63
Məsciddə heç kimi görməyib Peyğəmbər(s)-in evinə
yollandım. Qapı bağlı idi. Dedilər, Allahın Rəsulu(s) vəfat
edib, mübarək peykərini
27
kəfənə tuturlar. Qüsl vermək
üçün təkcə Əhli-beyti onun yanındadır. Soruşdum ki, bəs
camaat haradadır?
Mənə belə cavab verdilər:
__
Camaat Bəni-Saidə səqifəsində mədinəlilərin
toplanışna gedib.
Mən özümü Səqifəyə yetirdim. Əbu Bəkr, Ömər,
Müqeyrə, Əbu Übeydeyi-Cərrah və Qureyşdən olan daha
bir neçə nəfəri orada gördüm. Mədinəlilərin arasında Səd
ibn Dilhəm və onların şairi Həssan ibn Sabiti də orada
əyləşən gördüm. Qureyş və ənsarla xilafət barəsində söz
açdım. Heç birindən haqqı eşitmədim. Sonra Əbu Bəkrə
beyət etdilər.»
Daha sonra Əbu Züveyb gəldiyi yolla da geri qayıtdı.
O, Osmanın xilafəti zamanında dünyadan köçmüşdü.
6. Səqifə mərsiyələrində şerlər
Adı çəkilən alim (Übeydullah Əsəd Abadi) yenə
yazır ki, Nabiğeyi-Cuda
28
evindən çıxıb Peyğəmbər(s)-in
vəfatından sonra camaatın vəziyyətini xəbər aldı. İmran
ibn Həsi Səqifə toplanışı barədə ona şerlə cavab verdi.
Şerin məzmunu təxminən belədir:
«Əgər mən özümü o qalmaqal arasında tanısaydım,
bir qurbanlıq kəsərdim». (Vəziyyət bu qədər qarışmışdı).
Nabiğə soruşdu:
__
Həzrəti Əbülhəsən Əli (ə.s) neyləyir?
27
Peykər- bədəın, cüssə.
28
Nabiğə adı ilə məşhurlaşmış Qeys ibn Kəd cahiliyyət dövrünün
şairlərindən idi. İslamı qəbul edib müsəlman oldu. Müsəlman olmağı
ilə fəxr edib bu barədə şerlər oxuyurdu. Uzun ömür sürmüşdür.
(«Səfinətül-bihar» II c, səh.569.)
64
Ona cavab verdilər:
__
O, Rəsulallah(s)-ın mübarək cənazəsini dəfn
etməklə məşğuldur.
O zaman Nabiğə bir şer oxudu.Məzmunu belədir:
Bəni-Haşim xanədanından olan bu əslə (yəni
qabaqdan saçı tökülmüş) kişiyə
__
Əli(ə.s)-yə deyin ki,
xilafətin hörülmüş ipini açdın(yəni əldən verdin).Sən
Qureyşin başçısısan. Dünən sənə möminlərin əmiri kimi
salam verirdilər (Qədir-Xum əhvalatı), bu gün isə öz
əhdlərinə vəfa etmədilər. Təym ibn Mərrə övladları (Əbu
Bəkr və s.) əhd-peymanı pozub cəhənnəm atəşinə layiq
oldular. O (Əli (ə.s)) isə sabah
__
qiyamət günü onlarla
düşmənçilik edəcək.
Səqifə əhvalatının baş verdiyi gün mədinəlilərin
bayraqdarı Noman ibn Zeyd aşağıdakı şeri oxuyaraq
İslamda baş vermiş bu ixtilafa görə ağlayırdı. O, insanların
Peyğəmbər (s)-ə qarşı çıxmalarına çox təəssüf edib belə
deyirdi:
«Ey İslamın ölüm xəbərini verən, ayağa qalx, İslamın
əzasına otur. Çünki xeyir ölmüş, onun yerini isə şər
tutmuşdur. Qüreyş və Kəb tayfaları üçün qəbul edib rəhbər
seçdikləri şəxsdən başqa bir örnək yoxdur. Şəxsiyyətini
tanımadıqları halda Əli (ə.s) kimi simanı hakimiyyətdən
uzaqlaşdırdılar. Əli(ə.s)-nin vücudu gunəş kimi örtülməz.
Onun Allahın qüdrəti ilə yüksələn qiymətli və Tanrı
dərgahında böyük məqamı olan bayrağı heç vaxt
bükülməz. Onlar istəyirlər ki, Əli(ə.s)-nin nurunu örtməklə
zülmətlərini gizlətsinlər, lakin heç vaxt buna nail
olmayacaqlar.
Əli (ə.s) döyüşlərdə Qüreyşin sərdarı, onların faruqu
(yəni haqqı batildən ayıranı) və siddiqdir. O, Qureyşə
sevinc bəxş etmişdir.
65
Xilafəti bütün eniş və yoxuşlarda Allaha təkbir
söyləyib namaz qılan Əli(ə.s)-nin əlindən almağı namaz
qılmayan və təkbir deməyən ziyan verənlər (münafiqlər)
bunu dinin məsləhəti sandılar. Məhv olsun onlar ki,
şeytana uyub yollarından azdılar!
Həmin gün Ütbət ibn Əbu Süfyan ibn Əbdül
Mütəllib bu məzmunda şer oxudu:
«Əmr sahibi, rəhbər Peyğəmbər(s)-dən sonra həzrəti-
Əli(ə.s)-dir, çünki o, həmişə həzrəti-Mühəmməd(s)-lə bir
yerdə olmuş, sevincini, kədərini bölüşmüş Peyğəmbər(s)-
in yavəri idi. Əli (ə.s) Rəsuli-əkrəm(s)-in həqiqi vəsisi və
kürəkəni idi. O, Peyğəmbər (s) ilə namaz qılan və İslamı
qəbul edən ilk şəxsdir».
Peyğəmbər(s)-in əmisi Abbas o gün bu şeri oxudu:
«Bəni-Haşimdən
olmayan,
lakin
Bəni-Haşimə
göstəriş verən insanlara təəccüb edirəm. Bəni-Haşim
Peyğəmbər(s)-in zümrəsindəndir. Başqa tayfalar hörmətdə,
rəftar və alicənablıqda ona tay deyillər.
Ütbət ibn Əbi Ləhəb də şer oxudu:
«Bəni-Təym tayfası (Əbu Bəkr) xilafəti zülmlə ələ
keçirərək Əli(ə.s)-ni onun üçün qabaqcadan təyin olunmuş
rəhbərlikdən uzaqlaşdırdı, Əli(ə.s)-nin Peyğəmbər(s)-ə
olan qohumluğuna hörmət etməyib, onun elmi məqamına
(onun rəhbərliyinin əsas şərtidir) diqqət qoymadılar».
Übadət ibn Samitin oxuduğu şer belə idi:
« Niyə bu kişilər Əli(ə.s)-ni ona layiq olan xilafət
məqamından uzaqlaşdırdılar.? Məgər başqalarına görə
xilafət Əli(ə.s)-yə məxsus deyildimi?»
Bəni-Cəhm
xanədanından
olan
Əbdürrəhman
Hənbəlin baş vermiş hadisələrə şerlə münasibəti:
«Allaha and olsun! Lazım idi ki, dinin müdafiəçisi,
iffət və izzətdə məşhur, paklığa müvəffəq olmuş, alicənab,
66
doğruçu, imanda hamıdan qabaq olan Əli(ə.s)-yə beyət
edəydiniz. Həmin Əbül Həsənə, Əli(ə.s)-yə beyət edin ki,
o, eyibli, bu məqama layiq olmayan şəxsin tayı deyildir. O,
yeganə insandır ki, hamıdan ilkin Allah üçün namaz qılıb,
təqva yolunu tutmuşdur. Belə olan halda (əgər Əli(ə.s)-yə
beyət etsəniz) siz yolunuzu azandan sonra hidayət yoluna
qayıdıb
parçalanmağınıza
səbəb
olan
səhvləri
düzəldərsiniz. Əli(ə.s) sizə çətinliklərdə hamıdan çox
kömək edəcək. O, Fatimə binti Əsədin oğludur».
Zəfər ibn Haris ibn Hüzeyfiyeyi Ənsari də onlara
qoşulmuşdu:
«Əli(ə.s)-nin ətrafında birləşib ona kömək edin,
çünki o, Rəsuli-əkrəm(s)-in rəhbər təyin etdiyi möhtərəm
şəxsdir. Əgər onu tək qoysanız, xoşagəlməz hadisələri
aradan qaldırmaq üçün bir şəxs tapılmaz».
Əbu Süfyan Səxr ibn Hərb ibn Üməyyə də belə
deyirdi:
«Ey Haşim oğulları, niyə Əhməd(s)-in mirası sizin
əlinizdən ip yeyən tayfanın əlinə keçdi? Ey Əbdül mənaf
xanədanı, aranızda ləyaqətli şəxslər ola-ola, necə bu
gördüyüm
şeylərə
razı
olursunuz?
Xilafəti
əldə
saxlamaqda möhkəm durun. Bizə və bizim köməyimizə
inanın. Vəzifə sahiblərindən hansı biri sizə tay ola bilər?
Nə vaxtdan Bəni-Təym qəbiləsinin qibləsi sizə yaxın
olmuşdur? Bəli, Təym və Ədiyy tayfaları biri-birinə
bərabərdirlər. Lakin siz onlardan layiqli və üstünsünüz.
Qureyşin böyük və izzətli məqamından sonra Təym
tayfasının qapısını işıqlandırdılar. Döyüşsüz, qılıncsız
onların qarşısında kiçiklik etdilər. Təəssüflər olsun, onların
Dostları ilə paylaş: |