87
«Ey anam övladı, bunlar məni çox çətin bir
vəziyyətdə
qoydular,
hətta
az
qaldı
ki,
məni
öldürsünlər».
37
Əbu Bəkrin Fatimə(s.ə) ilə söhbəti
Bir gün Ömər Əbu Bəkrə dedi ki, gedək Fatimə(s.ə)-
nin yanına. Biz onu incitmişik.
Ömər Əbu Bəkrlə birgə Fatimə(s.ə)-nin evinə gəldi.
İçəri daxil olmağa icazə istədikdə həzrəti- Zəhra(s.ə)
onlara icazə vermədi. Onlar Əli(ə.s)-nin hüzuruna gəlib
onunla bu barədə danışaraq Əmirəl-möminin(ə.s)-i bu işdə
vasitə etdilər. İmam Əli(ə.s) Fatimə(s.ə)-dən icazə aldı.
Əbu Bəkrlə Ömər Fatimə(s.ə)-nin hüzuruna gəldikdə
həzrəti-Zəhra(s.ə) üzünü onlardan yan çevirdi. Ona salam
verdilər, lakin Zəhra(s.ə) onların salamlarını almadı.
Əbu Bəkr dedi:
__
Ey Rəsuli-əkrəm(s)-in məhbubu. Allaha and olsun,
Peyğəmbər(s)-in qohumları öz qohumlarımdan mənə daha
əzizdir. Mən səni qızım Ayişədən də çox istəyirəm. Çox
istərdim ki, həzrəti-Mühəmməd(s)-in yerinə mən öləydim,
ondan sonra sağ qalmayaydım. Sən mənə elə baxırsan ki,
guya mən fəzilətlərini bilə-bilə sənin hüququnu tapdayıb
Atan(s)- dan qalan mirasını əlindən alıram?! Mən atan
Rəsulullah(s)-dan belə eşitmişəm:
«Biz
peyğəmbərlər
özümüzdən
sonra
miras
qoymuruq. Bizdən sonra qalan sədəqədir».
Fatimə(s.ə) buyurdu:
__
Əgər mən sizə atamdan bir söz desəm, ona əməl
edərsizmi?
Ömərlə Əbu Bəkr dedilər:
__
Bəli, əməl edərik.
37
Bu parça Harunun Musa(ə.s)-ya dediyi sözdür. «Əraf» surəsi 150-ci
ayədə gəlmişdir.
88
Fatimə(s.ə) buyurdu:
__
Sizi Allaha and verirəm! Məgər eşitməmisinizmi
ki, Peyğəmbər (s) buyurub:
«Fatimənin sevinci mənim sevincim, onun qəzəbi
mənim qəzəbimdir. Kim qızım Fatiməni sevindirsə, məni
sevindirib,
kim
Fatiməni
qəzəbləndirsə,
məni
qəzəbləndiribdir».
Dedilər:
__
Bəli, bu sözü Rəsulullahdan da eşitmişik.
Fatimə(s.ə) buyurdu:
__
Allah və mələkləri şahiddir ki, siz məni
qəzəbləndirdiniz, sevindirmədiz. Mən Peyğəmbər ilə
görüşəndə sizdən o Həzrətə şikayət edəcəyəm.
Əbu Bəkr dedi:
__
Mən Allahın və sənin qəzəbindən Allaha pənah
aparıram.
Sonra Əbu Bəkr elə şiddətlə ağladı ki, az qala, ruhu
bədənindən çıxsın. Fatimə(s.ə) ona buyurdu:
__
Allaha and olsun, qıldığım hər namazdan sonra
sənə qarğış edirəm.
Əbu Bəkr ağlar halda Fatimə(s.ə)-nin evindən çölə
çıxdıqda insanlar onun ətrafına toplaşdılar. Əbu Bəkir
onlara dedi:
__
Sizin hər biriniz gecələr öz xanımınızın yanında
dincəlir,
bir-birinizlə
qolboyun
olub
şad-xürrəm
yaşayırsınız. Lakin məni bu çarpışmanın arasında tək
qoydunuz. Mənim sizin beyətinizə ehtiyacım yoxdur.
Mənə etdiyiniz beyəti pozun!
Ətrafdakılar dedilər:
__
Ey Peyğəmbər(s)-in canişini, xilafət sənsiz
düzəlmir, çünki sən hökumət işlərində bizdən daha
89
təcrübəlisən, əgər sən hakimiyyətdən əl çəksən, Allahın
dini məhv olar.
Əbu Bəkr dedi:
__
Allaha and olsun, əgər dinin süst olmaq qorxusu
olmasaydı, Fatimə(s.ə)-nin bu sözünü eşidəndən sonra
öhdəmdə bir müsəlmanın beyəti olsaydı belə, mən bir
gecə də yatmazdım.
İbn Qüteybə yazır: «Əli(ə.s) Fatimə(s.ə) vəfat edənə
qədər Əbu Bəkrə beyət etmədi. Fatimə(s.ə) Atasının
vəfatından sonra 75 gündən artıq yaşamadı». (Bu, İbn
Qüteybənin yazısının sonudur).
2.İbn Əbdürrəbbi Əndulusinin yazdıqları.
Böyük sünni alimlərindən olan İbn Əbdürrəbbi
Əndulusi adı ilə tanınmış Əhməd ibn Məhəmməd Qərtəbi
Mərvani Maliki qiymətli kitablardan sayılan «Ələqdül-
fərid» adlı kitabının ikinci cildində «Beyət» əhvalatı
barədə ətraflı məlumat vermişdir.
O yazının xülasəsi belədir ki, Əbu Bəkrə beyət
etməkdə müxalif olan şəxslər
__
Əli(ə.s), Abbas və Zübeyr
Fatimə(s.ə)-nin evində idilər. Əbu Bəkr Öməri onların
dalınca göndərdi ki, beyət etməyənri Fatimə(s.ə)-nin
evindən çölə çıxarsın. O, Ömərə belə tapşırdı: «Əgər
beyətdən imtina etsələr, onlara güc tətbiq etməkdən
çəkinmə».
Ömər evə od vurmaq istədikdə Fatimə(s.ə) onunla
üzbəüz dayanıb buyurdu:
__
Ey Xəttabın oğlu, bizim evi yandırmağa gəlmisən?
Ömər dedi:
__
Bəli! Siz də başqaları kimi beyət edin.
Əli(ə.s) evdən çıxıb Əbu Bəkrin yanına getdi və
beyət etdi.
90
Görkəmli tarixçi Məsudinin yazdıqları.
Məsudi adı ilə tanınmış məşhur tarixçi Əli ibn
Hüseyn «Mürrəvicüz-zəhəb» kitabında Abdulla ibn
Zübeyrin qiyamı barədə belə yazır ki, Abdulla ibn Zübeyr
Məkkədə olan bütün Haşimi övladlarını Əbi Talib
tayfasında bir yerə toplamaq qərarına gəlir. Zübeyr ora
külli miqdarda odun yığdırır. Əgər o odunlar od tutub
yansa idi, Bəni-Haşimin hamısı yanar, onlardan biri də
salamat qalmazdı. Məhəmməd Hənəfiyyə də (Əli (ə.s)-ın
oğlu) onların arasında idi. O, sonra nəql edir ki, Əbu
Abdulla Cədəli dörd min nəfərlə Kufədən Muxtar
tərəfindən Məkkəyə göndərilib Bəni-Haşimi bu fəlakətdən
qurtardı.
Məsudi yazır: «Nofəli öz kitabında Ayişənin qulluğa
təyin etdiyi şəxslərdən biri olan Həmmad ibn Səlmədən
eşitdiyi qəziyyəni belə təsvir edir:
Abdulla ibn Zübeyrin qardaşı Ürvə ibn Zübeyr
qardaşına edilən bu məzəmməti eşidəndə qardaşı tərəfdən
üzrxahlıq edib deyirdi: «Abdullanın odun yığmaqda
məqsədi Bəni-Haşimi qorxutmaqla beyətə razı etmək idi,
belə ki Ömər ibn Xəttab əvvəllər Bəni-Haşimi bu yolla
beyətə təhrik etmişdi. Ömər Onları yandırmaq üçün odun
yığdı, çünki Haşim övladları beyət etməkdən boyun
qaçırırdılar».
Sonra Nofəli yazır ki, bu şərhi bir kitaba sığmayan
bir məsələdir. Biz Əhli-beyt(ə.s)-in fəzilət və həyatı barədə
bəhs edən «Hədaiqul-Əzhan» adlı kitabda bu barədə ətraflı
şərh vermişik.
Böyük alimlərdən bir neçəsinin qeydləri.
Böyük şiə alimi mərhum Ələmul-Hüda Seyyid
Mürtəza (vəfatı: 436-cı il hicri qəməri, təxminən 1027-ci il
miladi) «Əşşafi» adlı kitabında Fatimə(s.ə)-nin evinin
Dostları ilə paylaş: |