Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə24/55
tarix02.12.2017
ölçüsü4,51 Kb.
#13562
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

 
95 
bənzəyirdim. Mirasımı gözümün qarşısında qarət edirdilər. 
O  vaxta  qədər  ki,  birincisi  (Əbu  Bəkr)  dünyadan  köçdü, 
xilafəti  ikinciyə  (Ömər  ibn  Xəttaba)  tapşırdı.  (Burada 
İmam Əli(ə.s) şair Əşanın beytini misal gətirir: «Dünən və 
bu  gün  arasında  çox  fərq  vardır.  Bu  gün  dəvəyə  minib 
çətinliyə  düçar  olmuşam,  lakin  əvvəllər  Cabirin  qardaşı 
Həyyam ilə çox rahatlıqda idim».
38

Görəsən,  nə  üçün  o,  (Əbu  Bəkr)  sağlığında  mənə 
görə  müsəlmanlar  ilə  beyətini  pozmaq  istəyə-istəyə  özü 
ölüm  yatağında  hakimiyyəti  başqasına  verdi.  Bu  ikisi 
xilafəti öz aralarında dəvənin iki döşü kimi  bölüşdürdülər. 
Onu   günlərini eyş-işrətdə keçirən  insanın  ixtiyarına  verdi 
ki,  hökumət başçısı elə bir şəxs oldu ki, dəvə kimi itaətdən 
boyun qaçırırdı. Əgər sahibi onun yüyənini əlində möhkəm 
saxlasaydı,  dartınmaqdan  burnu  yarılar,  əgər  başını 
buraxsaydı,  fəlakət  uçurumunda  məhv  olardı.  Allaha  and 
olsun,  müsəlmanlar  onun  (Ömər)  zamanında  səhv  yola 
düşüb  haqdan  uzaqlaşdılar.  O  da  dünyadan  köçənə  qədər 
mən  yenə səbir  və təmkin  yolunu tutdum.  Ömər  ömrünün 
son günlərində  xilafət  məsələsini  şuraya tapşırdı.  Məni də 
bu  şuranın  üzvlərindən  biri  güman  edirdi.  Doğrusu,  Allah 
bizləri  bu şuranın  şərindən qorusun.  Nə  vaxt  məni onlarla 
bir  sırada  müqayisə  ediblər  ki,  indi  də  onlarla  bir  sırada 
təyin  edirlər.  Lakin  yenə  də  səbir  edib  onların  şurasında 
iştirak  etdim.
39
Onlardan  bəzisi  (Səd  ibn  Vəqqas)  kin 
                                                
38
 Cabirin qardaşı Həyyan Yəmamə şəhərində yaşayırdı. O, tayfa 
başçısı idi. Kəsranın onun üçün göndərdiyi sərvətin nəticəsində çox 
dövlətli olmuşdu.Əşa da (yuxarıdakı şeri deyən) Həyyanın nədimi 
(həmsöhbəti) idi. 
39
 Ömərin təyin etdiyi şuranın üzvləri aşağılakılardan ibarət idilər: 
Əli(ə.s), Osman, Səd Vəqqas, Əbdürrəhman ibn Uf, Təlhə və Zübeyr. 
Bu altı nəfər bir evdə yığışdı. Zübeyr öz hüququnu Əli(ə.s)-yə, Təlhə 
Osmana, Səd Vəqqas isə Əbdürrəhmana verdi. Bir az sükutdan sonra 
 
