Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə20/55
tarix02.12.2017
ölçüsü4,51 Kb.
#13562
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

 
79 
Zeyd  ibn  Ərqəmi  deyir  ki,  Rəsuli-əkrəm(s)  vida 
həccindən  qayıtdıqda  Qədir-Xumda  dayanıb  buyurdu: 
«Mən  Allah  tərəfindən  dəvət  olunmuş  və  bu  dəvəti  qəbul 
etmişəm.  Lakin  sizin  aranızda  biri  digərindən  böyük  iki 
şey  qoyub  gedirəm:  birincisi,  «Quran»;  ikincisi,  Əhli-
beytimdir.  Ona görə diqqət edin ki,  məndən  sonra onlarla 
necə rəftar edəcəksiz. Çünki onlar mənə kövsər hovuzunda 
yetişənə  qədər  bir-birindən  ayrılmazlar».  Daha  sonra  o 
Həzrət belə buyurdu: «Allah-təala mənim mövlam, mən də 
möminlərin  mövlasıyam.» Bu  vaxt Əli(ə.s)-nin əlini tutub 
buyurdu: «  Mən  hər kimin  mövlasıyamsa,  bu Əli  də onun 
mövlasıdır.  İlahi,  onun  dostları  ilə  dost,  düşmənləri  ilə  
düşmən ol». (Nisai «Xəsis» səh. 32, Əmini «Əlbədir» I c, 
səh.  30,  Müttəqi  Hindi  «Kənzül-Ümmal»  V  c,  səh.  91, 
«Əbqatül-Ənvar» I c, səh. 117,121,144,152,161). 
Büra  ibn  Azib  deyir  ki,  Rəsuli-əkrəm(s)  ilə  vida 
həccindən  qayıdırdıq.  «Qədir-Xum»  da  miniklərimizdən 
düşdük.  Zöhr  namazını  qılandan  sonra  o  Həzrət  Əli(ə.s)-
nin əlini tutub soruşdu:  
__ 
Məgər mən möminlərin canından onlara daha əziz 
deyiləmmi? Dedilər:  
__ 
Bəli, əlbəttə, əzizsən. 
O buyurdu:  
__ 
Mən  hər  kimin  mövlasıyamsa,  Əli  də  onun 
mövlasıdır.  İlahi,  onun  dostları  ilə  dost,  düşmənləri  ilə 
düşmən ol. 
Sonra Ömər ibn Xəttab Əli(ə.s)-yə dedi:  
__ 
Mübarək  olsun,  ey  Əbu  Talibin  oğlu!  Sən  hər  bir 
imanlı  kişi  və  qadının  mövlası  oldun.  (Təbəri  «Zəxairül-
üqba» səh. 67, «Fəzailül-xəmsə» I c, səh. 350, Təbəri Şafei 
«Ərriyazün-nəzərə»  II  c,  səh.  23,  İbn  Səbbağ  Maliki 
«Əlfüsülul-mühümmə»  səh.  24,  «Əlhavi  siyutti»  I  c,  səh. 
 
80 
176,  İbn  Əsakir  «Tarixi-Dəməşq»  II  c,  səh.  47,  Bilazəri 
«Ənsabül-Əşraf»  II  c,  səh.  215,  Xarəzmi  «Mənaqib»  səh. 
94, Əmini «Əlğədir» I c, səh. 38,41.) 
Səd  ibn  Vəqqas  deyir:  «Eşitdim,  Peyğəmbər(s) 
Əli(ə.s)-nin  əlindən  tutub  xütbə  oxudu.  Allaha  həmd  və 
səna edəndən sonra buyurdu:  
       
__ 
Ey müsəlmanlar, mən sizin mövlanız deyiləmmi? 
 Dedilər:  
__ 
Bəli, əlbəttə, bizim mövlamızsan. 
Sonra Əlinin əlini yuxarı qaldırıb byurdu:  
__ 
Bu  mənim  canişinimdir.  Mənim  dinimi  əda  edir. 
Mən  onun  dostları  ilə  dost,  düşmənləri  ilə  düşmənəm. 
(«Xəsaisun-nisa» səh. 101, «Fəzailul-xəmsə» I c, səh. 365, 
İbn  Əsir  «Əlbi-dayə  vənnahiyə»  V  c,  səh.  212,  Əmini 
«Əlğədir» I c, səh. 38,41.) 
Yenə  Səd  ibn  Vəqqas  söyləyir  ki,  biz  həzrəti-
Mühəmməd(s) ilə birgə idik. Qədir-Xuma yetişdikdə hamı 
dayandı.  Qabaqda  olanlar  geriyə  qayıtdı,  arxada  qalanlar 
isə  gəlib  bizə  yetişdilər.  Elə  ki  hamı  bir  yerə  yığışdı, 
Peyğəmbər(s) buyurdu: 
__ 
Ey müsəlmanlar, sizin mövlanız kimdir? 
Cavabında üç dəfə dedilər:  
__ 
Allah və Rəsulu. 
Sonra  Əli(ə.s)-nin  əlini  tutub  yuxarı  qaldırdı  və 
buyurdu:  
__ 
Allah  və  Rəsulu  kimin  mövlasıdırsa,  Əli  də  onun 
mövlasıdır. İlahi, ona dost olanlarla dost, düşmən olanlarla 
düşmən  ol.  («Xəsaisün-nisa»  səh.  101,  «Fəzilül-Xəmsə»  I 
c, səh. 365, Təbəri «Ərriyazün-nəzərə» II c, səh. 282). 
Qədir-Xumda  olanların  hamısı  Peyğəmbər(s)-in 
məqsədini  başa  düşüb  anlamışdılar.  Rəsuli-əkrəm(s)-in 
xəlifəsinin  yanına  gedib  bu  böyük  ilahi  nemətin  ona 


 
81 
verilməsi  münasibətilə    onu  təbrik  də  etdilər.  Təbrik 
edənlərdən biri də Ömər ibn Xəttab idi. O dedi:  
__ 
Mübarək  olsun,  mübarək  olsun,  ey  Əli  ibn 
Əbitalib. Sən mənim və hər bir müsəlmanın mövlası oldun. 
(İbn  Əsakir  «Tarixi-Dəməşq»  III  c,  səh.  75, 
«Mənaqibi-ibn  Məğazəli»  səh.  81,  24,  «Mənaqibi-
Xarəzmi» səh. 94, Xətib Bağdadi «Tarixi-Bağdad» VIII c, 
səh.  290,  Hüskami  «Şəvahidüt-tənzil»  I  c,  səh.  158, 
Cəzami «Sirrül-aləmin» səh. 21, «İhqaqül-həqq» VI c, səh. 
256, Əmini «Əlğədir» I c, səh. 132, «Fəraidüs-simtin» I c, 
səh.  77).  İkinci  dəfə  dedi:  «Mübarək  olsun  ey  Əbu  Talib 
oğlu,  sən  hər  bir  imanlı  qadın  və  kişinin  mövlası  oldun.» 
(İbn  Səbbağ  «Əlfüsülül-  mühümmə»  səh.  24,  «Əlhaviyi-
Siyuti» I c,  səh. 122, «Zəxairul-Üqba»  səh. 67, «Fəzailül-
xəmsə»  I  c,  səh.  350,  Zəhəbi  «Tarixül-islam»  II  c,  səh. 
197,  Xacə  Hənəfi  «Elmül-kitab»  səh.  161,  «Nəmzi 
dürərüs-simtini  Zərəndi»  səh.  109,  Qunduzi  «Yənabiül-
məvəddə»  səh.  30,31,  249,  «Təfsiri-Fəxr-Razi»  III  c,  səh. 
63). 
Əbu  Hüreyrə  deyir  ki,  kim  zilhiccə  ayının  18-i  oruc 
tutsa,  Allah-təala  altmış  ayın  savabını  onun  nameyi-
əmalına  yazar.  O  gün  zilhiccənin  18-ci  günü  həzrəti-
Mühəmməd(s) Qədir-Xumda Əli(ə.s)-nin əlini tutub dedi:  
__ 
Mən  kimin  mövlasıyamsa,  Əli(ə.s)  də  onun 
mövlasıdır.  İlahi,  onun  dostlarına  dost,  düşmənlərilə  isə 
düşmən ol. Onun dostlarına kömək ol. 
Bu zaman Ömər ibn Xəttab dedi:  
__ 
Mübarək olsun, ey Əbu Talib oğlu! Sən mənim və 
müsəlmanların mövlası oldun. 
 («Tarixi-ibn  Əsakir»  II  c,  səh.  75,  Hakim  Hüskani 
«Şəvahidüt-tənzil»  I  c,  səh402,  Xətib  Bağdadi  «Tarixi-
 
82 
Bağdad» VIII c, səh. 290, Həməvəyni «Fəraidüs-simtin» I 
c, səh. 77, bab-13, «Mülhəçül- Müraciat» səh. 192, 193). 
Əli(ə.s)-nin  beyət  etməsi  barədə  əhl-təsənnün 
alimlərinin dediklərindən:  
1.İbn Qüteybə Deynəvərinin nəzərindən beyət 
İbn  Qüteybə  Deynəvəri  adı  ilə  məşhurlaşmış  Əbu 
Məhəmməd  Abdulla  ibn  Qüteybə  Deynəvəri  böyük  sünni 
alimlərindənlir. O, 12-ci İmamın qeybəti-suğra zamanında 
yaşamış  və 322-ci  hicri qəməri, 902-ci  miladi  ilində  vəfat 
etmişdir.  O,  özünün  «Əlimamətu  vəs-siyasət»  kitabında 
Əli(ə.s)-nin  Əbu  Bəkrə  beyət  etməkdən  imtina  etməsi 
barədə belə yazır:  
«Sonra  Əli(ə.s)-ni:  «Mən  Allahın  qulu  və  Rəsuli-
əkrəm(s)-in qardaşıyam»,
  __ 
deyə-deyə Əbu Bəkrin  yanına 
gətirdilər. 
Bir nəfər o Həzrətə dedi:  
__  
Əbu Bəkrə beyət et. 
Həzrəti-Əli(ə.s) buyurdu:  
__ 
Mən rəhbər olmağa sizdən daha çox layiqəm. Sizə 
beyət  etmərəm.  Siz  gərək  mənə  beyət  edəsiz.  Xilafəti  ələ 
keçirib,  onu  mədinəlilərdən  aldınız.  Dəliliniz  də  bu  oldu 
ki,  guya  Peyğəmbər(s)-in  qohumlarındansınız.  Siz  xilafəti 
biz  Əhli-beytdən  qəsbkarlıqla  qəsb  etmisiniz.  Mədinə 
müsəlmanlarına  belə  sübut  gətirmədinizmi  ki,  guya 
Peyğəmbər(s)-in  qohumları  olduğunuzdan  xilafətə  daha 
layiqsiniz?  Nəticədə,  onlar  da  məhz  buna  görə  xilafətdən 
əl  çəkib  onu  sizə  təslim  etmədilərmi?  İndi  Mədinə 
müsəlmanlarına gətirdiyiniz dəlili mən sizə gətirirəm. Mən 
Rəsuli-əkrəm(s)-in  həm  sağlığında,  həm  də  vəfatından 
sonra  o  Həzrətə  ən  yaxın  şəxs  olmuşam  və  varam.  Əgər 
imanınız  varsa,  bizimlə  insaflı  davranın,  yoxdursa,  eləcə 
zülmkarlığınızda qalın. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə