103
«Öz əlinizlə özünüzü təhlükəyə atmayın». »
(«Bəqərə», 195)
Yaxşısı budur ki, Əli(ə.s)-nin hüzuruna gedib bu
barədə onunla məsləhətləşək.
Əli(ə.s)-nin məsləhəti.
Adını çəkdiyimiz on iki nəfər şəxs Əli(ə.s)-nin
hüzuruna gəlib ərz etdi:
__
Ey
möminlərin
əmiri,
həqiqətən,
sən
müsəlmanların rəhbəri olmağa ən layiqli şəxssən, çünki biz
Rəsuli-əkrəm(s)-dən eşitmişik:
«Əli haqq ilə, haqq isə Əli ilədir. Hansı yerdə haqq
varsa, Əli də oradadır».
Biz məscidə gedib Əbu Bəkri həzrəti-Mühəmməd(s)-
in minbərindən aşağı düşürmək qərarına gəlmişik. Bu
barədə sizinlə məsləhətləşib fikrinizi bilmək istəyirik, hər
nə buyursanız, ona da əməl edək.
Əli(ə.s) buyurdu:
__
Əgər belə etsəniz, onlarla sizin aranızda çaxnaşma
düşər. Siz isə sürmə və duz kimi azsınız. Müsəlmanlar
yığışıb Peyğəmbərlərinin sözündən çıxmış və Allahı təkzib
etmişlər. Mən bu baradə öz əhli-beytimlə məşvərət etdim.
Onlar da susmağı məsləhət bildilər. Çünki müxaliflərin
Allaha və Peyğəmbərin Əhli-beytinə olan kin və
düşmənçiliyindən
xəbərdar
idilər. Onlar cahiliyyət
dövrünün kin-küdurətini yaşadanlardır ki, o zamanın
intiqamını bu gün almaq istəyirlər. Əbu Bəkrin yanına
gedin. Peyğəmbərdən mənim barəmdə eşitdiyinizi ona
deyin. Onu şübhədən çıxarın ki, qoy öz inadından əl
çəksin. Allahın Rəsulunun əmrindən çıxdığına, onunla
müxalifət etdiyinə görə Allah qarşısında çəkəcək cəzasını
ona başa salıb xatırladın.
104
Həmin on iki nəfər cümə günü məscidə gəlib
(Peyğəmbər(s)-in vəfatının dördüncü günü idi) minbərinin
ətrafında əyləşdilər.
Əbu Bəkr minbərə çıxan zaman onlardan hər biri
(dəlil gətirməklə) Əli(ə.s)-nin hüququnu müdafiə edib,
onun
fəzilətləri
barədə
həzrəti-Mühəmməd(s)-in
buyurduqlarını ona xatırlatdılar.
42
Sözə ilk başlayan Xalid ibn Səid oldu. Sonra qalan
mühacirlər, axırda isə ənsarlar öz sözlərini növbə ilə
dedilər.
Nəql olunur ki, onlar sözlərini bitirdikdən sonra Əbu
Bəkr minbərin üstündə çarəsiz qalıb onların əleyhinə
bundan başqa ağıllı bir söz deyə bilmədi:
__
Sizin əmiriniz olmağa mənim ləyaqətim yoxdur.
Mən sizlərdən üstün deyiləm. Mənə etdiyiniz beyəti pozun.
Ömər ibn Xəttab çığırdı:
__
Ey ləyaqətsiz, minbərdən aşağı düş. Qüreyşin
gətirdiyi sübutlara cavab verə bilmirsənsə, niyə belə bir
vəzifədə əyləşmisən!? Allaha and olsun, qərara gəlmişəm
ki, səni bu vəzifədən götürüb yerinə Hüzeyfənin azad
etdiyi qulamı Salimi qoyum.
Əbu Bəkr minbərdən aşağı düşdü, Ömərin əlindən
tutub onu öz evinə apardı. Üç gün evdə qalıb
Peyğəmbər(s) məscidinə gəlmədilər. Dördüncü gün
çəkişmə oldu. Dörd gün idi ki, Əbu Bəkr və Ömər evdən
çölə çıxmamışdı. Xalid ibn Vəlid min nəfərlə Əbu Bəkrin
evinə gəlib belə dedi:
__
Niyə evdə oturmusunuz? Allaha and olsun, Bəni-
Haşim (sizin yoxluğunuzdan istifadə edib) xilafətə göz
dikmişdir.
42
Bu mükalimə «Nasixüt-təvarixi xüləfa» kitabında öz əksini
tapmışdır. səh.32,40.
105
Bir tərəfdən də Hüzeyfənin azad etdiyi qulam Salim,
eləcə də Məaz başlarına yığdıqları tərəfdarları ilə oraya
gələrək dörd min nəfərdən ibarət bir qoşun yaradıb,
qılınclarını siyirərək Ömər ibn Xəttabı qabağa salıb, Əbu
Bəkri məscidə gətirdilər. Ömər sözə başlayıb belə dedi:
__
Ey Əli(ə.s)-nin səhabələri, Allaha and olsun, əgər
sizlərdən biri dünənki (yəni dörd gün bundan qabaqkı )
sözü dilinə gətirsə, başını bədənindən ayıracağıq.
Xalid ibn Səid ayağa qalxıb Ömərə xitabən söylədi:
__
Ey Səhhak Həbəşiyyənin oğlu, tərəfdaşlarının
çoxluğu və qılınclarınızla bizi hədələyirsən? Allaha and
olsun, sayımız gözə az çarpsa da, qılınclarımız sizinkindən
daha itidir, lakin Allahın höccəti bizimlə olduğundan biz
çoxluq təşkil edirik. Allaha and olsun, əgər imamımızın
(Əli(ə.s))
itaəti
qarşımı
almasaydı,
onun
əmrini
gözləmədən qılınc çəkib öz haqqımı almaq və vəzifəmi
tamamlamaq üçün Allah yolunda sizinlə cihad edərdim.
Həzrəti-Əli(ə.s) Xalid ibn Səidə buyurdu:
__
Allah-təala sənin mövqeyini və müdafiə əzmini
gördü, sənin səyinin mükafatını qəbul etdi, əyləş.
Xalid oturdu. Bu zaman Salman ayağa qalxıb dedi:
__
Allah böyükdür, Allah böyükdür. Əgər yalan
danışıramsa,
hər
ikisi
kar
olsun,
iki
qulağımla
Peyğəmbər(s)-dən eşitmişəm: «Bir zaman gələr ki,
qardaşım və əmim oğlu öz səhabəsindən bir neçə nəfərlə
məsciddə oturar, bu zaman cəhənnəm itlərindən bir dəstə
onu və əshabını öldürməyə gələr». İndi mənim heç şübhəm
yoxdur ki, Peyğəmbər(s)-in buyurduğu həmin cəhənnəm
itləri elə sizsiniz.
Ömər bu sözü eşidən kimi bərk acıqlandı, ayağa
qalxıb Salmana hücum etdi. Əmirəl-möminin Əli(ə.s) cəld
106
qalxıb Ömərin yaxasından yapışdı və onu saxladı. Daha
sonra Həzrət onu yerə yıxıb buyurdu:
__
Ey Səhhak Həbəşiyyənin oğlu, əgər Allahın hökmü
və Rəsulullah ilə bağladığım əhd olmasaydı, indi sənə başa
salardım ki, bizlərdən hansımız qüvvətli və qalib, hansımız
məğlubuq!
Sonra Əli (ə.s) üzünü öz əshabına çevirib buyurdu:
__
Qalxın, gedin. Allah sizə rəhm eləsin. Allaha and
olsun ki, bundan sonra məscidə daxil olmayacağam.
Qardaşlarım Musa və Harun kimi. Bəni-İsrail Musaya
demişdi:
«Sən və rəbbin gedin onlarla vuruşun, biz burada
oturmuşuq».
Allaha and olsun, Rəsuli-Əkrəm(s)-in qəbrini ziyarət
və Allahın hökmünü icra etməkdən başqa vaxt mən
məscidə daxil olmayacağam, çünki Peyğəmbər(s)-in
qoyduğu qanunu təxirə salıb xalqı heyrət içində və
sərgərdan buraxmaq olmaz.
Əmirəl-möminin Əli(ə.s)-nin nitqi.
Böyük Mühəddis Şeyx Kuleyni (vəfatı 328-ci il hicri
qəməri, təxminən 916-cı il miladi) Əbu Heysəm ibn
Teyhana əsaslanaraq belə yazır:
«Bir
gün
əmirəl-möminin
Əli(ə.s)
Mədinədə
(məsciddə) camaat üçün Allaha dua və səna etdikdən sonra
belə bir söhbətə başladı:
__
Dəni yetişdirən və insanı yaradan Allaha and
olsun, əgər siz elm və kamalı mədənindən çıxarsaydınız,
suyu saf və duru olan vaxt içsəydiniz, yaxşılığı öz yerindən
götürsəydiniz, yolun aydın tərəfini tutub haqqın yolu ilə
getsəydiniz, nicat yolları sizə aydın olub İslam ayini sizin
üçün parlayardı. O zaman Allah nemətlərindən bütövlükdə
faydalanaraq ailələrinizdən heç biri yoxsulluq və çətinliklə
Dostları ilə paylaş: |