59
olmalarına icazə verdiyi şəxslər xilafət məsələsinin təxirə
düşməsini istəmirdilər. Ona görə Bəni-Haşimin başı işdən
açılmamış məsələni bitmiş hesab edib Əbu Bəkri xəlifə
seçdilər, çünki o, Səqifə toplanışında idi və plan da onun
məqsədinə uyğun qurularaq tamamlanmışdı.
2.Əli(ə.s)-nin söhbəti
Rəvayət olunmuşdur ki, Əbu Bəkrə beyət edilmə
mərasimi sona yetən kimi bir nəfər həzrəti-Əli(ə.s)-nin
hüzuruna gəlib gördü ki, o Həzrət əlində bel Rəsuli-
əkrəm(s)-i qəbrini hamar edir. Söylədi:
__
Camaat Əbu Bəkrə beyət etdi. Mədinəlilərin
arasında ixtilaf düşdüyündən onlar xilafət məsələsində
məğlub oldular. Tüləqa (Məkkənin Fəthində azad
olmuşlar) sizin xəlifə olmağınızdan qorxaraq qabağa düşüb
tez bu kişiyə (Əbu Bəkrə) beyət etdi.
Həzrəti- Əli(s) beli yerə söykəyib buyurdu:
«Mehriban və bağışlayan Allahın adı ilə. Əlif lam
mim. Elə bilirlər ki, iman gətirdik deyib öz başlarına
buraxılarlar və imtahan olunmazlar? Biz onlardan
qabaqkıları imtahan etdik. Gərək Allahın elmi yalan və
doğru deyənlərin barəsində həqiqəti aşkara çıxarsın.
Günah iş görənlər elə bilirlər ki, bizim qüdrətimizin
çərçivəsindən uzaqlaşa biləcəklər? Necə də nahaq
qəzavət edirlər?»
26
3.Əbu Süfyanın təklifinin rədd olunması.
Əbu Süfyan Peyğəmbər(s)-in evinə gəlmişdi. Əli(ə.s)
və Abbas (Peyğəmbər(s)-in əmisi) ona baxdılar ki,
görsünlər nə deyir və bunun istədiyi nədir? Əbu Süfyan bir
şer oxudu: (şerin məzmunu təxminən belədir.)
«Ey Bəni-Haşim xanədanı, başqalarını öz xilafətiniz
barədə tamaha saldırmayın, əsasən də Təym ibn Mərrə
26
«Ənkəbut» surəsi, 1,2,3,4,-cü ayələr.
60
(Əbu Bəkr) və Ədiyy (Ömər) tayfalarını. Xilafət siz Bəni-
Haşimindir və sizə də qayıdacaqdır, xüsusilə Əbülhəsən
Əli(ə.s)-nindir. Ey Əbülhəsən, xilafət vasitəsilə öz arxanı
möhkəmlət. Çünki ümid bəslədiyin xilafətə sən layiqsən».
Sonra o, ucadan dedi:
__
Ey Bəni- Haşim, Ey Əbdül Mənaf övladları, siz
razısınızmı, Əbu Süfyan alçaq oğlu alçaq sizin hakiminiz
olsun? Allaha and olsun, əgər istəsəniz, süvari və
piyadadan ibarət bir qoşun hazırlayaram ki, onları
sıxışdırıb çıxararlar.
Əli(ə.s)
onun
çirkin
niyyətindən
xəbərdar
olduğundan Əbu Süfyana dedi:
__
Çıx get! Çünki Allaha and olsun, dediyin sözlər
Allaha görə deyildir. Sən həmişə İslamı parçalamaq və
zərər yetirmək fikrində olmusan. Biz Rəsuli-əkrəm(s)-i
torpağa tapşırmaqla məşğul idik. Hər kəs öz əməlinin
mükafatını alacaq. Allah-təala zəhmət çəkənlərə kömək
edər.
Əbu Süfyan pisniyyətli və fürsətdən istifadə etmək
fikrində olduğundan məyus olub oradan birbaşa məscidə
getdi. Bəni-Üməyyə tayfasının məsciddə yığışdığını görüb
onları xilafəti ələ almağa çağırdı. Bəni-Ümməyə də Əbu
Süfyanın ardınca getdi. Beləliklə, elə bir fitnə qalxmışdı
ki, hamı ona düçar olmuş, cürbəcür bəhanələr ortaya
çıxmışdı. Şeytan hökmranlıq sürürdü. Zalımlar əl-ələ
vermişdilər. Möminlər isə xar və pərişan olmuşdular.
Budur, Allah kəlamının batini mənası:
«Fitnədən qorxun ki, təkcə sizin zülmkarlarınıza
yetişmir». (Əksinə, hamını əhatə edir.) («Ənfaq», 25).
4.Şeytansifətin təhrikləri
Böyük alim şeyxi-əcəll və əqdəm Übeydullah ibn
Abdulla Əsəd Abadi «Əlmuqniu fil imaməti» kitabında
61
yazır ki, burada Səqifə əhvalatının incəliklərini araşdırıb
aydınlaşdırsaq, görərik ki, onlar vəliyyi-əmrin və sahibi-
həqqin haqqını əlindən almaq üçün nə qərara gəldidər.
Tarixçilər və tarixi şəxsiyyətlərin həyatını yazanlar demək
olar ki, hamısı belə qənaətə gəlmişlər:
Hadisə
zamanı
Əmirəl-möminin
Əli(ə.s)
Peyğəmbər(s)-in müqəddəs vücudunu dəfn etməklə
məşğul idi. Mühacir, ənsar, Qüreyşin bir qrup üzvləri
hakimiyyətlə əlaqədar həzrəti-Əli(ə.s) və Bəni-Haşim
tərəfindən
hansısa
bir
hadisənin
baş
verəcəyini
gözləyirdilər. İblis Səqif tayfasından olan Müğeyrə ibn
Şöbə adlı çəpgöz bir kişinin surətində zahir olub onlara
dedi:
__
Nəyi gözləyirsiniz?
Dedilər:
__
Gözləyirik ki, Bəni-Haşim öz işini qurtarsın.
İblis dedi:
__
Gedin öz işinizi görün ki, tamamlansın. Allaha and
olsun, əgər Bəni-Haşim tayfasının Peyğəmbər(s)-i dəfn
edib qurtarmasını gözləsəniz, onların təsiri altına
düşəcəksiniz. Xilafət işi isə Rum qeysərləri və İran
kəsraları qaydasında davam edəcəkdir. Bundan əlavə bir
müddət bundan qabaq Qureyşdən bir neçə nəfər məktub
yazıb Əbu Ubeydiyeyi Cərraha söz veriblər. O məktubda
belə şərt kəsiblər ki, əgər Rəsuli- əkrəm (s) vəfat etsə və
yaxud öldürülsə, Bəni-Haşimin hakimiyyətini qəbul
etmərik ki, nübüvvət və xilafət yenidən onlarda
cəmlənməsin.
Sonra həmin iblis (Müceyrə) mədinəlilərin yanına
gedib onları da hakimiyyəti ələ keçirməyə təhrik etdi.
Ənsarlar Bəni-Saidə səqifəsinə yollandılar.
5.Əbu Züveyb Həzəlinin qəribə xəbərləri
62
Übeydullah Əsəd Abadi sözünə davam edib deyir ki,
Bəsrə əhlindən olan Əbül-Həsən ibn Zənci Müğəvi 433-cü
hicri qəməri ilində (təxminən 1013-cü il miladi) mənə Əbu
Züveyb Həzəlidən eşitdiyi bir qəziyyəni söyləmişdi:
Biz Mədinədən uzaqda idik. Rəsuli-əkrəm(s)-in
xəstəlikdən yatağa düşməsi xəbərini eşitdikdə pərişan
olub, o gecəni çətinliklə başa vurduq. Çox narahat idik.
Mən yuxuya və qarışıq xəyallara qərq olmuşdum. Birdən
səhərə yaxın eşitdim ki, Hatifi belə deyir:
«İslamda böyük bir hadisə baş vermişdir. İslam
parçalamışdır. Xurmalıqlar arasında və bütlərin şəhərində
(yəni Mədinədə) Rəsuli -əkrəm (s) vəfat etdi. Gözlərimiz o
Həzrətin vəfatının müsibətinin faciəsindən yaş tökür».
Əbu Züveyb deyir: «Yuxudan hövlank ayıldım.
Səmaya baxanda «Sədi-zabih» adı ilə tanınmış ulduzdan
başqa bir şey görmədim. Belə yozdum ki, ərəb tayfaları
arasında ölüm-itim olacaq. Başa düşdüm ki, bu gecə
Rəsuli- əkrəm (s) bu dünyadan köçübdür. Ayağa qalxdım.
Dəvəmə minib Mədinəyə sarı yola düşdüm. Artıq hava
işıqlaşmağa başlamışdı. Bir şey görmək üçün ətrafıma
baxırdım ki, ondan məna yozum. Birdən səhrada ağzında
kiçik bir ilan ovlamış yekə bir tısbağa gördüm. İlan
qıvrılır, tısbağa isə onu yavaş-yavaş çeynəyirdi. Tısbağa
ilanı yeyib qurtardıqdan sonra mən bu hadisəni belə
yozdum ki, yəqin Rəsuli-Əkrəm(s)-in canişininə etiraz
edib ondan üz çeviriblər. İlanın yeyilməsindən ağlıma
xilafətin yeyilməsi mənası gəldi (başqalarının əlinə keçir).
Dəvəmi tələsik sürüb mədinəyə yetişdim. Gördüm,
Mədinə əhli əza və ah-naləyə qərq olubdur. Hacıların
ehramda ağladıqları kimi hönkür-hönkür ağlayırlar. Nə baş
verdiyini soruşanda Rəsuli-Əkrəm(s)-in vəfat etdiyini
söylədilər.Elə ki bu xəbəri eşitdim, məscidə tərəf getdim.
Dostları ilə paylaş: |