127
Peyğəmbər(s)-in gözünün nuru, hər iki dünya
qadınlarının xanımı həzrəti-Fatimə(s.ə)-yə qarşı güc
tətbiq edilməsi.
Əllamə Məclisi «Biharül-ənvar» kitabında Süleym
ibn Qeys Hilali Kufiyə, Əban ibn Əyyam Süleymə
əsaslanaraq belə bir faktı qeyd edirlər: «Peyğəmbər(s)
vəfat edəndə hələ cənazəsini dəfn etməmiş müsəlmanlar
Rəsuli-əkrəm(s) ilə bağladıqları əhd-peymanı pozub
mürtəd oldular və Rəsulillah(s) tərəfindən təyin olunmuş
yolun əksinə getdilər.
Əli(ə.s) Peyğəmbər(s)-in cənazəsini qüsl edib, kəfənə
tutub, namaz qılıb, dəfn etdikdən sonra evə qayıdıb
Peyğəmbər(s)-in vəsiyyətinə əməl edərək «Quran»ı tərtib
edib tənzimləməklə məşğul oııldu. Bu kimi işlər onu baş
vermiş hadisələrdən kənarda saxladı. O zaman Ömər Əbu
Bəkrə demişdi:
__
Hamı sənə beyət edibdir. Təkcə bu kişi
__
Əli(ə.s)
və Əhli-beytindən başqa. Bir nəfər göndər ki, gəlib beyət
etsin.
Əbu Bəkr Ömərin Qunfuz adlı əmisi oğlunu həzrəti-
Əli(ə.s)-nin dalınca göndərib ona tapşırdı:
__
Get Əli(ə.s)-yə de ki, Peyğəmbər(s)-in canişininin
dəvətini qəbul elə.
Qunfuz bir neçə dəfə Əli(ə.s)-nin yanına gəlib Əbu
Bəkrin sözünü ona yetirdi. Lakin Əli(ə.s) beyətdən imtina
etdi.
Axırda Ömər hirslənib ayağa qalxdı. Xalid ibn Vəlidi
və Qunfuzu çağırıb onlara tapşırıq verdi ki, odun yığsınlar.
Onlar özləri ilə odun götürüb Ömərlə birlikdə Fatimə(s.ə)-
nin evinə yollandılar.
Fatimə(s.ə) qapının arxasında dayanmışdı. Hələ
Peyğəmbər(s)-in matəm şalını başından açmamışdı. O,
128
Rəsulillah(s)-ın ayrılığından zəifləyib taqətdən düşmüşdü.
Ömər qapıya yaxınlaşıb qapını döyərək ucadan qışqırdı:
__
Ey Əbu Talibin oğlu, qapını aç.
Fatimə(s.ə):
__
Ömər! Niyə biz matəmdə ola-ola bizdən əl
çəkmirsən?
Ömər:
__
Qapını aç. Yoxsa evə od vurub yandıraram.
Fatimə(s.ə):
__
Ömər, Allahdan qorxmursanmı? İcazəsiz mənim
evimə daxil olub hücum çəkirsən?
Ömər öz fikrindən dönməyib qapıya od vurdu. Yarı
yanmış qapını itələyib içəri daxil olanda Fatimə(s.ə)
onunla qarşı-qarşıya gəlib fəryad etdi:
__
Ata can, ey Allahın Rəsulu!
Ömər qılıncı qınındaca qaldırıb həzrəti-Zəhra(s.ə)-
nın qabırğa nahiyəsinə endirdi. O Xanımın naləsi göyə
ucaldı. Ömər qırmancını havada yellədib həzrəti-
Zəhra(s.ə)-nın qoluna çırpdı. Fatimə (s.ə) fəryad etdi:
__
Ey atacan!
Bu zaman Əli(ə.s) cəld gəlib Ömərin yaxasından
tutub yerə vurdu. Ömərin burnundan qan açıldı. Həzrəti-
Əli(ə.s)
xəncəri
çəkib
onu
öldürmək
istəyəndə
Peyğəmbər(s)-in vəsiyyəti yadına düşdü. Peyğəmbər(s)
ona hər şeyə dözüb səbirli olmağı vəsiyyət etmişdi.
Əli(ə.s) dedi:
__
Yaxşı bilirsən ki, əgər həzrəti-Mühəmməd(s)-in
vəsiyyəti olmasaydı, sən mənim evimə icazəsiz daxil ola
bilməzdin.
Ömər fəryad edib köməyə çağırırdı. Bir neçə nəfər
onun köməyinə gəlib Əli(ə.s)-nin evinə doluşdu. O Həzrəti
çəkə-çəkə
məscidə
tərəf
beyət
etməyə
apardılar.
129
Fatimə(s.ə) də qapının kənarında dayanıb baxırdı. Qunfuz
qırmancı ilə fatimə(s.ə)-ni vurdu. Həzrəti-Fatimə(s.ə) vəfat
edəndə qırmancın izləri onun qolunda hələ də qalmışdı.
Sonra Qunfuz qapını itələyib açanda qapını Fatimə(s.ə)-nin
böyrünə elə vurmuşdu ki, o Xanımın qabırğasının biri
sınmışdı və bətnində olan uşağı məhv olmuşdu. Bu
hadisədən sonra həzrəti-Zəhra(s.ə) yatağa düşüb aldığı
həmin zədələrdən də şəhadətə yetişdi.
Qunfuza təşəkkür.
Müəllif
yazırr:
«Süleym
ibn
Qeysdən
nəql
olunmuşdur ki, Ömər ibn Xəttab bütün işçilərin maaşının
yarısını (büdcənin azaldığına görə) cərimə olaraq onlardan
tutdu. Lakin Qunfuzun maaşını bütövlükdə ödədi. Süleym
deyir ki, Peyğəmbər(s) məscidinə gedib gördüm ki, bir
dəstə adam məscidin bir küncündə oturub söhbət edir.
Onların hamısı Bəni-Haşimdən idi. Təkcə Salman, Əbuzər,
Miqdad, Məhəmməd ibn Əbu Bəkr, Ömər ibn Əbi Səimə
və Qeys ibn Səd ibn Übadədən başqa. Bu yığıncaqda
Abbas (Peyğəmbərin əmisi) Əli(ə.s)-dən soruşdu:
__
Niyə Ömər başqa işçilər kimi Qunfuzun pulundan
tutmadı?
Həzrəti-Əli(ə.s) ətrafına baxıb gözlərindən yaş
axıdaraq buyurdu:
__
Qunfuzun pulunu kəsmədi ki, ona bu yolla öz
təşəkkürünü bildirsin. Çünki onun Fatimə(s.ə)-yə vurduğu
qamçının izləri həzrəti-Zəhra(s.ə) vəfat edənə qədər onun
qolunda qolbaq kimi qaralmışdı».
İmam Həsə(ə.s)-nin Müğeyrə ibn Şöbəyə
söylədikləri.
Süleym ibn Qeys qeyd edir ki, İmam Həsən
Müctəba(ə.s) öz ehticacında Müaviyə və tərəfdarları ilə
130
geniş söhbət edərkən həzrəti-Əli(ə.s)-yə nalayiq töhmətlər
vuran Müğeyrə ibn Şöbəyə buyurmuşdu:
«Sən Allahın düşməni, «Quran»ın ziddinə gedən və
Peyğəmbər(s)-i təkzib edən bir şəxssən. Sən Peyğəmbər(s)
qızına əl qaldırdın. Onu yaralayıb bətnindəki uşağının
məhv olmasına səbəb oldun. Cəsarətlə Peyğəmbər(s)-in
ziddinə gedib o Həzrətin Fatimə(s.ə)-nin şəninə buyurduğu
kəlamı alçaq tutdun: «Sən behişt qadınlarının xanımısan».
Ey Müğeyrə, Allah sənin cəzanı versin, yalan
sözlərinin günahının ağırlığını boynuna qoysun
53
».
Feyz Kaşaninin yazılarında Əli(ə.s)-nin beyət
etməsi.
İslam dünyasının məşhur filosoflarından sayılan Feyz
Kaşani «Elmül-yəqin» kitabında həzrəti-Əli(ə.s)-nin evinə
hücum olunması barədə «İntibahi Niranül-əhzan» kitabına
əsaslanaraq belə qeyd edir:
«Ömər azad olunmuş qullardan və münafiqlərdən bir
neçəsini yığaraq Əli(ə.s)-nin evinə yollandı. Onlar qapını
bağlı görüb ucadan səsləndilər:
__
Əli, çölə çıx! Peyğəmbər(s)-in canişini səni öz
hüzuruna tələb edir.
Həzrəti-Əli(ə.s) qapını açmadı. Onlar evi yandırmaq
üçün qapının ağzına odun qaladılar. Ömər yenə qışqırıb
dedi:
__
Allaha and olsun, əgər qapını açmasa, evə od
vuracağam.
Fatimə(s.ə) onların evi yandıracağını başa düşüb
qapını açdı. Onlar Fatimə(s.ə)-yə örtünmək üçün imkan
53
Tarixi sənədlərdə Müğeyrə ibn Şöbənin şəxsən özünün həzrəti-
Zəhra(s.ə)-ya əl qaldırması barədə heç bir fakt yoxdur. Lakin o,
Peyğəmbər(s) ailəsinin əleyhinə camaatı təhrik edən bir şeytan kimi
xatırlanmışdır.
Dostları ilə paylaş: |