91
yandırılması barədə qaziul-quzatın fikrinin əksinə olaraq
yazır: «Əhli-sünnə aləmində ittiham olunmayan şiə
təriqətindən başqa digər təriqətlər də evin yandırılması
əhvalatını nəql etmişlər. Bu barədə söylənilən rəvayətlərin
dəlilsiz rədd edilməsinin heç bir əsası yoxdur».
Hadisələri olduğu kimi, obyektiv, doğru-dürüst,
qərəzsiz təsvir edən, əhli-sünnə aləmində mötəbər sayılan
məşhur tarixçi Bilazəri Mədainiyə əsaslanaraq yazır:
«Əbu Bəkr bir nəfər göndərdi ki, həzrəti-Əli(ə.s)-ni
beyət etməyə təhrik etsin, lakin o Cənab beyət etmədi.
Ömər əlində alov Əli(ə.s)-nin evinə tərəf gəldi.
Fatimə(s.ə)-ni bir kənarda dayanmış gördü. Fatimə(s.ə)
ona xitabən buyurdu:
__
Ey Xəttab oğlu, belə görürəm ki, bizim evi
yandırmağa gəlmisən, deyilmi?
Ömər:
__
Bəli, bu, Atanın Allah dərgahından gətirdiyi
şeydən güclüdür.
Bu zaman Əli(ə.s) evdən çıxıb Əbu Bəkrə beyət
etdi».
Şiə tarixçiləri (raviləri) bu hadisəni çox mötəbər,
qərəzsiz mənbələrə əsasən qeyd etmişlərlər. Maraqlı
burasıdır ki, əhli-təsənnünün böyük raviləri də bu faktı
olduğu kimi təsvir etmişlər.
İbrahim Səd Səqəfi İmam Sadiq(ə.s)-in hadisə
barəsindəki şərhini vermişdir: «Allaha and olsun ki,
Əli(ə.s) alovun tüstüsünün evə daxil olduğunu görəndən
sonra beyət etdi».
Böyük alim Seyyid ibn Tavus (vəfatı 664-cü il hicri-
qəməri, təxminən 1262-ci il miladi) Əbu Bəkrin həyatı,
Üsamənin ordusunda onun qanunu pozması və Səqifədə
xilafəti qəsb etməsi barədə yazdığı «Kəşfül-məhəccə» adlı
92
kitabda
oğluna
belə
deyir:
«Törətdikləri
ilə
kifayətlənməyib Öməri atan Əli(ə.s) və anan Fatimə(ə.s)-
nin üstünə göndərdi. Bu zaman Abbas və Bəni-Haşimdən
bir neçə nəfər Əli(ə.s) və Fatimə(s.ə)-nin yanında idilər.
Onlar cəddin Peyğəmbər(s)-in vəfatı ilə əlaqədar matəm
saxlayırdılar. Ömər əmr verdi ki, əgər evdəkilər beyət
etmək üçün çölə çıxmasalar, evi yandırsınlar.»
Bu faktı «Ələqdül-fərid» adlı kitabın müəllifi həmin
kitabın dördüncü cildində, əhli-təsənnündən də bir neçə
ravi öz yazılarında işıqlandırmışdır. Mənim bildiyimə görə
də, Ömərdən qabaq və sonra nə Peyğəmbər, nə övliyalar,
hətta zalımlıq və rəhmsizləkdə ad qazanmış şahlardan heç
biri belə bir zülmü (evi içindəki adamlarla birgə
yandırmağı) etməmişlər. Hətta kafir hökmdarlar da beyət
etməyənləri özlərinə tabe etdirmək üçün belə vəhşiliyə əl
atmamışlar.
Harda görünüb ki, peyğəmbər, yaxud bir rəhbər
insanları zəlalətdən qurtarıb onlara dünya və axirət
səadətinə yetişməkdə yol göstərə, Allah-təala onun
nübüvvəti vasitəsilə zalımların əsarəti altında əzilən
şəhərləri azad edə, sonra həmin peyğəmbər, yaxud rəhbər
dünyadan köçə, heç insafmıdır, onun etdiklərinin
müqabilində Rəsulullah(s)-ın hər iki dünya qadınlarının
xanımı adlandırıb özündən sonra yeganə yadigar qoyub
getdiyi qızını iki azyaşlı övladı ilə bərabər yandırmaqla
hədələyib incitsinlər?
Maraqlı bir hadisə.
Əllamə Təbərsi «Ehticac» adlı kitabında Əhməd ibn
Hişamla Übadə ibn Samitin (Peyğəmbər(s)-in alicənab
səhabələrindən) dialoqunu vermişdir. Onu burada qeyd
etmək yerinə düşərdi:
93
Bir gün Əhməd ibn Hişam Übadə ibn Samitin yanına
gəlib soruşdu:
__
Müsəlmanlar Əbu Bəkr xəlifə olmamışdan öncə də
onu digərlərindən üstün bilirdilərmi?
Übadə cavab verdi:
__
Biz hər hansı bir mövzu barədə sükut edəndə siz də
sükut edin, araşdırıb yoxlama aparmayın. Allaha and
olsun, necə ki həzrəti-Mühəmməd(s) Əbu Cəhllə
müqayisədə peyğəmbərliyə layiq idi, eləcə də Əli(ə.s) Əbu
Bəkr ilə müqaisədə xilafətə layiq idi.
Biz bir gün Rəsuli-əkrəm(s)-in hüzurunda idik. Əli
(ə.s), Əbu Bəkr və Ömər də Rəsulullah(s)-ın evinə gəldilər.
Əvvəl Əbu Bəkr evə daxil oldu. Sonra Ömər, axırda isə
Əli(ə.s).
Sanki (mübarək vücudundan uzaq) Peyğəmbər(s)-in
üstünə kül ələndi. Birdən-birə halı dəyişdi, sonra Əli(ə.s)-
yə buyurdu:
__
Allah-təala səni bunlara əmir edə-edə, onlar səni
qabaqlamaq istəyirlərmi?
Əbu Bəkr:
__
Ey Allahın Rəsulu(s), yaddan çıxartdım.
Ömər:
__
Bilmədim, səhv etdim.
Peyğəmbər(s) onlara buyurdu:
__
Nə unutdunuz, nə də səhv etdiniz. Sanki sizin
rəhbəriyyət məqamını onun əlindən alıb hakimiyyəti ələ
keçirmək üçün onunla vuruşmağınızı öz gözlərimlə
görürəm. Allahın və Peyğəmbərinin düşmənləri bu işdə
sizə kömək edirlər. Elə bil görürəm ki, Əhli-Beytimə zülm
olunur və ucqar yerlərə səpələnirlər. Bu mətləb Allahın
elmindədir.
94
Sonra Peyğəmbər(s) elə ağladı ki, göz yaşları axmağa
başladı. Bu vaxt Əli(ə.s)-yə buyurdu:
__
Ey Əli, səbir elə, Allahdan əmr gələnə qələr səbir
elə, döz. Allahdan başqa qüdrət və qüvvət sahibi yoxdur.
Yalnız bu surətdə sənin üçün Tanrı dərgahında o qədər əcr
vardır ki, iki katib mələk belə onu hesablaya bilmir. Elə ki
xilafət əlinə keçdi, müxaliflər Allah və Peyğəmbər
fərmanına boyun əyənə qədər qılınc sənindir, çünki sən
haqlısan. Səninlə birgə qiyam edənlər də haqlıdır. Habelə
sənin övladların da səndən sonra qiyamətə qədər haqq
sahibidirlər.
Şiqşiqiyyə xütbəsini əks etdirən güzgü.
Şeyx Səduq öz yazısında İbn Abbasın söylədiklərini
belə işıqlandırır:
«Əmirəl-möminin Əli(ə.s)-nin hüzurunda (xilafət
zamanı) xilafət əhvalatından (Peyğəmbər(s)-dən sonra ta o
vaxta qədər) söz düşdükdə O, hadisəni belə şərh etdi: (Biz
onu «Nəhcül-bəlağə»dən sitat gətiririk.)
«Allaha and olsun, Əbu Bəkr xilafət qumaşını geydi,
halbuki çox gözəl bilirdi ki, mən İslam hökumətini idarə
etməkdə dəyirman daşlarının mehvəri kimiyəm (onsuz
dəyirman fırlanmır). O, yaxşı bilirdi ki, elm və kamal
çeşmələri dağ vücudumun ətəklərindən qaynayır. Uca
göylərdə qanad çalan quşların mənim düşüncələrimə belə
yetişməyə qüdrəti yoxdur. Lakin mən tək əllə haqqımı geri
almaq üçün qiyam etmək və ya qocaları solduran,
cavanları qocaldan, imanlı şəxsləri ömrünün axırınadək
incidən alçaq bir mühitdə səbir etmək fikrində ola-ola,
xilafət kəmərini belimdən açıb kənara çəkildim. Səbir və
təmkinin əql və müdrikliyə yaxın olduğunu gördüm. Buna
görə səbir və təmkin yolunu tutdum. Ancaq bu halımda da
gözümə çöp düşmüş, boğazıma sümük ilişmiş şəxsə
Dostları ilə paylaş: |