşın istifadəsinə 
verilə  bilər  prinsipi  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 
baxımdann  da  dövlətin  xarici  siyasətində  “humanizm” 
prinsipləri  formalaşır  və  bu,  başlıca  məqsədə  çevrilir.  Onu  da 
nəzərə  almaq  lazımdır  ki,  humanizm  siyasəti  olmadan  dövlət 
vəhşi  bir  qurum  olar  və  böyük  dövlətlər  tərəfindən  tez 
“udular”.  Böyük  dövlətlərin  qeyri-humanist  siyasəti  isə  qlobal 
fəlakətlərə  gətirib  çıxara  bilər.  Qarşıdurmalar  artar,  dünya 
sabitliyi pozular. Dövlətlər beynəlxalq səviyyədə özlərini idarə 
etməyi  bacarmayanda,  ədalət  prinsiplərini  pozanda,  etik 
davranış  nümayiş  etdirməyəndə  müəyyən  təzyiqlərə  məruz 
qalır və beynəlxalq  humanitar  intervensiya (müdaxilə) amili 
ortaya çıxır. Humanitar intervensiya da başlıca olaraq bir və ya 
bir  neçə  qrupun,  toplumun  hüquqlarının  pozulmasına  qarşı 
yönəldilmiş  akta  çevrilir.  Beynəlxalq  münasibətlər  məhz 
beynəlxalq 
ictimaiyyət 
tərəfindən 
dövlətlərin 
daxili 
siyasətlərinə müdaxilə etmək imkanlarını qazandırır.  
Dünya  bütövlüyü  ideyasından  çıxış  edərək,  hesab  etmək 
olar  ki,  insanların  maraqları  ümumən  dövlət  sərhədlərini 
tanımır,  bəşəri  əhəmiyyət  kəsb  edir  və  məkandan-məkana 
keçir.  Xarici  siyasət  də  məkandan-məkana  keçərək  insanların 
da  maraqlarını  məkanlardan-məkanlara  daşıyır  və  hər  bir 
məqamda  təmin  etmək  funksiyasını  və  vəzifəsini  öz  üzərinə 
götürür.  Deməli,  xarici  siyasət  məkanlardan-məkanlara 
keçən  və  bununla  da  məkanlar  arasında  konkret  və  xəyali 
xətlər yaradan aktlardan ibarətdir.  
Dövlətin  xarici  siyasəti  həm  milli  mənafelərə  söykənir, 
həm  də  qlobal  məzmuna  malik  olur.  Bu  iki  istiqamət  dövlətin 
regional  və  qlobal  istiqamətli  siyasətini  ortaya  çıxarır.  Dövlət 
qlobal  sferada  öz  milli  maraqlarını  qoruyur.  Qlobal  maraqlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə