67
bu qələbəsinə ki, onları həmişə dövlət və sərvətlə
məcruh
29
, həm də qalib edəcəkdir».
Xəzimət ibn Sabit də baş verənlərə dərindən
təəssüflənərək söyləyirdi :
«Mən xilafətin Bəni-Haşimin əlindən çıxaraq
Əli(ə.s)-dən alınmasını güman etmirdim. O, «Quran» və
sünnəti hamıdan çox bilmirmi? Əli(ə.s) Rəsuli-əkrəm(s)
vəfat edənə qədər o Həzrətlə qalan axırıncı şəxs deyildimi
ki, sonra Cəbrayıl Peyğəmbər(s)-ə qüsl verməkdə və
kəfənə tutmaqda ona kömək etdi? Qoy biz onu xilafətdən
uzaqlaşdıranı tanıyaq. Bilin və agah olun ki, sizin
başqalarına beyət etməyiniz bağışlanılmaz səhvdir».
Xəzimət ibn Sabitin Ayişəyə xitab olunan şerindən:
«Ayişə, Əli(ə.s)-də eyib axtarma. Sən anasan.
Əli(ə.s) artıq Rəsuli-əkrəm(s)-in rəhbər təyin etdiyi və o
Həzrətin
Əhli-beytinin
üzvlərindən
biridir.
Sən
xəbərdarsan ki, Rəsuli-əkrəm(s) xanədanında Əli(ə.s)-ni öz
vəsisi təyin etdi».
Noman ibn Əclan Ənsari Əmr ibn Ası danlayanda
Şəqifə barəsində aşağıdakı şeri söyləmişdir:
«Dediniz ki, Səd ibn Übadəni xəlifə seçmək
haramdır, lakin siz Ömərin oğlunun azad etdiyi Əbu
Bəkrin xəlifə seçilməyini halal bildiniz. Əli(ə.s)
rəhbəriyyətə daha layiqli şəxs ola-ola, xilafətə Əbu Bəkri
seçdiniz. Bu, bir növ, Əli(ə.s)-ni təhqir etmək kimi bir
şeydir. Belə böyük vəzifəyə təkcə Əli(ə.s) layiqdir, ey
nadanlıq yolunu gedən, Ömər As!»
Əli(ə.s)-nin mədinəliləri müdafiə etməsi və
Həssanın şerləri.
29
Məcruh, yəni ləkələnmiş, biabır edilmiş, etibara layiq
görülməyən.
68
Übeydullah Əsəd Abadi öz «Əlmuqniu fil imamə»
adlı kitabında yenə də yazır:
«Əbu Bəkr xilafətdə möhkəmlənib Səqifədən
məscidin ətrafında olan evlərə tərəf gələndə, Ömər As Əbu
Bəkrə tərəfdarlıq etmək məqsədilə Mədinə camaatını
danlayıb «alçaq», «ləyaqətsiz» kimi sözlər deyərək təhqir
edirdi. O, İslama qarşı olan kin və nifrətini Peyğəmbər(s)-
in vaxtında gizlədirdi. İndi fürsətdən istifadə edib bu
düşmənçiliyi aşkar etmişdi. Bu xəbər Əli(ə.s)-yə çatanda
məscidə gəlib minbərə çıxdı, Mədinə müsəlmanlarının
fəzilətlərindən və onların şəninə nazil olmuş «Quran»
ayələrindən misallar çəkib buyurdu:
«Hamı gərək mədinəlilərin (ənsar) haqqını tanıyıb
onlara ehtiram eləsin».
Xalq Həssan ibn Sabitdən (mədinəlilərin məşhur
şairi) Əli(ə.s)-nin fəzilətləri, İslamda olan xidmətləri
barədə də şer yazmağını tələb edirdi. Onlar Səqifədə
Əli(ə.s)-yə qarşı çıxdıqlarından peşman olmuşdular.
Həssan ibn Sabit də aşağıdakı şeri oxumuşdu:
«Allah-təala biz tərəfdən Əli(ə.s)-yə xeyir, mükafat
versin. Mükafat Allahın əlindədir. Əbülhəsən Əli(ə.s)-nin
tayı-bərabəri varmı? Səndə olan fəzilətlərə görə Qüreyşdən
qabağa keçdin. Sənin qəlbin geniş və sınaqdan çıxmışdır.
Onlardan bəzisi sənin məqamının arzusundadır. Arıq,
zəif bir adamın kök və qüvvətli bir rəqiblə döyüşə girməsi
nə qədər ağılsızlıqdır.
Sən hər yerdə və hər məkanda İslamı himayə
etməkdə su ilə dolu kəndirli quyu qabına bənzəmisən (yəni
İslam su ilə dolu quyu kimi, sən də quyudan su çıxaran qab
və kəndir kimisən ki, xalqı İslamın elm və fəzilətləri ilə
sirab etmisən).
69
Ömər As fəzilət və təqvanı bir kənara atıb dərdləri
artıranda sən bizə görə düşmənlərimizə qarşı çıxdın. Sən
Ləvvi ibn Qalib sülaləsindən olub həm indi və həm də
gələcəkdə xalqın ümidisən. Allahın Rəsulu(s)-nu (s) və
Əhli-beytini qorudun, onun bizimlə olan əhd-peymanını
hifz etdin. O Həzrət(s) səninlə əhd bağlamışdı. Bu
rəhbəriyyətə kim səndən daha layiqdir? Məgər sən xalqı
hidayət etməkdə Rəsuli-əkrəm(s)-in qardaşı deyilsənmi?
Sən o Həzrət(s)-in vəsisi, «Quran» və Peyğəmbər sünnətini
hamıdan daha yaxşı bilən deyilsənmi? Buna görə nə qədər
ki, Nəcd və Yəmən torpağında həyat vardır, sənin haqqın
bizim boynumuzda böyük və əzizdir».
Əbu Bəkrin Üsaməyə məktubu və onun cavabı.
İmamətin
Peyğəmbər(s)-dən
sonra
Əli(ə.s)-yə
məxsus olması və onun haqqının qəsb olunmasını iddia
etməyin dəlillərindən biri də Əbu Bəkrin Səqifə
hadisəsindən sonra Üsamə ibn Zeydə yazdığı məktubudur.
Üsamə ibn Zeyd düşmən təcavüzünün qarşısını almaq
üçün Şama göndərilən qoşunun həzrəti-Mühəmməd(s)
tərəfindən təyin olunmuş sərkərdəsi idi. Peyğəmbər(s)
buyurmuşdu ki, hər kim Üsamənin əmrindən boyun
qaçırsa, günahkardır. Səqifə əhvalatına gəldikdə isə Üsamə
Rəsulullah(s) vəfat etdikdə, eləcə də Səqifə toplantısı
zamanı Mədinədə deyildi. O, Şama getmək üçün qoşunla
Mədinə yaxınlığında yerləşən Cürf torpağında idi.
Əbu Bəkrin Üsaməyə yazdığı məktubun məzmunu
belədir: «Rəsuli- əkrəm (s)-in xəlifəsi Əbu Bəkrdən Üsamə
ibn Zeydə.
Müsəlmanlar mənə pənah gətirərək məni xəlifə
seçdilər. Beləliklə, Peyğəmbər(s)-dən sonra camaat məni
rəhbərliyə qəbul etdi. Mənim məktubum sənə çatan zaman
sən də başqa müsəlmanlar kimi gəlib mənə beyət et. Ömər
70
ibn Xəttabın sənin qarşında olan məsuliyyətini boynundan
götürürəm, qoy o, mənim yanımda olsun. Çünki mənim
Ömərə ehtiyacım var. Bu əmrlərimi yerinə yetirdikdən
sonra Rəsuli-əkrəm(s)-in tapşırdığı cəbhəyə gedərsən.»
Məktub Üsaməyə yetişdikdən sonra Əbu Bəkrə belə
cavab yazdı: «Peyğəmbər(s)-in azad olunmuş qulu Üsamə
ibn Zeyddən Əbu Bəkr ibn Əbi Quhəfəyə.
Məktubun mənə yetişdi. Lakin onun əvvəli ilə sonu
ziddiyyət təşkil edir. Məktubun əvvəlində yazmısan ki,
mən Peyğəmbər(s)-in xəlifəsiyəm, sonra belə iddia edirsən
ki, müsəlmanlar sənin ətrafında birləşib səni özlərinə xəlifə
seçdilər. Əgər belədirsə, onlar gərək sənə məsciddə beyət
edəydilər, nəinki Bəni-Saidə səqifəsində.
Sonra da Ömər ibn Xəttaba ehtiyacın olduğuna görə
ona ordudan boyun qaçırmağına icazə verməyimi məndən
tələb edirsən. Lakin bil və agah ol ki, o, özbaşına mənim
icazəm olmadan ordudan boyun qaçırdı. Mənə də
yaraşmaz ki, kiminsə hərbi qanunu pozmağına icazə
verəm, çünki Rəsuli-əkrəm(s) mənə öz rəhbərliyim altında
səfərbərlik və hərəkət əmrini vermişdir. Elə hər ikiniz
qanunu pozmusunuz. Peyğəmbər(s)-in də əmrindən boyun
qaçırmaq istər sağlığında olsun, istərsə də vəfatından sonra
fərqi yoxdur, hər ikisi eyni surətdə xilafdır. Sən yaxşı
bilirsən ki, həzrəti-Mühəmməd(s)-in sizin barənizdə olan
rəyi və əmri sizin özünüz barədə fikirləşdiyinizdən daha
üstündür. Sizin niyyətinizdən Peyğəmbər(s) xəbərdar idi,
ona görə də o Cənab(s) məni sizə rəhbər təyin edibdir, sizi
mənə
rəhbər
təyin
etməyib.
Peyğəmbər(s)
ilə
müxalifətçilik münafiqliq və ikiüzlülükdür...»
Müəllif yazır: «Biz Əbu Bəkrin məktubunu və
Üsamənin cavabını «Üyunül bəlağə fi ünsil hazir və
nəqələtül müsafir» adlı kitabda öz geniş təfsilatı ilə
Dostları ilə paylaş: |