119
getmədiyi səhabə evi qalmadı. O, alicənablıqla öz haqqı
barədə Allahı xatırladıb onları köməyə səslədi, ancaq biz
dörd nəfərdən başqa o Həzrətin dəvətini qəbul edən
olmadı. Həmin dörd nəfər bunlardır: Salman, Əbuzər,
Miqdad və Zübeyr ibn Əvam. Biz başımızı (Əli(ə.s)-nin
dostları əlaməti olaraq) qırxmışdıq. Həzrəti-Əli(ə.s)-yə
kömək etməkdə Zübeyr bizdən daha comərd və bəsirətli
çıxdı».
Peyğəmbər(s)-in ailəsinə təcavüz.
Elə ki Əli(ə.s) xalqın vəfasızlığını görüb başa düşdü
ki, ona kömək etməkdən boyun qaçırırlar və Əbu Bəkrin
ətrafında birləşirlər, evə qayıdıb bir daha bayıra çıxmadı.
Belə olan halda Ömər Əbu Bəkrə dedi:
__
Niyə Əli(ə.s)-yə xəbər göndərmirsən ki, gəlib sənə
beyət etsin? Ondan və dörd nəfərdən başqa hamı beyət
edibdir.
Əbu Bəkr ürəyiyumşaq və güzəştə gedən bir adam
kimi bir işdə çox götür-qoy edər, lakin Ömər isə daşürəkli,
qəzəbli və acıdil idi.
Ömər dedi:
__
Qunfuzu
50
Əli(ə.s)-ni çağırmağa göndərirəm. O,
sərt, qəzəbli, kobuddur. Qunfuz Ədiy ibn Kəb sülaləsindən
azad olunmuş bir quldur.
Əbu Bəkr Qunfuzu bir neçə nəfərlə Əli(ə.s)-nin
hüzuruna göndərdi. Qunfuz Əli(ə.s)-nin evinə gəlib içəri
daxil olması üçün icazə istədi, amma Əli(ə.s) ona icazə
vermədi. Qunfuzun yoldaşları məsciddə bir neçə nəfərlə
oturub söhbət edən Əbu Bəkr və Ömərin yanına gəlib
dedilər:
__
Əli(ə.s) bizə içəri keçməyə icazə vermədi.
50
Qunfuz Ömərin əmisi oğlu və Ədiy qəbiləsindəndir.
120
Ömər:
__
Təzədən Əli(ə.s)-nin evinə qayıdın. Əgər icazə
verməsə, icazəsiz içəri girin.
Onlar Əli(ə.s)-nin evinə gəlib əvvəl icazə istədilər.
Fatimə(s.ə) qapıya çıxıb buyurdu:
__
Mən sizə icazəsiz mənim evimə daxil olmağı
qadağan edirəm. (Mən narahatam, evimə gəlməyin.)
Qunfuzun yoldaşları yenə də Əbu Bəkr və Ömərin
yanına qayıtdılar. Qunfuz isə orada qaldı. Onlar
Fatimə(s.ə)-nin sözünü Əbu Bəkrə çatdırdıqda Ömər
hirslənib dedi:
__
Bizim qadınlar ilə nə işimiz vardır?
Sonra o, ətrafındakılara dedi:
__
Odun yığın.
Onlar odun yığıb Ömərlə birlikdə həzrəti-Zəhra(s.ə)-
nın evinə gəldilər. Odunları evin qapısının qarşısında
qaladılar. Bu vaxt da Əli(ə.s), Fatimə(s.ə), Həsən və
Hüseyn(ə.s) evdə idilər. Ömər ucadan qışqırıb dedi:
__
Allaha and olsun, ey Əli, gərək evdən çıxıb
Rəsulullahın xəlifəsinə (Əbu Bəkrə) beyət edəsən, yoxsa
evini yandıracağam.
Fatimə(s.ə) Ömərə buyurdu:
__
Niyə bizimlə belə rəftar edirsən?
Ömər:
__
Qapını aç, yoxsa od vurub yandıraram.
Fatimə(s.ə):
__
Allahdan qorxmursanmı, mənim evimə güclə
soxulursan?
Ömər oradan çəkilməyib yoldaşlarından alov istədi.
Onlardan alovu alıb həzrəti-Zəhra(s.ə)-nın evinin qapısını
yandırdı. Sonra qapını itələyib içəri girdikdə Fatimə(s.ə)
onun qarşısında dayanıb fəryad etdi:
121
__
Ey atacan, ya Rəsulullah!
Ömər qılıncı qınındaca Zəhra(s.ə)-nın qabırğasına
zərblə vurdu. O Xanımın naləsi asimana ucaldı:
__
Ey atacan.
Ömər qırmancı havada yellədib həzrəti-Zəhra(s.ə)-
nın qoluna elə çırpdı ki, o Xanım ucadan nalə çəkdi:
__
Ey Rəsulullah, bax gör, Əbu Bəkr və Ömər səndən
sonra bizimlə necə pis rəftar etdilər.
Bu zaman Əli(ə.s) sıçrayıb Ömərin yaxasından
tutaraq onu yerə elə vurdu ki, burnundan qan açıldı. İstədi,
birdəfəlik onun işini bitirsin, birdən Peyğəmbər(s)-in
vəsiyyəti yadına düşdü. Dedi:
__
Ey Səhhakın oğlu, and olsun Mühəmməd(s)-i
peyğəmbərliyə seçən Allaha, əgər Allahın hökmü və
Rəsulullah(s)-ın vəsiyyəti olmasaydı, sən mənim evimə
heç bir vəchlə daxil ola bilməzdin.
Ömər məscidə adam göndərib Əbu Bəkrdən kömək
istədi. Bir dəstə Əbu Bəkrin havadarlarlarından köməyə
gəlib Əli(ə.s)-nin evinə soxuldu. Əli(ə.s) ayağa qalxıb
qılıncını çəkdi. Qunfuz Əli(ə.s)-nin onların üstünə qılınc
çəkdiyini görüb qorxusundan Əbu Bəkrin yanına qaçdı,
çünki
o,
həzrəti-Əli(ə.s)-nin
döyüşlərdə
göstərdiyi
rəşadətindən xəbərdar idi. Baş vermiş hadisəni Əbu Bəkrə
danışdıqda Əbu Bəkr Qunfuza dedi:
__
Əlinin evinə qayıt, əgər evdən çıxsa, onu buraya
gətir. Yox, əgər çıxmasa, evi içindəki adamlarla bir yerdə
od vurub yandır.
Qunfuz qayıdıb dəstəsi ilə birlikdə icazəsiz Əli(ə.s)-
nin evinə soxuldu. Əli(ə.s) istədi, qılıncını götürsün,
Qunfuz onu qabaqlayıb qılıncı qapdı. Bu zaman
Fatimə(s.ə) Əli(ə.s)-ni himayə etmək məqsədilə qabağa
122
gəldi. Qunfuz tazyanəni havada yellədib Fatimə(s.ə)-ni
vurdu.
«Fatimə(s.ə) o zərbələrin nəticəsində (bir müddətdən
sonra) dünyadan köçəndə bu tazyanələrin şiddətli izləri
(qolbaq kimi) onun qolunda açıq-aşkar bilinirdi».
Sonra həzrəti-Əli(ə.s)-ni zorla Əbu Bəkrin yanına
gətirdilər. Ömər əlində qılınc Əli(ə.s)-nin başı üstündə
dayanmışdı. Xalid ibn Vəlid, Əbu Übeydə Cərrah, Əbu
Hüzeyfənin azad olunmuş qulamı Salim, Məaz ibn Cəbəl,
Müğeyrə ibn Şöbə, Əsəd ibn Həzir, Bəşir ibn Səd və
başqaları əllərində qılınc Əbu Bəkrin ətrafında dövrə
vurmuşdular.
Həzrəti-Zəhra(s.ə)-nın qəzəbi.
Əyyalinin yazdıqlarından:
«Əli(ə.s)-ni evdən aparandan sonra Fatimə(s.ə) çölə
çıxıb Əbu Bəkrə üzünü tutaraq belə buyurdu:
__
İstəyirsiz ki, həyat yoldaşımı əlimdən alıb məni tək
qoyasız? Allaha and olsun, əgər ondan əl çəkməsəniz
başımı açıb atamın qəbri üstündə Allah dərgahına nalə
çəkərəm.
Sonra Fatimə(s.ə) Həsən ilə Hüsey(ə.s)-nin əlindən
tutub Peyğəmbər(s)-in qəbri üstünə gəldi.
Həzrəti-Əli(ə.s) məsələdən agah olduqda Salmana
belə tapşırdı:
__
Get Mühəmməd(s)-in qızı Fatimə(s.ə)-ni tap, geri
qaytar. Sanki Mədinənin lərzəyə gəlib batdığını hiss
edirəm. Allaha and olsun, əgər Fatimə(s.ə) saçını dağıdıb
Peyğəmbər(s)-in qəbri üstündə Allah dərgahına nalə çəksə,
daha Mədinə əhlinə bir an belə möhlət verilməyəcəkdir.
Yer onların hamısını öz kamına çəkəcəkdir».
Dostları ilə paylaş: |