96 
bəsələdiyindən məndən üz döndərdi. Digəri (Əbdürrəhman 
Osmanın  anabir  bacısının  əri  idi.  Osmanla  qohumluğuna 
görə)  qohumluğu  üstün  tutdu.  Qalan  ikisi  (Təhlə  və 
Zübeyr)  də  xoşagəlməz  cəhətlərinə  görə  başqa  yolla 
getdilər.  Nəticədə,  üçüncüsü (Osman)  qalib gəldi.  Xilafəti 
ələ  keçirdi.  Yekəqarın  və  qarınqulu  Osmanın  dəvə  kimi 
beytül-malı  yeyib  dağıtmaqdan  başqa  əlindən  bir  iş 
gəlmirdi.  Atasının  qohumları  onunla  əlbir  oldular.  Onlar 
bahar fəslində otlaqlara hücum edib acgözlüklə otlayan ac 
dəvələr  kimi  Allah  malını  udmaq  üçün  qollarını 
çırmaladılar. Nəhayət, hakimiyyətin möhkəmlənməsi üçün 
gördüyü  işlər  boşa  getdi.  Nalayiq  əməlləri  onun  bütün 
işlərini puç etdi». 
Əli(ə.s)-nin xilafəti dövrünə bir baxış. 
İmam  Əli(ə.s)  «Şiqşiqiyyə»  xütbəsinin  ardınca 
buyurur:  «Osmandan  sonra  hər  tərəfdən  dəstə-dəstə 
adamlar  mənə  tərəf  axışdılar.  Məni  elə  əhatəyə  aldılar  ki, 
az  qala,  iki  gözümün  nuru,  Peyğəmbər(s)-in  yadigarı 
Həsən(ə.s)-lə  Hüseyn(ə.s)  ayaq  altda  qalıb  əzilsinlər. 
Əbam iki tərəfdən paralandı. İnsanlar canavar qorxusundan 
çobana pənah aparan qoyunlar kimi məni araya almışdılar, 
lakin  qalxıb  xilafətə  gələndən  sonra  bəziləri  (başda  Təlhə 
və  Zübeyr  olmaqla)  mənə  etdikləri  beyəti  pozdular.  Bir 
dəstəsi də (xəvaric və mariqin)  mənə itaət etməyib dindən 
çıxdılar.  Digərləri  də  (Qasitin,  Müaviyə  və  tərəfdarları) 
                                                                                             
Əbdürrəhman Əli(ə.s) –yə dedi: «Mən öz haqqımı sənə verirəm, bu 
şərtlə ki, Allahın kitabı, Peyğəmbərin sünnəti, öz elmim və ictihadımla 
rəftar edəcəyəm.» 
Əbdürrəhman ibn Uf bu təklifi Osmana verdi. Osman da onu qəbul 
etdi. Beləliklə, Ömərin planlaşdırdığına görə, Osman xilafətə yetişdi.( 
İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə»,  I c, səh. 188). 


 
97 
vəzifə  üçün  haqdan  üz  çevirdilər.  Elə  bil  Allah-təalanın 
«Qəsəs» surəsinin 83-cü ayəsini heç eşitməyiblər:  
«Axirət  dünyası  o  kəslər  üçündür  ki,  yer  üzündə 
fəsad və tüğyan edən olmasınlar. Aqibət təqvalılarındır». 
Bəli, yaxşı eşidib yaxşı da əzbərləmiş, başa düşmüşdülər. 
Lakin  dünyanın  bər-bəzəyi  onların  gözünü  qamaşdırıb, 
cəvahiratı isə aldatmışdır». 
«Agah  olun,  toxumu  çərtib  insanı  yaradan  Allaha 
and  olsun,  əgər  xala  ətrafıma  yığışıb  köməyimə 
gəlməsəydi və zalımların harınlığı, məzlumların aclığı ilə 
mübarizə  aparmağı  Allah-təala  hər  bir  cəmiyyətin  alim 
və  ziyalılarının  öhdəsinə  qoymasaydı,  mən  xilafət 
dəvəsinin  yüyənini  buraxıb  ondan  əl  çəkər,  sonunu 
başlanğıc  camı  ilə  sirab  edərdim.  O  zaman  yaxşı  başa 
düşərdiniz  ki,  sizin  dünyanız  mənim  nəzərimdə  dişi 
keçinin burnundan axan sudan belə qiymətsizdir». 
Bu zaman bir nəfər iraqlı ayağa durub imam Əli(ə.s)-
yə bir məktub verdi. (Bəziləri deyir ki, o məktubda suallar 
yazılmışdı  və  cavab  istəyirdi.)  O  Həzrət  məktubu  axıra 
qədər nəzərdən keçirdikdən sonra ibn Abbas ona ərz etdi:  
__ 
Yaxşı olardı ki, sözünüzə davam edəydiniz.  
Lakin Əli(ə.s) ona belə cavab verdi:  
__ 
Heyhat, ey Abbasın oğlu, bu, bir dəvənin nərəsi idi. 
Çölə  çıxdı,  sonra  da  yerinə  qayıtdı  (alov  dilləri  kimi 
zəbanə çəkib sonra yenə yatdı). 
 Bu sözlərlə İmam ürəyindəkiləri açıqlayırdı. 
İbn  Abbas  deyir:  «Allaha  and  olsun,  mən  heç  bir 
söhbətə bunun qədər təəssüflənməmişəm ki, İmam istədiyi 
yerə qədər sözünü davam etdirə bilmədi». 
İbn Əbil Hədidin ustadının maraqlı söhbəti. 
Məşhur  sünni  alimi  İbn  Əbil  Hədid  yazır  ki,  İbn 
Abbasın  yuxarıdakı  sözü  işlətməkdən  məqsədi  ustadımın 
 
98 
(Şəbib  Vasiti  oğlu  Əbülxeyir  Müsəddiq)  603-cü  il  hicri 
qəməridə,  təxminən  miladi  1199-cu  il  tarixində  mənə 
dediyi sözdür: «Mən bu xütbəni İbn Xitab adı ilə tanınmış 
ustadım  Əbu  Məhəmməd    Abdulla  ibn  Əhmədə  oxudum. 
İbn  Abbasın  sözünə  yetişəndə  ustadım  mənə  dedi:  «Əgər 
mən olsaydım, İbn Abbasa deyərdim ki, məgər Əli(ə.s)-nin 
demədiyi söz qaldımı ki, sən kədərlənirsən?» (O, bir xütbə 
ilə onları ifşa etmişdir.)» 
 «Allaha  and  olsun,  əvvəlinci  xəlifədən  ta  axırıncıya 
kimi heç bir şey qoymadı qalsın, hamısını dedi».
40
 
Əli(ə.s)-nin ibn Abbas ilə dərdləşməsi. 
Əllamə  Məclisi  (r.ə)  «Biharül-Ənvar»  kitabında 
«Kəşfül-yəqin»dən belə bir parça verir:  
İbn Abbas (Əli(ə.s)-nin əmisi oğlu) dedi:  
__ 
Mən  Əli(ə.s)-nin  bir  şeyi  xatırladıqda,  yaxud 
həyəcanlı  bir  xəbər  eşitdikdə  hərəkətlərinə,  üzünün 
ifadəsinə  həmişə  fikir  verirdim.  Bir  gün  onun  Şamdakı 
silahdaşlarından  biri  o  Həzrətə  aşağıdakı  məzmunda 
məktub  göndərmişdi:  «Ömər  As,  Ütbə  ibn  Əbi  Süfyan, 
Vəlid  ibn  Üqbə  və  Mərvan  Müaviyənin  ətrafına  yığışmış, 
Əli(ə.s)-dən  söz  salıb  onu  tənqid  etmişlər.  Söz  yaymışlar 
ki,  Əli(ə.s)  Peyğəmbər(s)-in  səhabələrini  öldürməklə 
axırlarına  çıxacaq.  Onlar  öz  əməllərini  sənin  haqqında 
söyləmişlər». 
Bu məktub həzrəti-Əli(s)-yə yetişən kimi orduya əmr 
verdi  ki,  Nüxəylə  ordugahına  gedib  özü  onlara  yetişənə 
qədər  orada  gözləsinlər  (Oradan  da  Müaviyəyə  qarşı 
Siffeyn  döyüşünə  getsinlər).  Ancaq  onun  tərəfdaşları  da 
süstlük göstərərək Kufəyə qaçıb Əli(ə.s)-ni tək qoydular. 
                                                
40
 Həqiqətən, ustadın bu sözü yerində işlənmişdir. Çünki «Şiqşiqiyyə» 
xütbəsini təhlil etməklə, görünür, bütün məsələlər qısa şəkildə bəyan 
olunmuş və sübut üçün kifayət etmişdir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə