Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə25/55
tarix02.12.2017
ölçüsü4,51 Kb.
#13562
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

 
99 
Bu  hadisə  əmirəl-möminin  Əli(ə.s)-ni  çox  narahat 
etmişdi. Xəbər hər yerə yayıldı. Mən eşidən kimi gecəykən 
Əli(ə.s)-nin evinə getdim. O Həzrətin qulluqçusu Qənbərlə 
görüşüb dedim:  
__ 
Əmirəl-mömininin vəziyyəti necədir? 
Qənbər dedi:  
__  
Əmirəlmöminin yatıbdır. 
Bu  zaman  Əli(ə.s)  içəridən  Qənbərin  sözünü  eşidib 
buyurdu:  
__
Kimdir? 
Qənbər:  
__ 
Ey möminlərin əmiri, İbn Abbasdır. 
 (Bəzi mənbələrdə İbn Abbas özü dedi: «Mənəm») 
İmam  icazə  verdi.  İçəri  daxil  olanda  gördüm,  o 
Həzrət  yatağının  bir  tərəfində  əyləşərək  özünü  yorğana 
bürüyübdür. Gözə çox narahat dəyirdi. Soruşdum:  
__
Bu gecə nə  isə  halın  yaxşı deyildir,  ey  möminlərin 
əmiri(niyə yatmırsan?). 
O buyurdu:  
-Ey  Abbasın  oğlu!  Göz  yuxudadır,  lakin  qəlb 
oyaqdır.  Qəlb  başqa  bədən  əzalarının  hökmdarıdır.  Ürək 
narahat  olanda  yuxu  da  qaçır.  Gecənin  əvvəlindən  indiyə 
qədər  gördüyün  kimi  fikrə  getmişəm.  Keçən  günləri 
xatırlayıram.  Gör  necə  müsəlmanlar  əhdlərinə  xilaf 
çıxdılar!  Onlar  sözlərinin  üstündə  durmadılar.  Rəsuli-
əkrəm(s)  sağlığında  öz  əshabına  əmr  etdi  ki,  mənə 
möminlərin  əmiri  kimi  salam  versinlər  (Bu  hadisə  Qədir-
Xumda  baş  vermişdi).  O  Həzrətin  vəfatından  sonra 
çalışmışam  ki,  bu  etimadı  doğruldum.  Mən  Rəsuli-
əkrəm(s)-dən sonra ümmətin ən yaxşısı və onlara hamıdan 
yaxın  olan  şəxsəm.  Lakin  dünyaya  dörd  əllə  bağlılıq, 
vəzifəpərəstlik  üzündən  insanlar  məndən  üz  döndərib, 
 
100 
itaətdən  boyun  qaçırırlar.  (Müəllif    İmam  Əli(ə.s)-nin  bu 
zaman təcavüzkarlardan şikayətləndiyini qeyd edir.) 
 Sonra İmam(ə.s) sözünü belə davam etdirdi:  
__ 
Ey  Abbasın  oğlu,  indi  iş  bura  yetişib  ki, 
Ciyəryeyən  Hindənin  oğlu  Müaviyə,  Əmr  As,  Ütbən, 
Vəlid, Mərvan və onların silahdaşlarını mənimlə bir sırada 
qələmə  verirlər.  Buna  görə  mən  nə  vaxta  qədər  tərəddüd 
içində  yaşayım.  Nə  vaxta  qədər  Peyğəmbər  xilafəti  və 
vərasəti  dünyada  özünü  xalqın  rəhbəri  hesab  edən  belə 
çirkin şəxslərin əlində olacaq. Xalq da onlara itaət edir. Bu 
hökmdarlar  Allah  dostları  haqqında  nalayiq  sözlər 
danışırlar. 
Yalançılıq 
və 
keçmişdən 
ürəklərində 
gizlədikləri  kinləri  ilə  öz  düşmənçiliklərini  davam 
etdirirlər.  Peyğəmbər(s)  sirlərinin  mühafizəçiləri  olan 
şəxslər  yaxşı  bilirlər  ki,  mənim  bütün  düşmənlərim  mənə 
qarşı  çıxmaqla  şeytana  itaət  etmişlər.  Onlar  öz  nəfslərinə 
qul olub axirətlərini puç etdilər. Təkcə ehtiyacsız Allahdır. 
Haqq yola hidayət edən də yalnız Odur. 
Ey  Abbasın  oğlu!  Vay  olsun  o  şəxsə  ki,  mənə  zülm 
edib  hüququmu  tapdalayaraq  bu  böyük  məqamı  əlimdən 
aldı.  Mən  uşaq  olan  zaman  hələ  namaz  mənə  vacib 
olmamış  Rəsulullah(s)  ilə  namaz  qılanda  onlar  harada 
idilər.  Halbuki  bu  mənfurlar  o  vaxtı  bütlərə  sitayiş  edir, 
Allah qanunundan boyun qaçırır, küfrdən üz döndərməyin 
vaxtı yaxınlaşanda isə könülsüz İslamı qəbul etdilər. Lakin 
onların  batini  küfr  və  nifaqla  yoğrulmuşdu.  Allah  nurunu 
söndürmək  üçün  Peyğəmbər(s)-in  ölümünü  gözləyirdilər. 
O  Həzrətin  vəzifəsinin  sona  yetməsi  üçün  dəqiqələri 
sayırdılar. Onların hərislik və kini o yerə çatmışdı ki, hətta 
Rəsuli-əkrəm(s)-i  belə  (Məkkədə)  öldürmək  istəyirdilər. 
Mərkəzi  yığıncaqları  olan  «Darunnuduh»da  həzrəti-
Mühəmməd(s)-i  qətlə  yetirmək  üçün  məşvərət  keçirtdilər. 


 
101 
Allah-təala  bu  barədə  («Ali  İmran»  surəsinin  53-cü 
ayəsində)  buyurur:  
«Düşmənlər  islamın  məhv  olması  üçün  tədbir 
gördülər.  Allah-təala  da  buna  qarşı  tədbir  gördü.  Allah-
təala tədbir görənlərin ən yaxşısıdır». Həmçinin buyurur: 
 «Onlar  istəyirlər  ki,  öz  ağızları  ilə  Allah  nurunu 
söndürsünlər.  Lakin  Allah-təala  istəyir  ki,  öz  nurunu 
kamil etsin. Hərçənd kafirlər istəməsələr də». 
Ey  Abbasın  oğlu,  Peyğəmbər(s)  sağlığında  onları 
Allahın  vəhyinə  (nazil  etdiyinə)  dəvət  edib  tapşırdı  ki, 
mənimlə 
dostluq 
etsinlər, 
amma              
 şeytan onları yollarından azdırdı. Necə ki şeytan babamız 
həzrəti-Adəm(ə.s)  ilə  düşmənçilik  edib,  həsəd  apardı, 
Allah  vəlisinə  etdiyi  həmin  bu  həsəd  də  onu  Allah 
dərgahından qovdurub əbədi olaraq Allahın lənətinə düçar 
etdi.  Qüreyşin  mənə  olan  paxıllığından  Allahın  köməkliyi 
ilə mənə heç bir ziyan yetməyəcəkdir. 
Ey  Abbasın  oğlu,  bu  şəxslərdən  hər  biri  istədi  ki, 
hakim və hökmdar olsun, dünya onlara və qohumlarına üz 
çevirsin.  Onların  nəfs  və  dünya  ləzzətlərinə  bağlılıqları, 
xalqın  bu  dünyapərəstlərin  arxasınca  getməsi  onları 
məcbur etdi ki, mənim ilahi hüququmu qəsb etsinlər. Əgər 
Siqli-Əsğəri  (Peyğəmbər(s)-in  Əhli-beyti,  itrəti)  kənara 
atmaq,  elm  ağacını  kəsmək  və  dünyanın  çiçəyi,  Allahın 
möhkəm  ipi,  əmin  qalası  və  Peyğəmbər  övladını  məhv 
etmək qorxusu olmasaydı, mənim üçün Tanrıya qovuşmaq 
susuz  üçün  su,  yuxusuz  üçün  yuxu  qədər  əhəmiyyətli  idi, 
baxmayaraq  ki  sinəm  dərd-qəmlə  və  zehnim  vəsvəsələrlə 
dolmuşdu, səbir etdim. 
 «Səbir  gözəldir.  Allah-təaladan  söylədiyinizin 
müqabilində kömək istəyirəm». («Yusif», 18) 
 
102 
«Keçmişdə 
Peyğəmbərlər 
öldürülür, 
Allah 
övliyalarına  zülm  olunur.  Tezliklə  kafirlər  biləcəklər  ki, 
yaxşı aqibət və axirət evi kimindir». («Rəd», 42) 
Bu  zaman  azan  səsi  eşidildi.  Müəzzin  «Əssəlat» 
deyib azana başladı. 
Həzrəti-Əli(ə.s)  buyurdu:  «Ey  Abbasın  oğlu,  mənim 
və özün üçün istiğfar etməyi unutma. Allah bizə kifayətdir. 
O,  ən  gözəl  mühafiəçidir.  Allahdan  başqa  heç  bir  qüvvət 
və qüdrət yoxdur». 
İbn  Abbas  deyir:  «Gecənin  qurtarmasından  və 
Əmirəl-möminin 
Əli(ə.s)-nin 
sözünü 
yarımçıq 
qoymasından çox qəmgin oldum». 
On iki nəfərin Əbu Bəkrə olan etirazı.
41
 
Şiə alimlərindən  bir çoxu öz kitablarında yazırlar ki, 
Əbu  Bəkr  rəsmi  surətdə  xəlifə  seçilən  zaman  on  iki  nəfər 
ona  qarşı  etiraz  səsini  ucaltmışdı.  Onlardan  altısı 
mühacirlərdən  idi.  Xalid  ibn  Səid  ibn  As  (Bəni 
Üməyyədən),  Salman  Farsi,  Əbuzər  Qəffari,  Miqdad, 
Əmmar  Yasir  və  Bəridə  İsləmi.  Qalan  altısı  isə 
mədinəlilərdən  idi:  Əbulheysəm  ibn  Təyhan,  Səhi  ibn 
Hüneyf, Osman ibn Hüneyf, Xəzimə ibn Sabit, Üməyy ibn 
Kəb və Əbu Əyyub Ənsari. 
Əbu  Bəkr  məsciddə  minbərə  çıxanda  həmin  on  iki 
nəfər  bir-birilə    məşvərət  edirdi.  Onlardan  bəzisi:  «Allaha 
and  olsun,  məscidə  gedib  Əbu  Bəkri  Peyğəmbər(s)-in 
minbərindən  aşağı  düşürmək  lazımdır»,
__ 
  digəri  isə  belə 
dedi:  «Əgər  belə  etsəniz,  öz  əlinizlə  özünüzü  təhlükəyə 
atmış olarsınız. Bir halda ki, Allah Quranda buyurur:  
                                                
41
 Əhməd ibn Məhəmməd Hənbəli, Təbəri kimi sünni alimlərindən 
bəziləri də on iki nəfərin etiraz etmə əhvalatını qeyd etmişlər.(«Tarixi-
Təbəri») 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə