Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə28/55
tarix02.12.2017
ölçüsü4,51 Kb.
#13562
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

 
111 
«Allaha  and  olsun,  heç  bir  hadisə  baş  verməmişdir. 
Ancaq siz Allaha və Rəsuluna xəyanət edibsiniz». 
Sonra O, Əbu Bəkrin yanına gəlib soruşdu:  
          __
Ey  Əbu  Bəkr  niyə  Vəsiyyi-Rəsulullah  (Əli(ə.s)) 
otura-otura minbərə sən çıxmısan? 
Əbu Bəkr sərt cavab verdi:  
__ 
Öz  dabanına  idrar  edən  (sidikləyən)  bu  ərəbi 
məsciddən qovun. 
Ömər,  Xalid  və  Qunfuz  hər  üçü  qalxıb  onu  döyüb 
təhqir edərək məsciddən zorla çölə çıxartdılar. 
Malik  miniyinə  minib  bu  şeri  oxuya-oxuya 
Mədinədən öz yaşadığı yerə yola düşdü:  
«Biz  Peyğəmbər(s)  aramızda  olana  qədər  ona  itaət 
edirdik.  Bəs  ey  müsəlmanlar,  müsəlmanlarla  Əbu  Bəkr 
arasındakı  bu  münasibət  hansı  qanuna  əsasəndir?!  (mən 
hansı  dəlilə  əsasən  ona  beyət  etməliyəm?)  Əbu  Bəkr 
öləndən  sonra  Ömər  onun  yerinə  keçəcəkdir.  Bu,  çox 
sarsıdıcıdır. Ömər Əbu Bəkri müdafiə edir, onun eyiblərini 
örtür.  Elə  bil  böyük  bir  cəmiyyətlə  cihad  edir  və  ya  bir 
qəbrin  kənarında  əzadarlıq  edir.  Lakin  əgər  vəsiyyi-
Peyğəmbər qiyam etsə, biz ona dəstək verəcəyik». 
(Bəzi  kitablarda  şerin  axırıncı  misrası  belə  verilir: 
«Əgər  qüreyşlilərdən  bizim  aramızda  coşqun  xalq  kütləsi 
hərəkətə gəlib haqqı tələb etsə, biz onlara arxa olarıq».) 
Malikin Xalid ibn Vəlidin əli ilə öldürülməsi. 
Elə  ki  Əbu  Bəkrin  beyəti  rəsmiləşib  sona  yetdi,  o, 
xalqın rəhbəri təyin olundu. Bu zaman Əbu Bəkr Xalid ibn 
Vəlidi  çağırıb  ona  dedi:  «Sən  şahidsən  ki,  Malik  ibn 
Nüveyrə  nə  dedi?!  Camaatın  qarşısında  necə  mənə  etiraz 
edib  bizim  əleyhimizə  şerlər  oxudu?!  İndi  diqqətli  ol,  biz 
onun məkr və hiyləsindən kənarda qalmalıyıq. Çox guman 
ki,  hakimiyyətə  zərər  yetirəcək.  Sən  onu  da,  tərəfdarlarını 
 
112 
da  öldürüb,  ailələrini  əsir  etməlisən.  Çünki  mürtəd  olub 
zəkat  vermirlər.  Sənə  qoşun  verib  onların  üzərinə 
göndərirəm». 
Xalid  öz  qoşunu  ilə  Malik  ibn  Nüveyrənin  yaşadığı 
Bitah  şəhərinə  hərəkət  etdi.  Malik  onun  üstünə  qoşun 
gəldiyini  eşitdikdə  qılıncını  götürüb  atın  yəhərini 
bağlayaraq  müdafiə  olunmağa  hazırlaşdı.  Malik  ərəb 
cəngavərlərindən  sayılırdı.  Onu  yüz  döyüşçüyə  bərabər 
bilirdilər.  Xalid  Malikin  nəyə  qadir  olduğunu  bilirdi,  ona 
görə də açıq döyüşdən çəkinib  hiyləyə əl atdı.  Malikə söz 
verdi  ki,  sən  amanda  olacaqsan.  Malik  onun  sözünə 
inanmadı.  Xalid  xeyli  and  içib  dedi  ki,  heç  bir  hiylə 
yoxdur. Malik onun andlarına inandı. Hətta Xalidi qoşunla 
birgə  qonaq  saxladı.  Gecə  yarıdan  keçəndə  Xalid 
silahdaşlarından  bir  neçə  nəfərlə  namərdcəsinə  Malikin 
evinə soxulub onu öldürdü. Elə həmin gecə Xalid Malikin 
zövcəsi Ümmü Təmimi zorladı. Daha sonra Malikin başını 
kəsib  qazana  qoydu.  Həmin  qazanda  da  o  gecə  qurbanlıq 
dəvə ətindən toy şənliyi üçün xörək bişirirdilər. 
Təəccüblü  burasıdır  ki,  Xalid  Malikin  kəsilmiş  başı 
içində  bişmiş  xörəkdən  yeməyi  öz  qoşununa  əmr  etmiş, 
sonra  Malikin  tərfdarlarının  qadınlarını  dindən  çıxmış, 
mürtəd kimi ittiham edərək əsir aparmışdı. 
Malikin müsibəti haqda Əli(ə.s)-nin mərsiyəsi. 
Malikin  faciəli  surətdə  qətlə  yetirilməsi  və  onun 
qadınlarının əsir alınması  xəbəri Əli(ə.s)-yə  yetişəndə çox 
narahat  olub  buyurdu:  «Hamımız  Allah  tərəfindən 
gəlmişik və Allaha tərəf də qayıdacağıq». 
Sonra isə onun üçün bu şeri oxudu:  
«Bir az səbir elə ki,  hər bir çətinlikdən sonra asanlıq 
gəlir.  Hər bir  iş üçün  vaxt və ölçü  var.  Qadir  Allah  bizim 


 
113 
əhvalımızdan 
xəbərdardır. 
Allahın 
təqdiri 
bizim 
tədbirimizdən üstündür». 
Müəllif yazır: «Malikin Xalid tərəfindən öldürülməsi 
macərası 
sünni 
və 
şiə 
raviləri 
tərəfindən 
qeyd 
olunmuşdur».
47
 
Əbu Bəkr və Ömərin Malikin Xalid tərəfindən 
öldürülməsinə münasibəti. 
Əbu  Qutadə  Xalidin  qoşunundan  idi.  Xaliddən    bu 
hiylə və cinayəti görəndə çox narahat olmuşdu.  Ata minib 
özünü  tez  Mədinəyə  yetirdi.  Əbu  Bəkrin  yanına  gəlib 
bütün  hadisəni  olduğu  kimi  onun  üçün  danışdı.  Bundan 
sonra  Xalidin  sərkərdə  olduğu  orduda  xidmət  etmədiyinə 
and  içdi.
48
Əbu  Bəkr  dedi:  «Xalid  hiyləgərliklə  ərəbin  mal 
və sərvətini qarət etmiş və mənim qanunumu pozmuşdur». 
Ömər  ibn  Xəttab  məsələdən  xəbərdar  olanda  Əbu 
Bəkrlə  çox  söz-söhbətdən  sonra  dedi:  «Xaliddən  qisas 
alınmalıdır». 
Xalid əynində üzünə dəmir çəkilmiş pambıq köynək, 
kamanında  iki  ox  Mədinəyə  qayıdaraq  elə  bu  görkəmdə 
(qalibiyyət  və  sərkərdəlik  rəmzi  idi)  Mədinə  məscidinə 
daxil  oldu.  Ömər  onu  görəndə  oxları  onun  başı  üstündən 
götürüb sındırdı və dedi:  
__ 
Ey  öz  canının  düşməni,  müsəlmana  təcavüz  edib 
onu  öldürürsən,  sonra  da  həyat  yoldaşını  zorlayırsan?! 
Allaha and olsun, səni daşqalaq edərik. 
Xalid  heç  bir  şey  deməyib  sakit  dayanmışdı.  Belə 
güman edirdi ki,  Əbu Bəkrin də  fikri  belədir.  Əbu Bəkrin 
                                                
47
 «Tarixi-Təbəri» III c, səh. 295, «Tarixi-ibn Əsir» III c, səh.149, 
«Üsdül-Ğabə» IV c, səh. 295, «Tarixi-ibn Əsa» V c, səh. 105, 
(«Əlğədir» VII c,  səh. 158-166.) 
48
 «Şərhi Nəhcül-bəlağə» ibn Əbil Hədid I c, səh. 179 
 
114 
evinə gedib xüsusi bir hiyləgərliklə ondan üzrxahlıq istədi. 
Əbu Bəkr onun hiylə dolu üzrünü qəbul edib, qisasına göz 
yumdu. 
Xalid  Əbu  Bəkrin  evindən  çölə  çıxdı.  Ömər  onu 
məscidin qapısında gözləyirdi. Xalid Ömərə dedi:  
__
Yanıma gəl, ey Ümmü-Tülmənin oğlu. 
 Ömər  Xalidin  bu  sözündən  başa  düşdü  ki,  Əbu 
Bəkrin  yanından  razı  çıxıbdır.  Ömər  Xalidə  heç  bir  söz 
deməyib evinə getdi. 
Əllamə  məclisi  yazır:  «Ömərin  Xalidi  danlaması 
şəriət hökmlərini və İslam qanunlarını icra etmək məqsədi 
güdmürdü,  əksinə,  onun  narahatlığı  cahiliyyət  dövründə 
Xalid  ilə  əhd-peyman  bağladıqlarına    görə  idi.  Elə  buna 
görə  də  Xalidin  Səd  ibn  Übadəni  (ənsarların  başçısı) 
öldürməsi xəbərini eşidəndə Xalidi əfv etdi. 
Bəzi  tarixçilərin  İmamlardan  nəql  etdiklərinə  görə, 
Ömərin  xilafəti zamanı  bir gün Ömər  Mədinədən kənarda 
Xalid ilə görüşüb, ona demişdi:  
__
Malik ibn Nüveyrənin sən öldürmüsən. 
Xalid:  
__ 
Bəli, aramızda olan ədavətə görə onu öldürdüm.  
Ömər  bu  sözdən  xoşhallanıb  Xalidi  sinəsinə    sıxıb: 
«Sən Allahın və Rəsulullahın qılıncısan»,
 __ 
dedi. 
«Quran»ın yığılması və nizamlanması. 
Süleym  ibn  Qeys  Səqifə  əhalatını  Salmandan  nəql 
edib bu məqama yetişir: 
 «Əli(ə.s)  xalqın  vəfasızlığını,  yalan  və  bəhanələrini 
görüb evində «Quran»ı toplayıb nizamlamaqla məşğul idi. 
İşini görüb qurtarana qədər evdən çölə çıxmadı. 
Bundan qabaq «Quran» ayələri vərəq, taxta və parça 
üzərində  pərakəndə  yazılmışdı.  Əli(ə.s)  bütün  «Quran»ı 
toplayaraq  öz  dəsti-xətti  ilə  yazdı,  onun  tənzil  və  təvilini, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə