123
Salman tələsik Fatimə(s.ə)-nin yanına gəlib ərz etdi:
«Ey Mühəmmədin(s) qızı, Allah atanı bəşərin rəhmət
qayəsi tək göndərmişdi. Evə qayıt və nifrin (qarğış) etmə».
Fatimə(s.ə) buyurdu:
-Salman, onlar istəyirlər ki, Əli(ə.s)-ni aradan
götürsünlər. Daha səbrim tükənib. Qoy gedim atamın qəbri
üstə saçımı dağıdım, Allahımın dərgahına nalə çəkim.
Salman:
__
Mən qorxuram ki, bu zaman yer lərzəyə gəlib
Mədinə əhlini udar. Əli(ə.s) məni sizin yanınıza göndərdi
ki, nifrin etməkdən əl çəkib evə qayıdasınız.
Həzrəti-Zəhra:
__
O zaman mən o Cənaba itaət edib evə qayıdaram
və səbir edərəm».
Əllamə Təbərsi «Ehticac» adlı kitabında İmam
Sadiq(ə.s)-dən belə nəql edir:
«Əli(ə.s)-ni evdən aparanda bütün Bəni-Haşim
xanımları evdən çıxıb həzrəti-Mühəmməd(s)-in qəbri
üstünə gəldilər. Həzrəti-Zəhra(s.ə) ucadan səsləndi:
«Əmim oğlunu buraxın! And olsun Mühəmməd(s)-i haqq
göndərən Allaha! Əgər onu buraxmasanız, saçımı dağıdıb
Peyğəmbər(s)-in köynəyini başıma tutaram və Allah
dərgahına nalə çəkərəm. Saleh peyğəmbərin dəvəsi
51
Allah
dərgahında mənim övladlarımdan əziz deyildir».
Salman deyir ki, Fatimə(s.ə)-nin yaxınlığında
dayanmışdım. Allaha and olsun, Peyğəmbər(s) məscidinin
divarlarının yerdən necə aralandığını gördüm, belə ki o
51
Yəni Saleh(ə.s) -in günahkar qəbiləsi Salehin dəvəsini tutub
öldürmüşdülər. Allah da onları cəzalandıraraq məhv etdi. Mənim də
övladlarım Salehin dəvəsindən əskik deyillər. (Səmud tayfası, Salehin
dəvəsi və onların cəzalandırılması macərası «Quran»da müxtəlif
yerlərdə, o cümlədən «Şəms» surəsi 11-15-ci ayələrdə gəlmişdir.)
124
aralıqdan bir şəxs asanlıqla sivişib keçə bilərdi. Yaxına
gəlib dedim:
__
Ey alicənab xanım, ey mənim sərvərim! Allah
Atanı bəşərin mərhəmət qayəsi qərar verdi. Siz camaatın
əzaba düçar olmasına səbəb olmayın.
Fatimə(s.ə) evə qayıtdı. Məscidin yarığı birləşdi,
divarların dibindən toz qalxıb burnumuza doldu».
Böyük ravi və alim Şeyx Kuleyni İmam Baqir(ə.s) və
İmam Sadiq(ə.s)-dən nəql edir ki, işin bu dərəcəyə
yetişdiyini görən həzrəti-Fatimə(s.ə) Ömərin libasından
çəkib buyurdu:
__
Allaha and olsun, ey Xəttabın oğlu, əgər arada
günahsız bəndələr də bəlaya düçar olmasaydı, yaxşı
bilirsən ki, and içib Allaha pənah aparardım və tezliklə də
Allah istədiyimi müstəcab edərdi.
Həmçinin rəvayət olunur ki, Əli(ə.s)-ni evdən
aparanda Fatimə(s.ə) Peyğəmbər(s)-in köynəyini başına
tutmuşdu. O, Həsən(ə.s) və Hüsey(ə.s)-nin əlindən tutub
Əbu Bəkrin yanına gəlib buyurdu:
__
Mən sənə neyləmişəm? İstəyirsən, əmim oğlunu
öldürüb uşaqlarını başsız qoyasan? Allaha and olsun, əgər
pis olmasaydı, saçımı açıb, Allah dərgahında şivən
edərdim.
Əbu Bəkrin tərəfdarlarından bir nəfər ondan soruşdu:
__
Nə qərara gəlirsən? Camaatın məhv olmağınımı
istəyirsən?
Onlar
Əli(ə.s)-ni
buraxdılar.
Əli(ə.s)
həzrəti-
Zəhra(s.ə)-nın əlindən tutub evə apardı.
Başqa bir rəvayətdə İmam Baqir(ə.s)-dən nəql
olunur: «Allaha and olsun, əgər Fatimə(s.ə) saçını
yolsaydı, hamı məhv olardı».
125
İbn Əbil Hədidin qeydlərində Əli(ə.s)-dən beyətin
alınması.
Məşhur sünni alimi İbn Əbil Hədid Cövhərinin
«Əssəqifə» kitabında belə yazılır:
«Əbu Bəkr Ömərdən soruşdu:
__
Xalid ibn Valid hanı?
Ömər Xalidi çağırtdırdı. Əbu Bəkr Ömərlə Xalidə
dedi:
__
Gedin Əli(ə.s) ilə Zübeyri buraya gətirin.
Ömərlə Xalid
həzrəti-Zəhra(s.ə)-nın evinə gəldilər.
Xalid qapıda dayandı. Ömər evə keçib Zübeyrdən soruşdu:
__
Əlindəki qılınc nədir?
Zübeyr:
__
Bu qılıncı əlimdə tutmuşam ki, Əli(ə.s)-yə beyət
edim.
Səhabədən bir neçəsi, o cümlədən Miqdad və Bəni-
Haşimin hamısı evdə idi. Ömər qılıncı Zübeyrin əlindən
qapıb evdə olan daşın üstünə zərb ilə vuraraq sındırdı.
Sonra Zübeyrin əlindən tutub çölə çıxartdı. O, Xalidə dedi:
__
Zübeyrdə gözün olsun.
Xalid Zübeyri saxladı.
Sonra Ömər Əli(ə.s)-nin evinə daxil olub ona dedi:
__
Qalx, beyət et!
52
Əli(ə.s) beyətdən imtina etdi. Ömər Əli(ə.s)-nin əlini
tutub dedi:
__
Ayağa qalx!
O Cənab(ə.s) itaət etmədi. Nəhayət, Ömər O(ə.s)-nu
güc tətbiq edərək çölə çıxarıb Xalidə tapşırdı. Xalidin
yanında çox adam var idi. Ömər öz yoldaşları ilə birlikdə
Əli(ə.s) ilə Zübeyri zorla məscidə apardı. Camaat hər
52
«Şərhi Nəhcül-bəlağə» İbn Əbil Hədid VI c, səh.48
126
tərəfdən axışıb tamaşa edirdi, belə ki Mədinənin küçələri
adamlarla dolmuşdu.
Fatimə(s.ə) Ömərin bu hərəkətini görəndə fəryad
edib camaatın arasına gəldi. Bəni-Haşimdən və başqa
qəbilələrdən qadınlar onu əhatəyə aldılar. Fatimə(s.ə)
ucadan dedi:
__
Əbu Bəkr, nə tez Peyğəmbər(s)-in Əhli-beytinə
hücum etməyə cəsarət etdin!? Allaha and olsun, mən daha
ölənə kimi Ömərlə kəlmə də kəsməyəcəm».
Ravi yazır: «Elə ki Əli(ə.s) və Zübeyr beyət etdi,
fitnələr yatdı. Əbu Bəkr Fatimə(s.ə)-nin yanına gedib
Ömərin bağışlanmasını xahiş etdi».
İbn Əbil Hədid (yuxarıdakı rəvayəti nəql edib öz
fikrini
bildirərək)
qeyd
edir:
«Mənim
fikrimcə,
Fatimə(s.ə)-nin son nəfəsinə qədər Əbu Bəkr və Öməri
dindirmədiyi bir həqiqətdir. Xanım(s.ə) onlardan incik
getdi. Vəsiyyət etdi ki, onlar onun cənazəsinə namaz
qılmaqda iştirak etməsinlər. Bu hadisə bizim səhabələrin
nəzərincə, kiçik günahlardan sayılıb bağışlanılması
mümkün olan şeylərdir. Əlbəttə, yaxşı olardı ki, Əbu Bəkr
və Ömər Fatimə(s.ə)-yə ehtiram edib onun yüksək
məqamına hörmət edəydilər. Lakin onlar ixtilaf və
təfriqədən qorxub məsləhət bildikləri işi yerinə yetirmişlər.
Onlar
dində
möhkəm
yəqinliklə
böyük
məqam
sahibləridirlər. Əgər belə hadisələr də sübuta yetirilmiş
olsa, bu böyük günahlardan sayılmır. Əksinə, kiçik
günahlardan sayılaraq təvəlla və təbərra (dostluq və
düşmənçilik) meyarı olmamışdır». (İbn Əbil Hədid. «Şərhi
Nəhcül-bəlağə» VI c, səh.50) İbn Əbil Hədidin bu
mühakiməsi
düzgündürmü?
Belə
əməlləri
kiçik
günahlardan hesab etmək olarmı? Özünüz mühakimə edin.
Dostları ilə paylaş: |