51
Onlardan bir qrupu dedi ki, biz belə etiraz edərik:
«Bir başçı siz seçin və bir başçı da biz seçək. Bu təklifdən
başqa heç bir təklifi qəbul etmərik.» Səd ibn Ubadə
Mədinə müsəlmanlarının bu söhbətini və tərəddüdünü
eşidəndə dedi: «Bu, süstlüyün başlanğıcı və beyətə qarşı
olan ilk müxalifətçilikdir». (İbn Əbil Hədid «Şərhi-
Nəhcül-bəlağə» VI c, səh. 6)
2.Ömər və Əbu Bəkrin iztirabı və Əbu Bəkrin
nitq söyləməsi
Ömər ibn Xəttab bu məsələni eşitdikdə Əbu Bəkr
üçün xəbər göndərdi ki, tez evdən çıxıb yanıma gəl. Əbu
Bəkr isə cavabında: «Hələ işim var. Sonra gələrəm»,-dedi.
Ömər ikinci dəfə Əbu Bəkrə xəbər göndərdi ki, elə
bir hadisə üz vermişdir ki, sən gərək orada olasan, hökmən
gəl.
Əbu Bəkr qalxıb Ömərin yanına getdi. Ömər onu
görən kimi dedi:
__
Məgər bilmirsən ki, mədinəlilər Bəni-Saidə
səqifəsində yığışıb istəyir ki, xilafəti Səd ibn Ubadəyə
tapşırsın? Onların arasında ən yaxşı və sayılan şəxslərin
təklifi bu idi ki, bir nəfər biz, bir nəfər də siz tərəfdən
seçilməlidir.
Əbu Bəkr qorxuya düşdü. Ömərlə birlikdə tələsik
səqifəyə gəldilər. Əbu Übeydeyi Cərrah da onlarla birgə
idi. Səqifəyə daxil olanda orada çoxlu adam gördülər.
Ömər deyir:
__
Mənim fikrimdə olan söyləyəcəyim sözlərin
hamısını Əbu Bəkr öz nitqində söyləyəcək.
O, Allaha həmd və şükr edəndən sonra yenidən
sözünə başladı:
«Böyuk Allah Mühəmməd(s)-i xalqa peyğəmbərlik,
risalət və hidayət etmək üçün seçmişdi. Onu öz ümmətinə
52
şahid etdi ki, ümməti yeganə olan Allaha sitayiş edib hər
növ şirkdən uzaqlaşsın. Bir halda ki, adamlar özləri üçün
cürbəcür allahlar seçib onlara pərəstiş edirdilər. Belə başa
düşürdülər ki, bu məbudlar öz pərəstişkarlarını şəfaət edib
onlara mənfəət yetirəcək, amma həqiqətdə isə onlar daşdan
və ağacdan yonulmuşdular».
Sonra o, sözünə davam edərək bu ayəni oxudu:
«Allahdan başqa elə şeylərə pərəstiş edirlər ki, nə
onlara ziyanı, nə də onlara bir xeyri var». («Yunis», 18).
Öz ata-babalarının dinini tərk edib atmaq ərəblərə
ağır gəldiyindən Allah-təala Peyğəmbər(s)-i təsdiq edib
ona iman gətirmək imtiyazını Həzrət(s)-in qəbiləsindən
olan ilk mühacirlərə nəsib etdi. Onlar fədakarlıqla onu
himayə edərək çətin bir şəraitdə müşriklərin əzab və
əziyyətinə səbirlə qatlaşdılar. Mühacirlər Yer üzündə
Allaha və Peyğəmbər(s)-ə iman gətirib ona pərəstiş edən
ilk
şəxslər
olmuşlar.
Mühacirlər
Peyğəmbər(s)-in
dostlarından və xanədanından olanlardır. Peyğəmbər(s)-
dən sonra rəhbərlik etməyə ən layiqli adamlar da məhz
onlardır. Hər kim bu barədə onlara müxalif çıxsa,
zülmkardır. Siz, ey mədinəlilər, onların dindəki üstünlük
və islamdakı qabaqcıllığını inkar edən deyilsiniz. Allah-
təala sizi dinin və Peyğəmbər(s)-in köməkçiləri kimi qəbul
edib Rəsuli-əkrəm(s)-in mühacirətini sizə tərəf yönəltdi.
Peyğəmbərin zövcələrindən və səhabələrindən çoxu
sizlərdəndir. Əvvəlki mühacirlərdən sonra heç kim bizim
yanımızda sizin qədər əziz ola bilməz. Rəhbər bizdən,
vəzir isə sizdən seçilsin. Biz sizinlə məşvərət etməkdən
boyun qaçırmarıq».
3.Başqa bir əshabın söhbəti
53
Əbu
Bəkrin
nitqindən
sonra
Mədinə
müsəlmanlarından Hübab ibn Munzir ibn Cumuh ayağa
qalxıb dedi:
__
Ey Mədinə müsəlmanları, öz qərarınızda möhkəm
dayanın, çünki xalq sizin sayənizdə başını dolandırır. Heç
kimin sizinlə müxalifətçilik etməyə haqqı yoxdur. Sizin
icazəniz olmadan bir nəfər də rəhbəriyyətə sahib çıxa
bilməz. İzzət və əzəmət sahibi, eləcə də çoxluq təşkil edən,
güclü və möhtərəm olanlar sizlərsiniz. Xalq sizin
qərarınızla ayaqlaşır. Buna görə də bir-birinə qarşı etiraz
etməyin ki, bütün işləriniz korlanar. Əgər onlar
(mühacirlər) dediyim sözləri qəbul etməsələr, onda bizim
qərarımız budur ki, bir nəfər sizdən, bir nəfər də bizdən
rəhbər seçilsin.
Bu zaman Ömər ibn Xəttab qalxıb dedi:
__
Heyhat! Heç vaxt iki qılınc bir qında yerləşməz.
Mühacirlər razı olmazlar ki, siz mədinəlilər onların rəhbəri
olasınız. Ona görə ki, Peyğəmbər(s) sizin qəbilənizdən
deyildir, ancaq ərəblər həzrəti-Mühəmməd(s)-in mənsub
olduğu qəbilənin rəhbərliyinə etiraz etməz. Peyğəmbər(s)-
ə məxsus olan rəhbərlik məqamını ələ keçirmək üçün
bizimlə döyüşən kimdir? Bir halda ki, biz Rəsuli-əkrəm(s)-
in dostlarından və onun qohumlarındanıq.
Bu vaxt Hübab ibn Münzir yenə ayağa qalxıb cavab
verdi:
-Ey mədinəlilər, öz sözünüzün üstündə möhkəm
durun. Bu şəxsin (Ömər) və əshabının sözünü qəbul
etməyin ki, sizi fikrinizdən döndərməsinlər. Əgər müxalif
olsalar, onları öz şəhərimizdən qovun. Çünki xilafətə siz
layiqsiz. Onları Mədinədən çıxartmaq sizin qılıncınızdan
asılıdır. Xalq bu işdə sizinlə əlbir və sizə arxadır. Mən bu
yolda möhkəm və yıxılmaz bir sütun kimi dayanmış,
54
dəvələrin yatağında öz çirkin bədənlərini qaşımaq üçün
basdırılmış dirək kimi (xilafət işlərini qaydaya salmaq
üçün) müqavimət göstərərəm. Mən heç kimdən qorxmayan
şir ürəkli bir adamam. Allaha and olsun! Əgər istəsəniz,
mən onun (Ömərin) qollarını arxasına çataram.
Ömər ibn Xəttab dedi:
__
Onda Allah səni öldürsün.
Hübab cavab verdi:
__
Allah səni öldürər.
22
.
Bu zaman Əbu Übeydeyi Cərrah məclisdəkiləri sülhə
çağırdı:
__
Ey Mədinə müsəlmanları! Siz Peyğəmbər(s)-ə
(Mədinədə) kömək edən ilk şəxslər olmuşsunuz. Barı indi
İslam hökumətini bir-birinə vurmaqda birinci olmayın.
Noman ibn Bəşirin atası Bəşir ibn Səd irəli çıxıb:
«Ey mədinəlilər! Bilin ki, Mühəmməd(s) Qüreyş
qəbiləsindəndir. Onun qohum-əqrabası o Həzrət(s)-ə daha
yaxındır. Məni xilafət məsələsində onlarla müxalif
bilməyin»,
__
deyə söylədi.
4.Əbu Bəkrin qərarı və ona beyət
Bu vaxt Əbu Bəkr ayağa durub təkrar etdi:
__
Bu, Ömər və Əbu Übeydiyyədir. Onlardan birinə
__
hansına istəyirsiniz, beyət edin.
Ömərlə Əbu Übeydə dedilər:
__
Allaha and olsun ki, xilafətə gəlmək üçün səndən
qabağa keçmərik. Sən mühacirlərin ən yaxşısı, dinin ən
gözəl qanunu olan namazın bərqərar olunmasında
Peyğəmbər(s)-in canişinisən. İndi əlini uzat ki, biz sənə
beyət edək.
Əbu Bəkr Ömərə və Əbu Übeydeyə beyət etmək
üçün əlini uzatdıqda Bəşir ibn Səd: «Əbu Bəkrə beyət
22
İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə»VI c, səh. 8,10.
Dostları ilə paylaş: |