Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   27   28   29   30   31   32   33   34   ...   102

 
91 
 
Başlıca məqsəd də hansı dövlətdə və cəmiyyətdə yaşamasından 
asılı  olmayaraq  insana  xidmət  amili  ortaya  çıxarmaaqdan 
ibarətdir.  Beynəlxalq  təşkilatlar  çalışırlar  ki,  dövlətlərin  daxili 
qanunvericiliklərində  də  ədalət  normaları  öz  əksini  tapsın. 
Məsələn,  “Qadınlara  qarşı  zorakılığın  və  məişət  zorakılığının 
qarşısının  alınması  və  onlarla  mübarizə  haqqında  Avropa 
Şurasının Konvensiyası”nın 4-cü maddəsində yazılır ki, tərəflər 
hər  kəsin,  xüsusilə  də  qadınların  həm  ictimai,  həm  də  şəxsi 
həyatda zorakılıqdan azad yaşama hüququnu təşviq və müdafiə 
etmək  üçün  zəruri  qanunvericilik  tədbirləri  və  digər  tədbirlər 
görürlər: 
milli 
konstitusiyalarında 
və 
digər 
müvafiq 
qanunlarında  qadınlarla  kişilərin  bərabər  olması  prinsipini 
təsbit etmək və bu prinsipin təcrübədə tətbiqini təmin etmək və 
s.
1
 Bu  ədalət  mövcudluğun,  varlığın  yaşamasına,  qorunmasına 
və  inkişaf  etməsinə  xidmət  edən  baza  ideoloji  amil  rolunu 
oynayır.  Dövlətlərin  özlərinin  yaratdıqları  təşkilatlar  özlərinə 
  nəzarət  edirlər.  Beynəlxalq  təşkilatlar  dövlətlər  arasında 
əlaqlər  yaratmaqla,  onların  daxili  siyasətlərini  uzlaşdırmaqla 
bərabər,  həm  də  bir  nəzarət  funksiyasını  yerinə  yetirirlər. 
Buradan  da  belə  bir  məntiqi  fikir  ortaya  çıxır  ki,  dövlətlər 
beynəlxalq münasibətlər sahələrinə qoşulmaqla, öz üzərlərində 
nəzarətedən  qurumları  və  vasitələri  meydana  gətirirlər.  Bu 
baxımdan da dövlət daxildən və kənardan nəzarət edən və eyni 
zamanda  nəzarət  olunan  (daxildən-cəmiyyətləri  tərəfindən 
dövlət  hakimiyyətlərinə  nəzarət  olunur)  bir  qurumdur.  Bu  iki 
istiqamətli  nəzarət  formulası,  metodu  və  onlar  arasında 
birləşmə  koordinatları  və  xətləri  dövlətləri  beynəxalq  münasi-
bətlərdə  və  dünya  siyasətində  taraz  vəziyyətdə  saxlayır  və 
dövlətlərin dünya siyasəti müstəvisində inkişafları təmin olunur. 
Dövlətə  daxildən  və  xaricdən  olunan  nəzarət  və  onun 
istiqamətləri (bu, həm də idarəetmə deməkdir) bir növ “kürəni 
havada saxlayan dartılıb-uzanan iplər” rolunu oynayır. Bu kürə 
                                                 
1
 “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və 
onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyası” Maddə 4-Əsas 
hüquqlar, bərabərlik və ayrı-seçkiliyə yol verməmə.  


 
92 
 
iplər  hesabına  havada  qalaraq  hərəkət  vəziyyətində  olur. 
Hərəkət  vəziyyətləri  də  dövlətlərə  inkişaf  etmək  imkanlarını 
yaradır.  İplər  bir  sistem  xətləri  kimi  əhəmiyyət  kəsb  edir  və 
dövlətin  mövcudluğunu  təmin  edir.  Buradan  da  belə  bir 
məntiqi  nəticə  ortaya  çıxır  ki,  dövlətdaxili  münasibətlər  və 
beynəlxalq  münasibətlər  sistemi  dövlətin  varlığını  əks  etdirən 
kompleks amillərdir və kriteriyalardır.  
Dövlətin  iki  baza  istiqamətli  fəaliyyəti  sayəsində  daxili 
siyasətlə  xarici  siyasət  arasında  bir  əlaqəlililk  və  bütövlük 
meydana  gəlir.  Daxili  siyasətin  vəzifəsi  ilə  xarici  siyasətin 
vəzifəsi  arasında  birləşmə  ortaya  çıxır  və  dövlətin  hər  iki 
fəaliyyət  sahəsində  maraqları  bütövləşir.  Bu  bütövləşmədən 
obyektlər  arasında  da  müəyyən  oxşarlıqlar,  uyğunluq  halları 
yaranır. İki istiqamətli siyasət sayəsində dövlətin daxili siyasəti 
ilə onun beynəlxalq münasibətləri arasında uyğunluq meydana 
gəlir. Hər iki siyasət istiqamətləri bir-birini tamamlayır.  
Dövlət  daxili  siyasətini  xarici  siyasəti  ilə  uzlaşdırdıqda 
ümumi  beynəlxalq  münasibətlərin  öhdəliklərini qəbul edir.  Bu 
öhdəliklərin  qəbul  edilməsi  təbii  ki,  beynəlxalq  sənədlərə 
qoşulmalar  yolu  ilə  və  daxili  qanunvericilik  aktlarını  bu 
sənədlərə  uyğunlaşdırmaq  yolu  ilə  həyata  keçirilir.  (Qeyd: 
dövlətlərin,  onların  konstitusiyalarından  və  referendum  yolu 
ilə  qəbul  olunmuş  aktlarından  başqa,  digər  qanunvericilik 
sənədləri  ilə  tərəfdar  olduqları  beynəlxalq  sənədlər  ziddiyyət 
təşkil  etdikdə,  onlar  beynəlxalq  sənədi  əsas  götürürlər. 
Məsələn,  Azərbaycan  Respublikası  Konstitusiyasının  151-ci 
maddəsi  də  bu  məsələləri  tənzim  edir.  Bu  hal  beynəlxalq 
birliyin  və  etimadın  əsaslarından  irəli  gəlir.  Burada 
konstitusiya  və  referenduma  üstünlük  vermə  amili  isə 
dövlətləri  bir  bütöv  kimi  beynəlxalq  münasibətlərdə  öz-
özlərini  müstəqil  səlahiyyətli  qurumlar  kimi  saxlamaq 
siyasətlərindən  irəli  gəlir.  Dövlətlər  beynəlxalq  münasibət-
lərdə  tam  asılılıq  rejimini  qəbul  etmirlər  və  yalnız  yumşaq 
nəzarətə  üstünlük  verirlər.  Siyasətin  əhəmiyyət  dərəcəsində 
birinci  yerdə  daxili  siyasət,  ikinci  yerdə  isə  xarici  siyasət 


 
93 
 
dayanır.  Xarici  siyasət  də  daxili  siyasətə  xidmət  edir). 
Uzlaşma  sayəsində  siyasətin  icrası  zamanı qəbul  edilən hüquq 
normaları  ədalət  prinsiplərini  özündə  əks  etdirir.  Dövlətin 
beynəlxalq  münasibətlərə  qoşulması  və  onun  şərtlərinin  öz 
daxili  siyasətində  öhdəlik  kimi  qəbul  eməsi  dövlətin 
beynəlxalq  birlik  içərisində  inam  və  etibarını  artırır.  Dövlət 
beynəlxalq  münasibətlərə  qoşulduqda  özünün  beynəlxalq 
münasibətlərin  subyekti  kimi  əhəmiyytini  artırmı  və  önə 
çəkmiş  olur.  Dövlət  beynəlxaql  münasibətlər  sahəsində 
öhədliklər qəbul etməklə və öhdəlikləri yerinə yetirməklə baza 
etibarilə  özünü  etibarli  tərəfdaş  kimi  tanıtdırmaq  məqsədlərini 
güdür.  Dövlət  beynəlxalq  münasibətlərlə  öz  xarici  siyasətini 
uzlaşdırdıqda  demək  olar  ki,  özünü  də  beynəlxalq  münasibət-
lərdə  təcrid  olunmuş  vəziyyətdə  hiss  etmir.  Uzlaşdırma 
(uyğunaşdırma)  sayəsində  beynəlxalq  münasibətlərin  bütöv-
ləşməsi  prosesləri  meydana  gəlir.  Uyğunlaşdırmadan  ortaya 
çıxan vəziyyətlərdən irəli gələrək yaranmış etibarlılıq vəziyyəti 
dövləti daha  geniş  aspektdə beynəlxalq münasibətlərin üzvünə 
çevirir  və  dövlət  öz  resurslarını  daha  da  artırmaq  imkanları 
qazanır.  Yəni  dövlət  inanılan  tərəfdaşa  çevrilməklə  xarici 
tərəfdaşları və əməkdaşları özünə cəlb edir.  
Hər  bir  dövlət  beynəlxalq  münasibətlərə  uyğunlaşma 
siyasətini  iki  istiqamətdə  həyata  keçirir:  birincisi,  hüquqi 
aspektlərdir  ki,  dövlətlər  çalışırlar  ki,  öz  daxili  qanun-
vericiliklərini  beynəlxalq  sənədlərlə  (konvensiyalarla)  uyğun-
laşdırsınlar. İkincisi, siyasi əhəmiyyət kəsb edir ki, dövlətlər də 
çalışırlar  ki,  öz  siyasətlərinin  mahiyyətilərini  beynəlxalq 
aləmdə  tanıtdırsınlar.  Beynəlxalq  birliyin  tərəfdaşları  kimi 
özlərini sübut etdirmiş olsunlar. Beynəlxalq təcrübə məsələləri 
də burada xüsusi önəm kəsb edir.  
Daxili  siyasətin  beynəlxalq  siyasətlə  uyğunlaşdırılması 
zamanı  dövlət  beynəlxalq  siyasətin  tərkib  subyektinə  çevrilir. 
Eyni  zamanda  daxili  siyasət  qanunvericiliyi  aktları  beynəlxalq 
hüquqla  vəhdət  təşkil  edir.  Bu  zaman  tərkib  (yəni  dövlətin 
daxili siyasəti) ilə vahid (beynəlxalq siyasət) arasında bütövlük 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə