107
yaşamazdı. Hətta ərazimizdə məskunlaşan kafirlər də
əmin-əmanlıq içərisində yaşayardılar, lakin siz zalımların
yolunu tutdunuz. Bu işıqlıqda dünya sizin üçün
qaranlıqlaşdı. Elm və kamal qapıları üzünüzə bağlandı.
Özünüzə qapılıb dininizdə ixtilaf saldınız. Elminiz
olmadan Allah dinində fitva verdiniz. Siz yolunu
azmışların yolunu gedərək pak yolu itirdiniz. Haqq
rəhbərlərini boşlayıb saya almadınız. Sübh açılanda öz
mənafeyinizə uyğun hökm verərsiniz. Qarşınıza bir məsələ
çıxanda zikr əhlindən (Əhli-beyt(ə.s)) soruşarsınız. Biz
sizə fitva verəndən sonra deyərsiniz: «Elm elə budur». (Bu
cür bizim elmdə və kamalda üstünlüyümüzü dilinizlə
deyərsiniz.) Lakin belə deməyinizin sizə heç bir təsiri
yoxdur. Əməl meydanında onlara itaət edəndə isə, əksinə,
onlara müxalif hərəkət edib bu əmrləri qulaqardına
vurursunuz. Arxayın olun. Tezliklə əkdiyinizi biçib
əməllərinizin mükafatını alacaqsınız.
Dəni yetişdirən və insanı yaradan Allaha and olsun
ki, mənim sizin sahib və rəhbəriniz olduğumu çox gözəl
bilirsiniz. Mən həmin şəxsəm ki, sizə mənə itaət etmək
tapşırılıbdır. Onun elminin nurunda sizin nicat yolunu
tapmağınız üçün alim mənəm. Sizin Rəbbinizin, eləcə də
Peyğəmbərinizin seçdiyi şəxs, xeyrinizi bilən mənəm. Az
müddətdən sonra sizlərə vəd olunan şey (Allah əzabı)
qabaqkı ümmətlərə göndərildiyi kimi sizə də göndəriləcək.
Tezliklə Allah sizdən imamınızın kim olduğunu soruşacaq.
Siz öz imamlarınız ilə məhşur olaraq Allah dərgahına üz
gətirəcəksiniz. Allaha and olsun, əgər mənim Talutun
43
43
Talut saleh və qüvvətli bir gənc idi. Calut ilə döyüşmək üçün Şimuil
Peyğəmbər tərəfindən döyüşə göndərildi. O bəni İsrail tayfasından az
bir dəstə ilə Calut ilə döyüşüb qalib oldu. Bu hadisə «Bəqərə»
108
yoldaşları qədər və ya Bədr döyüşünün müsəlman
cəngavərləri miqdarında (313 nəfər idilər) döyüşçüm
olsaydı, onlar da sizin düşməniniz olsaydı, onlarla birlikdə
haqq gələnə qədər sizi qılınclayardım, çünki bu
qılınclamaq küfr və nifaq yolunu bağlamaq üçün yaxşı,
dostluq və güzəştlə keçinməkdən tutarlıdır. İlahi, bizim
aramızda haqq ilə hökm elə. Sən ən yaxşı hakimsən».
Əbu Heysəm (ravi) yazır ki, sonra Əli(ə.s)
məsciddən çıxıb bir qədər yol getdi. Yolda otuz qoyundan
ibarət bir sürü görüb buyurdu: «Allaha and olsun, əgər bu
qoyunların sayı qədər Allahı və Rəsulunu istəyən
şəxslərdən ibarət döyüşçülərim olsaydı, mütləq bu milçək
yeyən
uşaqları
hökmranlıqlarından
ayırardım».
(«Rövzətül-kafi», səh.32)
Dost dar gündə tanınar.
Əbu Heysəm yazır ki, Əli(ə.s) həmin günü başa
vuranda üç yüz altmış nəfər kişi ölənə qədər onu mühafizə
etmək üçün o Cənaba beyət etdi.
Əli(ə.s) onların beyətinin həqiqiliyini yoxlamaq üçün
tapşırdı ki, gedin, sabah başı qırxılmış halda «Əhcarüz
zeyt»-ə (Mədinə küçələrindən biri) mənim yanıma gəlin.
Onlar getdilər. Əli(ə.s) özü də başını qırxıb səhərisi
həmin küçəyə getdi. Orada oturub üç yüz altmış nəfər
kişini gözləməyə başladı, lakin onlardan cəmi beş nəfər
başı qırxıq halda oraya yığışdı. İmam Əli(ə.s) əllərini göyə
qaldırıb ərz etdi: «İlahi, sən gizlətdiyimiz və aşkarda
saxladığımızdan agahsan. Yerdə və göydə heç bir şey
səndən gizli deyil. Məni müsəlman öldür. Məni saleh
əməlli insanlara qovuşdur. Bilin və agah olun, and olsun
Kəbəyə, onun Sahibinə, (nüsxəyə uyğun) and olsun
surəsinin 246-252-ci ayələrində gəlmişdir. Həmin xütbədə Talutun adı
çəkildiyinə görə «Talutiyyə xütbəsi» də adlanır.
109
Müzdəlifəyə (Ərəfata) və Minada cəmərəni (xırda daş)
atmaq üçün hacıları oraya yetirən iti gedən dəvələrə, əgər
Peyğəmbər(s)-in vəsiyyəti və əhdi olmasaydı, müxalifləri
fəlakət xəndəyinə atıb ölüm şimşəklərini onların üzərinə
yağdırardım. Onlar tezliklə sözümün mənasını başa
düşəcəklər».
44
Mühacir və mədinəlilərdən Əli(ə.s)-nin dəstək
istəməsi və Müaviyənin tənəsi.
Tanınmış İslam tariçisi İbn Əbil Hədid yazır ki,
Fatimə(s.ə) mədinəlilərin evinə gedib onları Əli(ə.s)-ni
himayə etməyə çağırırdı. Müaviyənin bu barədə həzrəti-
Əli(ə.s)-yə ünvanladığı məşhur müraciəti budur:
«Adamların Əbu Bəkrə beyət edən günü gecə öz
həyat yoldaşını dəvəyə mindirib Həsən və Hüseynin
əlindən tutub Bədr əhli və ilk müsəlman olanların yanına
gedib onları öz tərəfinə dəvət etməyin mənim heç
yadımdan çıxmır. Zövcən və uşaqlarınla birgə sənin
haqqının qaytarılması üçün onlardan kömək istədin. Xalqa
dedin ki, gəlin Rəsulullahın yavərinə beyət edin, ancaq
dörd-beş nəfərdən başqa heç kim sənin sözünü qəbul
etmədi. Canıma and olsun, əgər sən haqq olsaydın, onlar
sənin sözünü qəbul edərdilər.
45
Lakin sənin etdiyin iddia
batil idi. Bilmədən dilinə bir söz gətirdin. Bacarmadığın və
yetişə bilməyəcəyin bir şeyə (xilafətə) əl atdın. Səni
xilafəti ələ keçirməyə təhrik edəndə Əbu Süfyana dediyin
sözü sən yaddan çıxarsan da, mən unutmamışam. Dedin ki,
44
«Rövzətül-kafi» səh. 33
45
Müaviyənin həzrəti-Əli(ə.s)- nitəhqir etməsinə baxmayaraq, İmam
Əli(ə.s) heç vaxt geri çəkilməmiş, son nəfəsinə qədər bu çürük, mənfur
rejimi devirmək üçün mübarizə aparmış, həmişə xalqı haqq tərəfə
çəkmişdir.
110
əgər qırx nəfər möhkəm döyüşçüm olsa (tərəfdarım olsa),
hökmən mən bunlarla döyüşərdim. Demək, müsəlmanların
Allahı sənin tərəfində deyildir.»
46
Malik ibn Nüveyrənin etirazı.
«İltihabu-niranil-ihzan»
kitabının
xülasəsində
mühəqqiqlərdən bəzisi (Mühəqqiqi-Feyz) belə bir mətləbi
qeyd etmişlər. Biz ancaq onun xülasəsini veririk:
«Əbu Bəkrin beyəti sona yetən zaman Malik ibn
Nüveyrə (Mədinədən bir qədər aralı öz tayfasından ayrı
yaşayan Peyğəmbər(s)-in vəfalı səhabələrindəndir) həzrəti-
Mühəmməd(s)-dən sonra kimin xəlifə olacağını yaxından
öyrənmək məqsədi ilə Mədinəyə gəldi.
O gün cümə günü idi. Malik məscidə daxil olduqda
Əbu Bəkrin Peyğəmbər(s) minbərində oturub xütbə
oxuduğunu gördü. O, bu mənzərəni müşahidə edən zaman
dedi:
__
Bu, Təym tayfasındandır?
Dedilər:
__
Bəli.
Malik soruşdu:
__
Rəsuli-əkrəm(s)-in bizə ona itaət və dostluq etməyi
tapşırdığı şəxs
__
Vəsiyyi-Rəsulullah hanı? (yəni Əli(ə.s))
Müğeyrə ibn Şöbə dedi:
__
Sən yox idin. Biz buradaydıq. Bir hadisədən sonra
başqa bir hadisə baş verir (əvvəl Əli(ə.s)-nin xilafəti
məsələsi var idi, indi başqasının.)
Malik dedi:
46
Müaviyənin bu əsassız ittihamınabaxmayaraq, Əli(ə.s) –nin elə bir
mühitdə həmin hərəkəti onun nə qədər möhkəm iradəyə malik
olduğunu bir daha sübut edir. Beləliklə, nəinki O, mühitdən qorxmadı,
hətta imkanı qədər etiraz edib xalqı əməli surətdə ona arxa çevirərək
mənfur rejimi devirmək üçün mübarizəyə dəvət edirdi.
Dostları ilə paylaş: |