Microsoft Word Biblioqrafiya Hamlet edited by Martha doc



Yüklə 4,63 Kb.
Pdf görüntüsü
səhifə5/53
tarix05.10.2017
ölçüsü4,63 Kb.
#3433
1   2   3   4   5   6   7   8   9   ...   53

 
Hamlet Isaxanlı 
 
18 
 
təgiz,  Macarıstan,  Bolqarıstan,  Türkiyə,...  təhsil  ocaqları  ilə 
məhsuldar əlaqələr quruldu;  bu programların çoxunda əmək-
daşlığa cəlb olunan ölkə  universitələrinin  sayı üçdən  başlayıb 
yeddiyə çatırdı. Dünyanın üçüncü güc mərkəzi – Uzaq Şərq də 
unudulmadı, yeni 21-ci yüzillikdə Yaponiya, Çin, Koreya, Ma-
layzia və Hindistan kimi ölkələrlə əlaqələr, birgə tədqiqat layi-
hələri və tələbə mübadiləsi inkişaf etdirildi.  
Dünyanın  çox-çox  ölkəsindən,  o  cümlədən  də  Asiyadan, 
Afrikadan,  Avropa  və  Amerikadan  gələn  tələbələr,  gənc  və 
təcrübəli alimlər uyğun olaraq oxuyur, tədqiqat aparır və dərs 
deyir, Xəzər Universitəsinin xoş və işgüzar mühitinin üzvi his-
səsinə çevrilirlər. Müxtəlifliyə, fərqliliyə hörmət, qayğı və dost-
luq  Xəzər  universitəsinə  xas  olan  dərindən  işlənmiş  təhsil-tə-
lim-tərbiyə  modelinin  və  təşkilati  mədəniyyətin  tərkib  his-
səsidirlər; burada milli və bəşəri dəyərlər bir-birinə qovuşur. 
Хəzər Universitetinin məzunları ölkəmizdə və bütün qitə-
lərdə  yüksək  maaşlı  nüfuzlu  vəzifələrdə  çalışır,  yüzlərlə  tələ-
bəsi  dünyanın  müxtəlif  qabaqcıl ali  məktəblərində  təhsillərini 
davam  etdirir.  Nəinki  məzunlar,  hətta  yuxarı  kurs  tələbələri-
nin də böyük əksəriyyəti işləyir. Ali məktəbin əsl gücü və nü-
fuzu bu deyilmi?  
Hamlet İsaxanlının işləyib həyata keçirdiyi yeni beynəlxalq 
üçbucaq  əməkdaşlıq  modeli  universitetlə  iş  dünyasının  əlaqələri 
baxımından irəliyə atılmış çox mühüm addım oldu. Üçbucağın 
bir təpəsində Xəzər Universiteti, ikinci təpəsində sənaye-iş dün-
yasında fəaliyyət göstərən şirkət, korporasiya (BP Exploration, 
StatoilHydro kimi), üçüncü təpədə isə inkişaf etmiş ölkələrdən 
(məsələn, Böyük Britaniya və ya Norveçdən) bir ali təhsil, elm 
ocağı yerləşir. Bu model üçtərəfli qaynaqlardan səmərəli istifa-
də etməklə tədris və elmi araşdırmaların təşkilinə və kadr ha-
zırlığı  məsələlərinin  vaxtında  və  keyfiyyətli  həllinə  kömək 
edir,  ümumiyyətlə  götürdükdə  isə,  bütün  iştirakçılar  üçün 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
19 
 
fayda gətirə bilən əməkdaşlıq proqramlarına örnək göstərilmə-
yə layiqdir. 
Xəzər  Universitəsinin  ildən-ilə  böyüyən,  genişlənən  və 
güclənən kampus-binalarında tələbə, elmi işçi-müəllim və ida-
rəetmə-xidmət heyəti effektiv fəaliyyət göstərir; tələbənin oxu-
ması  üçün  burada  hər  cür  şərait  mövcuddur.  Özəl  universitə 
kitabxanalarının  ən  böyüyü  olmaqla  bərabər  öz  fondunun 
rəngbərəngliyi və ingilisdilli qaynaqlarının vacibliyi və həcmi-
nə görə ölkədə ən seçilmiş kitabxanalardandır. Xarici mütəxəs-
sislərin rəyinə əsasən bu kitabxana öz kompüterləşmiş katalo-
qu,  internetə  bağlı  məlumat  bazasına  çıxışı  (access  to  online 
databases), xüsusi xidmətləri, ölkədə ilk elektron arxiv sistemi, 
xidmət mədəniyyəti və s. baxımından Azərbaycan üçün model 
kitabxanadır.  
Müxtəlif laboratoriyalar, muzeylər, elmi-tədqiqat mərkəz-
ləri, həmçinin çox gözəl tamaşalar, konsertlər, görüşlər və kon-
fransların  keçirildiyi  “Dünya”  konsert-konfrans  salonu  Xəzər 
Universitəsinin  elmi-mədəni  mühitini  zənginləşdirir.  Klassik-
lərimizin və müasir elm, siyasət və sənət adamlarımızın həyat 
və  yaradıcılıqlarına  həsr  olunmuş  yaddaqalan  təqdimatlar  və 
elmi  toplantılar,  görkəmli  alimlər,  ədəbiyyat  və  incəsənət  xa-
dimlərimizin  iştirakı  ilə  keçirilmiş  unudulmaz  görüşlər,  milli 
və  beynəlxalq  rəqslər,  muğam  və  klassik  musiqi  gecələri  və 
Hamlet İsaxanlının fəal iştirakı ilə təşkil olunan bənzər tədbir-
lər  bu  ali  təhsil  ocağını,  sözün  həqiqi  mənasında,  ziyalıların, 
gənclərin və ümumiyyətlə ictimaiyyətin böyük həvəslə üz tut-
duğu ziyarətgaha çevirmişdir.  
Fakültə və akademik departmentlərlə (kafedralarla) yanaşı 
Xəzər  Universitəsi  nəzdində fəaliyyət göstərən  Təhsil  Siyasəti 
İnstitutu,  Siyasət  İnstitutu,  Tərcümə  Araşdırmalar  Mərkəzi, 
Lüğət  və  Ensiklopediya  Mərkəzi,  İqtisadi  və  Biznes  Araşdır-
malar  və  Treyninq  Mərkəzi  və  digər  mərkəzlər  bir  sıra  bey-


 
Hamlet Isaxanlı 
 
24 
 
yətinə  və  təşkilati  istedada  malik  nadir  bir  şəxsdir.  Başqaları-
nın uğurlarına sevinmək qabiliyyəti, dərdlərinə və qayğılarına 
şərikolma xüsusiyyəti göz qabağındadır. 
Onun  riyaziyyat,  fizika,  astronomiya,  tarix,  beynəlxalq 
münasibətlər, dilçilik, ədəbiyyat, mədəniyyət və təhsilə aid bi-
likləri, orijinal düşüncə tərzi və mülahizələri bu sahələrin mü-
təxəssisləri də daxil olmaqla onunla təmasda olan hər kəsi hey-
ran edir.  
O, ciddi və eyni zamanda mehriban, çox sadə, təvazökar, 
dürüst  və səmimidir.  Qarşısına  qoyduğu  məqsədə  nail olmaq 
üçün  düzgün,  doğru  yol  seçir  və  yolundan  dönmür.  Səbirlə, 
ötəri işlərə baş qoşmadan, düşünə-düşünə, addım-addım, eyni 
zamanda inadla, inamla irəliləyir. 
Ona  hörmət  edirlər, onu  lider  kimi qəbul  edirlər,  onu  se-
virlər.  
 
 
                                                                                       
                                                                                       
Nəsil və ailə  
 
 
 
 
 
 
Hamlet İsaxanlı məşhur Hacıbayramlılar nəslindəndir. Ba-
bası İsaxan Hacıbayramlı – Qaçaq İsaxan (1897-1930) 20-ci illərin 
sonu və 30-cu ildə Gürcüstan və Ermənistan ərazilərində sovet 
rejiminə  qarşı  silahlı  üsyan  edib.  Stalin  və  Beriyanın  İsaxan 
hərəkatından  çəkindikləri  və  ona  qarşı  gizli  casus  şəbəkəsi 
qurub güclü ordu göndərdikləri dərc olunmuş elmi mənbələr-
 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
21 
 
girə  bilən  ikidilli  -  azərbaycanca  və  ingiliscə  təhsil  verə  bilən 
təhsil ocağı modelini formalaşdırmağa çalışır. O, ən kiçik yaş-
dan  doktor  və  professor  olana  qədər  bir  təhsil  şəbəkəsi  qur-
maqla ömürboyu təhsil düşüncəsini də həyata keçirir. 
 
 
 
 
İctimai və elmi-təşkilati iş 
 
 
 
 
 
 
Hamlet İsaxanlı riyaziyyat və təbiət elmləri ilə humanitar 
və  sosial  elmlər  mədəniyyətininin  hər  ikisini  özündə  ehtiva 
etmiş qeyri-adi, az rast gəlinən çoxbilgin insanlardandır. 
Görkəmli alim, yaradıcı insan və cazibədar, xarizmatik li-
der kimi geniş tanınan və qəbul edilən Hamlet İsaxanlı bir alim 
və  ictimai  xadimin  ifadəsinə  görə  Azərbaycanda  “oazis 
yaradıcısı”dır,  zəka  sahiblərini,  ziyalıları,  elm  və  incəsənət 
adamlarını,  həmçinin  beynəlxalq  ictimaiyyəti  cəzb  edən  şəxs-
dir. Hamlet İsaxanlı öz fəaliyyəti, alimliyi, yaradıcılığı və lider-
liyi ilə böyük beynəlxalq əməkdaşlığa nail olmuş, insan poten-
sialının açılması və davamlı inkişaf problemlərinə öz töfhəsini 
vermişdir.  
Onun rəhbərliyi altında dissertasiya müdafiə etmiş alimlər 
indi  Birləşmiş  Ştatlarda,  Avropada,  Rusiyada,  İsraildə,  Türki-
yədə, İranda və digər ölkələrdə işləyirlər. 
Hamlet İsaxanlının gərgin işi sayəsində inkişaf etmiş xarici 
ölkələrdə  təhsil  tədqiqat  aparmaq  və  təcrübə  keçmək  üçün 


Yüklə 4,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə